Edebiyyat.az » Təqdimat » “World Photography Awards” müsabiqəsində qalib gəlmiş ən yaxşı fotoları

“World Photography Awards” müsabiqəsində qalib gəlmiş ən yaxşı fotoları

“World Photography Awards” müsabiqəsində qalib gəlmiş ən yaxşı fotoları
Təqdimat
admin
Müəllif:
17:57, 27 iyun 2020
1 796
0
“World Photography Awards” müsabiqəsində qalib gəlmiş ən yaxşı fotoları
Nüfuzlu beynəlxalq fotoqrafiya müsabiqəsi “World Photography Awards” 2020-ci ilin qaliblərinin siyahısını dərc edib. Müsabiqənin münsiflər heyəti hər il onlarla ölkədən müxtəlif fotoqrafların göndərdikləri işləri qiymətləndirir.
“World Photography Awards” müsabiqəsində qalib gəlmiş ən yaxşı fotoları təqdim edirik.
 
preview_f3799601e7f9a6ce38c9007be97955df
Foto: Antuan Velinq
Avstraliyalı fotoqraf Antuan Velinq İqqi Popun konsertindən bir anı dondurub.
 
2019-cu il aperin 17-də Sidney Opera Teatrında verdiyi konsertdə İqqi Pop pərəstişkarlarını səhnəyə dəvət edir. Pərəstişkarları müğənni ilə birlikdə rəqs etməyə, mahnı oxumağa başlayırlar. Müğənninin köməkçisi fanatları saxlamağa çalışarkən bir qız Popun belinə toxunur. Fotoqraf həmin anı əbədiləşdirib.
Foto Karavacconun məşhur əsərini və Markın İncilində verilmiş, İsanı ilk dəfə görən qadın haqqındakı əhvalatı xatırladır: “O, camaatın içində arxadan yaxınlaşdı və Onun paltarına toxundu. Zira düşünürdü ki, əgər Onun, heç olmazsa, paltarına toxuna bilsə, şəfa tapacaq”.
 
preview_2e27ca3787e89ef456bd342eb100f762Foto: Brent Stirton
 
CAR-lı fotoqraf Brent Stirton işini nadir məməlilərdən birinə – panqolinlərə həsr edib. Bu heyvanların saylarının xeyli azalmasına baxmayaraq, brakonyerlər onları ovlamaqdan vaz keçmirlər. Bunun səbəbi isə panqolinlərin əti və pulcuqlu dərisidir. Onların əti delikates hesab olunur, pulcuqlarının isə, ənənəvi çin və vyetnam təbabətində şəfaverici xüsusiyyətləri olduğu deyilir. Mütəxəssislərin rəyinə görə, son on il ərzində Asiyadan qeyri-qanuni yolla milyona yaxın panqolin çıxarılıb.
 
preview_4dff875fc166884cdbd3a07d97526375Foto: Pablo Albarenqa
 
Uruqvaylı Pablo Albarenqa “Müqavimət toxumları” silsiləsində Cənubi Amerikada təbiəti qoruyanları və onların qorumağa çalışdıqları təbiəti göstərir. Fotoda ekvadorlu Nantu və tropik meşə həkk olunub. Fotoqrafın tapdığı statistikaya görə, sadəcə 2017-ci il ərzində qoruq bölgələrdə mədənlərin qazılması və digər bu kimi layihələrə qarşı çıxış edən 207 aktivist qətlə yetirilib. Albarenqa fotosilsiləsində onların hər birinin şəxsiyyət olduğunu göstərmək istəyir. Müqavimət hərəkatının üzvlərinin hər birinin öz hekayəsi var. Təbiət qoruyucularının çoxu, hazırda iş adamlarının zavod və müəssisələr məkanına çevirmək istədikləri torpaqlarda doğulublar. Onlar doğma torpaqlarını tərk etmək yox, onun uğrunda mübarizə aparmaq istəyirlər.
 
preview_3b03a127b70d6ab98d41467c1693e707
Foto: Li Qofey
 
Çinli Li Qofeyin Botsvanada çəkdiyi bu şəkil münsiflər heyəti tərəfindən xüsusi qeyd olunub.
Şəkildə uğurlu ovdan sonra bir-birini yalayan iki hepard görünür. Onların kadrdakı duruşu çin fəlsəfəsinin ən vacib elementlərindən birini – İn-Yan işarəsibi xatırladır. İn-Yan bir-birinin ziddi olan özəlliklərin və xüsusiyyətlərin vəhdətini simvolizə edir və qrafik olaraq iki fərqli rəngin – açıq və tünd, ağ və qaranın qarşılaşdırılması kimi təsvir olunur.
 
