Edebiyyat.az » Palitra » "Rənglərin Axını"

"Rənglərin Axını"

"Rənglərin Axını"
Palitra
admin
Müəllif:
15:12, 24 yanvar 2026
670
0
"Rənglərin Axını"

"Rənglərin Axını"

Xətai Sənət Mərkəzində IWS Global Network-in 14-cü ildönümü münasibətilə "Rənglərin Axını” adlı beynəlxalq akvarel sərgisi keçirilib.

Sərgidə Azərbaycanın beynəlxalq akvarel rəssamlarından ibarət 86 nəfər rəssamın əsərləri nümayiş etdirilib. Təqdim olunan əsərlər sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində jüri heyəti tərəfindən seçilmiş 4 ən yaxşı əsər və müəllifi xüsusi olaraq qiymətləndirilmiş qaliblər Ecaz  mağazalar şəbəkəsi və ROSA brendi tərəfindən ayrılmış hədiyyələrlə təltif olunublar.

Layihənin əsas dəstəkçiləri IWS Art for Healing – “Şəfa üçün sənət” təşkilatının sədri Elminaz Qəhrəmanova, Rahim İbrahimov, IWS Sumqayıt Art Center-in rəhbəri İntiqam Cəfərov, IWS Azərbaycan Nümayəndəliyinin rəhbəri Sabina İskəndərdir.

Qeyd edək ki, IWS Global Network – Beynəlxalq Akvarel Cəmiyyəti bu gün dünyanın 120-dən artıq ölkəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq sənət platformasıdır. IWS-ın Azərbaycan nümayəndəliyi və ölkə üzrə fəaliyyət göstərən müxtəlif bölmələri bu qlobal şəbəkənin fəal üzvləri kimi beynəlxalq və yerli layihələr həyata keçirirlər.

Edebiyyat.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)