Edebiyyat.az » Proza » Əlişükür Cavadov -İlknur

Əlişükür Cavadov -İlknur

Əlişükür Cavadov -İlknur
Proza
admin
Müəllif:
20:03, 03 mart 2021
1 787
2
Əlişükür Cavadov -İlknur







  • Qalx. Gəl kömək edək otur maşına.
  • Yox. Hələ yox.
  • Necə yox. Bu vəziyyətdə nə etmək fikrin var ?
  • Keçəcək. 
  • Keçsəydi keçərdi indiyə.
  • Bilmirəm. Getmək istəmirəm xəstəxanaya.
  • Qorxma hər şey yaxşı olacaq.
  • Bircə xəstəxana olmasın.
  • Deyirəm ki, hər şey yaxşı olacaq! İnan mənə.

          Sevinc artıq 3-cü dəfə idi ki, sancılarının olduğunu deyirdi. Qabaqkı sancılarında həkimə zəng vurmaq üçün kifayət qədər ağrı hiss etmədiyini demişdi və həqiqətəndə sancıları bir müddətdən sonra kəsilmişdi. Bu dəfə də ağrısının bir müddətdən sonra kəsiləcəyinə ümid edirdi. Üzləşmək istəmirdi xəstəxana qapıları ilə . Atasını həkim səhvinə görə itirdiyindən həkimlərə qarşı onda xoşagəlməz hislər özünə yer eləmişdi. Ona görə də özünü mümkün qədər sıxıb xəstəxana qapıları barədə fikirləşməməyə çalışırdı. Sanki, bu yolla o, əvvəl axır baş tutmalı hadisədən tamamilə qurtulacaqdı. Ancaq bu dəfəki ağrıların müddəti və şiddəti ötən ağrılar kimi üzdən deyildi, səngiyənədə oxşamırdılar. Sevinc ilk dəfədir ki, azad olacağından onun üçün keçirdiyi ağrılar, hislər həyatında ilk dəfə yaşadığı şeylər idi. Sevinc hələdə artıq getdikcə şiddətlənməkdə olan ağrını görməzdən gələrək onun səngiyib yoxa çıxacağını düşünürdü. Amma bu dəfəki düşüncələrində yanılmışdı.  

Belə həssas mərhələdə olduğuna görə Sevincin hər hərəkətinə yoldaşı Arif də, qaynanası Züleyxa da, çox həssas şəkildə reaksiya verirdilər. Artıq ağrı onu 40 dəqiqədir ki, diddiyindən gizlədə bilməyib bu dəfə daha qabarıq şəkildə büruzə verdi hər şeyi. Sevincin ruhu hər nə qədər çətinliklərlə yoğrulsada, istər uşaqlığında, istərsədə gənclik dövrlərində maddi , mənəvi çətinliklər görə görə öz ayağı üzərində durmağı öyrənsədə, ağrılarını hər nə qədər başqalarına bildirməməyə alışsada, indi çəkdiyi ağrıların o ağrılara oxşamadığını duyub səsini qaldıraraq, kəsik kəsik çığırtılar vurmağa başladı.

