Edebiyyat.az » Təqdimat » Totalitar dövlətin yaranacağını öncədən görən yazıçı

Totalitar dövlətin yaranacağını öncədən görən yazıçı

Totalitar dövlətin yaranacağını öncədən görən yazıçı
Təqdimat
Nicat Heşimzade
Müəllif:
01:44, 02 may 2019
1 555
0
Totalitar dövlətin yaranacağını öncədən görən yazıçı 1821-ci ildə doğulmuş Rusiya yazıçısı Sankt-Peterburqda fransız utopik sosializm nəzəriyyələrinə məftun olan gənclərin radikal çevrəsinə qoşulanda 20 yaşlarında idi.





19-cu əsrdə Rusiya yazıçısı Fyodor Dostoyevski öz ideoloji inanclarına görə qətlə haqq qazandıran obrazlar barədə yazmışdı.
Məhz bu səbəbdən John Gray fikir yürüdür ki, yazıçı 20-ci əsr boyunca totalitar dövlətlərin “terror əleyhinə müharibə” aparacağını irəlicədən görə bilib.
Fyodor Dostoyevski öz romanlarında ideologiyaların insan həyatını dəyişə bilmək gücünü təsvir edəndə, nə barədə yazdığını yaxşı bilirdi.
1821-ci ildə doğulmuş Rusiya yazıçısı Sankt-Peterburqda fransız utopik sosializm nəzəriyyələrinə məftun olan gənclərin radikal çevrəsinə qoşulanda 20 yaşlarında idi.
Qrupun içərisinə yeridilmiş polis agenti buradakı müzakirələr barədə hakimiyyət orqanlarına məlumat vermişdi. 1849-cu il, aprelin 22-də Dostoyevski qrupun başqa üzvləri ilə birlikdə həbs edilərək məhbəsə salındı.
Aylarla davam edən təhqiqatın nəticəsində onlar təxribatçı təbliğatı yaymaqda təqsirli bilinərək güllələnməyə məhkum edildilər.
Sonradan bu cəza sürgün və ağır əməklə əvəz edildi, lakin çarın ölüm ya həyat hökmünü vermək səlahiyyətində olması müttəhimlərin qondarma edam səhnəsindən keçirilməsini tələb edirdi.
Yaxşı səhnələşdirilmiş “edam” üçün Dostoyevski və qrupun başqa üzvlərini 1849-cu il, dekabrın 22-də hərbi parad meydanına gətirdilər.
Burada dar ağacları qurulmuş və qara rəngli krep parçadan kəsilmiş bantlarla bəzədilmişdi. Onların cinayəti və hökmü burada oxundu və pravoslav keşiş onlardan tövbə etmələrini istədi.
Qrupun üzvlərindən üçü edama hazır vəziyyətdə dirəklərə kəndirlənmişdi. Son anda təbillər guruldadı və əsgərlər tüfənglərini endirdilər. Özünə gəlmiş dustaqları qandallayıb Sibir sürgününə göndərdilər.
Dostoyevski hökmə görə sürgündə 4 il müddətində ağır əməklə məşğul olmalı, bunun ardınca Rusiya ordusunda xidmət etməli idi. 1859-cu ildə artıq yeni çar Dostoyevskinin Sibir sürgününə son qoydu.

Bir ildən sonra o artıq Sankt-Peterburqun ədəbi dünyasına qaynayıb-qarışmışdı.
Dostoyevskinin təcrübəsi onu tamamilə dəyişmişdi. O Rusiya cəmiyyətinin köklü dəyişiklik ehtiyacında olması barədə fikrindən daşınmamışdı.
O inanmaqda davam edirdi ki, mütləqiyyət institutu mənəviyyatsızdır və o, ömrünün sonunadək mülkədar aristokratiyasına nifrət etmişdi. Lakin ölümün və həyatın sərhədində keçdiyi şəxsi təcrübə ona zaman və tarix barədə yeni düşüncə vermişdi.
Çox illərdən sonra o, həmin günü belə xatırlayırdı: “Mən həyatımda bundan daha xoşbəxt bir gün yadıma gəlmir”.
Həmin gündən o anlamışdı ki, bir vaxtlar inanaraq və ya qismən inanaraq radikal ziyalılarla bölüşdüyü ideyalara rəğmən, insan həyatı mürtəce keçmişdən daha yaxşı gələcəyə aparan hərəkət deyildir.

