Edebiyyat.az » Palitra » Cavadova Səkinə “ Qədim Qurama Sənətin Yeni Nəfəsi”

Cavadova Səkinə “ Qədim Qurama Sənətin Yeni Nəfəsi”

Cavadova Səkinə   “ Qədim Qurama Sənətin Yeni Nəfəsi”
Palitra
Metanet
Müəllif:
17:00, 12 may 2026
30
0
“Qədim Qurama Sənətin Yeni Nəfəsi”

Səbirə Əlişah qızı Qarayeva 1963-cü ildə Şabran rayonunun Siyəzən şəhərində ziyalı ailəsində anadan olmuşdur. Erkən yaşlarından təhsilə və yaradıcılığa maraq göstərmiş, orta təhsilini uğurla başa vurmuşdur. Onun həyatında həm elm, həm də sənət paralel şəkildə inkişaf etmişdir.

1991-ci ildə Azərbaycan Pedaqoji Universitetinin “Pedaqogika və psixologiya” fakültəsinə daxil olan Səbirə Qarayeva 1996-cı ildə ali təhsilini tamamlamışdır. O, uzun illər təhsil sahəsində fəaliyyət göstərərək bağçada tərbiyəçi-metodist və 1998–2006-cı illərdə Siyəzən şəhərində peşə məktəbində psixoloq kimi fəaliyyət göstərərək gənc nəslin formalaşmasında mühüm rol oynamışdır.

Onun pedaqoji fəaliyyəti yalnız tədrislə məhdudlaşmamış, həm də şagirdlərin şəxsiyyət kimi inkişafına yönəlmişdir. Bu baxımdan onun fəaliyyəti maarifçilik missiyası daşıyır.

Səbirə Qarayeva eyni zamanda yaradıcılıqla məşğul olmuş, tətbiqi sənət sahəsində özünəməxsus əsərlər yaratmışdır. O, naxışların və ilmələrin dilini Xanımcan nənəsindən öyrənmişdir. Sənəti dərindən mənimsəmiş, müxtəlif materiallar üzərində bədii kompozisiyalar qurmuşdur. Onun əsərləri dəfələrlə sərgilərdə nümayiş olunmuş və yüksək qiymətləndirilmişdir.

2003-cü ildə keçirilən müsabiqədə uğur qazanması və müxtəlif sərgilərdə iştirakı onun sənət sahəsindəki uğurlu fəaliyyətini göstərir. Azərbaycan Dövlət Filarmoniyası və digər mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə iştirak edərək sənətini geniş auditoriyaya təqdim etmişdir.

Bundan əlavə, Səbirə Qarayeva elmi-metodik məqalələrlə də çıxış etmiş, xüsusilə “Ana dilimizi sevək” mövzusunda yazısı ilə diqqət çəkmişdir. Bu isə onun yalnız praktik deyil, nəzəri sahədə də fəaliyyət göstərdiyini sübut edir. Onun yaradıcılığında milli dəyərlər xüsusi yer tutur. Onun ölməz sənət abidəsi olan 1320 illik “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında hazırladığı əsərlər milli irsə bağlılığını və bu irsi yaşatmaq istəyini aydın şəkildə göstərir. 

Hazırda Səbirə Qarayeva dekorativ tətbiqi sənət ustası kimi milli mədəniyyətimizə böyük töhfələr verməkdədir. Bədii qurama sənətinə yeni nəfəs gətirmişdir. Qurama əsərlərində milli ruhu və həyatın dövri axışını bədii şəkildə əks etdirir. Spiral naxış həyatın sonsuz dövrüviliyini, hər bir mərhələnin öz rəngini və ahəngini daşıdığını əks etdirir. İstifadə etdiyi rəng koloriti milli miniatür sənətimizi, memarlığımızı, ən əsası da xalça sənətimizi xatırladır; yeni nəfəs duyularaq yeni üfüqlər açmaqdadır. Səbirə xanım milli xalça naxışlarının motivlərini özündə ehtiva edən parçaları, geyimlər üzərində detallar icra edərək naxışları və rəng harmoniyasını canlı şəkildə ortaya qoyur. 

Səbirə Qarayeva qurama texnikası ilə üst geyimləri, çantalar, mütəkkələr, həmçinin səhnə üçün milli dekorlar, ən əsası isə milli araxçınlar (həm gündəlik, həm də xüsusi günlər üçün), milli geyimlər və müasir geyim nümunələri üzərində milli motivli detallar işləyərək xalq sənətini zənginləşdirməkdədir. Müasir geyim üzərində işləri ilə bu ənənəvi sənəti gündəlik həyatın bir parçasına çevirir. Onun geyimlərində hər bir detala milli parçalar, naxışlar və rənglər hopmuşdur; bunlar həyatın dövri axışını ifadə edərək, izləyiciyə milli sənətin dərinliyini və gözəlliyini hiss etdirir. Səbirə Qarayevanın dekorativ sənətdə geniş miqyaslı fəaliyyəti onun uğurunu əks etdirir. Hər bir əsərin müəlliflik hüququ qorunur.

Səbirə Qarayeva həm pedaqoq, həm psixoloq, həm də dekorativ sənətkar kimi çoxşaxəli fəaliyyət göstərərək cəmiyyətə fayda verməkdədir. Onun fəaliyyəti milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)