            Bu dəfə vəziyyətin ciddi olduğunu görən Arif mütləq xəstəxanaya getməyin vacibliyini qət edib Sevincdən bu barədə soruşmadan maşını işə salaraq həyətin darvazasının açdı. Mühərrik qızana qədər anası Züleyxa ilə köməkləşib Sevinci arxa oturacağa ehtiyatla yerləşdirdilər. Arifdə ilk dəfə idiki ata olacaqdı. Başqa bir vaxt hansısa qayğı ilə həyətdən çıxarkən görəsən həyatın qayğıları heç bitməyəcəkmi ? sualını özünə verərsədə. İndi isə yaşadığı qayğının narahatlığının xoş nəticəsi barədə düşündüyündən qayğı sözünü yaxınına belə buraxmadı. Kənardan ona baxan sifətində dünyanın ən qayğılı narahat insanını görsədə, daxilinə nəzər salmağı bacaran adam dünyanın ən xoşbəxt insanı olmaq astanasında durmuş qəlbi sevincə döyünən Arifi görərdi. Maşın astaca hərəkət edərək yavaş yavaş həyətdən çıxdı. Arifgil rayon mərkəzinə yaxın qəsəbəsdə qaldıqlarından mərkəzi xəstəxana ilə evlərinin arasında olan məsafə çox deyildi. Arif maşını bacardıqca həm sürətli, həm də ehtiyatlı sürürdü ki, yoldakı dərələrə düşməsin. Züleyxa xalada arxa oturacaqda Sevincin yanında oturub Arif hər dəfə  evdən çıxıb harasa gedəndə dediyi “yavaş sür bala” ifadəsini ard arda təkrar edirdi.  Sevincsə nə yolu düşünürdü, nə də artıq getməyə qorxduğu xəstəxananı. Dişini dişinə sıxıb ağrılarınını çəkirdi. Ağlamağa, zarımağa adət etmədiyindən, həyatı mübarizələrin orta yeri kimi gördüyündən indidə özünü mübarizənin içində görürdü.  Tək başqalarının yanında mərd görünmək yox, həm də gələcəkdə bu anları xatırlayarkən möhkəm dayandığını xatırlamaq istəyirdi. Arifdə Sevinci elə mərdliyinə, həyatla mübarizə əzminə görə sevmişdi.  Arifin özüdə mərd idi. Belə olmasa idi Sevinc onunla ailə qurmazdı heç vaxt. Onlar həyatı yaşamır, onunla döyüşürdülər sanki, gözlərini açandan gördükləri çətinliklər birinin 26 birinin isə 28 yaşının olmasına baxmayaraq yaşlarına nisbətən çox böyütmüşdü onları. Bir birlərinin çoxdandı sevsələrdə, evliliyin nə olduğunu, cəmiyyət qarşısındakı məsuliyyətlərini dərk etdikdən sonra bu qərara gəlmişdilər. Arifində, Sevincində atası yox idi. Sevinc 2 il bundan qabaq atasını qara ciyər serriozundan, Arif isə 7 yaşı olanda evin çardağında işləyən atasının yerə yıxılıb kəllə beyin travması alıb komaya düşməsi, sonrada komadan ayılmaması səbəbindən itirmişdi. Ariflə Sevincin oxşar taleləri onları başqa cütlüklərdə olmayan görünməz bağlarla bir birinə bağlamışdı. Hər cür çətinliyi keçmiş, hər şeyə öz gücləri ilə nail olmuşdular həyatda. Sevinc öz gücü ilə müəllimə, Arifdə həm işləyib, həm də oxuya oxuya mühəndis olmuşdu. 

Sevinc  çəkdiyi ağrını  Arifin hiss etdiyini və elə onun qədər narahat olduğunu duyurdu.  Ağ opel xətəxananın həyətinə girib doğum şöbəsinin girişində dayandı. Belə hallara adət etmiş növbətçi tibb bacısı maşının pəncərəsindən Sevici görən kimi digər tibb bacılaırna və həkimə xəbər verdi. Ariflə anası Sevinci nərdivanla iki pillə çıxarmışdılar ki, öndə ağ geyimli tibb bacıları xərəklə arxada isə həkim qaçaraq özlərini Sevincgilə çatdırdılar. Pilləkənin sonuncu pilləsini qalxdıqdan sonra Sevinci xərəyə uzatdılar. Sevinc gözünü Arifdən çəkməyərək :

- Aralanma - deyə çığırdı.

- Getmirəm. Hər şey biz danışdığmız kimi olacaq. Danışdıqlarımızı düşün – deyib Sevincin əlindən bərk bərk tutub xərəyin yanı ilə addımlamağa davam etdi Arif.  Sevincin belə deməyi 2 il bundan əvvəl atasını səhv diaqnozla müalicə nəticəsində itirməyindən qaynaqlanırdı. O vaxtdan inamını itirmişdi həkimlərə.  Doğumdan qabaq hər nə qədər Arif ona doğuşu həyata keçirəcək həkim nailiyyətləri, indiyədək həyata keçirdiyi bütün doğuşları uğurla tamamladığını, 2 il Almaniyada, 4 il isə Türkiyədə təhsil aldığını desədə, Sevinci atası ilə bağlı yaşadığı hadisə rahat olmağa qoymurdu. Ariflə anası doğuş baş tutacaq otağın qapısına qədər xərəyin dibi ilə gedə bilsədə həkim burdan o tərəfə keçməklə onun işinə maneə olacaqlarını bildirib içəri buraxmadı onları. Arif Sevincin yanında olmadığına görə özünü günahkar hiss etsədə, həkimin dediyinin doğru olduğunu fikirləşib az da olsa özünü ələ aldı. Qapının arxasında Sevincin qışqırıq səsləri eşdilirdi. Arifdə ona səs verirmiş kimi ağzını qapıya dayayıb:

- Hər şey biz deyən kimi olacaq Sevinc. Hər şey yaxşı olacaq - deyirdi. 

