Edebiyyat.az » Söhbət » Əlibala Əhmədov - Dünya poeziyasının dilimizdə o qədər də geniş və mükəmməl halda mövcud olduğunu düşünmürəm.

Əlibala Əhmədov - Dünya poeziyasının dilimizdə o qədər də geniş və mükəmməl halda mövcud olduğunu düşünmürəm.

Əlibala Əhmədov - Dünya poeziyasının dilimizdə o qədər də geniş və mükəmməl halda mövcud olduğunu düşünmürəm.
Söhbət
admin
Müəllif:
21:51, 08 avqust 2020
1 318
0
Əlibala Əhmədov - Dünya poeziyasının dilimizdə o qədər də geniş və mükəmməl halda mövcud olduğunu düşünmürəm.

 

 

 

 

-Xoş gördük, Əlibala Əhmədov. Nə üçün təxəllüsün yoxdur?

- Müasir dövr ədəbiyyatında təxəllüs götürməyin şair - yazıçını fərqli göstərməkdən daha çox ona qeyri - ciddi profil cızdığını düşünürəm. 

 

-Şeirlərin bədii təsvirlərdən ibarətdir. Nəsrlə nəzmin qarışığıdır. Səncə bu nə qədər uğurludur?

-Nə qədər uğurlu olub - olmadığını deyə bilmərəm. Görünən odur ki, şeirlərim bu gün o qədər də diqqət çəkmir, oxunulmur. Amma bədii mətnə qiymət vermək üçün, onun həqiqi dəyərinin müəyyən edilməsi üçün bunun əsas meyar olduğunu düşünmürəm. Fikrimcə, ilk öncə şeirlərimi heç olmasa, beş altı adam oxumalıdır. Onların uğurlu ya uğursuz olmasını isə belə deyək, yalnız "ciddi adamlar" müəyyən edə bilər. 

 

-Poeziya aləmində hər şey həyatda olduğu kimidir, yoxsa rənglər, dadlar, qoxular fərqlidir?

-Həyatda olanların necəliyi hər kəs üçün eyni deyil. Ona görə belə deyərdim - poeziya aləmində var olan şeylər həyatda olanların içindəki həyat kimidir.

 

 

-Gənclər qafiyəli, çərçivəli şeirlərdən nə üçün qaçırlar?

 

-Ümumiyyətlə, bu günkü dünya çərçivə və sərhədlərdən qaçmağa çalışır. Çünki çərçivə öz - özlüyündə qondarma bir şeydir və artıq təbiilik qarşısında tab gətirmir. Hər bir sahə kimi Ədəbiyyatın da inkişafı, yeniliyi üçün müəyyən buxovları, çərçivələri qırması lazım idi. Poeziya və onun əxz etdiyi dünya yalnız qafiyələrdə, hecalarda qalacaq qədər sadə deyil. Artıq biryol prinsipindən çıxmaq lazımdır. 

 

-Nə vaxtsa müharibə, sülh, vətənpərvərlik mövzusunda şeir yazacaqsan?

-Düşünmürəm, çünki belə mətnlərdə səmimi və pafossuz qalmaq, təkrarçılıq etməmək çox çətindir.

 

-Şeir yazmaq zövq bəxş edir, yoxsa ağrı?

-Bu həyatda çox şeylər insana həm zövq, həm ağrı bəxş edir, eləcə də şeir yazmaq. Amma şeir ağrıdan yaranır. 

 

-Donmuş sudan neçə misra yazmaq lazımdır ki, o soyuğu hiss edəsən?

-Say əsas deyil. Ona görə donmuş sudan necə misra yazmaq lazım olduğunu düşünmək daha vacibdir, fikrimcə. Elə misra ki, həmin qüssəni hiss etdirsin. 

 

-Azərbaycan şeiriyyatı səni qane edirmi?

-Azərbaycan ədəbiyyatı barədə tam fikir bildirəcək qədər yetişdiyimi düşünmürəm. Amma fikrimcə hər halda, bizim poeziya səviyyəsinə görə digərlərindən heç də geri qalmır. 

 

-Dünya poeziyası ilə fərqimiz nədir?

-Dünya poeziyasının dilimizdə o qədər də geniş və mükəmməl halda mövcud olduğunu düşünmürəm. Ona görə fikrimcə bu barədə o qədər də məlumatlı deyilik. Amma hər mənada elə həmin qəlibsizliyi qeyd edə bilərəm. 

 

-Biz klub və Edebiyyat.az  kollektivi sənə əşəkkürünü bildirir.

-Mən təşəkkür edirəm. Çox sağolun.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)