Edebiyyat.az » Film » İtirilmiş keçmişin üzərində qurulan yalançı gələcək. Vətəndaş Kein xalqın inikası kimi.

İtirilmiş keçmişin üzərində qurulan yalançı gələcək. Vətəndaş Kein xalqın inikası kimi.

İtirilmiş keçmişin üzərində qurulan yalançı gələcək. Vətəndaş Kein xalqın inikası kimi.
Film
Necef Esgerzade
Müəllif:
21:11, 25 mart 2019
2 575
0
Corc Orson Uells (ing. George Orson Welles; 16 may 1915 — 10 oktyabr 1985) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır. "Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı


Corc Orson Uells (ing. George Orson Welles; 16 may 191510 oktyabr 1985) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası,  "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır.
"Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur.

Keçmişin izlərini daşıyan insan. Gələcəyi olan, amma keçmişindən qoparılan uşağın yarımçıqlığı. Doğruları cəmiyyətə açıqlayan vicdanlı vətəndaş. Həqiqətləri gizlətməyib, fəqət zaman ötdükcə daha böyük iddialara tutulan vicdanlı vətəndaşın mənəvi cəhətdən çöküşü. Hamının sevimlisi olma ümidiylə alışıb yanan, etdiyi kiçik səhvdən dolayı illərdi yaratdığı imicinin üstündən çəkilmiş xəttə boyun əymək məcburiyyətində qalan "vətəndaş". İnadkar, sevgisizliyə düçar edilmiş illərdi yaş üstünə yaş gəlməsinə rəğmən uşaq kimi sevgiyə möhtac qalan Keinin həyatının puçluq mənzərəsinin əksi.                                                                                                                                                                      

 Bir obrazın üzərindən bir xalqın itkin düşmüş keçmişinin axtarışı. Köksüzlüq, hardan gəldiyi bilinməyən, gələcəyi olan, keçmişi məhv edilmiş insanların qurduqları Amerika hansı dayaqlar üzərində dayanır?                                                                                   

Kein. Uşaq vaxtı. Ailəsi ona təhsil verə bilmir. Borcuna görə evə gələn qonağa oğlunu təslim edir ana. Bütün öhdəlikləri öz üstünə götürüb uşağı qarlı bir gündə qoltuğuna vurub onu ailəsindən, keçmişindən qoparan, əvəzinə uşağın ovcuna lüks bir gələcək sıxışdırıb onu xoşbəxt etdiyini düşünən yarımçıq , orta yaşlı gələcək. Balıq kimi quruda çapalayan, keçmişi hissə-hissə məhv olan uşağın gələcəkdən xəbərsiz böyüdüyü ərəfələrdə keçmişindən qoparıldığı anda yerdə qalan xizəyin üstünə yazılan qızılgül qönçəsinin sehrli əlçatmazlığı. 


Şopenhauer deyir ki, " xalq həmişə yeniyetmədir".                                                                                      

Amerika cəmiyyətinin özülünü keçmişi itkin düşmüş uşaqlar yaradıblar. Keçmişindən itkin düşmüş uşaqlar vaxt keçdikcə yeniyetməyə çevriliblər. Xalqı yaradan yeniyetmələr sonra orta yaşa çatdıqda isə xalqın sonrakı keçmişini yaratmağa girişiblər. Keçmişin izini itirdikcə gələcəyini yaradan yeniyetmələr özlərindən gələcək üçün keçmişinin yeni xəttini inşa edirlər. Əsl keçmiş yaranan gələcəyin yaratdığı yeni keçmişin altında qalaraq məhv olur.                                                                   

 Vətəndaş Kein. Kein yeni ünvan qazanır. Bu ünvanın adı vətəndaş adlanır. Xalq qurulur. Əsl keçmişini itirən uşaqların yeniyetməyə çevrilməsi hesabına. İkinci mərhələ isə artıq dövlətin qurulmasıdır. Vətəndaşlıq statusu qazanmış insanlar. Dövlətin əsas prinsipini özündə ehtiva edir. Kein vətəndaşdır. Onun pulu var. Özü də çox. Gələcəyi də qarşıdadır. Pul var. Bəs onu hara xərcləməli?                                                                                                                                                               

Bütün inadlara rəğmən qəzet işinə girişən Kein özünü xalqdan sayır. Həqiqətləri son damlasınacan xalqa açıqlamağı qarşısına qoyur, xalqını təşkil edən insanların özləri dövlətin qulu kimi deyil, vətəndaşı kimi hiss etməsinə çalışır. Hər şeyini səfərbər edir. Nüfuzu qalxır. İnsanlar artıq Keinə inanır. Onun ətrafında jurnalistlər dövrə vurur. Dostları ondan əl çəkmir. Şöhrət artıq kandarda dayanıb içəri girməyə çalışır. Həyatını birləşdirəcək insanı da tapan Kein bundan artıq nə istəyə bilər?            