Əksinə, hər bir insan hər bir anda sonsuzluğun ucunda qərar tutub. Bu ayılmanın nəticəsində Dostoyevski gənc ikən cəlb olunduğu mütərəqqi ideologiyaya getdikcə daha az inanırdı.
O sürgündən qayıtdıqdan sonra Sankt-Peterburqda üzləşdiyi ideyalara xüsusilə kinayəli baxırdı. Rusiya intellektuallarının yeni nəsli Avropanın nəzəriyyə və fəlsəfələrinə əsir olmuşdu.

Fransız materializmi, alman humanizmi və ingilis utilitarizmi məxsusi rus kombinasiyasında sonralar “nihilizm” kimi tanınan qarışığa çevrilmişdi.
Bizdə belə bir təsəvvür var ki, nihilist heç nəyə inanmayan birisidir, lakin 1860-cı illərin Rusiya nihilistləri xeyli fərqli idilər. Onlar elmə çılğınlıqla inanır, bəşəriyyəti keçmişlərdə idarə etmiş dini və mənəvi ənənələri dağıtmaq istəyirdilər ki, yerində yeni və daha yaxşı bir dünya bərqərar olsun. Buna bənzər şeylərə bu gün də inanan insanlar var.
Dostoyevskinin nihilizmi ittihamını onun böyük əsəri olan “Cinlər”də görürük. 1872-ci ildə çap olunmuş bu kitab moizəçi tonuna görə tənqid
olunub.


Image caption1880-ci il, Sankt Peterburq - iki nihilistin edamı.


Heç şübhə yoxdur ki, bu əsərdə Dostoyevski öz nəslinin daşıdığı hegemon ideyaların zərərli olduğunu göstərmək istəyib. Lakin Dostoyevskinin əsəri həm də tragikomediyadır. Bu roman təcrübədə inqilabın nə demək olduğunu başa düşməyən, lakin inqilabi anlayışlarla əylənən təkəbbürlü intellektualları, istehza doğuran bir qəddarlıqla təsvir edir.
Əsərin süjetini Dostoyevskinin bu romanı yazdığı vaxtda inkişaf edən real hadisələr təşkil edir. Keçmiş ilahiyyat müəllimindən terrorçuya çevrilmiş Sergey Neçayev bir tələbinin qətlində təqsirli bilinərək həbs olunur.
Neçayev özünün yazdığı “İnqilabçının katexizmi” pamfletində inqilabın qələbəsi üçün (şantaj və qətl də daxil olmaqla) bütün vasitələrin məqbul olduğunu yazıb. Həmin tələbə Neçayevin inanclarını şübhə altına aldığına görə onun tərəfindən qətlə yetirilir.
Dostoyevski bu qənaətə gəlir ki, azadlıq ideologiyasına görə mənəviyyatın tərk edilməsi keçmişlərdə mövcud olmuş hər hansı tiraniyanın daha ifrat bir növüdür.


“Cinlər” romanının obrazlarından biri etiraf edir: “Mən öz biliyimin içində ilişib qalmışam və mənim gəldiyim yekun nəticə başladığım ilkin ideya ilə tamamilə ziddiyyət təşkil edir. Mən hüdudsuz azadlıq ideyasından başlayıb, hüdudsuz despotizm ideyasına gəlmişəm”.
Bundan 50 il sonra bolşevik inqilabı nəticəsində Rusiyanın başına gələcək oyunlarlın bundan daha yaxşı təsvirini düşünmək çətindir.
Neçayevi fərdi terror aktlarına həddən ziyadə güvəndiyi üçün tənqid edən Lenin də onun inqilaba xidmət üçün bütün cinayətlərə hazır olduğuna heyran idi.
Lakin Dostoyevski irəlicədən görə bilmişdi ki, azadlığın yeni bir növünün əldə edilməsi üçün qeyri-insani metodlardan istifadə, çarizmin teatral qəddarlığından daha uzaqgedən repressiya növü yaradır.
Dostoyevskinin romanında Rusiyanın hüdudlarını aşan bir ibrət dərsi var. İngiliscədə erkən nəşrlərində əsərin adı “Cinlilər” (The Possessed) olub, lakin daha dəqiq ad rus dilindəki Cinlər sözüdür. Dostoyevskinin təsvirlərində son dərəcə amansız olduğu inqilabçılar cin deyillər. Onları əsir etmiş ideyalar Cinlərdir.
Dostoyevski bu qənaətdə idi ki, rus nihilizminin qüsuru onun ateizmidir, lakin əsl insan fəlakətlərindən qidalanan ideyaların şeytanı gücünü görmək üçün bu məqamda yazıçının nöqteyi-nəzəri ilə razılaşıb-razılaşmamaq heç də mühüm deyil.

