Edebiyyat.az » Poeziya » ƏliVahid Çaylı Şeirləri

ƏliVahid Çaylı Şeirləri

ƏliVahid Çaylı Şeirləri
Poeziya
admin
Müəllif:
19:28, 03 fevral 2026
276
0


        Olsun

          

Dost oldunsa, öncə gərək,

Sədaqət yerində olsun.

Qol-budaqlı bir ağac tək,

Kökləri dərində olsun.

              

Nə qəzəbli ol, nə yelli,

Səbirdir hər işin həlli.

Dostun yeri tən də bəlli,

Düşmən qənşərində olsun.

              

Sakit danış, dinlə sözü,

Demə heç vaxt, kinlə sözü.

Qarışdırma küllə, közü,

İşin məhvərində olsun.

 

Harda mərdlik, dəyanət var,

Orda mütləq ədalət var.

Azda zillət, çoxda dərd var,

Hər şey qədərində olsun.

               

Çaylının təmiz adı var,

Həm qohumu, həm yadı var.

Düzlük adlı inadı var,

Hər kəsin şürunda olsun.!

                

              

Çaylının Oğlanları

 

        

Şamaxı bir incidi,

Tarixin sevincidi.

Hamıdan birincidi,

Çaylının oğlanları.

          

Dağlar başı dumandı,

Dörd bir yanı ümmandı.

Xeyrə, şərə yanandı,

Çaylının oğlanları.

            

Kökü qədim, uludu ,

Əhli-sünnü qoludu.

Peyğəmbərin yoludu,

Çaylının oğlanları.

         

Əldən iti, zirəkdi,

Yurda arxa, gərəkdi.

Döyünən bir ürəkdi,

Çaylının oğlanları.

           

Lovğa deyil, sadədi,

Sevgi dolu badədi.

Həm xan, həm şahzadədi,

Çaylının oğlanları.

           

Mərdliyi yerindədi,

Paklığı qəlbindədi.

Kişilər önündədi,

Çaylının oğlanları.

            

Zaman dövrün çərxidi,

Əli Vahid söz əhlidi.

Şirvanımın fəxridi,

Çaylının oğlanları.

 

          

    Mənim üçün

 

Aramızda gizli qalan,

O sirri aç mənim üçün.

Ətrafımda gizli dolan ,

Nur, şölə saç mənim üçün.

 

Tellərinə sığal çəkim,

Gül bağçana bulaq çəkim.

Sənsən mənim bircə təkim,

Qoy başa tac mənim üçün.

 

Əğyar baxıb köks ötürsün,

Dağlar aşıb buz gətirsin.

Hər sözümdən söz götürsün,

Dur oyna, qaç mənim üçün.

 

Gözəllər çıxsın seyrinə,

Toy libas geysin əyninə.

Məst olaq ətrin iyinə,

Qanad al uç mənim üçün.

 

Məcnun olub sən Leyliyə,

Sual verib demə niyə?

Əlvahidəm, bu birliyə,

Gəl qapı aç, mənim üçün.

 

           Gözəldi 

 

Elə vurulmuşam Ulu Şirvana 

Ötən günü, ayı, ili gözəldi.

Körpələrin şirin ana sözləri, 

Təzəcə açılan dili gözəldi. 

 

Şəhərdən çıxanda ,gedirsən kəndə ,

Gözəllik insanı salır kəməndə. 

Əmliyin ətini şişə çəkəndə, 

Bəzənmiş süfrəsi eli gözəldi. 

            

Hər yana baxırsan bağı, bostanı, 

Şair ilham alır yazır dastanı. 

Hər kəsin əlində varsa imkanı, 

Qurub yaratdığı əli gözəldi. 

            

Çıxanda dağların köksünə sarı, 

İnsana ruh verir dövləti, varı. 

Güneydə kəkotu, quzeydə qarı, 

Şirin-şirin əsən yeli gözəldi. 

             

Çaylının söhbəti, sözü vətəndi, 

Yazdığı misranın özü vətəndi.