 Amma Kein bundan artığını istəyir. Xalqının onu sevməsini düşünərək siyasətə girişir. Əvvəlki sadə vətəndaş kimliğini unudan Kein egosunun onu idarə etməsinə mane ola bilməməsi ucbatından illərdi qazandığı nüfuzu çox tez müddətdə itirir. Siyasətin gözlənilməz zərbələrindən qorunmağa qalxanı olmayan Kein bir qızla yaşadığı münasibətdən dolayı cəmiyyət arasında imici zədələnir. Bunu əslində özü edir. Edilmiş xəbərdarlığı qulaq ardına vuran Kein gələcəyin ona gətirəcəyi uğursuz talesizlikdən xəbəsiz şəkildə səhv ardınca səhv addımlar atır. Birinci arvadını və uşağı itirən sonra (onlar maşın qəzasında həlak olurlar) ona zərbə vuran qız ilə evlənərək Kein elə bil ona vurulan zərbələrin acısını çıxmağa çalışır. Dürüst vətəndaşlıq statusunu itirən sadəcə əlində qalan pul və mal-dövlətin hesabına Keinin həyatı boş otağa dönür. Varlıq içində yoxluğu yaşayan, içindəki yanıb onun kül edən şöhrət alovunu söndürə bilməyən, hər vəchlə hirsini yanındakı adamlardan çıxan Keinin çöküşü asta-asta baş verir. Kein burada xalqın gələcək çöküşünün inikası kimi çıxış edir. Yalançı keçmişin laxlayan sütunları üzərində inşa edilmiş gələcək elə bir səhvə bənd olan kimi məhvə düçar olur.                                                                                                                                                                                                             

İkinci həyat yoldaşını istedadsız olmasına baxmayaraq, xalqın qarşısına çıxaran Kein həm ona zərbə edirən Maridən, həm də onu qəbul etməyən xalqdan öz qisasını almağa girişir. Baş qaldırmış soyuq müharibədən dolayı Kein get-gedə tək qalır. Hamı onu tərk edir. Kein böyük ərazidə böyük imarətxana inşa etdirərək özünü Mari ilə birgə və illərdi gəzib dolaşdığı ölkələrdən alıb gətirdiyi müxtəlif əşyaları bu evə qapayır. Sonda Marinin onu tərk etməsiylə son tutarlı zərbəni alan Kein əlinə keçən hər şeyi dağıdır. Evə qar yağan suveniri əlində tutaraq qızılgül qönçəsi (rosebud) sözlərini ixtiyarsız şəkildə pıçıldayan Keinin nəyi demək istəməsini heç kim bilmir. Ölüm döşəyində can verən Keinin son sözləri də bununla bağlı olur.                                                                                                                      

 

Onun keçmişini araşdıran jurnalist Kein haqqında bir çox bilgiləri əldə etməsinə rəğmən, qızılgül qönçəsi ilə bağlı heç nə əldə edə bilmir. Kein sonacan qapalı qutu kimi qalır. Axırda Keinin illərdi yığdığı dəyərləri milyonlarla dollarla ölçülən əşyalar arasında gözə dəyən xizək bizim üzümüzü gülümsədir. Əşyalar sobaya atılaraq yandırılır. Eləcə də xizək. Xizəyin üstündəki yazılan qızılgül qönçəsi sözü alovun içində çartıltı ilə yanır. Keçmiş məhv olur.                                                                                

 

Kökü olmayan xalqın yaşadığı gələcəyin yalançı keçmişi alovun içində sonuncu dəfə görünür.             

 İmarətxana reşotkaları üstündə girmək qadağandır yazılıb. Sanki yaranmış yalançı gələcək özünü qorunma mexanizmasına keçid edib. Reşotkadan içəri girincə gələcəyin ucsuz-bucaqsız genişliyi insanı bihuş edir. Amma çöldən içəri boylanırkən isə gələcəyin intəhasız, bilinməyən səmtləri insanı qorxudur.                                                                                                                                                                

 Qızılgül qönçəsi sözünün digər bir ucu isə burjuaziya sinifə gedib çıxır. Burjuaziya sinfini oda atan rejissor Amerikanın əsl günahkarlarını beləcə ifşa edir. Həmçinin Kein obrazının protipini (William Randolph Hearst) həyatdan götürən Orson Uellsin bu filmi neçə illərdi qadağan olunmuşdur. William Randolph Hearst filmi izlədikdən sonra əlində olan imkanlardan istifadə edərək filmin təsir gücünü aşağı salmış, onun haqq etdiyi lazımi dəyərinin almamasına mane olmuşdu.

P.S: " Vətəndaş Kein " filminin rejissoru, ssneristi, baş rol ifaçısı, prodüseri Orson Welles-dir. Filmdə dövrünə görə kino sektorunda yeni üsullardan ( işıqların tavanda deyil, döşəmə üzərinə yerləşdirməsi, son səhnələrin birində üz-üzə qoyulmuş güzgülər, film boyu edilmiş flaşbəklərdən (obrazların Kein haqqında xatirələrin canlandırması)) istifadə edən rejissorun bu filmi dünya kino tarixinin bir neçə illər ən yaxşı filmi sayılıb. Orson Welles filmin çəkilişi zamanı pilləkanlardan yıxılmış, 2 həftə boyunca çəkilişə əlil arabasında gəlmək məcburiyyətində qalmışdır. Həmçinin ayaq üstə durması lazım olan səhnələrdə protezdən istifadə edən rejissor/aktyorun iradəsinə heyran olmamaq mümkün deyil.

                                                                                                                                      Nəcəf Əsgərzadə


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)