preview_885860e2baca0c10b52dbc937159ff80
Foto: Robin Hinş
 
Almaniyalı fotoqraf Robin Hinşin bu əsəri “Ətraf mühit” kateqoriyasında birinci yeri tutub. Foto 2019-cu ildə Nigeriyada çəkilib. Hinş bu fotosu ilə iqtisadi inkişafın ekologiyaya təsirinə diqqət çəkməyə çalışır.
Əvvəllər Niger çayının deltası 70 min kvadrat kilometrlik sahəni tuturdu. Ki, bu da ölkənin yararlı torpaqlarının 7,5%-i demək idi. Planetin ən rəngarəng və ən zəngin ekosisteminə malik olan bölgə qırx fərqli etnosa məxsus 30 milyon insanın evi idi. Lakin bölgədə neft sənayesi inkişaf etməyə başlayanda hər şey dəyişdi. BMT-nin hesabatında deyilir ki, 1976-cı ildən 2001-ci ilə qədər Niger çayına üç milyon barrel neft axıdılıb. Yerli hakimiyyət və neft şirkətləri çayı təmizləmək üçün, demək olar, heç nə etməyiblər, neft axıntıları bu gün də davam edir. Niger deltasının digər problemi neftçıxarmanın zərərli məhsulu olan qazın yandırılmasıdır. Yanan qaz əkinləri məhv edir, suyu çirkləndirir və insanların sağlamlığına ziyan vurur.
 
preview_ca489bbb2990f14442ca04f3f7a3f30b
Foto: Alek Konna
 
Britaniyalı fotoqraf Alek Konna 2019-cu il dekabrın 6-da Ironbridge elektrik stansiyasında dörd soyuducu qurğunun sökülmə anını lentə alıb. Sözügedən qurğular stansiyanın yaxınlığında yerləşən Şropşir şəhərciyinin sakinləri üçün 50 il boyunca mənzərənin bir parçası olub. Elektrik stansiyası 1969-cu ildə açılıb, lakin dörd il əvvəl orda elektrik hasili dayandırılıb. Sökülmüş qurğuların yerində yeni evlər və istirahət meydançaları tikmək planlaşdırılır.
 
preview_32a7014f0f936cdac2ff587e41ab2daf
Foto: Lili Douson-Panşon
 
Britaniyalı Lili Douson-Panşon müasir detallardan istifadə etməklə rəssamlıq sənətinin şedevrlərinə nəzirə-portretlər çəkir. Yan Vermeyerin “Mirvari sırğalı qız” əsərinə nəzirə olan bu fotoda qəhrəman qulaqlıq taxıb. Douson-Panşon bu yolla keçmişlə gələcək arasındakı əlaqələri, onların bir-biri ilə eyni zamanda həm necə ziddiyyətdə olduğunu, həm də necə kəsişdiyini araşdırır.
 
preview_ffc1a58a124cf0886cf39417c5b1657eFoto: Santyaqo Mesa
 
Kolumbiyalı fotoqraf Santyaqo Mesa ölkədəki etiraz aksiyalarında emosional bir anı – Medelyin şəhərində etirazçılardan birini çəkib. Daha sonra polis aksiyanı dağıdıb. Fəhlələr və küçə satıcıları ölkədəki problemlərə etiraz əlaməti olaraq yürüşlər təşkil edirlər. Bu, son illər Latın Amerikasında baş verən çoxsaylı nümayişlərdən yalnız biridir.
Kolumbiyada həyat günbəgün bahalaşır, vəziyyəti yaxşılaşdırmaq imkanları daha da azalır, sosial bərabərsizlik daha da artır.
 
preview_e181a72753e6f2476528f073c4b2c8b6
Foto: Sandra Herber
 
Kanadada qış fəsli uzun sürür və soyuq keçir. Fotoqraf Sandra Herber havanın temperaturu aşağı düşəndə donmuş suyun necə əcaib formalar aldığını göstərmək istəyib. Şəkildə balıqçı koması təsvir olunub. Herber bu evciklərin xüsusi cazibəsi olduğuna inanır. Sahiblərinin zövqündən asılı olaraq, bu kiçik evlər fərqli ölçülərdə, fərqli rənglərdə və fərqli tərzlərdə tikilir. Onların hər birinin özünəməxsusluğunu vurğulamaqdan ötrü fotoqraf, bütün şəkilləri minimalizm tərzində çəkib.
 
