Orson Uells
Film
Mənim ilk müəllimim anam olub. Anam çox nadir gözəlliyə malik qadın idi. O, siyasətlə maraqlanırdı. Həmçinin, tüfəngatma üzrə bir neçə dəfə çempion olmuşdu. Musiqi sahəsində isə istedadlı pianoçu idi. Uşaq vaxtı mən evimizə gələn musiqiçi qonaqlar üçün pianinoda musiqilər çalardım. İfa etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini parçalayırdım.
Anam rəhmətə gedəndə səkkiz yaşım vardı. Və onun ölümündən sonra mən hər ehtimala qarşı musiqi alətlərinə toxunmadım...
Atam incə və həssas qəlbə malik insan idi. Onun bütün dostları atamı ürəyiaçıqlığına, xeyirxahlığına və dözümlülüyünə görə çox sevirdilər. O, səyahət etməyi sevərdi. Mənim səyahət etməyə olan sevgimi də uşaqlıqdan atam formalaşdırmışdı.
Məktəbi bitirməyimə lap az qalmışdı. Bir gün o, məndən soruşdu: Məktəbi bitirdikdən sonra nə ilə məşğul olacaqsan? — Mən rəssam olmaq istədiyimi bildirəndə, atam bu cavabdan narazı qalmışdı. Çünki o, mənim Harvard Universitetinə daxil olub, oranın məzunu olmağımı çox istəyirdi.
On beş yaşım tamam olanda rəsmlə məşğul olmaq üçün İrlandiyaya yola düşdüm. Atam böhran zamanı müflis olub dünyasını dəyişmişdi. Yola çıxanda, cibimdə təxminən iki yüz dollar vardı. Mən qürubun ovsunlayıcı gözəlliyi ucbatından Qolueydə düşdüm. Demək olar ki, bütün kapitalımı xərclədim. Bir neçə gün arabanın altında gecələyərək İrlandiyanı təsvir etməyə cəhd etdim. Dublinə çatanda cibimdə cəmi bir neçə şillinq qalmışdı. Həmin pulları da «Qeyt» teatrında göstəriləcək bir tamaşanın biletinə və yaxşı şam yeməyinə xərcləyib bitirdim.
Elə ertəsi günü teatrda işləyən adamlardan xahiş etdim ki, mənə bir neçə tamaşada qonaq aktyor qismində iştirak etmək üçün köməklik etsinlər. Teatrın direktoru dərhal mənə bir tamaşada baş rolu ifa etməyi tapşırdı. «Qeyt» teatrında ilk dəfə peşəkar aktyor kimi tamaşaçıyla rastlaşdım. Mən əxlaqsız və pozulmuş hersoq obrazını canlandırırdım. Debüt rolum qaydasında olmadı. Tamaşanın ən məsuliyyətli hissəsində qılınc qına ilişdi. Mənim acıqlı qışqırığım zalı bürüdü. Vəziyyəti düzəltmək üçün intihar edən adam sayağı səhnənin aşağı taxtına aparan pillələrin hündürlüyündən atıldım. Heç bir xəsarət görməməyim əsl möcüzəydi. Lakin mən sonralar heç vaxt həmin tamaşada eşitdiyim qədər gurultulu alqışlar eşitmədim.
Teatrda təzə-təzə çıxış etməyə başlayanda tamaşlara da oyun kimi yanaşırdım. Heç bir rolumu ciddi ifa etmirdim. Rolları yaxşı və ya pis ifa edirəm fikri məni maraqlandırmırdı. İndi isə bu hərəkətlərim məni narahat edir. Bu gün nə baş verirsə-versin, mən «Brodvey» və «Uest-End» teatrlarına olan sevgimi heç nəyə dəyişmərəm...
On yeddi yaşım olanda İspaniyanın cənubunda yerləşən Sevilya şəhərinə köçdüm. Həftənin iki gününü detektiv ssenari yazmaqla məşğul olurdum. Bu da hər həftəyə üç dollar gəlir demək idi. Bu pulla mən Sevilyada dvoryan qrandlar kimi həyat yaşayırdım. Orada yaşayan insanların çox hissəsi buğa döyüşlərinə böyük ehtirasla tamaşa edirdilər. Bir müddət sonra buğalara qalib gəlmək ehtirası mənə də yoluxdu. Hətta özümü bu sahədə sınamaq qərarına da gəldim. Afişada mənim adımın altından amerikalı matador sözləri yazılmışdı. Lakin bir müddət sonra anladım ki, məndən buğa ram edən çıxmaz. Və yenidən ssenarilər yazmağa qaldığım yerdən davam etdim.
