Edebiyyat.az » Proza » Nigar Şahsuvarova - Master və Marqarita

Nigar Şahsuvarova - Master və Marqarita

Nigar Şahsuvarova - Master və Marqarita
Proza
Necef Esgerzade
Müəllif:
15:55, 26 iyun 2019
1 634
0
1929-cu il qışının bəlkə də ən soyuq günlərinin birində 40 yaşlarında bir adam Moskvadakı evindən çıxmış, yağan qara baxmadan ağır addımlarla Sadovaya prospektində irəliləyirdi. O gün, o günün axşamında, 28 fevral 1929-cu il Mixail Bulqakov Yelenanı tanıyacaq, ona aşiq olacaq və ondan unudulmaz "Marqarita" yaradacaqdı. İblis isə hələlik qoruduğu romanın əlyazmalarında olsa da, Moskvaya-"rəsmi ədəbiyyatın" 2 nümayəndəsinin yanına çatmışdı.
İblisin adı Volanddır. Hz. İsanın yaşayıb-yaşamadığı ilə bağlı qızğın müzakirəyə girişən Berlioz və Bezdomnıya sadəcə İsanın yaşadığını, çünki onu gördüyünü söyləməklə yetinmədi, eyni zaman Berliozun başının kəsiləcəyini də iddia etməkdədir. Berlioz başı tramvay tərəfindən qopardılaraq öldürüləndə gənc şair İvan bu "qonağın" heç də dəli olmadığını anlamışdı. Amma heç kim şairə inanmır və "dəlixana"ya göndərilir. Orada şairi gözlənilməz bir dost gözləməkdədir. Hz. İsanı ölümə məhkum edən Roma hakimi Ponti Pilat haqqında yazdığı romanın əlyazmalarını öz əlləri ilə yandıran və bu xəstəxanaya sığınan Master ilə qarşılaşacaq. Voland və ətrafı bütün Moskvanı ağıla sığmaz sirkə çevirəcəkdi.


Amma bu əsərin öz hekayəsi, öz məcarəsi, öz həyatı var.

1926-cı ildə Bulqakovun evinə edilən basqında gündəlikləri və "İt ürəyi" adlı novellasının nümunələri götürülmüşdü. 1927-ci ilin payızında isə "siyasi" səbəblə min bir çətinliklə səhnələşdirilən oyunlar artıq qadağan edilməyə başlanmışdı. Şərtlər nə olursa-olsun, həyatını yazmaqla qazanan Bulqakov "böyük rus roman" ənənələrini yaşatmağı özünə hədəf seçdi.

30-cu illərdə SSRİ-də  "ictimai reallığın" kölgəsi getdikcə qaranlıqlaşmağa başlansa da, bu "gəliş" 20-ci illərdə müəyyən edilmişdi.O illərdə kitabxanalarda edilən, qəzetlərdə yayımlanan anketlər oxucunun özəlliklə rus reallığının klassiklərini oxumaq istədiyini göstərir və Tolstoy bu anket nəticələrində mübahisəsiz yeganə ad olaraq önə çıxırdı. Dostoyevski və Qorki az rəğbət görülürdü.

1921-ci ildə ilk həyat yoldaşı Tatyana ilə birgə Moskvaya yerləşən və doktorluğu buraxaraq özünü sadəcə ədəbiyyat dünyasına həsr edən yazıçı ilk qələbələrini də qazanmışdı. Amma bu proses Stalinin himayəsindəki "rəsmi və faydalı ədəbiyyatın" mütləq iqtidarını əldə etmə prosesi ilə üst-üstə düşürdü.
"Master və Marqarita"nın ilkin izlərinə 1926-cı ildə Bulqakovun yaxın dostu Popova yazdığı bir məktubda rast gəlinir. Anası  ona "Ağ qvardiya"nın yazılmasında ilham qaynağı olmuşdu, indi isə atasının ilham qaynağı olacağı bir roman yazmaq istəyirdi. Başqa bir dostu Pavel Markov İsanın çarmıxa gərilişi hekayəsindəki müəmmanın Bulqakovu necə təsir altına saldığını yazır.


1928-ci ildə Bulqakov romanın ilkin qeydlərini qələmə almağa başlayır.
1929-cu  il. Yazıçının "böhran" dönəmi başlayırdı. 2-ci həyat yoldaşı Lyuba ilə aclıq şəraitində yaşayırdı. Özü kimi evli Yelena Sergeyevnanı ümidsizcəsinə sevirdi.

Molyer haqqında bioqrafik dram yazır, amma drama "yuxarıdan" veto qoyulur. Bulqakov "iblisə dair" romanı ilə birgə bir çox əlyazmasını sobaya atır. Yelena bu tarixi 28 mart 1930-cu il deyə qeyd edir. 18 aprel - Stalin Bulqakova zəng edərək Moskva Teatrının qapılarını açdıracaq və Bulqalkovu qaralama kampaniyasına son qoyulacaq. Bu sadəcə Stalinin Bulqakova etdiyi yaxşılıq deyil, eyni zamanda 30-cu illərdə müxalif olaraq gördüyü ziyalılara oynadığı siçan-pişik oyununun bir parçasıdır.