preview_06f43b6779449db6300fc4ca92f41a95
Foto: Mariya Kokunova
 
Rusiyalı Mariya Kokunova müsabiqənin “Kəşf” bölməsinin qalibidir. Onun “Mağara” adlı fotosilsiləsi öz refleksiyalarına həsr olunub.
O, dörd il əvvəl könüllü olaraq Leninqrad vilayətində yerləşən kiçik evə köçüb və orda özünə “rahat analıq mağarası” yaradıb. Kokunova düşünülmüş şəkildə sosial kontaktların və aldığı informasiyaların miqdarını azaldıb, bütün həyatını evinə, uşaqlarına və sənətə bağlayıb. “Gözləntilərimə rəğmən, həyatım sakit və hüzurlu olmadı”, – fotoqraf deyir. Mariya üçün mağara ideyası Anima arxetipi və eyni vaxtda həm həyat verən, həm də həyat alan torpaq ana ilə bağlıdır.
Özünütəcrid fotoqrafın uşaqlıq travmaları ilə bağlı xatirələrini canlandırıb. O, “Mağara” silsiləsində valideynlərinin evində və hazırda yaşadığı yerdə çəkilmiş fotoları birləşdirib. Mariya öz işlərində analıq, təmənnasız sevgi, aqressiya və ölüm qorxusu kimi instinktlərin insan həyatına məna qatıb-qatmadığını araşdırır.
preview_0674059c507b4abf3eeb855752ee6aefFoto: Sezar Dezfuli
 
2016-cı il avqustun 1-də Liviyanı tərk edib rezin qayıqla Aralıq dənizini keçməyə çalışan 118 insan xilas edilmişdi. İspaniyalı Sezar Dezfuli dənizdən çıxarılandan bir neçə dəqiqə sonra mühacirlərin şəkillərini çəkib. “Üzləri, zahiri görünüşləri, bədənlərindəki izlər – hər şey onların əhval-ruhiyyəsini və səfərsonrası fiziki vəziyyətlərini göstərirdi”, – Dezfuli deyir.
Bu şəkillər fotoqraf üçün uzunmüddətli bir layihənin başlanğıcı olub. İndi Dezfuli əmindir ki, 2016-cı ilin avqustunda o insanlar əslində olduqları kimi deyildilər.
“Onların şəxsiyyətləri təhrif olunmuşdu, qorxudan onu gizlətmişdilər, ya da üzləşdikləri təhqirlər və alçaldılmalar onların şəxsiyyətlərini oğurlamışdı”, – fotoqraf əlavə edir.
Dezfuli hadisədən üç il sonra onları anlamaq və əsl kimliklərini sənədləşdirmək üçün hazırda Avropada yaşayan qəhrəmanları ilə görüşüb.
“Mən göstərmək istəyirdim ki, hər bir insanın daxilində bir şəxsiyyət yatır və üzə çıxmaq üçün onun ətraf aləmə ehtiyacı var”, – ispan fotoqraf deyir.
 
preview_8f2f43624b7e49c138a70e45e555f3abFoto: Kreyq Makqouan
 
Avstraliyalı Kreyq Makqouen bu fotonu Qrenlandiyada çəkib. O, müəllifin “Təbiət abstraksiyaları” silsiləsinə daxildir.
 
preview_c2a5cf5454683e67c1dc47d9afe91378
Foto: Tom Oldhem
 
Black Francis adı ilə tanınan amerikalı Çarlz Tompson müğənni, gitarist və bəstəkardır. Fotoqraf Tom Oldhem çəkiliş zamanı ondan məyusluq göstərməyi xahiş edib və musiqiçi əlləri ilə üzünü qapayıb. “Foto MOJO Magazine” jurnalı üçün çəkilib.
 
preview_45e0bf29e95cd96bccdd1f811ae8f7e8
Foto: Ronni Benert
 
Sintoizmin və buddizmin izlərinə, torii darvazalı dini məbədlərə Yaponiyanın, demək olar ki, hər künc-bucağında – Sakit okeanın ortasında da, dağların başında da, meşələrin dərinliyində də rast gəlmək mümkündür.
Almaniyalı fotoqraf Ronin Benert, fotolarının minimalist görünməsi üçün, adətən, neytral optik sıxlığa malik filtrlərdən və uzun davamlılıqdan istifadə edir.
“Hərdən davamlılıq beş dəqiqə, hətta daha çox çəkir. Bunun sayəsində su və səmadakı yayındırıcı elementlərin hamısı yoxa çıxır. Davamlılıq nə qədər uzun olursa, fotolar da bir o qədər təmiz alınır”, – Benert əminliklə deyir.
 
