Mikelancelo Karavacconun məşhur əsərləri
Palitra
Mikelancelo Merizi Karavacco (Michelangelo Merisi da Caravaggio) böyük fırça ustalarından sayılır. Qısa ömür sürməsinə baxmayaraq o, rəssamlıq tarixində özünün bir çox yenilikləri və dahiyanə üslubu ilə qalmışdır. Barokko cərəyanının ilk böyük sənətçisi sayılan Mikelancelo Merizi 28 sentyabr 1571-ci ildə Lombardiyada Karavacco deyilən kiçik bir yerdə anadan olub. Memar olan atası o, beş yaşına çatanda taundan ölüb.
11 yaşlı olanda Mikelancelo Milana rəssam Simone Petersanonun yanına rəngkarlıq öyrənməyə göndərilir. Ancaq 1584-cü ildə naməlum səbəbdən oranı erkən bitirir.
Bir müddət sonra Romaya gələn Karavacco burada rəssam Cessari Darpinonun kiçik emalatxanasında işə götürülür və freskalara gül və meyvə şəkilləri çəkməyə başlayır.
Yaradıcılığının ilkin dövrlərində Leonardo da Vinçi, Tsian və başqa rəssamlardan təsirlənən Karavacco tezliklə öz üslubunun axtarışına çıxır. Bu dövrdə çoxlu əsərlər çəkməyə başlayır. Lakin onun günümüzə gəlib çatan ilk işi “Meyvə təmizləyən oğlan” (1593) tablodur.
1593-cü ildə Roma qızdırmasına yoluxan gənc rəssam bir müddət xəstəxanada yatmalı olur və bu zaman özünün ilk avtoportretini (“Xəstə Vakx”) çəkir. Sonralar Karavacco dəfələrlə özünün avtoportretini yaradacaqdı. Bu gah “Musiqiçilər” (1595), “Həvari Matfeyin şəhid olması” (1600) kimi əsərlərdə olduğu kimi fiqurlardan biri formasında, gah da “Davud Qaliafın başı ilə” (1607-1610) tablosundakı tək kəsilmiş baş formasında kətana əks olunacaqdı. Ancaq bu dəfə özünü gənc, işıq saçan vakx kimi deyil, həyatın hər üzünü görmüş, günahkar bir insan kimi təsvir edəcəkdi. Görünür bunda Karavacconun qatil olmasının, kilsə tərəfindən “qanundankənar” elan edilərək təqib olunmasının, davakar xasiyyətinin, istifadə etdiyi rənglərin tərkibindəki ağır metallarının zərərli təsirinin, gərgin əməyinin də rolu az deyildi. Elə buna görə də sənətşünaslar rəngkarlıq tarixində işıq-kölgə effektlərinin mahir istifadəçisi sayılan rəssamın ömrünün sonlarında çəkdiyi rəsmləri əvvəlkilərə nəzərən “tutqun” hesab edirlər.
Ancaq biz hələlik gəlin Karavacconun “Xəstə Valx” tablosuna qayıdaq. Rəssam bu tablonun təsiri ilə hələ bir neçə gənci təsvir edəcəkdi. Deyilənlərə görə oğlanlara meylli olan rəssam tablolarında cavan və yaraşıqlı oğlanları təsvir etməkdən çəkinmirdi. Bəzən onları zahiri görkəminə görə qadından ayırmaq olmurdu.
Yeri gəlmişkən deyək ki, Karavacco öz üslubunu axtardığı o illərdə “Meyvə səbəti”, (1596) natürmortunu yaradır. Bununla da bəzilərinə görə İtaliya rəssamlığında, bəzilərinə görə isə ümumiyyətlə rəssamlıq tarixində ilk natürmort yaratmış fırça ustası sayılır.
Karavacco 1594-cü ildə çəkdiyi “Fırıldaqçılar” və “Falçı qadın” kimi əsərlərindəki novatorluğu ilə dövrün hegemon sənət cərəyanı olan maniyerizmə meydan oxuyur. Onun tablolarındakı çoxfüqurluluq, ifrat realizm öz dövrü üçün görünməmiş yenilik idi. Onun tablolarında sözün həqiqi mənasında küçədən keçən insanlar, qaraçı qadınlar, küçə alverçiləri, adi və eybəcər insanlar iştirak edirdilər.
Karavacco adi insanlardan özünün dini motivli əsərlərində də yararlanmaqdan çəkinmir, müqəddəsləri ölümlü insanlarla əvəz edirdi. Müqəddəslərin üzlərində görməyə alışdığımız mükəmməllik, məsumluq bu obrazlarda yox idi. Əksinə bu obrazlar üz cizgilərinin gerçəkliyi ilə tamaşaçını heyrətləndirirdi. Karavacconun adi insanları təsvir etməklə yaratdığı Bibliya motivləri geniş maraq yaradır, baxanları heyrətləndirirdi. Lakin rəssam dayanmaq bilmir, daha da irəliyə gedir və Məryəm obrazı üçün (Madonna di Loreto, 1604) dövrün məşhur fahişələrindən biri Eleni çəkir. Bu isə kilsəni hiddətləndirir və sifariş geri qaytarılır. “Müqəddəs Matfey və mələk” (1602) əsəri isə Müqəddəs Matfey sadə kəndli obrazında verildiyi üçün sifarişçiləri qane etmir, o da geri qaytarılır.
Karavacconun şedevrlərindən sayılan “İsanın dəfni” (1603) əsəri də kilsə tərəfindən rədd edildiyi halda rəssamlar arasında hörmətlə qarşılanır, Rubensdən Sezanna qədər bir çox rəssam əsərin surətini yaradır.
Karavacconun eksperimentləri bununla da bitmir. Obrazı təxəyyüldən çəkmək yerinə onu real model əsasında təsvir etməyə daha çox üstünlük verən rəssam bəzən bunun üçün ölüləri narahat etməyi belə gözə alır. “Lazarın dirilməsi” (1609) əsərinin çəkilməsi zamanı yeni dəfn olunmuş ölünü qəbirdən çıxartdırır. Digər naturaçılar artıq çürüməkdə olan cəsədi əllərində tutaraq poz verməkdən imtina etdikdə isə Karavacco qılınca əl atır və sözünə qulaq asmasayanları cəsədin dalınca qəbirə göndərəcəyi ilə hədələyir.
Karavacconun ən böyük yeniliyi isə işıq-kölgə effektlərindən özünəməxsus şəkildə yararlanması idi. Onun əsərləri işıq və kölgənin kontrastlığı və xüsusi cizgiləri ilə fərqlənirdi. O, işıq-kölgə effektlərindən yüksək dərəcədə faydalanaraq tamaşaçının nəzərlərini lazımı fiqura yönləndirməyi bacarır.
Karavacco rəssamlıqda nə qədər mahir sənətkar, usta fırça ustası olsa da həyatda olduqca yaramaz, davakar adam idi. Elə bil bu böyük istedad sahibi hər dəfə yaratdığı şedevrlərdən sonra yaradıcı böhrana düşür və böhrandan onu yalnız içki, pozğun həyat xilas edir. Onun meyxana səfərləri çox vaxt dava ilə yekunlaşır və yalnız himayədarlarının hesabına həbsxanadan xilas ola bilir.
Ancaq sonuncu davası rəqibinin ölümü ilə yekunlaşır. Bu dəfə onu heç kəs xilas edə bilmir. Aldığı sifarişlərində yaradıcı şıltaqlıqları ilə kilsənin qoyduğu qaydaları pozan rəssam bu cinayətlə kilsəyə qisas almaq fürsəti verir. Beləliklə Papa V Pavel onu “qanundankənar” elan edir. Bu isə o demək idi ki, istənilən adam onu öldürərək mükafat qazana bilərdi.
Karavacco 1610-cu ilə qədər sürgün həyatı yaşayır və papanın onu əfv edəcəyi günü gözləyir. Ancaq təəssüf ki, Karavaccoya əfv olunacağı günü görmək nəsib olmur. Ömrü boyu ipə-sapa yatmayan, davakarlığı ilə ad qazanmış rəssam müəmmalı şəkildə ölür.
Karavacco cəmi 39 il ömür sürsə istedadı, novatorluğu və özünəməxsus dəsti-xətti ilə hər zaman təravətini qoruyub saxlayacaq və rəngkarlıq həvəskarlarını heyrətləndirməyə davam edəcək.
Xəstə Valx, 1593
Fırıldaqçılar, 1594
Udçalan, 1596
Həvari Matfeyin çağırışı, 1599
Emmausda şam yeməyi, 1601
Qalib Amur, 1601
Müqəddəs Fomanın inamsızlığı, 1601-1602
İsanın dəfni, 1603-1604
Müqəddəs İeronim düşüncələrə dalarkən, 1605
Davud Qaliafın başı ilə, 1607

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Rafael Santi - Afina məktəbi
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Seyid Hüseyn - Həzin bir xatirə