Sevincdə, Arifin səsini eşidib həkimlərlə bağlı fikri özündən qovmağa çalışırdı. Xəstəxanaya gələrkən Züleyxa xala Sevincin anası Münəvvərə zəng vurub xəsəxanaya gəldiklərini dediyindən Münəvvər xala bu anda şöbənin əsas giriş qapısından içəri girdi. 

- Sevinc hardadır ? Doğuş başlayıb ? – suallarını ard ardaverdi Sevincin anası

- İçəridədir - deyə cavab verib qucaqladı onu Züleyxa xala 

            Sevincin səsinin şiddətinin artmağı onun yolda olanda çəkdiyi ağrılardan daha çox ağrı çəkdiyini bildirirdi. Sevinc iliklərinə kimi hiss edirdi ağrını. Sanki, diri diri doğrayırdılar onu. Həmişə kinolarda gördüyü doğuş səhnələrinin indi baş qəhrəmanı idi. Şiddətli ağrıları dalğavari formada artıb azalırdı. Ancaq getdikcə hər dalğa digərinə nisbətən hündür gəlir, gedəndədə canından can alırdı Sevicin. Ağrının şiddəti nə olursa olsun dözəcəyi barədə özünə söz vermişdi Sevinc. Qapı arxasında Arifin susmaq bilməyən ürək dirək sözlərini eşidirdi. Qapı arxsında dayanmış Arif isə bir tərəfdən sözləri ilə Sevicin həkimlər barədəki fikrilərini dağıtsada bir tərəfdəndə xəyalları 9 ay ərzində uşaqla bağlı xəyallarını, fərəhlərini xatrılayırdı. İlk dəfə bu xəbəri gizli gizli sevinərək, qəribə bir həyəcanla Sevincin Arifə xəbər verməyi, Arifin qəlbinin dağa dönməyi eləbil dünən olmuşdu. Fərəhlə keçən 9 ay 9 dəqiqə kimi görünürdü indi Arifə. Sonra valideyinlərin xəbər tutması, hərəsinin bir cürə sevinməyi xatırladı. Züleyxa xala xaraktercə emosional olduğundan xəbəri eşidəndə sevindiyindən özündən getmişdi. Mənsumə xala isə Sevincindən elə qışqırmışdı ki, qonşualar səsə gəlmişdilər. Onların bu sevinci bir qədər qəribə görünsədə səbəbsiz deyildi. Ariflə Sevinc iki il yarım idi evlənsələrdə uşaq məsələsinə görə tələsməmişdilər. Həm ailə yükünün nə olduğunu mənimsəmək üçün özlərinə vaxt vermiş, həm də uşaq tərbiyəsinə dair nə qədər nəzəri məlumat vardısa hamısını tələsmədən yavaş yavaş mənimsəmişdilər. Həyatda hər şeyə məsuliyyətlə yanaşdıqları üçün bu məsələdədə cəmiyyət qarşısındakı məsuliyyətlərini duyub uyğun bildikləri formada hərəkət etmişdilər. Düzdü nəvə istəyən valideyinlərə müqavimət göstərmək asan olmamışdı, ancaq öz fikirlərinin üstündə möhkəm dayanıb dediklərini həyata keçirmişdilər. Onlar ailə qurub uşaq dünyaya gətirməyə adət ənənənin bir hissəsi kimi vaxtı çatanda gözübağlı formada görülməli iş kimi yox, həyatlarındakı ən böyük məsuliyyət tələb edən iş kimi yanaşırdılar. Ona görə evlənməyə gec qərar verdikləri kimi uşaq dünyaya gətirməyədə tələsməmişdilər. Ariflə Sevinc nigah şəhadətnaməsinin heç bir sorğu sualsız əldə olunmasına təəccübsüz yanaşa bilməmişdilər. Adicə 9-cu sinif şəhadətnaməsini alanda 2-3 imtahan verib 50-60 sualı cavablayası olmuşdu ikisidə. İndi isə ailə qurub cəmiyyətə fərd verməyə əsas verən bu sənədi 1 sual belə verilmədən əldə edə bildikləri onları təəccübləndirməyə bilməmişdi. Ariflə Sevinc lap əvvəldən uşağın cinsiyyətinin onlar üçün önəmli olmadığını bir birlərinə sübut etmək üçün uzidə uşağın sağlamlığına baxan həkimə uşağın cinsiyyəti barədə onlara heçnə deməməsini tapşırmışdılar. Oğlanda olsa, qızda olsa adı İlknur olacaqdı. Onlar insanın cəmiyyət qaşısındakı rolunu, borcunu dərk etdiklərindən onlar üçün əsas iş cəmiyyətə faydalı fərd verməkdən ibarət idi. Bu işi həyata keçirmək üçündə oğlan uşağı da, qız uşağı da eyni qədər əhəmiyyət daşıyırdı onların nəzərində.

