Edebiyyat.az » Söhbət » Məhəmməd Tanhu - ...Bir il əvvəl yazılan əsər belə heç xatırlanmaya bilir...

Məhəmməd Tanhu - ...Bir il əvvəl yazılan əsər belə heç xatırlanmaya bilir...

Məhəmməd Tanhu - ...Bir il əvvəl yazılan əsər belə heç xatırlanmaya bilir...
Söhbət
admin
Müəllif:
18:35, 10 avqust 2020
1 505
0
Məhəmməd Tanhu - ...Bir il əvvəl yazılan əsər belə heç xatırlanmaya bilir...





- Xoş gördük, Məhəmməd Tanhu. Yaradıcılıq baxımından hansı sahədə özünü görürsən?

- Xoş gördük! Bir balaca CV sualını anımsadan bu suala cavabım özümdə də maraqlıdır. Arximed kimi dayaq nöqtəsi tapmaqla müqayisədə axtarmağı sevdiyim üçün özümü konkret gördüyüm sahə yoxdur. 

 

- Səncə, yerli ədəbiyyatımız yetəri qədər inkişaf edib?

- Ədəbiyyat tarixinə baxsaq, qədim dövrdən indiyədək bölünən şərti dövrlər həm də ədəbiyyatın tarixi inkişaf mərhələləri adlanır. Yəni bir neçə əsr sonra dövrün ədəbi kriteriyalara cavab verməyi əsasında inkişaf amili qeyd olunur. Ədəbiyyatımız yetəri qədər inkişaf edib deməzdim, yetəri sözünün kökü “yet”məkdir, hələ yetməyən şeylər var. Daha çox inkişaf etməkdə olan ədəbiyyat adlandırardım. 

 

- Sən həm də sərrast oxucusan. Hansı üç kitabı gənc oxuculara tövsiyə edərdin?

- Təşəkkür edirəm!

1. Dostoyevski “Karamazov qardaşları”

2. Tolstoy “Hərb və sülh”

3. Kutzee “Gənclik”

 

- İncəsənət insanının ideologiyası olmalıdır?

- İdeologiya həm də incəsənətin dinidir. Dinsizliyin də din olduğu nəzərə alsaq, dinsiz insan olmadığı kimi ideologiyasız da əsər yoxdur. İdeologiya labüddür. Bu yaradıcılığın mayasında var, qaçınılmazdır. O ideologiyanın adı humanizmdir. Nodarın “Kukaraça” əsərində humanizmdən başqa hansı ideologiyanı tapmaq olar yaxud başqası lazımdırmı? İçində humanizm olmayan hər bir ideologiya murdardır.

 

- Ədəbiyyatın at oynadan vaxtı nə vaxt olub və ya olacaq?

Bir vaxtlar gəldiyim və hələ də gücünü itirməyən qənaətimi deyə bilərəm: ədəbiyyat özəlliklə də nəsr yer kürəsi adamları və onların hisləri haqqında arxiv materiallarıdır. Ədəbiyyat Eden bağında alma oğruluğuna girişdiyi üçün oradan qovulduğu Adəm və Həvvanın bu dünyaya atıldığı andan etibarən at oynadır. O at hələ ki yol gedir. Nə yaxşı ki yol gedir.

 

- Bədii cümlə, şərab, yoxsa sevişmək?

- Mətnlə tiryəklənmiş adamlarıq. Digərləri olsa da, olmasa da dozamızı almışıq.

 

- Gənclər nə üçün vətənpərvərlik mövzusuna toxunmaq istəmirlər?

-Poetik nümunələrə rast gəlmək olur, amma prozanı qeyd edirsinizsə, məncə, vətənpərvərlik mövzularında haqlı olaraq pafos və səmimiyyət sərhədlərinin bir-birinə qarışdığı üçün dayanacaqları yerin uzaqdan necə göründüyünə dair şübhələri var deyə. Həmçinin, vətənpərvərlik geniş anlayış olduğu üçün bu mövzuya istəməsən də toxunursan.

 

- Poeziyanın mənası nədir?

- “Qurani-Kərim”in əruz vəznində yazılıb, deməli din də poeziyadır. Biz əslində dualar etmirik, Allaha şeir deyirik. Bəlkə buna görə də tərcümə edilmiş dualar təmiz dualar qəbul olunmur. Tərcümə zamanı poeziya darmadağın olur axı. Bunlar həqiqətdirsə Allah da poeziyanın tərəfindədir. Proza keçmişin, poeziya anın təzahürü olduğu üçün indiki zamanın bədii, ölçülü, vəznli misraların mərkəzinə gizlədilməsidir. 

 

- Rəsm əsəri, çaxır kimi,  qaldıqca dəyəri artır. Bəs, bədii əsər?

- Bədii əsərdə bu analogiya olmaya da bilir. Bir il əvvəl yazılan əsər belə heç xatırlanmaya bilir və gedişat onu göstərir ki, heç xatırlanmayacaq. Naturalizm Zolyanın əsərləriylə özünə vücud tapdı və ondan təsirlənərək cild-cild romanlar yazanlar oldu və həmin romanlar arxivdə tozlanmaqla məşğuldur.

 

- Suallara dolğun cavab verdiyin üçün çox sağ ol. Uğurların bol olsun.

- Təşəkkür edirəm. Sənə də yaradıcılıq uğurları arzu edirəm!

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)