Bulqakovun taleyini paylaşan bir çox yazçı vardı. Zamyatin, Pilnyak, Mandelştam kimi ilk ağla gələn daha neçə-neçə yazıçı eyni durumdadırlar.. Mayakovskinin "intihar etməsinə" bir neçə gün vardı. Bu yazıçılar narahatlıq və tənqidlərini Sovet ədəbiyyatının gələcəyinə fokuslanmışkən Bulqakov ənənədən qopuşun və müstəqil yazıçı ola bilməməyin acısını çəkməkdədir.


1932-ci ilin sentyabrı. "Master və Marqarita" oxucularına tanış gələcək. Yelenanın əlində çiçəklər var və aylar sonra ilk dəfə küçədə təkbaşına yürüyür-ərinə söz vermişdi, evdən heç vaxt tək çıxmayacaqdı. Küçədə qarşılaşdığı ilk insan Bulqakovdur və Bulqakov deyir: "Sənsiz yaşaya bilmirəm." Elena - "Mən də."

1932-1936-cı illər. "İblisə dair roman"a 37 fəsil yazılır, bir çox fəsil çıxardılır, dəyişdirilir, yenidən yazılır.

Bulqakovun bu dönəmdəki qeydləri arasında İsanın yaşamına və İncilə bağlı uzun oxuma siyahısı yer alır. Yelena bu dönəmi gündəliyində anladarkən Bulqakovun aqorafobiyasından, tək qalma qorxusundan və hipnoz müalicəsi görməsindən söz açır. 

17 oktyabr 1936-cı ildə Bulqakov yeni romana başlamışdı. "Teatral romans" Ancaq bu roman heç bir zaman tamamlanmayacaq və Bulqakov 1937-ci ilin payızında keçmiş dostu "Master və Marqarita"ya qayıdacaqdı. "Hər şeyi ən başdan təkrar düşündüm, hər şey indi çox açıqdır" deyir.

Bulqakovun səhhəti getdikcə pozulmaqdadır, həyatının son 8 ayını romanın bitirmə mübarizəsi içində keçəcəkdi. 1940-cı ilin əvvəllərində Yelena yazır: "Berliozun cənazəsini oxumağa başlamışdım ki, " kifayətdir" dedi" 10 mart 1940-cı il, saat 16:49. Bulqakov gözlərini açıb Yelenaya-bəlkə də bütün dünyaya həmişə baxdığı kimi-çaşqınlıq və qəribə bir  işıqla dopdolu" gözlərlə baxacaq və az sonra Yelena gündəliyinə "Mişa öldü" yazacaqdı.

"Master və Marqarita"nı ancaq gözlərində qəribə işıqla ölən  bir ruh yaza bilərdi və bu ruhu ancaq bir möcüzə xilas edə bilərdi. "Master və Marqarita" bu möcüzənin ta özüdür.

"Master və Marqarita" ilk nəşri ilə birgə ədəbiyyat dünyasına hakim olan ilk durum "çaşqınlıq" olaraq qeyd edilə bilər. Tənqidçilərin önündə duran sadəcə yazılmasından 26 il sonra gün işığına çıxan bir roman deyil, yepyeni bir şeydir.

Obrazlar gerçək, amma olaylarn fantastik olması, məzmun və üslub arasındakı ayrı-seçkilik, oxucunun oxuduğunun xəyal olduğunu bilməsi və buna rəğmən romandan aldığı ləzzət doğrudan da nağıl ənənəsini xatırladır. Amma burada heç bir qəhrəman nağıllardakı kimi "mütləq yaxşı" və ya "mütləq pis" deyil.



Romanda real həyatdan ünvanlar var. Məsələn, MASSOLİT-Rusiya Proletar Yazıçılar Birliyinin parodiyasıdır. Latunskiy-Bulqakovun yerin dibinə basdıran tənqidçi Leopold Averbaxa müəllifin yaraşdırdığı addır. Bezdomnıy-"evsiz", o illərdə "yoxsul", "adsız" və s. kimi adlar altında yazan proletar şairlərə göndərmədir.  Riyuxin isə Mayakovskinin ta özüdür. Marqarita-inqilab öncəsi ziyalılarını, Pilat-proletariat diktaturasını, Yeşua-əsl proletariyanı təmsil etdiyinə dair açıqlamalar ortaya qoyulur. Hətta Voland Stalini, komandasını təşkil edən Korovyev, Begemot və Azezello isə Stalinin köməkçilərini Molotov, Voroşilov və Kaqanoviçi təmsil etməkdədir. Yəhudanın qatili Kirovun qatilidir, Stepan Lixodeyevin Yaltaya göndərilməsi Troçkinin 1928-ci ildə Alma-Atıya göndərilməsinin tarixidir.