Arif 9 ay ərzindəki xatirələri beynində canlandırarkən bayaq ona 9 dəqiqə kimi görünən 9 ay indi Sevincin dəhşətli qışqırıqlarının sədaları fonunda 9 ildən də artıq görünürdü. Arifin xəyalları xatirələrdə dolandığı bir vaxtda Sevincin bütün xəstəxananı başına götürən və bayaqkı səsinin artıb azalması tempini andıran dalğaların yanında sunami effektini yaradan bir çığırtısı eşidildi. Çığırtıda elə eynən sunami kimi bir və yüksək tempdə davam edib Arifin, Züleyxanın, Mənsumə xalanın ürəyini öz şiddəti ilə titrətdi. Arif çığırtının səsinə yuxudan ayılırmış kimi xatirələrdən ayrılıb qapıdan elə yapışdı ki, elə bil qapının içindən keçmək istəyirdi. Züleyxa xala çığırtını eşidib yenədə özündən getdi. Mənsumə xalada bilmədi Sevincdən ötəri narahat olsun ya Züleyxanı tutsun. Səs təxmini 1 dəqiqə aramsız davam   edib kəsildi. Səs kəsiləndə az qala Arifdə Züleyxa xala kimi özündən gedəcəkdi. Özündə güc tapıb yumruğunu qapını döyəcləmək üçün yığmışdı ki, içəridən yüngülvari bir şapalaq səsi və arxasıncada bu dəfə Sevincin əvəzinə körpənin çığırtısı eşidildi. Uşaq sanki, anasının çığırtısını davam edirmiş kimi aramsız formada çığırmağa başladı. Arifi indi fərəhdən huşunu itirməməyə yalnız Sevinc barədəki narahatlığı qoymurdu. O, yeni bir həyatın başladığını duyurdu. Sonralar nə qədər fikirləşsədə həmin an keçirdiyi sevincin miqyası ilə müqayisə olunacaq bir sevinc duymadığını gördü. Nə univerisitetə daxil olanda, nə Sevinclə ailə quranda nə də başqa bir vaxt belə sevinc duymamışdı.

Sevinc canından can ayrılsa da, həyatındakı ən böyük fiziki ağrını keçirsədə, nə baş verdiyini başa düşür, yarıhuşsuz halda təbəssmülə indicə doğulan körpəyə baxırdı.

Təxminən  2 saatdan sonra Sevicə Arif və digər ailə üzvləri ilə yaxın təmas olmadan görüşməyə icazə verdilər. Sevinc uşağı qucağında tutub birinci Arifə yaxınlaşdı. 

  • Özün necə hiss edirsən – deyə soruşdu Arif həyəcanla 
  • Ana kimi – deyib isti bir təbəssümlə gülümsədi Sevinc. Sonra qucağındakı 

adyala bürünmüş uşağın sifətindən adyalı götürüb üzünü Arifə tərəf tutdu uşağın. Adyalın arasından yeni başlayan bir həyatın hənirtisi gəlirdi. Hələlik bağlı olan gözləri sonralar çox güləcəkdi bu körpənin.

 

Arif bütün əzalarında keçirdiyi sevic dalğası ilə uşağa baxa baxa soruşdu 

  • Qızdı ya oğlan ?
  • Qız – deyə isti bir təbəssümlə cavab verdi Sevinc.

Sonra ikisidə eyni fərəhli nəzərlərlə nəfəsləri bir birlərinə toxunacaq yaxınlıqda dayanaraq uşağa baxıb eyni vaxtda sanki, əvvəldən bir biləri ilə şərtləşmiş kimi İLKNUR dedilər.

 


 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (2)