Nəcəf Əsgərzadə - İsanı kim xilas edir?
Proza
Düşüncələrim qarışıq vəziyyətdə. Sol tərəfimdə küt ağrı var. Goranboydan Bakıya gedən avtobusdayam.
***
Ayın 5-i axşam tərəfi evdən çıxmışam. Beşindən əvvəl və beşindən sonra - düz 4 gündür İsanın İncili romanı haqda məqalə yazmağa çalışır, fəqət yaza bilməməyin ağırlığı altında vurnuxuram. İçimdəki səs məni bu yazını yazmağa səsləsə də, düşüncələrimin xaotik axını məni yazıdan yayındırır, daha doğrusu bu xaotik axın mənə bu roman haqda yazı yaza bilməməyi təlqin edir sanki.
Hər şeyi bir kənrara itələyib yorğunluğun bəstələdiyi həzin musiqinin aramsız ritmi altında yenidən uğursuz cəhd edib məqalə yazmağa girişirəm.
Saramago kimdir?
Saramago. O, Portoqaliyanın balaca kəndində doğulub.
Saramago. O, məktəbi tam bitirə bilməyib
Saramago. O, ailəsinə kömək etmək üçün məktəbdən ayrılıb müxtəlif işlərdə çalışıb.
Saramaqo. O, gənc yaşda evlənir.
Saramago. O, kitab oxumağa başlayır.
Saramago. O, kiçik yazılar yazmağa başlayır.
Saramago. O, birdən-birə yazmağa son qoyur.
Saramago. O, düz 19 il heç nə yazmır. Bununla belə müxtəlif yazıçıların əsərlərini öz dilinə tərcümə edir.
Saramago. O, bu illər ərzində mühəndis kimi fəaliyyət göstərir.
Saramago. O, 19 il sonra ədəbiyyata qayıdış edir.
Saramago. O, yaradıcılığın ilk illərində şeirlər kitabını çıxarır.
Saramago. O, komunistdir.
Saramago. O, Təxirə salınmış ölüm romanını yazır.
Saramago. O, İsanın İncili romanını yazır.
Saramago. O, Tanrın adıyla pyesini yazır.
Saramago. Bu əsərlərlə müqəddəs üçlüyü ( ata, oğul, müqəddəs ruh) tamamlayır.
Dəyişir. Saramagonun həyatı dəyişir.
Dəyişir. Saramagonun iş yeri dəyişir. O prezidentin müavinliyi vəzifəsindən istifa verir.
Dəyişir. Saramago ölkəsi Portuqaliyanı balaca bir kəndə dəyişir.
Dəyişir. İnsanların Saramagoya münasibəti dəyişir.
Dəyişir. Kilsənin Saramagoya münasibəti dəyişir
Dəyişir. Bütövlüklə ölkənin Saramagoya münasibəti dəyişir.
Dəyişmir, dəyişmir, dəyişmir....
Saramagonun tutduğu yol dəyişmir
Saramagonun əqidəsi dəyişmir
Saramogunun ortaya qoyduğu mövqe dəyişmir.
İsanın İncili. İsanın doğuluşu.
İncildə yer alan hadisələri yazıçı təxayülün hadisələr lokomotivinə qoşur. Bu lokomotivin əsas hissəsini İsanın həyatda qalması üçün qətlə yetirilmiş körpələr təşkil edir.
İsa qaranlıq bir mağarada dünyaya göz açır. İroda sirli bir şəkildə ayan olur ki, onun hakimiyyətinin gələcəyi dünyaya gələn kiçik körpənin( oğlan) təhdidi altındadır. Bu təhdidi ciddiyə alan İrod əmr verir: "Dünyaya gələn bütün kişi cinsli körpələr tapılaraq məhv edilsin." Əmr qeyri-şərtsiz yerinə yetirir.
İsanı kim xilas edir?
İncili oxuyanlar Yusifin yanına göndərilmiş mələk vasitəsilə edilmiş xəbərdarlığı tanrının balaca körpəyə lüftü kimi xarakterizə edirlər. Sual yaranır: Əgər tanrı ədalətdirsə niyə İsaya qarşılıq olaraq digər oğlan körpələrin ölümünə göz yumur?