Kantın və ya Puşkinin anılmasını, obrazın niyə bu adı daşıdığını düşünmək, araşdırmaq üçüb  Bulqakovun əfsanəvi musiqi eşqi və bilgisini göz önünə gətirmək lazımdır.  Açılışda tanış olduğumuz və sonra başının qoparaq öləcəyini öyrəndiyimiz Berliozun adı təsadüf deyil.  Höte, Faust, "Söylə, kimsən sən?" və Berlioz adlı məşhur bəstəkar, "La Damnation de Faust-Faustun lənətlənməsi" ilə Bulqakov oxucuya ipucu verir. Burada Bulqakovun Berliozun "Fantastik simfoniya"sına etdiyi göndərmə daha da açıqdır. Bu simfoniya sadəcə Volandın balını xatırladan cadugərlər  bayramı ilə nəticələnmir, eyni zamanda gilyotinli edam bölümü də daxilir. Yəni, Berliozun taleyi adından bəllidir.



"Master və Marqarita" Moskva və Qüdsdə irəliləyən və sonda birləşən 2 hekayə xəttindəki paralelliklər cəlb edicidir. Hər 2 hekayənin quruluşundakı ayrıntılar kəsişməkdədir. Moskvada may ayıdır, antik Qüdsdə aprel. Hər 2 hekayə çərşənbə günü başlayaraq şənbə günü sona çatır. Hər 2 şəhər günəşli havadan bürkülü havaya keçir. Ponti Pilatla Master ay işığında sakitlik tapa bilmədiklərini deyirlər. Pilat güllərə nifrət edir, Master gülləri sevir. Ən məşhur oxşarlıq isə Master və Yeşua arasındadır. Hər ikisi siyasi iqtidar tərəfindən gücsüzləşdirilmiş 2 günah keçisi, qurban olaraq şərh edilməkdədir.

"Şər olmasa xeyrin nə mənası var, kölgələr itsə, yer üzü necə görünərdi?"

Bulqakovun yaratdığı kosmologiyanın ehtiva etdiyi dualizm qnostik dinlərlə bağlıdır. İşıq-kölgə, cəsarət-qorxaqlıq, günəş-ay, aydınlıq-qaranlıq. Romanın fəlsəfi arqumentasiyaları Master və Marqaritanın ölümləri və qurtuluşa uçuşları qnostiklərin ruhun bədəndə həbs olduğu, ancaq ölümlə birgə ruhun azadlığa qovuşacağa bağlı inanclarla kəsişməkdədir.

Əlavə olaraq Bulqakovun baxışına uyğun irəliyə sürülən başqa bir teologiya  Manixeizmdir. Ay və günəşi dünyanın idarə edilməsində önəmli yerə otuzduran və qnostik ənənələr içində dəyərləndirilən manixeizmdə təyin olunan işıq aləminin 5 xüsusiyyəti: sevgi, inam, sədaqət, cəsarət və hikmət baş obrazların-Master, Marqarita və Yeşuanın təməl özəllikləridir. Qaranlıqlar aləmini təyin edən zəhər, qaranlıq, duman alov və fırtına isə Voland və komandasına işarədir. Qüds isə bütün qnostik dinlərin dirilişini rədd edir.



 "LƏNƏTLƏNMİŞ ROMAN" 

Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir.

Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur: “Bu roman hələ sizə çox sürprizlər gətirəcək”.
Volandın xəbərdarlıq etdiyi “sürprizlər”lə üzləşənlərin halına acımamaq olmur.

Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb.

1972-ci ildə Andrey Vayda “Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti “Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü.

1990-cı illərdə Moskvanın “Cənub-Qərb Teatrı”nda “Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı.

Aktyor Dmitri Düjev də bu romanı lənətlənmiş hesab edir. O, hələ institutda oxuyarkən “Master və Marqarita” əsərindən diplom işi kimi hansısa rolu məşq edirmiş. Qəfildən onun kiçik bacısı dünyasını dəyişdi.
Üstündən bir neçə il keçəndən sonra Düjev teatrların birində yenə də “Master və Marqarita”da rollardan birini oynamaq üçün təklif alır. Təklifi qəbul edir və tezliklə buna peşman olur. Az vaxt ərzində aktyorun atası və anası dünyasını dəyişir.

Maraqlıdır ki, rejissor Vladimir Botko bu lənətlənmiş romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film ekranlara çıxandan sonra serialda rol almış, Rusiyanın ulduz aktyorları – Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin, Valeri Zalatuxin dünyalarını dəyişdilər.
Qərbdə də belə lənətlənmiş əsərlər var. Xarici aktyorlardan heç kim Şekspirin “Maqbet” əsərində rol almaq istəmir. Axı bu əsəri ekranlaşdırmış, səhnəyə qoymuş, yaxud orada rol almış adamların hamısının həyatında faciəli hadisələr baş verib.

Mənbə: nigarshahsuvarova.blogspot.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)