Ən dadlı neməti, duzu vətəndi, 

Saldığı ləpiri, lili gözəldi...

 

           Gözəl 

 

Qoy doyunca baxım sana, 

Məni məndən alan gözəl. 

Qəsd eyləmə, şirin   cana,

Xəyallara dalan gözəl.

 

Yerişin yeri yandırır, 

Baxışın göyü yandırır.

Sevənləri ruhlandırır, 

Məni oda salan gözəl. 

 

Heyranam ala gözünə, 

Müştaham şirin sözünə. 

Xal da yaraşır üzünə, 

Demə mənə yalan, gözəl. 

 

Gəl mənimlə küsü saxla, 

Çaylar təki, coşub çağla.

Düymələri aç,- aç bağla, 

 

Eylə məni talan, gözəl.

 

Məyus olub, sən ağlama, 

Ürəyimi gəl dağlama. 

Özgəsinə bel bağlama, 

Günü-gündən  solan gözəl. 

 

Bənövşə tək, ətirin var, 

Qızıl güldən, çətirin var. 

Eldə xətir, hörmətin var, 

Dildə olma yalan, gözəl. 

 

Gəl Çaylını salma dərdə, 

Aç zülfünü pərdə-pərdə. 

Olmaz kimsə sən görkəmdə, 

OL, zalıma ilan, gözəl...

 

              

           Bizimdi 

 

Mənim səsimdə el

   səsi var,

Bu elin qəfəsi

                       bizimdi.

Nəfəsimdə dost

         nəfəsi var,

Dostumun dəvəsi

                        bizimdi.

            

Nadanlar  paxıllığmı

           çəkər  

Aldanar torpağımı

              əkər.

Önümdə dayanar diz

               çökər, 

Palazı, gəbəsi

                        bizimdi.

             

Lovğalıq kor itə

                       yaraşar, 

Gəzər qapı-qapı,

                       dolaşar. 

Gəlib kişi işnə qarışar, 

 

Elin məhkəməsi

                        bizimdi. 

              

Hər ocağın köz istisi

                  var, 

Aşıqların söz 

                 bəstəsi var.

Hər məclisin  öz

                 xəstəsi var,

Aldığı nəfəsi bizimdi. 

             

Çaylıyam, şairlik

                      həvəsim,

Varımdısa:- bəsimdi,

                          bəsim.

Tükənməz olan, yurd 

                      həvəsim,

Müqəddəs "Kəbə"si

                       bizimdi. 

 

Söhbətim Qəribdi ,sözüm qəribdi 

 

Dostlar qınamasın

       bu gündən məni,

Ocağım qəribdi,

           közüm qəribdi.

Hər evin istisi,

                isitmir məni,

Söhbətim qəribdi,

           sözüm qəribdi.    

               

Yağışım sərt oldu,

          dumanım qatı, 

Yan-yana düzüldü,

            bəxtimin çatı.

Hər ötən dəqiqə

               vurdu saatı,

Baxışım qəribdi,

          gözüm qəribdi.

 

Yaşadıqca artdı,

            zamanın kini, 

Çoxunu yandırdı,

        - qınayım kimi..? 

Şum üstünü saman

             örtdüyü kimi, 

Köksümün altında

          dözüm qəribdi.

               

Əzrayıl da mənlə

             məzələnibdi, 

Öz dərdim öz içimdə

                   gizlənibdi.

Bağçamızda gül də təzələnibdi, 

Ətrindən aldığım

            nazım qəribdi.

                  

Sanki fələk məni, bir

               hədəf seçib,

Bədəndən qanımı

   içdikcə-içib.

Bir də görərsənki,

           iş-işdən keçib,

Düşünməki, çoxdan

              azım qəribdi.

              

De Ağakərimə 

        "sarənc" oxusun,

Söz bağça-bağından

         çələng toxusun.

Aşıq Ağa-Murad

            şakər oxusun,

Deməsin sinəmdə

          sazım qəribdi 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)