Radio həyatı
Daha sonra radioda işləməyə başladım. Radio həyatımda çox yüksək sürətlə fəaliyyət göstərirdim. Ən xoşlamdığım iş isə verilişdən qabaq olan hazırlıq məşqləri idi. Buna görə bəhanə tapmaq üçün xeyli baş sındırırdım. Radioda hazırladığım «Mars planeti» verilişi mənə xeyli uğur gətirmişdi. Lakin həmin verilişdən sonra kiminlə rastlaşırdımsa, gülümsəyərək məndən soruşurdular: -Ey, Orson, necəsən? Marsda nə var, nə yox?
Filmlərim
Mənim birinci filmim «Vətəndaş Keyn»i bir çoxları avtobioqrafik film hesab edirlər. Lakin bu heç də belə deyil. Keyn kasıb doğulmuşdu. Mən isə Keynin varidat sahibi olduğu yaşda kasıblaşmışdım. Mənə elə gəlir ki, Keyn — iyrənc fiqurdur. Ancaq bir insan kimi mən ona rəğbət bəsləyirəm. Filmin bəzi epizodlarını vəzifəpərəst Uilyam Rendolfa Xersta tərcümeyi-halının faktlarıyla olan oxşarlığına görə qadağan etməyə çalışırdılar. Mənim adımla bağlı olan bütün xəbərlərin Rendolf Xerstin sahib olduğu mətbu orqanlarda qadağan olunmuşdu. Mənə deyəndə ki, filmdə bunu etmək olmaz. Mən təəccüblə donub qalırdım. Axı niyə?!
Filmdə iştirak edən bütün aktyorlar mənim rəhbərlik etdiyim «Merkuri» teatrından idilər. O vaxta qədər onlardan heç biri kinoda işləməmişdi. Ancaq mən də köhnə kino aktyorlarıyla işləyə bilmirdim. Mənim yeni olmağım onları qıcıqlandırardı. Bu isə filmi korlayardı.
«Vətəndaş Keyn» filmini montaj etmək üçün bizə doqquz ay vaxt lazım oldu. Həftənin altı günü bu film üzərində işləyirdim. Hətta lazım gəlsəydi, biz bu film üzərində indiyənə qədər də işləyə bilərdik. Uzun planlar vardı ki, onları mən çəkmişdim. Mən də montaj etməliydim.
Yəqin tamaşaçılar da son illər çəkdiyim filmlərdə qısa kadrların çox olduğunu görürlər. Bu, həm də o deməkdir ki, deməli mənim film çəkmək üçün pulum azdır. Uzun planlı kadrlar üçün nəhəng miqdarda pullar lazım gəlir ki, kadra yerləşən hər elementi nəzarət altında saxlamağı bacarasan. Bununla yanaşı mən böyük planlı kadrların da əleyhinəyəm. Çünki tamaşaçıya gərəkli olan azadlığı vermək lazımdır ki, kadr ətrafında görmək istədiklərinə nəzər yetirə bilsin.
Mənim gəlişimlə Hollivudun çöküşü bir vaxta təsadüf edirdi. Müstəqil kino istehsalının başlanması rejissorluq karyeramın sonu demək idi. Əgər mən oraya beş il əvvəlki kimi məsum və tanınmayan oğlan kimi gəlmiş olsaydım, öz şöhrətimi özüm yaradardım.
Bir il ərzində böyük studiyalarda çəlkilən qırxa yaxın filmin içərisində Orson Uellesin cəmi bircə filmi yer alırdı. «Müstəqil» prodüserlər özləri üçün işləyirdilər. Orada mənə yer yox idi.
