Edebiyyat.az » Poeziya » Əhməd Əfsun-Hələ Allahdan qorxuram

Əhməd Əfsun-Hələ Allahdan qorxuram

Əhməd Əfsun-Hələ Allahdan qorxuram
Poeziya
admin
Müəllif:
15:04, 10 may 2026
6
0

Güzgüdə özümlə söhbət.

 

Salam,sabahın xeyir,

Güzgüdən baxan adam.

Öz doğma görkəminə,

"Özgədən" baxan adam.

 

Bu boyda,bu biçimdə,

Nələrin var köçündə?

Hər gecə öz içində,

Özünü yıxan adam.

 

Nə baxırsan üzümə?

Dərdə dözmürsən,dözmə

Gözlərindən gözümə,

Süzülüb axan adam.

 

Dərdinə divar çəkib,

Könlünə nə var çəkib,

Hər gün intizar çəkib,

Hər gün darıxan adam

 

 Nə yerdəsən,hanısan?

 Bəlkə məni danırsan?

Sən Göylər adamısan,

Ay "yerəbaxan" adam.

 

Tanıdı dərdim səni,

Könlümə hördüm səni,

Yaxşı ki,gördüm səni,

Yadımdan çıxan adam

 

Qorxuram.

 

Bu bulağın yolu daşlı,

Məni gördü suyu daşdı.

Bu bulaqdan su aparan,

Bir qız qaldı gözüyaşlı.

Mən bu günahdan qorxuram.

 

Çox da cavanlıq etmirəm,

Dərdi "yavanlıq" etmirəm,

 Hələ ağlım başımdadır,

Hələ yamanlıq etmirəm.

Hələ Allahdan qorxuram.

 

Çırpılsam da dağa-daşa,

Yem olmadım qirda,quşa,

Könül yapmaq mərd işidir,

Könül sındırmaqdan haşa.

Amandan, ahdan qorxuram.

 

Ötürdüm vədəni,vaxtı,

Daha yaxınlar uzaqdı,

Sevənlər tənha qalmasın,

Tənhalıq unudulmaqdır.

Unudulmaqdan qorxuram.

                

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)