Image captionAktrisa Eve Belton "Cinlər" hekayəsinin BBC ekranlaşdırılmasında Mariya rolunu ifa edib.


Bu mənada Dostoyevskinin ksenofobiyaya bulaşmış millətçiliyin mistik versiyası olan siyasi baxışlarını da qəbul etməyə ehtiyac yoxdur.
Dostoyevskinin diaqnozunu qoyduğu və zaman-zaman özünün də əzab çəkdiyi bu xəstəlik ideyaların canlı insan varlıqlarından daha real olduğu barədə təsəvvür yaradır. Bizim özümüzün də belə bir aldadıcı düşüncənin toruna heç vaxt düşmədiyimizi zənn etmək yanlış olardı.
Qərbin Yaxın Şərqdə son on ildə və ya bir az da artıq müddətdə apardığı müharibələr sadəcə təbii sərvətlərin ələ keçirilıməsi cəhdi kimi tənqid edilir, lakin mən bunun tamamilə belə olduğuna əmin deyiləm.
Qərbin bu regiona təkrar-təkrar və uğursuz müdaxiləsinə eyni dərəcədə mənəvi fantaziyalar səbəb olub.
Dostoyevskinin iri əsərləri:
  • “Cinayət və cəza” (1866) romanında 19-cü əsrin Sankt-Peterburqunda sələmçini qətlə yetirmiş bir gənc tələbənin daxili iztirabları təsvir edilib.
  • “Səfeh” (1868) romanı “Səfeh” ləğəbli şahzadə Mışkin barədədir. Onun sadəlövhlüyü və hər şeyə inanan təbiəti, ətrafındakı adamlar üçün faciələr yaradır.
  • “Karamazov qardaşları” (1880) – dörd qardaşdan və onların əxlaqsız atasından bəhs edən fəlsəfi romandır. Atanın qətli Allah, azad iradə və mənəviyyat barədə suallar doğurur.
Biz özümüzdə təsəvvür yaratmışıq ki, “demokratiya”, “insan haqları” və “azadlıq” ideyalarının ayrılıqda öz gücü var və bu ideyalara yiyələnənlər həyatlarını tamamilə transformasiya edə bilərlər.
Image captionAktyor John Simm "Cinayət və cəza" BBC televiziya filmində Raskolnikov rolunu ifa edib.

Biz bu ideyaları tiranları devirməklə reallaşdıran rejim dəyişikliyi layihələrinə başlamışıq. Lakin bu sayaq ixrac edilmiş inqilab dövləri sındıra, Liviya, Suriya və İraqda olduğu kimi vətəndaş müharibələrinə, anarxiyaya və zülmün yeni növlərinə gətirib çıxara bilər.
Nəticəsi bizim bu gün düşdüyümüz vəziyyətdir. Qərb siyasəti bundan əvvəl Qərbin özünün yaratdığı xaosdan doğan qüvvə və ideyalardan qorxu üzərində qurulub. Kədərlisi budur ki, bu qorxu əsassız deyil.
Bu münaqişələrin təhlükəsi ondadır ki, onlarda iştirak etmiş Qərb vətəndaşlarının bir gün vətənə qayıdacağı riski çox realdır.
Biz liberal cəmiyyətlərin ideyaların təhlükəli gücündən immunitetli olmasına bir növ adət etmişik. Lakin bizim özümüzün içində cinlərin olmadığına kinanmağımız bir xülyadır.
Biz, bizi çulğalayan azadlıq idelalların əsirinə çevrilərək ölkələrin hökumət sistemlərini, onları hələ başa düşmədən dəyişməyə çalışmışıq.
Dostoyevskinin romanındakı aldanmış inqilabçılar kimi biz mücərrəd anlayışları bütlərə çevirmiş və onlara qulluq etmək üçün başqalarını və özümüzü qurban verməyə cəhd göstərmişik.



Mənbə. Publika.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)