1946-cı ildə ekranlaşdırdığım "Özgə" filmi sayca dördüncü filmim idi. Bu filmdə mənə aid heç nə yoxdu. Adı titrlər də getməsə də, ssenarini Con Xyuston yazmışdı. Filmi çəkdim ona görə ki, adi bir rejissor idim. Və heç kimdən də pis deyildim. Üstəlik çəkilişləri qoyulan vaxtdan on gün tez tamamlayıb təhvil verməyi də bacarmışdım. Müəllifi olduğum filmlər içərisində bu film mənim qənaətimcə ən aşağı sıralarda dayanır.
Şekspirin əsərlərini kinoya gətirməkdə inad etmək istəmirəm. Mən bilmirəm Şekspir və kinonun xöşbəxt nikahı baş tutacaq, ya yox… Bizim əsrdə xeyli suallar var ki, onları misal üçün səksən milyon insanın gözü qarşısında müzakirə etmək olmaz. Bu səbəbdən də indiki auditoriyaya məhz kinematoqraf kimi müraciət etmək lazımdır. Bayağılıqdan qaçmağın başqa yolu da klassiklərə müraciət etməkdədir.
«Maqbet» filminin çəkilişlərini iyirmi üç gün ərzində tamamladıq. Kino sahəsindən bir az başı çıxan adamlar yaxşı bilirlər ki, bu qədər az müddətə film çəkmək nə deməkdir. Və bu filmi çəkərkən mən sənət əsəri yaradacağam kimi lovğa fikirləri qarşıma məqsəd qoymamışdım. Ancaq mənə belə gəlir ki, hər bir rejissor sənət əsəri yaratmaq üçün cəhd göstərməlidi. Hətta çəkdiyi filmlər cəfəngiyat olsa belə, bunun üçün çalışmalıdır.
«Maqbet» filmi daha yaxşı alına bilərdi, əgər çəkiliş vaxtını bir az da uzatmaq mümkün olsaydı. Təəssüfləndirici əsas məqam ondan ibarətdir ki, heç bir kino tənqidçisi məni filmi bu qədər qısa vaxtda çəkib bitirdiyim üçün tərifləmədi. Əksinə, onlar filmin qısa müddətdə yekunlaşmasını qalmaqla çevirdilər. Əlbəttə, onlar haqlıydılar. Lakinmən hər kəsə ayrı-ayrılıqda başa sala bilməzdim ki, filmin çəkilməsi üçün lazım olan əlavə vaxta görə heç kim mənə bircə qəpik də pul verməmişdi.
Maqbet kral seçilənə qədər iyrəncdir. Kral seçildikdən sonra isə o, özünü itirir. Bununla yanaşı Maqbet dahi olmağı bacarır. O, öz arvadının və şöhrətpərəstliyinin qurbanı olur. Şöhrətpərəstlik hər zaman iyrəncdir. Bu zəiflikdir. Şekspir genişmiqyaslı mövzuları əsas götürmüşdü: qısqanclıq- «Otello», şöhrətpərəstlik- «Maqbet».
«Otello» filmini çəkmək üçün isə mənə iyirmi üç gün yox, dörd il vaxt lazım oldu. Çəkiliş müddəti, aşağı-yuxarı, yaxşı vəziyyətdə keçirdi. Ancaq bəzən mən başqa yerlərdə çəkiliş etmək üçün məkan axtarışına çıxmalı olurdum. Belə olan halda çəkiliş qrupunu azad buraxırdım.
Heç nəyə baxmayaraq «Otello» filmi yaxşı alınıb, ya pis sualına belə cavab vermək olar. Bu Şekspirlə Verdinin operası qədər yaxınlaşmağa bənzəyir. Mənə elə gəlir ki, Verdinin və ya Buatonun Şekspirin pyeslərinə hansısa dəyişikliyi daxil edib yeni incəsənət nümunəsi yaratmağa hüquqları çatır. Əgər kino da incəsənətin əsas formalarından biri kimi qəbul olunursa, o zaman mən də qanunauyğun prinsipləri izləyərək klassikanın ekranda güclü dəyişikliyini yaratmaqda azadam.
"Şanxaylı ledi" filminin çəkilmə tarixi də çox maraqlı olub. «80 gün dünya ətrafında» mənzərəli teatr tamaşasını hazırlayırdım. Tamaşanın prodüseri də Mayk Todd olmalıydı. Lakin iş elə gətirdi ki, Todd qəflətən müflisləşdi. Premyera günü artıq Bostondaydım. Əlimdə isə bir qəpik də olsun pul yox idi. Hətta vəziyyət o qədər pis idi ki, kostyumları saxlamaq üçün lazım olan otaq pulunu da ödəyə bilmirdik. Bu səbəbdən də biz hardasa əlli min dollar borc götürməli olduq. Bu məbləğ olmadan premyeranı təşkil edə bilməzdik. Həmin ərəfədə mən aktrisa Rita Xeyvortdan da ayrılmışdım. Biz bir-birimizlə danışmırdıq. Və onun iştirakı ilə hər hansısa film çəkmək istəmirdim.
Mən Bostondan telefon zəngi sifariş edib Hollivudda yerləşən «Kolambiya» firmasının keçmiş direktoru Qarri Konla danışdım. Və ona dedim ki, hal-hazırda əlimdə sizin üçün gözəl süjet var. Əgər siz mənə tez bir zamanda poçt vasitəsi ilə avans kimi əlli min dollar pul yollasanız, mən işə başlayaram. O, süjetin nədən bəhs etdiyini soruşdu. Onunla teatr otağından danışırdım. Telefonun yanındakı masada cib kitabçası kimi nəşr olunmuş balaca kitablar vardı. Onlardan birinin üzərinə baxıb dedim: "Şanxaylı ledi" romanı… Ona həmin romanın çəkilmə haqlarını müəllifdən aldıqdan sonra istənilən vaxtda filmə başlayacağımı bildirdim. Bir saatdan sonra Qarri bizə lazım olan məbləği yolladı.
Təyyarədə mən kitabçadakı romanı oxudum. Bu, tək kəlmə ilə dəhşət idi. Belə olan halda özüm elə həmin dəqiqə inanılmaz sürətlə yeni ssenari yazmağa məcbur oldum. Altı həftəyə son dərəcə ucuz bir film çəkmək üçün Hollivuda gəldim. Həm də çoxlu pul qazanmaq istəyirdim ki, teatr tamaşaları üçün lazım olan işlərimi həll edə bilim. Kon filmə Ritanı çəkməyimi təklif etdi. Mən ona başa saldım ki, filmin qadın qəhrəmanı mənfi obrazdı, qatildi. Bu, özünü təsdiq etmiş, müəyyən tamaşaçı sevgisi qazanan Rita üçün uğurlu seçim deyil. Rita isə bu rolu ifa etmək üçün israr edirdi. Film çəkildi və gözlənilməz uğur qazandı. Rita həqiqətən də gözəl iş yaratmışdı. Film ilk baxışdan əldə olunan üç yüz əlli min dollardan əlavə iki milyon dollar gəlir gətirdi.
Frans Kafkanın «Məhkəmə» romanı əsasında çox gözəl film çəkmək olardı. Bu barədə mən özmü nəzərdə tutmuram. Ümumiyyətlə deyirəm. Bir gün mənim yanıma bir adam gəlib dedi ki, film çəkmək üçün lazım olan məbləği tapa bilər. Və mənim yeganə işim Fransaya gedib həmin filmi çəkməkdən ibarət olacaq. Daha sonra o mənə on beş romanın adı yazılmış siyahı təqdim etdi. Həmin siyahıda məni ən çox qane edən və o birilərindən daha yaxşı əsər olan Kafkanın «Məhkəmə» romanı oldu. Buna görə də mən öz ssenarim əsasında yox, Kafkanın əsəri üzərindən film çəkməli oldum. Mən Kafkanın romandakı nöqteyi-nəzəri ilə razı deyiləm. Təbii ki, onu yaxşı yazıçı hesab edirəm. Lakin Kafka fövqəladə dərəcədə dahi deyil.
Kino haqqında
Kino incəsənətdirmi? Sualına belə cavab verərdim: Xeyr, kino incəsənət deyil. Səssiz kino dönəmində bəlkə də mümkün idi. Amma o zaman da sənətkarlar bunu etmədilər. Mənim üçün kino jurnalistika və ya illüstrasiya sənəti kimi incəsənəti özündə çox az əks etdirir.
