Con Lokk fəlsəfəsi
Təqdimat
Con Lokk fəlsəfəsi
«Dövlət idarəsi haqqında iki traktat» adlə əsərində Lokk dövlət hakimiyytinin mütləq və məhdud olmayan xarakteri haqqında geniş yayılmış görüşlərə qarşı çıxırdı. Lokk sübut edirdi ki, dövlətin müqavilə əsasında yaranmış əsas vəzifələri, «təbii hüquqa» riayət olunması, vətəndaşlarının şəxsi azadlığının və özəl mülkiyyətinin qorunmasıdır.
Lokka görə dövlət insanlardan vətəndaş ideyalarını reallaşdırmaq üçün lazım olan qədər və ilk növbədə mülkiyyt əldə etmək hüquq qədər hakimiyyət alır. Lokk hüquqi dövlət ideyasını qabaqlamışdır. Ona görə, məhz qanun şəxsiyyətin azadlığının qorunmasının və genişlənməsinin əsas alətidir. «Qanunların mövcud olmadığı yerdə azadlıq da mövcud deyil». Lokk hər bir şəxsə, qanunların köməyi ilə, azadlığını təmin etmədən ümumiyyətli rifahın əldə olunmasını imkansız sayırdı. O iddia edirdi ki, insanların çoxu öz ağlı və xeyirxahlığına görə təbii qanuna riayət edirlər. Lakin istəsələr, öz şəxsi maraqlarına nail olmağa çalışarlar. Ona görə də onların tərəfsiz hakimə ehtiyacları var. Dövlət yaratdıqdan sonra xalq, onun həm himayadarı, həm də qurucusu kimi çıxış edir. Sonuncusu xalqa onun maraqlarına zidd olan qanunları ləğv etmək hüququ verir. Bundan başqa xalq, onun təbii haqlarını pozan hökmdarların da hakimiyyətini əlindən almaq hüququna malikdir. Məhz Lokkun insanın təbii haqqları haqqındakı görüşləri liberal ideologiyanın əsasını yaratmışdır. İnsan haqqlarının ayrılmaz hissəsi olan təbii haqlara o aşağıdakıları şamil edirdi:-insan təhlükəsizliyini təmin edən yaşamaq hüququ;-insan zülmünün yox edən və öz istəklərinə uyğun öz həyatını müəyyən etmək imkanı yaradan azad olma hüququ;-mülkiyyət hüququ. Bu hüquq insana öz əməyinin nəticələrini əldə etmək və işləmək haqqını tanıyır.
Azadlığın dəstəklənməsi, Lokka görə, dövlətin hökmetmə səlahiyyətlərini dəqiqləşdirilməsini və bu səlahiyyətlərin onun müxtəlif orqanları arasında bölüşdürülməsini tələb edir. Qanunların qəbul edilməsi səlahiyyəti, milləti təmsil edən təşkilata – parlamentə aiddir. Qanunların həyata keçirilməsi (icraedici hakimiyyət) monarxa, nazirlər kabinetinə aiddir. Xarici ölkələrlə əlaqələrin qurulması da onların işidir. İngilis mütəfəkkirin bu görüşləri 17 əsrdə yaranan konstitusionalizm doktrinasının əsasını təşkil etmişdir.
Con Lokk (1632-1704) Bekonla başlayıb Hobbsa qədər davam edən ingilis fəlsəfəsində empirik xəttin nümayəndəsi kimi çıxış etmişdir.Lokk Bekonun empirizmini inkişaf etdirmiş,idrak təlimində sensualizmə tərəfdar çıxmışdır.(Qnesaologiyada duyğunu idarakın yeganə mənbəyi hesab edənlərə sensualistlər deyilir).Lokk "İnsan zəkasına dair təcrübə" əsərində insan biliklərinin öz mənbəyini hisslər aləmindən götürməsi haqqında fikirləri hərtərəfli əsaslandırmışdır.
Anadangəlmə ideyalar haqqında Dekartın idealist nəzəriyyəsini tənqid edərək,Lokk sübut edirdi ki,insan biliklərinin,onun bütün ideyalarının mənbəyi hissi təcrübədir.Elə bu əsas üzərində də o özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır.Lokka görə,idrak prosesi xarici aləmin insanın hiss üzvlərinə təsirindən başlayır.Lokkun bu materialist müddəasına baxmayaraq,idrak nəzəriyyəsində o,materializm və idealizm arasında tərəddüd etmişdir. Lokk materiyanın konkret təhlinini verərək göstərirdi ki,maddi cismlər yalnız kəmiyyət cəhətdən bir-birindən fərqlənirlər.O,materiyanın keyfiyyətcə müxtəlifliyini inkar edirdi.Lokk materiyanın təkcə kəmiyyətcə deyil,həm də keyfiyyətcə tükənməz,sonsuz olduğunu qəbul etmirdi.Onun fikrincə,maddi cisimlər bir-birindən yalnız həcmi,forması,hərəkəti və ya hərəkətsizliyi ilə fərqlənirlər.Lokk belə keyfiyyətləri maddi cisimlərin özlərinə xas olmayan,ikinci dərəcəli,subyektiv keyfiyyətlər kimi xarazterizə edirdi.Göründüyü kimi,bu məsələnin həllində Lokk ciddi yanılırdı. Lokkun materializmdən bir qədər geri çəkilməsindən,sonrakı illərdə subyektiv idealistlər,birinci növbədə Berkli və Yum istifadə etdilər.
Mövzuya uyğun linklər: