Raynar Ştax: “Kafkanın seksual terroru tamamilə normal idi”
Proza
“Məhkəmə”nin müəllifi haqqında 3 cildlik bioqrafiyanın yazarı Raynar Ştax deyir ki, seks qorxusunu təkcə Kafka yox, əslində onun orta təbəqəyə məxsus və cinsi yolla keçən xəstəliklərdən (STD) ehtiyat edən milyonlarla yaşıdı da bölüşürdü.Yazıçının sekslə bağlı mövqeyi uzun illər tarixçiləri və Kafka fanatlarını heyran edən naməlum sirr olub, amma yazıçının ən yaxın dostlarından birinin gündəliklərini oxuyan Raynar yeni nəzəriyyə ortaya qoyub.Kafkanın qadınlara aşırı marağı, amma fiziki yaxınlıqdan və seksdən açıq-aşkar boyun qaçırmağı illərlə müzakirə mövzusu olub. Onun aseksuallığı, yaxud da gizlədilmiş homoseksuallığı barədə nəzəriyyələr yazarla bağlı miflər yaradıb.
Yazıçı və Kafkanın varisi Maks Brod özünü dostunun “seksual arzularından əziyyət çəkən” kimi təsvir edib. Kafka isə öz qorxusunu Maks Broda 1921-ci ilin yanvarında yazdığı məktubda belə ifadə edib:
“Elə bir insan düşün ki, özünün dənizdə üzmək arzusunu boğa bilmir və çölə çıxarılmaqdan da xoşbəxt olar – indi sən kişisən, sən yaxşı üzgüçüsüsən – və qəfildən, hansısa kiçik bir səbəb, onu yuxarı qaldrır və ancaq səmanı, dənizi görür, dalğaların üstündə onun ancaq kiçik başı var və dəhşətli qorxu onu ələ keçirir, başqa heç bir şeyin əhəmiyyəti yoxdur, o, sahilə geri qayıtmalıdır, hətta ciyərləri partlasa belə. Bax eynilə bu cür”.
Akademik Raynar Ştaxın fikrincə, dövrünün əksər adamları kimi Kafkanın STD və hamiləlik fobiyası olub.
Bioqrafiyanın üçüncü cildi (Kafka: Erkən yaşlarda) üçün axtarışları zamanı müəllif Maks Brodun 1909 və 1911-ci ilərdə, yəni Kafkanın 20 yaşlarında olduğu dönəmdə yazdığı gündəlikləri əldə edib. Ştax indiyə qədər çap olunmayan bu gündəliklərdə dostu Kafka ilə müqayisədə daha sadə və cinsi olaraq daha aktiv kimi tanınan Maks Brodun fərqli yönünü aşkarlayıb. Hətta Brod özü də mütəmadi olaraq seksin nəticəsindən qorxu hissi keçirib.
Ştax: “Bu, çox təəccüblüdür. Maks Brod əsl qadın düşkünü olub. O, çox tez-tez ideal qadın, belə bir qadının kişinin xilaskarı olması barədə danışıb, amma onun gündəliklərini oxuyanda görürsən ki, qorxudan başqa heç nə yoxdur – hər səhifədə arzuolunmayan hamiləlik, siflis, cinsi xəstəliklərə yoluxma qorxusu var. Bu, demək olar ki, onun digər bütün maraqlarını boğub”.
“Bu artıq vaxtı keçmiş fikirdir ki, Kafka nevroz idi, Brod isə sağlam. Sadəcə olaraq Brod sevgililəri ilə keçirdiyi bir neçə saatı ağlından silə bilirdi, Kafka isə bunu bacarmırdı, çünki onun beyni yatmırdı”.Amma Ştax onu da vurğulayır ki, bu qorxular insanların seksual həzzdən çox cinsi gigiyena ilə maraqlandıqları 20-ci əsr Bohemiya burjuaziyası üçün çox normal idi.
“Mən 1900-cu illərdə gənc qadın və kişilər üçün seksuallıqla bağlı yazılmış çoxlu kitablar oxudum. Onlar hamısı seksuallığın xoşbəxtlik mənbəyi olmağına yox, sadəcə olaraq risklərinə fokuslanıb. Bu, din yaxud da mənəviyyatla bağlı deyil, sırf tibbi risklərdir” – Ştax deyir. “Tarixi və fiziki konteksdən baxsaq görərik ki, qadınlarla kişilər tamamilə bir-birindən ayrılıb və fərqli formada təhsil alıblar. Beləcə onlar 20 yaşlarında ilk dəfə görüşəndə çox utanır və qorxurdular.
