Edebiyyat.az » Proza » Fərid Muradzadə - İydələr ağlayır(hekayə)

Fərid Muradzadə - İydələr ağlayır(hekayə)

Fərid Muradzadə - İydələr ağlayır(hekayə)
Proza
admin
Müəllif:
23:06, 07 iyun 2020
1 563
0
Fərid Muradzadə - İydələr ağlayır(hekayə)



 Yazın ilk ayı idi. Hava küləkli və soyuq olsa da baharın təravəti özünü büruzə verirdi. İş saatı bitən kimi çantamı götürüb çıxdım. Yorğun olmağıma baxmayaraq yollardakı tıxacı nəzərə alıb metro ilə getməyi planlaşdırmışdım. Hərçənd ki ,,Nizami" metro stansiyasına( iş yerimə ən yaxını və uyğunu məhz bu stansiya idi) iş yerimdən marşrut işləmirdi və mən məcburən 
10-15 dəqiqəlik yolu piyada qət etməli idim. Metro ən rahat və məsafəni ən tez qət edən nəqliyyat vasitəsi olduğu üçün mənə daha uyğun idi. Bu gün tələsməyimin əsas səbəbi qonşu mikrorayonda idmana gedən oğlum idi. Mən onu idmandan götürməli olduğum üçün tələsirdim.
Gərgin məşq saatlarının sonu idi. Hiss olunurdu ki uşaqlar yorulublar. Onlara baxdıqca öz uşaqlığımı, idmana getdiyim zamanları, məktəb illəriini xatırladım. Valideyinlərlə öz uşaqlıq illərimizi xatırlayaraq söhbətləşir, uşaqların məşq zamanı yol verdikləri xətaları müzakirə edirdik. Müəllimin uşaqlara,, düzül!" komandası bizi də  köhnə xatirələrdən və müzakirələrdən ayırdı.
Artıq oğlum əynini dəyişmişdi. Yaxınlaşıb valideyinlərlə və müəllimlə sağollaşdıq. Oğlum qabaqda qaçır, gah kölgəsiylə oynayır, gah tullanır gah da ağacların arasında gizlənərək əylənirdi.
-Ata, gəl bu dəfə burdan gedək.
-Oğlum, biz bu məhəlləyə bələd deyilik,  ordan yol olmaya da bilər. Bura çox qarışıqdır.
-Nə olar, olmazsa geri qayıdarıq, olarsa da bir az daha kəsə yol tapmış olarıq. Hər halda yoxlayaq.
Onun dediyi sözlər xoşuma gəldi. Və elə eynən onun dediyi kimi, hər halda yoxlamaq istədim. Məftil tor hasara alınmış kiçik bağların yanından ötürək qarşı tərəfə keçdik. Ancaq burda hər tərəf bağlı idi və biz geriyə qayıtmalı olduq. Kiçik bir aradan keçib beş-altı addım ,,irəli düşdük”.
-Ata, gəl bir-iki dəqiqəlik burada oturaq,- deyib taxta oturacaqlar qoyulmuş ağacların arasındakı yeri göstərdi. Görünür buranı buna sakinləri özləri düzəltmişdilər. Hər şey olduqca səliqəli və ümumi sahəyə görə biçimli olaraq yerləşdirilmişdi. Əyləşib nəfəsimizi dərdik. Oğlum uşaq marağı ilə hər tərəfi nəzərdən keçirirdi. Deyəsən bura onun çox xoşuna gəlmişdi.
-Gedək?
-Bəli.
Ayağa qalxanda o, məndən soruşdu:
-Ata , bu nə ağacıdır.
-İydə.
Nə qəşəngdir. Ata, babam deyirdi ki bizim binanın qarşısında da iydə ağacı varmış.
-Bəli, oğlum, var idi. Həm də beş-on ağac yox ,bəlkə də yüzdən yuxarı.
-Nəəə? Bəs necə oldu o iydə ağacları, ay ata? İndi orda heç iydə ağacı yoxdur axı.
Təəssüflə dedim:
 - Biz uşaq olanda  ağaclar o qədər də böyük
deyildilər, amma hər il iydələr də bizim kimi boy atardılar. Zamanla o iydəlik böyüdü, abadlaşdırıldı. Artıq bura əməlli-başlı parka çevrilmişdi. Biz o parka ,,İydə Parkı" deyirdik. Çox keçməmiş parka işıqlar çəkildi, yaraşıqlı səyyar budkalar və skamyalar qoyuldu. Bir-iki il sonra isə burda kafe fəaliyyət göstərməyə başladı. Olduqca gözəl qoxusu olurdu iydə ağaclarının.(mən o vaxtdan iydə qoxusunun vurğunuyam.)Kafe açılandan sonra gözəl iydə qoxusuna kəsif his qoxusu da qarışdı. Az sonra ağacların dibində müxtəlif plastik, şüşə və dəmir içki qabları ,,məskən" salmağa başladı. Daha sonra kafe ərazisi müəyyən qədər iydəni,, həbs edib" bizimlə onların təmasını kəsdi. Bizim çılğın, sərhədsiz uşaqlığımızın dostu olan iydələr ,,məhkum" olmuşdular. Sonra mən Bakıda işlədiyim üçün iki-üç il Bakıda yaşadım.  Aradan keçən bu illər ərzində ətraf aləmdə və həyatımızda çox dəyişikliklər baş verdi. Bir istirahət günümdə iydəliyin hasarlandığının fərqinə vardım. Özlüyümdə-,, yəqin parkı yenidən abadlaşdıracaqlar, - deyə düşündüm, amma təəssüf... Əvvəl-əvvəl heç kim nə baş verdiyini bilmirdi. Sonradan bəlli oldu. Bizim iydəliyi söküb yaxşıca şumladılar və yerində ,,İdman Kompleksi " tikdilər.
-Başqa yer yox idi?!
 Sual məni ça
şdırmışdı. Doğrudan da məgər başqa yer yox idi ki? Gərək elə bizim iydəliyi məhv edəydilər?!
-Ata, ,,Həyat Bilgisi" kitabımızda yazılıb ki, ağaclar oksigendir. Oksigen isə bizim yaşamağımız üçün vacib lazımdır. Axı ağaclar insanların oksigen bazasıdır. Kitabda yazılmışdı ki, ağaclar karbon qazını udur və bizi oksigenlə  təmin edirlər. Bəs ağaclar heyif deyil? Axı yaşıllıq olmasa ağ ciyər xəstəlikləri artmış olar. Bunları kitabdan öyrənmişəm. Həm  kitabda yazılmışdı ki insanlar atmosferi zəhərləyirlər. Bəs niyə belə edirlər?!
Mən söhbətin belə bir şəkil alacağını təsvir etməmişdim. Uşağı sakitləşdirmək üçün dedim:
-O iydəliyin yerindəki  kompleksin həyətində də yaşıllıq və ağaclar var. Sən narahat olma,amma bunu ürəkdən demirdim.
-Ata, məni sakitləşdirmək istəyirsən? O yaşıllıq dediyin kompleksin əsas girişinin qabağında balaca bir ərazidir. Arxa tərəf meydança olan hissədəki yaşıllıq isə sünidir. Mən bunları bilirəm. Gəl gedək ,ata! İnsanlar yaxşı iş görməyiblər.
Bu söhbətdən dörd-beş gün sonra onunla birlikdə mikrorayondakı ən böyük ticarət mərkəzinə gedirdik . Yolumuz qısa olsun deyə ,, Olimpiya İdman Kompleksinin" yanından-kəsə yolla gedirdik. Birdən onun dayandığını hiss etdim. Məndən beş-altı addım geridə  durmuşdu. Yaxınlaşıb üzünə baxdım. Doluxmuşdu. Başını aşağı salıb pıçıltı ilə dedi:
 -Bir daha burdan keçməyək.
Mən onların səsini eşidirəm.  İydələr ağlayır...


 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)