Bir insanın həyatda qalması digərlərinin qansızca öldürülməsi. Tanrı övladına görə digər ataların öz övladlarını qurban kimi onların əlindən alır. Heç bir qarşılıq vermədən.
İsanı tanrı yox, atası Yusif xilas edir.
Yusif işlədiyi yerdə İrodun körpələri məhv edin əmrini almış əsgərlərin Nazaretə gəlişini eşitcək fikirləşmədən öz oğlunu xilas etmək üçün mağaraya tərəf qaçır. Hadisələrin ritmik tempi aşağı düşüb, İsa üçün ölüm təhlükəsi sovuşduqdan sonra Yusifin düşünmədən etdiyi qurtalıcılıq funksiyanın törətdiyi - körpələri qətl olunmuş valideynlərin ah-naləsinin yaydığı günahkarlıq hissinin müdhiş eyforiyası o andan başlayaraq onu qarabaqara izləyir .
Həyat və yuxu.
Yusifin İsadan sonra digər övladları dünyaya gəlir. Amma Yusif artıq əvvəlki biz tanıdığımız( elə də deyərəm ki, elə bir Yusiflə oturub çay içib, çörək yemişik) Yusif deyil. Bu Yusif etdiyi dəhşətverici hadisənin günahının əvəzini hər gecə yuxuda verməli olur. Özü də öz oğlunu öldürmək istəyilə. Yuxudan qan-tər içində ayılıb həyatın monoton axınına dönəndə Yusif yatmış oğlunun üzünə baxaraq biraz əvvəlki yuxusunun ona təlqin etdiyi dəhşətli cinayətin təşviqetmə vəziyyətini xatırlayır. Yuxudakı tanrı o ölən uşaqların əvəzinə İsanı istəyir. Onun ölmüş cəsədini istəyir. Yuxudakı tanrı insanın içindəki vicdandır. Vicdandan isə qaçmaq olmur.
Hə deməli, yuxudakı tanrı həyatdakı tanrıdan daha ədalətlidir?
Vicdan- içimizdəki tanrıdır deyimi yerinə düşür. Yusif həyatdakı tanrının varlığını qəbul etsə də, yuxudakı tanrıdan (vicdan) qaçıb canını qurtara bilmir. İki qaniçən tanrı arasında sıxışıb qalan Yusifin həyatı çarmıxda sona çatır.
Qiyamçıların törətdiyi hadisələr nəticəsində ölkədə vəziyyət gündən-günə gərginləşir. İdarəedici qurumlar gücləndirilmiş iş rejimdə işləməyə başlayır. Bunun məntiqli (bilmirəm burada nə qədər məntiq var) nəticəsində vaxtaşırı onlarla qiyamçı çarmıxa çəkilərək cəzalanır.
Yusif dostunun ardınca Nazaretə getmiş, onun yaralanmış vəziyyətdə yüzlərlə müxtəlif nahiyələrindən xəsarət almış insanlarının çadırında tapmış və onu geri qaytara bilməyib özü qurbanlıq quzuya çevrilmişdi. Özü də təsadüfən. ( deyilənə görə həyatda təsadüf yoxdur. Hər şey zərurətdən doğur, nizam içində baş verir. Romanda baş vermiş hadisələr zənciri bunu bir yolluq göstərir). Yusifi şəhərdən çıxan an tutub onun niyə burada olduğunu, nə iş gördüyünü, kim olduğunu öyrənib təhlükəli insan qismində qiyamçılarla birgə ölümə məhkum edirlər. Yusif qiyamçıların arasına düşəndə etiraz edir. Özünü qiyamçı yox, ölkəyə dostuna görə gələn sıravı şəxs kimi tanıtmağa cəhd edir. Sonradan susur. Özünün günahkar olduğu anlayır. Çarmıxa çəkilmə anına hazırlanır. Ağzına kilid vurur.
Yusif ölür.... ölür... ölür
İsa yaşayır... yaşayır... yaşayır
Yusif İsa ilə yer dəyişir.