Kafkanın sinif yoldaşlarının qəzetlərdəki yazılarını və memuarlarını oxuyan Ştax yazıçının yeni portretini yaradır və bioqrafiyanın sonuncu cildində yazır: “Öz seksuallığını qəbul etmək onun üçün mümkün deyildi, çünki o buna həm fiziki, həm də etik olaraq natəmizlik kimi baxırdı və onu bu natəmizliyə çəkən qadınlarla daha çox yaxınlıq qura bilmirdi – bu misoqnizm sindromu (qadınlara nifrət) orta sinfə məxsus və erotik xoşbəxtliyi qadağan edərək tərbiyə edilən milyonlarla kişidə müşahidə olunub”.Ştax qadınlarla bu qədər yaxşı münasibəti olan Kafkanın aseksual və ya homoseksual hesab edilməsini anlamır. Müəllif deyir: “Bunda niyə israr etdiklərini bilmirəm. Kafkanın homoseksual fantaziyaları olub, amma hər kəsin belə fantaziyaları var. Kafka bizdən fərqli olaraq öz şüuraltına çata bilirdi və buna görə də o, böyük yazıçı idi. Kafkanın da onun kimi yazıçılar üçün xarakterik olan homoseksual, biseksual, sadist, mazoxist və vuayeristik (çılpaq, ya da sekslə məşğul olan adamlara baxaraq seksual zövq almaq) fantaziyaları var idi və bunların hamısı onun əsərlərində özünü biruzə verirdi. Amma bu, o demək deyil ki, yazıçı bunlardan biri idi”.
Ştaxın sözlərinə görə bu araşdırma “Qəsr”ə də yeni baxış bucağı qazandırır. 1926-cı ildə çap olunan romanın əlyazmasında görünür ki, ilk seks səhnəsinə qədər yazıçı əsəri birinci şəxsin dilindən danışır, bundan sonra isə o, üçüncü şəxsin dilindən danışmağa başlayır.
“O, həmişə seksi sanki insanın özünü onun içində itirdiyi, özündən kənar bir şey kimi təsvir edib. Seksi subyektiv təcrübəsi kimi təqdim etmək yazıçı üçün mümkün olmayan bir şey olub. Yəni, özünü kənarda saxlayıb” – deyə Ştax vurğulayır.
Çoxları Kafkanın seks və qadınlarla bağlı ziddiyyətli görünən fikirləri ilə bağlı nəzəriyyələr yaratdığı halda, heç kim onun sadəcə əksər yaşıdları kimi seksual təhsil sisteminin sadə məhsulu olduğunu müəyyənləşdirməyib. Bu, Kafka ilə bağlı miflərə görədir; digər bioqraflar əsasən yeni əlyazmalar və məktublar tapmağa çalışırlar.
“Onlar həmişə adətən yeni materiallar axtarıblar, amma unudurlar ki, bizdə artıq kifayət qədər var – və biz bununla puzzle`ın bütün hissələrini birləşdirə bilərik”. -Ştax deyir.
Hər hansı bir araşdırma Brodun mülkiyyəti ilə bağlı olan hüquqi çəkişmələrə görə dayandırıla bilər. Broda Kafkanın minlərlə vərəqlik yazıları etibar olunmuşdu və o, söz vermişdi ki, həmin yazıları 1924-cü ildə, Kafkanın ölümündən sonra yandıracaq. 1968-ci ildə Maks Brod öləndə həmin kağızları sevgilisi Ester Hofeyə vəsiyət etdi. Hofenin böyük qızları onları – təxminən 20 min ədəd olduğu ehtimal edilir – Tel Əvivdəki kiçik evlərində, çoxlu sayda pişiyin arasında saxlayıb.
Bu vəziyyət uzun müddət təəssüf və tənə obyekti olub; yəhudi yazar Edqar Keret bir dəfə belə deyib: “Əgər dəqiq qərar verməmisinizsə, onda əşyalarınızı yandırmaq üçün növbəti ən yaxşı addım onu bir kişiyə verməkdir ki, o da bunları başqa bir qadına, həmin qadın da qızlarına versin. O qızlar da bunları pişiklərlə dolu evdə saxlasın, düzdür?2016-cı ilin avqust ayında Hoffe ailəsi ilə İsrail Milli Kitabxanası arasında leqal müharibə başa çatdı, İsrail tərəfi sənədlərin müəlliflik hüququnu qazandı, çünki Brod onları qeyd-şərtsiz bağışlamağa söz vermişdi.
Hoffenin arxivində Kafkanın sevgilisi Dora Dimanta yazdığı təxminən 17 məktub və 1933-cü ildə Gestaponun Dimantın evində axtarışı zamanı yoxa çıxan 20-ə yaxın qeyd dəftərçəsi var.
Ştax belə hesab edir: “Ola bilsin ki, kimsə Berlində, Krakovda, ya da Moskvada onları tapıb. Orada çoxlu sayda sənəd var, beləliklə hələ də ümid var”.
Tərcümə: Fatimə Kərimli
Mənbə: The Guardian

Mövzuya uyğun linklər: