Edebiyyat.az » Palitra » “Visbadenli avanqardlar”

“Visbadenli avanqardlar”

“Visbadenli avanqardlar”
Palitra
Necef Esgerzade
Müəllif:
13:16, 08 oktyabr 2019
1 438
0
Almaniyada beynəlxalq fırıldaqçıların məhkəməsi bütün dünyada səs-küyə səbəb olub. Söhbət rus rəssamlarının əsərlərinin saxtalarını yaradıb, onları baha qiymətə satan dəstədən gedir. Tapılan saxta əsərlərdən əldə olunan gəlir 19 milyon dollara bərabərdir.
Neftin qiymətinin düşdüyü böhran dövrlərində bu “şedevrlər” daha da bahalaşır və sahiblərinə daha çox gəlir gətirir. Buna görə də ilbəil əsərlərin saxta versiyasının istehsalı artır. Beləliklə, qlobal incəsənət bazarında ağalığı saxtakar rus avanqardları edir.   Rəsmə baxın – bu, Kandinskidir!   Rus korifeylərinin iri tablolardan miniatür eskizlərinə qədər saxtakarlıqla təkrarlanan əsərləri dünya kolleksiyaçıları tərəfindən elə böyük maraqla qarşılanır ki, heç boyası qurumamış satılır. Gəlir – milyardlarla dollar. Amma risk də böyükdür.   
Hazırda bu işlə məşğul olan Vasili Kandinskinin, Kazimir Maleviçin, Aleksey Yavlenskinin, Natalya Qonçarovanın və digər məşhur rəssamların işlərini təkrarlayıb satan qrup Visbadendə mühakimə olunur. Məhkəmə qarşısına çıxarılan şəxslərin əməlləri dünya mətbuatında böyük ajiotaj yaradıb.   “Visbadenli avanqardlar”ın ilkin izi İsraildə tapıldı. İsrail polisinin yaydığı bəyanatdan sonra Almaniya polisi əldə olunan izlərlə qrupu tapmağa müvəffəq oldu və “sehirbazlar”ı həbs etdi.  
Daha sonra davam etdirilən araşdırmalar nəticəsində İsveçrədə, ABŞ-da, Tunisdə və Rusiyada 19 fərqli tablo aşkara çıxarıldı.   Visbaden prokurorluğundan verilən məlumata görə, fırıldaqçıların bütün bu saxta rəsm əsərlərindən əldə etdikləri ümumi gəlir 11 milyon avrodan çoxdur.   Mühakimə olunanlar isə rahatdır – onlar bilir ki, əməllərini sübut etmək polis üçün çox çətin olacaq. Çünki əsərlərin alıcıları pulu nağd yolla heç bir sənədləşmə aparılmadan ödəyib.   

Hitler yaradıcılığı   

Son zamanlar belə saxtakarlıq hallarının artmasının əsas səbəbkarı Hitlerin təzəlikcə üzə çıxan və baha qiymətə satılan əsərləridir. Məlumdur ki, Adolf Hitler rəssamlıq akademiyasına müraciət edib rədd cavabı aldıqdan sonra həvəskar rəssamlıqla məşğul olub. 2006-cı ildə Hitlerin 21 əsəri 224 min dollara satıldı. Auksionun təşkilatçıları təsdiqlədilər ki, bu əsərlər, doğrudan da, Üçüncü Reyxin fürerinə aiddir. Çünki onlar 1916–1918-ci illərdə çəkilib. Bu illərdə isə Hitler hərbi xidmətdə idi. Hərbi xidmətdə olarkən onun yağlı boya ilə müxtəlif əsərlər işlədiyi məlumdur. Həm də satılan əsərlər Belçikada – Hitlerin hərbi xidmətdə olduğu yerə çox yaxın bir evin çardağında tapılıb. Bütün bunlar satılan 21 əsərin Hitlerə aid olduğunu göstərsə də, ekspertlər əsərlərin Hitlerə aid olduğunda yüzə-yüz əmin ola bilmədilər, amma bunu inkar da edə bilmədilər. Bu fakt dünya mədəniyyət fırıldaqçıları üçün böyük stimul oldu. Sözügedən hadisədən sonra tez-tez Hitlerin qeyri-müəyyən əsərləri ortaya çıxmağa və auksionda baha qiymətə satılmağa başladı. Belə satışlardan biri ötən aylarda Kanadada baş tutmuşdu.

Mənbə: axar.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)