Dəyişir çarmıxa çəkilən bədənlər
Günahın bədəlini ödəyir
oğlun əvəzinə atası
Xilas olur Yusif
Yuxunun ona əzab verən
Dibsiz uçurumdan.
Amma yuxu ata ilə ölmür
Davam edir həyatına
Oğlun şüurda.
Yusif İsa ilə yer dəyişir
Dəyişir yuxunun motivi
Dəyişmir amma yuxunun
müdhiş mahiyyəti.
İsa toxunur atasının cansız
Bədəninə
Yuxunun tərlədici axını
Keçir İsanın bədəninə
Yusifin gördüyü yuxu
Deyil əsla.
Vicdan sızıltısının vahiməli
Görüntüsüdür.
İsa böyüyür birdən
Həyata baxışı dəyişir birdən
Daxilinə nəzər salır qəflətən
Özünü tapmaq üçün tərk edir evi.
Daxilinə gedən yolu tapmaq üçün
Tərk edir
Anasını
Qardaşlarını
Bacılarını.
İsanın yüksəlişi pillə-pillə başlayır
Addım-addım yaxınlaşır İsa
Həqiqətin çıplaqlığa.
Sınağa çəkilir İsa
İncildə nəql edilən kimi deyil
Saramagonun nəql etdiyi kimi.
Saramago İsanı azad edir
Müqəddəslik tilsimindən
Saramago İsanı azad edir
Möcüzəlik sirrindən.
İsa keçmişinə doğru yol alır.
Harada doğulduğunu
öyrənir.
İsa keçmişinə doğru yol alır
O kimin qucağına doğduğunu
öyrənir.
Kütləvi məzarlıq. İsayla eyni yaşda olan oğlan körpələrin cansız bədəni üşütmə salır İsanın bədəninə. Yuxusunu yada salır. Anasının nəql etdiyi atasının yuxusunu xatırlayır. Onu narahat edən günah hissinin mənsəbinə gəlib yetişir.
Düşünür İsa. O niyə ölmədi? Əslində o ölməli idi. İsa öz ölümüylə onlarla körpəni xilas edə bilərdi. Amma edə bilmədi.
Əslində o ölməli idi. Ölümüylə atasını xilas edə bilərdi. Amma edə bilmədi.
Ölüm hardasa gizlənib. Kimlərsə İsanın ölümün ağuşundan hər dəfə çəkib çıxarır.
***
N.Ə: İsanın İncili romanını yazmağa sizi nə vadar etdi?
J.S: İncili oxuduğum zaman bugünəcən heç kimin fərqinə varmadığı, bəlkəm də varıb da üstündən adladığı kiçik nüans məni yerimdəcə tutdu. Və həmin nüans da romanın əsas fundamentini atmağa mənə çox yardımçı oldu. Bu nüans nə idi: Bir körpənin həyatına görə, digər körpələrin ölümü, özü də necə ölüm. Dəhşətlidir, vallah adam dərindən düşünən də dəli olar.
N.Ə: Dünyada seçilmiş insanlar olur. Bəlkəm də İsa həmin seçilmişlər idi?
J.S: Mən belə bir şeyə inanmıram. Özüm məktəbi yarımçıq buraxmış biri kimi, deyə bilərəm ki, hər şey insanın özündən asılıdır. Əgər mən sadəcə mexanik kimi işləsə idim, ömrün boyu elə mexanik kimi qalacaqdım. Məni, yəni Saramago adlı bir yazıçını tanımayacaqdılar. Bunda heyrətlənəcək heç bir şey yoxdur. Mən yazıçı olmasaydım, başqası, məndən də yaxşısı mənim yerimi tam əvəz edəcəkdi. Folkner demiş, mən olmasaydım da, dünya itirmiş olmayacaqdı, çünki Dostoyevski kimi yazıçı var idi artıq. Sadəcə mən bir seçim etdim, öz yolumu seçdim, çalışdım, özümü yazıçı kimi isbatladım. Mən ki, seçilmiş deyildim. Kasıb ailədə böyümüşəm, təhsilimdə yarımçıq olub. Tanrı- o, əgər varsa məni seçsə idi də, mən bundan imtina edərdim, İsaya görə onlarla körpəni məhv edən Tanrı mənə görə nələrə əl atmazdı. Gözümün qabağına gətirəndə tüklərim biz-biz durur.