preview_5bd11b6fc6983c22771dcdfbf4bd15c6
Foto: Anxel Lopez
 
Seneqalda və Qambiyanın bəzi bölgələrində restlinq milli idman növünə çevrilib – o, hətta futboldan da məşhurdur. İdmançılar arasında iki restler ənənəsi var: beynəlxalq və yerli.
Yarışları əlli minə yaxın tamaşaçı seyr edir, idmançıların bəziləri əsl milyonçuya çevrilirlər.
İspaniyalı fotoqraf Anhel Lopes Soto restlinqdə animist və müsəlman dinlərinə əsaslanan mədəniyyətlərin və ənənələrin kəsişməsini görür.
Foto idmançıların Dakar çimərliyində məşqi zamanı çəkilib.
 
preview_3ed015cba534ea05a99f8fa84be3443c
 
Foto: Honq Çen
Honqkonqlu fotoqraf Honq Çen bu mənzərəni Keniyada çəkib. Bunun üçün müəllif vertolyota minməli olub. Fotoda Maqadi gölü və onun üzərindən uçan flaminqolar həkk olunub.
 
preview_b23bf0972da1907bf6462a9b7c257a16Foto: Çanq Ko
 
Artıq bir ildən çoxdur ki, Honqkonqda kütləvi etiraz dalğası davam edir. Ekstradisiya haqqında qanun layihəsi əleyhinə başlayan aksiyalar get-gedə genişlənir. İndi aksiya iştirakçıları öz şəhərlərinin gələcəyini dəyişmək istəyirlər. Aksiyalarda polislə toqquşmalar zamanı etirazçıların əksəriyyəti müxtəlif xəsarətlər alır. Son bir il ərzində Honqkonqda psixoloji yardım üçün müraciət edənlərin də sayı artıb: insanlar depressiya və posttravmatik stress pozuntusundan əziyyət çəkirlər.
“Qançırlar, çapıqlar yoxa çıxa bilər, amma biz onların olduğunu yaddan çıxarmamalıyıq”, – fotoqraf Çanq Ko deyir.
 
preview_9dcb8f073f98a2e669f7d89901d66f09
Foto: İoanna Sakellaraki
 
Fotoqraf İoanna Sakellarakinin fotosilsiləsi iqlim dəyişikliklərinə və onların adaların həyatına təsirinə həsr olunub. Belə ki, böyük dünyadan təcrid vəziyyəti adaları yeraltı yanacaq növlərindən və enerji idxalından asılı hala salıb.
Türkiyə sahilləri yaxınlığında yerləşən yunan Tilos adasında 780 insan yaşayır. 2015-ci ildə adada tamamilə yeni enerji təchizatı sistemi yaratmaq qərara alınıb. Hazırda adada külək və günəş enerjisindən istifadə olunur. Tilos  enerji təchizatını müstəqil şəkildə təmin edə bilməyəndə (yayda adaya çoxlu turistlər gəlir) yeraltı naqillər onu dizel elektrostansiyası olan Kos adası ilə birləşdirir. Tilos sakinləri evlərinin damına cürbəcür enerji qurğuları quraşdırıblar. Bəzilərini özləri düzəldirlər, bəzilərini də əllərinin altında olan materiallarla dama bərkidirlər.
“Mən bu fotosilsilə vasitəsilə həmin əcaib qurğuların və naqillərin gecə mənzərəsinin ayrılmaz hissəsinə çevrildiyini göstərmək istəmişəm. Hava qaralanda onlar yerli təbiət və dağ mənzələri ilə harmonik simbioza girərək canlı atmosfer yaradırlar”, – Sakellaraki deyir.
 
preview_888338c75c766b792850c4ba00f7747aFoto: Alessandro Qandolfi
 
İtaliyalı Alessandro Qandolfinin bu fotosu ən yaxşı natürmort adına layiq görülüb. Fotoda yapon robot-androidi həkk olunub. Qandolfi onun köməyilə XXI əsrdə gözlənilmədən cavabları tapılan əbədi suallara diqqət çəkməyə çalışır: insan həqiqətən ölümsüz ola bilər? Biomühəndislik, nanotibb, genetrika və süni intellekt həyatımıza necə təsir edəcək?
 
preview_b9f39465ad4a3b278c6f8cf9e7de2099Foto: Syan-Penq Syan
 
Tayvanlı Syan-Penq Syanın çəkdiyi bu fotoda qəhrəman sürətlə yeriyirmiş kimi görünsə də, əslində yerində dayanıb. Müəllif bu işi ilə həyat tempinin sürətləndiyinə diqqət çəkmək və insanlara hərdən, az da olsa, yavaşlamağa ehtiyac olduğunu xatırlatmaq istəyir.

Mənbə: azlogos.eu

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)