İyirmi ilə yaxındır ki, kinoda heç bir inqilab baş vermir. İnqilab olmayan incəsəntdə durğunluq başlanır. Ümid edirəm ki, kinoya yeni rejissorlar gələcəklər. Və onlar yeni kinematoqrafiyanı yaratmağa nail olacaqlar.
Kino üçün beş komediya janrlı ssenari yazmışam. Teatrda isə komik tamaşalar daha çox səhnələşdirmişəm, nəinki dramatik. Komediya janrına mənim xüsusi heyranlığım var. Ancaq nədənsə bircə dəfə də olsun prodüserləri yola gətirə bilməmişəm ki, onlar mənə kinokomediya janrında film çəkmək üçün şərait yaratsınlar. Çox istərdim ki, kinoda öz yumorumu, hardasa öz «Don Kixot»umu yaradım. Ancaq onu da deyim ki, mənim bütün filmlərimidə ölçülü formada yumor var. Həmin yumoru ancaq bir amerikalı duya bilər. Başqa heç bir ölkənin tamaşaçısı bunu hiss edə bilməz.
Belə hesab edirəm ki, kino artıq ölür. Ancaq bu o demək deyil ki, kino həmişə ölü olaraq qalacaq. Kino hardasa teatrla oxşar sənət növüdü. Teatr da bütün zamanlarda ölür. Ancaq heç vaxt tam şəkildə yox olmur. Bu, bir az da ilin fəsillərini xatırladır. Bir ildə yaz, yay, payız və qış vardır. Hal-hazırda kinematoqrafiya payız fəslini yaşayır.
Tənqid və tənqidçilər
Mən tənqidlərə qarşı çox diqqətliyəm. Ciddi filmlər haqqında ciddi tənqidçilərin fikirlərini qəbul etməyə məcburam. Başqa çıxış yolum yoxdu. Əlbəttə, çox istərdim ki, məni boğan və işləməyimə mane olan mənfi fikirlər yox, həm də yaxşı fikirlər eşidim. Məhz öldürücü fikirlər həmişə yaddaşda özlərinə yer edirlər...
Elə istəyərdim ki, tənqid və tənqidçilərin təriflərinin, qeydlərinin əlindən qaçıb canımı qutaram. Heç olmasa iki il tənqidsiz yaşaya bilsəm, bədii yaradıcılığımda nəhəng irəliləyiş edə bilərəm.
Ədəbiyyat
Kitab və mütaliə sahəsində çox acgözəm. Tarix, memuar, fəlsəfə, antropologiya məni maraqlandırır. Kitabı ədəbiyyata olan sevgimdən və ya filmlər üçün hər hansısa ideyanı mənimsəməkdən ötrü oxumuram. Mütaliəni sırf maariflənmək və şəxsi zövqüm naminə edirəm. Çox yaxın dostlarım var ki, onlar xeyli sayda yeni çıxan əsərləri tapıb oxuyurlar. Ancaq mənə elə gəlir ki, onlardan heç biri mənim kimi klassikaya bağlı olsunlar. Bir neçə müəllif var ki, təkrar-təkrar onları mütaliə etməkdən yorulmuram. Servantes, Fildinq, Qibbon, Qoqol, Xezlitt, Konrad, Şatobrian, Platon, Kollet, Dikkens, Plutarx, Mark Tven və İvlin Vo. Tövrat kimi ilham vermək üçün yox, sırf mənəvi həzz üçün Monten hər zaman mənimlədi. Şekspir əlbəttə ki, həyatın çörəyidi. Hərdən o qədər də ciddi olamayan ədəbiyyata da baş vururam. Vudxauz məni sakitləşdirir və dəyişilməz həzz hissi bəxş edir.
Təsirləndiklərim
Hər kəs deyir ki, guya mən Frits Lanqın «Nibelunqov» filminə həddindən çox baxdığım üçün «Maqbet»də həmin filmdən təsirlənməyim hiss olunur. Əslində isə bu səhv fikirdi. Çünki mən həmin filmi görməmişəm. Mən ümumiyyətlə, heç bir alman istehsalı olan film izləməmişəm. Lakin alman teatrından çox güclü təsirləndiyimi etiraf edirəm.
Başqa bir filmdən güclü təsirlənməyə bircə dəfə məruz qalmışam. «Vətəndaş Keyn»in çəkilişləri zamanı Con Fordun «Dilican» filminə qırx dəfə tamaşa etdiyimi xatırlayıram. Con Ford mənim ilham mənbəyim, «Dilican» filmi isə ən sevimli filmimdir. Con Fordla yanaşı Eyzenşteynə, Qriffitə, Çaplinə də heyran olmuşam. Bu gün isə yapon kinosu məni valeh edir. Midzoqutinin «Yağışdan sonra görünən Ay», Kurosavanın «Yaşamaq» filmləri gözəldir.
Sevdiyim rejissorlar və həmkarlarım
Hal-hazırda Renuarı, Qriffiti, De Sikonu, Flaerti, Vaydu, eləcə də Marsel Panolyanın ilk filmlərini çox sevirəm. Kinematoqrafiya bütünlüklə Devit Qriffitin «Dözümsüzlük» filminə borcludu. Filmdə müəyyən səhvlər olsa da, məndə çox güclü təəssüratlar yaradıb. Bu yaxınlarda Vittorio de Sikonun "Şuşa" filminə baxdım. Qəfildən kamera yoxa çıxdı, ekran itdi. Bu, həyatın özü idi...
İtaliya heyrətləndirici aktyorlar ölkəsidi. Onlar ilk dəfə filmə çəkiləndə hər rolu, hər şeyi ifa etməyə qadirdilər. Ancaq sonrakı filmlərdə artıq daha təcrübəli aktyorlardan nüsxələməyə başlayırlar. Fransada bunu etmək mümkün deyil.
Aleksandr Kordun qəfil ölümü İngiltərə kinosuna ağır zərbə oldu. Mən yaxın dostumu, kino isə dahi bir insanı itirdi.
Rober Bresson aktyorları görmək istəmir. Onları nələrisə etməyə məcbur edir. Xeyli rejissorda düzlük çatışmır. Bir sözlə, Bressonun filmlərinə dözə bilmirəm. Bressonun «Cibgir» filmi göstərilən kinoteatrdan çıxanda hara gedəcəyimi bilmirdim. Filmə baxandan sonra bayıra atılıb öz-özümə dedim: «Aman Allah, bu, Bressonun filmidi!» Rossellinin filmləri məndə soyuqluq yaradır. Və mənə heç nə vermir. Müasirlərim arasında ən istedadlı rejissor Federiko Fellinidir. Onun filmlərində əyalət oğlanının böyük şəhərlə bağlı arzuları hiss olunur.
Özüm barədə
Hamı mənim dahi olduğumu inkar edir. Ancaq məsələ burasındadır ki, heç kim də məni dahi adlandırmayıb. Mənim haqqımda ən iyrənc sözlər yazılıb. Hamısı da yalan sözlər… «Ekranın bədheybəti!», «Dəhşət!», «Səfehlik!» və s. Məni bədheybət hesab edirlər, çünki heybətli rollar ifa edirəm. Prodüserlər üçün əfsanə adlar belə yaranır, hansılar ki, çoxları bu adlardan qorxurlar. Bütlər mövcud deyil. Mövcud olan ancaq ideyalardı.
Qrimə çox əhəmiyyət verirəm. Ona görə ki, qrim altında gizlənməyi sevirəm. Mən özümü ekranda görməyi sevmirəm. Ancaq filmdə işlədikdən sonra gördüyün işə baxmağa məcbursan. Nə qədər çox qrimlənsəm, özümü o qədər az tanıyıram. Bu da mənə ifa etdiyim rola obyektiv qiymət verməkdə köməklik edir.
Servantesin «Don Kixot» romanını ekranlaşdırmaq istəyirəm. Ancaq bir məsələ var ki, o məni hər şeydən çox narahat edir. Don Kixot mənim müasir dünyamda yaşayır. Ancaq mənə elə gəlir ki, mən bizim dövrün mənəvi həqiqətlərini dəyişdirə bilərəm. Çünki müasir dövr Don Kixotu məhv etməyə məcburdu.
Hazırladı: Samirə Əşrəf

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Seyid Hüseyn - Həzin bir xatirə
Akutaqava Rünoske - Cəhənnəm iztirabları