N.Ə: Günah canavar kimidir, atanı didəndən sonra, oğlu keçir. Sizcə İsa hansı atasına daha çox oxşayırdı?
J.S: İsanın bioloji atası Yusifdir. Ruhi atası isə Tanrıdır. Bunu İncil deyir. Mənə görə Yusif ilə Tanrını bir-biriylə müqayisə etdikdə görürük ki, Tanrının Yusifdən də acımasız olduğu vaxtlar olur. Biz roman boyu Yusifin ölən körpələrə görə əzab çəkdiyinə şahid oluruq. Amma Tanrının bu hadisəyə görə tükü də tərpənmir. O sadəcə öz hökmdarlığını düşünür. İsanın bu hökmdarlığın tam bərqərar olmasına görə çarmıxa çəkilməsinə göz yumur. Onu şöhrət qazanacağı ilə aldadır. İsa isə geriyə yolunun qalmadığına görə buna razı olur. İsa yerdəki atasından çox göydəki atasının qanunlarıyla həyatına davam edir. Amma Yusifin oğlu kimi hərəkət etməli olsa idi, çarmıxa çəkilməyi gözləməyib, həqiqəti öyrənəndən sonra özünü öldürərdi. Amma İsa yaşamaq istəyirdi. Nələrsə görmədən ölmək istəmirdi. Əvvəl ona əziyyət verən yuxu sonradan onun həyat tərzinə çevrildi. İsa vicdanın əvəzinə göydəki atasına inanmağa başladı.
N.Ə: Əsərdə iki Məryəm obrazı var. İsa anasından qoparaq digər Məryəmin yanına üz tutur.
J.S: İsaya heç kim inanmır. Öz doğma anası da belə. Bu vəziyyət İsa üçün dözülməz hal olur. Ona görə o, ikinci dəfə evi birdəfəlik tərk edir. Digər Məryəmin qucağına sığınır. Onu sınağa çəkməyən, heç nə soruşmadan inanan Məryəmin yanında rahatlıq tapır. Onu əvvəllər düşdüyü yoldan azad edir İsa. Özü də günah edərək şəhvahi hisslərinin qurbanı olaraq Məryəmə sahib olandan sonra bu günahından vaz keçə bilmir. Qadın ikinci şeytandır. İsa çobanın yanında sınaqdan üz ağ çıxsa da, Məryəmə ilişərək sınaqdan çıxa bilmir. Onun əvəzini Məryəmi bataqlıqdan qurtalmaqla ödəməyə çalışır. Buna nail olurmu bu başqa məsələdir. İsa da bizim kimi insandır. Və onun da duyğuları, hissləri var. Oda səhv edə bilər. Mənim əsl niyyətim İsanı müqəddəslik libasından azad etmək, onun bir mif qəhrəmanı olduğu göstərmək idi.
N.Ə: Romanın bəlkəm də ən maraqlı hissəsi üçlü görüşdür. İsa- tanrı- çobanın görüşü?
J.S: Hə. Bu görüş 40 qırx gün davam edir. Bu görüşün təsvirini mən özüm də 40 qırx günə yazmışam. İnsanlar həmişə üzün göyə tutub dua edir. Tanrıdan nəsə diləyirlər. Mən də bunun əksini istifadə edib Tanrını göydən yerə endirdim, insanlarla görüşdürə bilməsəm də- buna mənim gücüm çatmadı, razılıq almaq uzun çəkdi- İsa ilə görüşdürdüm (gülür). Və hər şey bu görüşdə bəlli oldu. Tanrının əsl niyyəti bu görüşdə ortaya çıxdı: mütləq hakimiyyət istəyi. Fikir verdinizsə görüş boyu sadəcə Tanrı danışdı. Çoban isə ağzına su alıb oturmuşdu. Çünki ata ilə oğulun arasına girmək olmazdı. Tanrı bütün uzaqgörmələrini İsa açıqlayanda, İsanın gözü qorxdu. İnsanlara xeyirdən çox əzab-əziyyət verəcəyini biləndə doğulduğu günə lənət oxudu. Dünyaya gələndən heç kimi xilas edə bilməyən İsa, ölümündən sonra da insanlara xeyirdən daha çox ziyan verərək onları məhvə sürükləyəcək biri olması onu heyrətləndirdi. Olacağa çarə yoxdur. Taledən qaçmaq olmur deyirlər.
