Fidan Vahid - Çılpaq yaz

Poeziya
Fidan Vahid - Çılpaq yaz
Ömrümün 21-ci yazında
Başıma küldən qar yağdıran adam...
Bu nə möcüzə idi yaşatdın mənə?!
Əllərində qırmızı çiçəklərlə
Çaldın könül qapımı.
Ləçəklər qurumamış,
Qurutdun ömrümü...
Qucaq dolusu gülüşlərlə
Ayaq basdım yuvana,
Sənsə addım-addım sındırdın qamətimi,
qərarımı...
Saçlarımı tel-tel oğurlayan adam
Qaytar mənim qaradan qara hörüyümü.
Əlində qalmasın
nə qaram, nə də yaram.
Şeir-şeir sevdiyim adam...
Əbədi faciə oldun sevgi ədəbiyyatlarına.
Axı sən hardan biləydin ki, sevmək necə olur?!
Bunu sənə öyrətmədilər, uşaq adam!
Özün hələ böyümədən
Böyük-böyük qocaltdın məni...
Mövzuya uyğun linklər:
Bugünkü həmsöhbətim Azərbaycan Respublikasının "Əməkdar Rəssamı", "Tərəqqi" medallı Rafael Həşimovdur.
İlahə Allahverdiyeva - Dağların Səssiz Nəğməsi və Yaddaşda Qalan Həsrət
AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”
Fərid Muradzadə - "Qorio ata" əsəri haqqında.
Marina Tsvetayevadan şeir