N.Ə: İroniya.. Əsər boyu bunu hiss edirik. Siz İncildəki hadisələri, hətta tanrının özünü belə lağ hədəfinə çevirmisiniz. İnsanların inancını məsxərəyə qoymaq nə qədər düzgündür?
J.S: Sadəcə onu deyə bilərəm ki, məni narahat edən problemi gün üzünü çıxarmağa çalışmışam. İnsanların bir çoxu nəyə inandığımı dəqiq bilmir. Onların inancları hər an dəyişə bilər. Əksəriyyəti sözdə inanclı olsa da, ürəyində səmimi deyil. İnsan gərək tutduğu yoldan nəsə ummasın. İnsanların əksəriyyəti yaxşılıqların qarşılığı olaraq nələrsə diləyirlər. İsa deyir: İstə sənə verəcəklər. Amma mən insanların, təmiz, dürüst insanların necə istədiklərini, arzuladıqlarını görmüşəm. Qarşılıqsız qalıb əksəriyyətin istəyi. Onda anladım ki, istəmək lazım deyil. İstədiyini özün almalısan. Nitşse deyir: Qoyma, ala biləcəyin şeyi sənə versinlər.
Bəli düz deyirsən, romanda ironiya var. Bu olmalıdır. Həyat özü bir ironiya deyilmi? Sən özün həyatın ironiyasını, insanı necə məsxərəyə çevirməsi görmüsənmi? Mən görmüşəm. Tanrı insanlarla məzələnir. Ona acı çəkdirir, əzab verir. Bundan həzz alır sanki. Ona görə Nitşse deyir: Tanrı öldü. Onu mənim yanımda basdırdılar. Tanrını öldürməlisən ki, özün tanrıya çevrilə bilərsən.
Mən istədiyimi yazmışam və bunun hansı nəticələrini olacağını əvvəlcədən müəyyənləşdirmişdim.
N.Ə: Nitşse " Zərdüşt belə deyirdi" romanını beşinci İncil adlandırıb. Sizin romanınızı da əsrin yeni İncili saymaq olarmı?
J.S: Xeyr. Mən yeni bir şey yaratmamışam. Yeni bir şey yaratdığımı da fikirləşmirəm. Əvvəldə dediyim kimi bu roman bir nüansdan yarandı.
İsanın İncili romanı yeni İncil olmağının əksinə İncil mifini dağıdan kitabdır. Mən hadisələri təhrif etmişəm, onları təxayüllə calaşdırmışam. Özümdən hadisələr uydurmuşam. İncildə Yusifdən demək olar ki, danışırmır, Mən isə İsa Yusif arasında əlaqə yaratmağa çalışmışam. İsanın yerinə birinci Yusifi çarmıxa gərmişəm. Sual yaranır valideynlərin günahlarını həmişə uşaqlarmı çəkir?
Tanrı nə qədər desə ki, İsa mənim oğlumdur, bu əbəsdir, İsa Yusifin oğludur əslində.
Ümumiyyətlə İncilin mərkəzində İsa dayanır. Mənim romanının mərkəzində isə qətl yetirilmiş günahsız körpələr dayanır. Aradakı fərqi hiss edirsən? Məncə cavabım sənin üçün yetərlidir.
N.Ə: Suallarını cavablandırdığınıza görə təşəkkürlər.
J.S: Mən təşəkkür edirəm.
SON

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
ŞvartsMan - Sukaşnik (hekayə)
ŞvartsMan - Başqasının dodaqları (hekayə)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr