Edebiyyat.az » Proza » Azərbaycan Xalq Cümhuriyyəti -100

Azərbaycan Xalq Cümhuriyyəti -100

Azərbaycan Xalq Cümhuriyyəti -100
Proza
Necef Esgerzade
Müəllif:
21:16, 28 may 2019
3 060
0
 
                                                                                      FƏTƏLİ XAN XOYSKİ
 Azərbaycan xalqı öz azadlığı uğrunda hətta amansız, zaman-zaman davam edən mücadilədən çəkinməyən şəhidləriylə, qaziləriylə suveren dövlət quran, bununla da qədimdən-bugünə özünü izzətlə yaşadan, ağır və şərəfli tarixə və ənənəyə malik xalqdır. XIX əsrin əvvəllərində beynəlxalq şəraitdən asılı olaraq suverenliyini itirən xalqımız XX əsrdə  iki dəfə dövlət müstəqilliyini bərpa  etmişdir. Bu faktın özü xalqımızın əsarətlə barışmadığının, mübariz və güclü iradə sahibi olduğunun təsdiqidir. Bu tarixi yaradan,Azərbaycan xalqının mübarizliyini və azadlıq mücahidi olduğunu dünyaya sübut edən isə onun vətənsevər, qəlbi Vətənin azadlığı eşqi çırpınanövladlarıdır. Bu azadlıqsevər, öz həyatını, bütün varlığını öz xalqına, vətəninə həsr edən mücahidlərdən biri də Fətəli xan Xoyskidir. O, XX əsrin əvvəllərində- 1918-ci ilin 28 mayında dünya dövlətləri sırasına öz imzasını yazmış, Şərqin, həm də dünya tarixində çox mühüm islahatlara nail olmuş, demokratik təsisatlar yaratmış, qadınlara seçki hüququ vermiş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri olmuşdur.Beləliklə, AXC dünya tarixində bəşəri dəyərlərlə fəaliyyətsəhifəsi açmışdır.
      Dövlət başçısı 28 May - Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demikratik-hüquqi dövlət olduğu barədə deyib:”Doxsan doqquz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək üçün bu yaxınlarda mənim tərəfimdən Sərəncam imzalanmışdır. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi”.Beləliklə, AXC-nin 100-yi qarşısında Azərbaycanın istiqlal mücahidlərindən, dövlətin ilk baş naziriFətəli xan Xoyski(Xoylu)nin həyat və fəaliyyətinə diqqət yetirmək  xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycan tarixində dərin iz buraxmış dünbülilər nəslindəndir. Xoy xanlığının əsasını bu tayfanın başçıları qoymuşlar. Şah İsmayıl Xətainin “qızılbaşlar” ordusunun bir qolunu cəsur dünbülilər tayfasından olan döyüşçülərtəşkil edirdi. Fətəli xanın ikinci babası Cəfərqulu xan Dünbuli-ona el arasında“Batmanqılınc” da deyərmişlər, Fətəli şah hakimiyyəti ilə düz gəlmədiyinə görə, qohum-əqrabası və 20 minlik qoşunu ilə Şimali Azərbaycana keçmişdir. Rus çarı tərəfindən Cəfərqulu xan 1807-ci ildə Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdir. “Xan Xoyski” soyadını isə Cəfərqulu xana Sisianov vermişdi. O, Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı “Xan Xoyski” kimi təqdim etmişdi. Cəfərqulu xandan  sonra 1810-1819-cu illərdə Şəki xanlığını oğlu İsmayıl xan idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki Xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. İsmayıl xanın ölümündən sonra onun oğlu İsgəndər xan Gəncəyə köçmüşdü.İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, onun  arvadı Şərəbanı-xanım Hacı Molla Zeynalın qızı idi. General-leytenant İsgəndər xan Xoyskinin 4 oğlu, bir qızı olmuşdur. Övladlarından Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini, Rüstəm xan müstəqil Azərbaycan Cümhuriyyətinin himayəçilik (sosial-təminat) naziri, Fətəli xan isə müstəqil Azərbaycanın ilk baş naziri olmuşdur. Digər övladı Cahangir isə ali hüquq təhsili almışdı.
     Fətəli xan Xoyski 1875-ci il 25-də Nuxa(indi Şəki) şəhərində anadan olmuşdur. Atası İskəndər xandır. O, təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirib, həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunmuşdur.
     Fətəli-xan KutaisiZuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçilmişdir. Zəngin hüquqi biliyinə əsasən  müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda iştirak etmişdir.
     Fətəli xan Dumada Müsəlman fraksiyasının üzvü idi, hökumətin köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, siyasi əqidədə  kadetlərpartiyasına daha çox üstünlük verirdi. 1917 Fevral inqilabından sonra həmin ilin aprelində Bakı 1-ci Qafqaz müsəlmanları qurultayının iştirakçısı olub; may ayında isə  Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü seçilir. Bitərəf kimi 26-31 oktyabrda "Müsavat" partiyasının 1-ci qurultayında iştirak etmişdir. O,  Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. 1917-ci ilin oktyabrından 1918-ci ilin aprelinədəkBakı şəhər Dumasına rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığında1917-ci ilin15 noyabrından  1918-ci ilin 10 fevralınadək xalq maarif komissarı olmuşdur. 1918-ci ilin 10 fevralından -26 mayadək Zaqafqaziya Seyminin üzvü və "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil idi. Həmin ilin aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunub. 27 maydan — 7 dekabradək Müvəqqəti Azərbaycan Milli Şurasının üzvü. Mayın 27-dən isə Milli Şuranın icraiyyə komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.
   F. Xoyski 1905-ci ilin avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I konqresində iştirak etmişdir. O, Rusiyadakımüsəlmanların hüquqlarının qorunması üçün fəal mübarizə aparır,   müsəlman  “İttifaqül Müslimin”in (Rusiya Müsəlmanları İttifaqı) fəaliyyətində aktiv iştirak edirdi.0nun həmin təşkilatın hüquq və iqtisadiyyat komissiyasında fəaliyyəti ziyalılar və əhali arasında da xüsisi rəgbətlə qarşılanırdı. Bu səbəbdən də quberniyada onaböyük etimad göstərlirdi.
     Yelizavetpol (Gəncə) quberniyasında böyük nüfuza malik olan Fətəli xan Xoyski 1907-ci ildə bu səbəbdən də II Rusiya Dövlət Dumasına üzv seçilir. Bir ziyalı, hüquqşünas və azsaylı xalqın nümayəndəsi kimi o, Dumada müsəlman fraksiyasının büro üzvü kimi azsaylı xalqlara mədəni muxtariyyət verilməsi, müsəlmanların hüquq bərabərliyi haqlarının tanınması, onların dilinə və dininə hörmət edilməsi kimi məsələləri müzakirəyə çıxarmağa səy edirdi. O zaman “xalqlar həbsxanası” adlandırılan çar Rusiyasında azsaylı xalqların hüquqları pozulur, kəndlilərin torpaqalrı əllərindən alınırdı. Fətəli xan Dumadakı çıxışlarında bildirirdi ki, yerli xalqların hüquqları qorunmalıdır və torpaqların imkanlı adamların əllərinə keçməsinə imkan vermək olmaz. F. Xoyski bu əqidədn irəli gələn məramla 1907-ci il mayın 18-də milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv edilməsi haqqında Dövlət Dumasına təqdim edilən layihəyə imza atmışdı. Fətəli xanın fəaliyyəti Rusiyada sinfi mübarizənin kəskinləşməsi və istehsal münasibətlri ilə məhsuldar qüvvələr arasında antoqonizm yaranması nəticəsində  inqilabi şəraitin yetişməsi dövrünə təsadüf edir.
    Bu tarixi gediş nəticəsində 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Dünyanın ən böyük imperiyasından olan Rusiyanın ucqarlarında,həmçinin də Cənubi Qafqazda milli oyanış və azadlıq dmücadiləsi başladı. Azadlıqmübarizəsində təbii ki, ziyalılar səfərbəredici, nəzəriyyəçi və təşkilatçı rolunda  öndə gedirdilər. Aydındır ki, ziyalısı olmayan xalq məğlubdur. Fətəli xan Xoyski həmin il martın 17-də Bakıda yaradılmış Milli Müsəlman Şurası Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdi. İctimainüfuz və xalqın etmadı onun, həmçinin 1917-ci ilin aprelində çağırılan Qafqaz müsəlmanları qurultayının fəal təşkilatçılarından olmasına səbəb olur.
      F. Xoyski heç bir partiyaya mənsub deyildi. Lakin onuncəmiyyət arasında yüksək etibar, hörmət və intellekt sahibi olması, sayılması1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında çıxış etməsinə vəsilə olur. O, 1917-ci ilin noyabrında keçirilən seçkilərdə Müəssislər Məclisinə seçilir.Geniş erudisiyaya, dərin biliyə malik F. Xoyski  noyabrın 15-də təsis edilən Cənubi Qafqaz Komissarlığında xalq maarifi naziri seçilir. Hadisələrin gedişini ictimaiyyətlə siyasi axar arasında gedən prosesləri dərindən izləyən F. Xoyski  baş verən proseslərin Azərbaycanın müstəqilliyə qovuşduracağını əvvəlcədən hiss edir. Çünki tarixi proseslər çox mürəkkəb idi. Birinci dünya müharibəsi gedirdi. Dünyanın fövqəlqüvvlərənin mühüm geosiyasiməkan olan Qafqazda maraqları toqquşurdu. Zaqafqaziyada olan ən böyk etnoslar, xüsusən ərazimizə köçürülmüş ermənilər ərazi iddasında idilər. Ermənilər müharibə aparan ANTANTA və Üçlər İttifaqı hərbi blokları ilə danışığa girmiş, Ermənistan dövləti yaradılacağı  təqdirdə bu məkanı onlar üçün Şərqə qarşı əməliyyat meydanı kimi istifadəyə verəcəklərinə vəd vermişdilər. Uzaqgğrənliklə bu böuük fəlakətlərə səbəb olacaq təhlükəni öncədən görən F. Xoyski Cənubi Qafqaz Komissarlığı(CQK)nın qarşısında Azərbaycan ordusu yaradılması məsələsini qaldırır. Komissarlığın sədri Y. Gegeçkori bununla bağlı F. Xoyskiyə qətnamə layihəsi hazırlamağı tövsiyə edir. Cənubi Qafqaz müsəlman korpusu yaradılması haqqında 11 dekabr 1917-ci ildə komissarlıq qərar qəbul edir. Dekabrın 19-da isə Cənubi Qafqaz qoşunlarının baş komandanı 5-ci və 7-ci nişançı bölmələrindən ibarət 6-cı ordu korpusunun müsəlman korpusuna çevrilməsi barədə əmrnamə imzalayır. Korpusun təşkilinə nəzarət general Əlağa Şıxlinskiyə həvalə edilir. Beləliklə, Azərbaycan ordusunun yaranmasının ilk təşəbbüskarı məhz F. Xoyski hesab edilir.
     Xalqın maariflənməsi vətəndaşlıq və vətənpərvərlik məsələlərində mühüm amildir.Bu işi özünün əsas vəzifəsi sayan F. Xoyski Cənubi Qafqaz Komissarlığında maarif naziri olarkən Azərbaycanda ibtidai və ali məktəblərin açılmasına da təşəbbüs göstərmişdir. CQK dağılır.O, Komissarlıq qarşısında Bakıda unitversitet açılması məsələsini qaldırmışdı. Lakin bu arzusuna müstəqil Azərbaycanın baş naziri olarkən nail olur. Bakı Dövlət Universitetinin yaranmasının təşəbbüskarı və təşkilatçısı da Fətəli xan Xoyski olmuşdur.
    Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi, və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırdılar. Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.
     Ertəsi gün Milli Şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın öz müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti iclasın gündəliyində əsas bənd idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi.Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F. Xoyski) Şura Azərbaycanın dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski təşkil olunacaq Müvəqqəti hökumətin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri.vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi:
    Konstantinopol, Berlin,VyanaParisLondonRomaVaşinqton, Sofiya, Buxarest, Tehran, MadridHaaqa,  Moskva,  StokholmKiyev,  XristiyaniyaKopenhagen.
SofiyaBuxarest, , 
    Xarici işlər nazirinə Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-ailənizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.
İmza Xoyski,
Azərbaycan Respublikası
Nazirlər Şurasının sədri.
      1918-ci il mayın 28-də Azərbaycanın istiqlalı Tiflisdə elan edildi. Milli Şura ilk müstəqil hökumət təşkil etmək vəzifəsini Vətəninə və xalqına xidməti özünün müqəddəs amalı sayan Fətəli xan Xoyskiyə həvalə etdi. O, birinci hökumət kabinəsində həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini daşıyırdı.
      Azərbaycan hökuməti iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra hökumət baş nazirin ata mülkündə yerləşmişdi. Gəncədə Milli Şura ilə Qafqaz türk ordusunun komandanı kimi bu şəhərə gələn Nuru paşa arasında ixtilaf yaranmışdı. Kompromis variant kimi Milli Şura buraxılmış, onun səlahiyyətləri parlament çağırılanadək Fətəli xan Xoyski hökumətinə həvalə edilmişdi. Həmin iclasda F. Xoyski demişdi: “Cənablar! Bu tarixi dəqiqədə mənim üzərimə qoyulan məsuliyyətin bütün ağırlığını dərk edərək mən Şura sədrinin təklifini qəbul edəndə ürəyim əsdi. Təşkil etdiyim hökumətin ətraflı deklarasiyasını indi sizə verə bilməyəcəyim üçün üzr istəyirəm. Ancaq qısaca olaraq bunu deyə bilərəm ki, bizim proqramımız Azərbaycanın şərəfini, azadlığını və istiqlaliyyətini qorumaqdır. Mənim yoldaşlarım bu platformada möhkəm və fəal işləməyi vəd edirlər. Etimadınıza görə sizə təşəkkür edir və sizin mənəvi dəstəyinizi gözləyirəm”
        İyunun 17-də təşkil edilən ikinci kabinə həm qanunverici, həm də icraedici səlahiyyətlərə malik idi. Məhz həmin dövrdə dövlət quruculuğunun əsas atributları olan milli bayraq, dövlət dili qəbul edilmişdi. Hökumətin Gəncədə yerləşdiyi dövrdə hərbi nazirlik təsis edilmiş, Milli Orduya çağırış elan olunmuş, gömrükxana xidməti təsis edilmiş, bütün ibtidai təhsil ocaqlarında tədrisin hökmən türk (Azərbaycan) dilində aparılması qərara alınmışdı.
      Azərbaycan-türk qoşunları 1918-ci il sentyabrın 15-də Bakını erməni-rus işğalından azad etdikdən sonra hökumət paytaxta köçdü. Şəhərin azad edilməsi münasibətilə keçirilən təntənəli yığıncaqda Fətəli xan Xoyski demişdi: “Bizim də həyatda yaşamaq, bizim də azad yaşamaq hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bır ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.
     Lakin Fətəli xan hökuməti bir tərəfdən dövlət quruculuğunu möhkəmləndirir, digər tərəfdən Ermənistanın hərbi təcavüzünə və onun havadarlarına qarşı mübarizə aparırdı. Azərbaycanın müstəqilliyinin tanınması üçün dünya dövlətlərinə müraciət edilirdi.Heç bir əskəri qüvvəsi olmayan Milli Şura ondan son dədərəcə fərqli durumda olan, yəni bir tərəfdə Azərbaycaın şərq hissəsində faktiki hakimiyyətə malik olan erməni S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnaklara, digər tərəfdən Azərbaycanın qərb hissəsində İrəvan, Naxçıvan və ona yaxın ərazilərdə işğalçılıqla məşğul olan yenə erməni Andranikin quldur qüvvələrinə qarşı çıxmaq üçün ciddi əsgəri qüvvəyə ehtiyacı var idi. Ənm mühümü də o idi ki, ermənilərə dünyanın böyük qüvvlərə dəstək verirdi. Belə bir ağır, olduqca çətin məqamda yeganə ümid yeri Türkiyə idi. Xoyski də bunu etiraf edirdi: «Daxili işlər böylə ikən Azərbaycan istiqlalı elan edilmişsə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş Milli Komitə bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezliklə bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməzdik. Ona görə bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi… Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. Türkiyə həm dindaşımız, həm də millətdaşımız idi».
      Bəzən deyirlər ki, Azərbaycan və Osmanlı imperiyası arasında hərbi əməkdaşlıqla bağlı Batum müqaviləsi iyunun 4-dən öncə imzalansaydı, məsələ fərqli ola bilərdi. Belə ki, bu da, faktiki mümkün deyildi. 26 mayda Gürcüstanın Zaqafqaziya seymindən çıxıb müstəqilliyini elan etməsi, bunun ardınca 28 mayda erməni milli şurasının İrəvanı Azərbaycan Milli Şurasından istəməsi gözlənilməz olmuş və hazırlıqsız vəziyyətdə yaxalanma demək idi, nəzərə almaq lazımdır ki, ermənilərin arxasında dünyanın böyük dövlətlıri dayanırdı. Xoyskinin təbrincə desək: «Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əskər və xəzinəsi olan hökumətmi? Yoxsa iki gündə təşkil olunmuş pulsuz və əskərsiz hökumətmi?». Əgər tarixə nəzər salsaq bu prosesdə XVIII əsrdə ermənilərin çar Rusiyasına təqdim edilən onlara yraradılacaıq süni dövltçilik planının da izləini görə bilərik.İrəvan strateji əhəmiyyətə malik idi. Bunda başqa o zaman dünyanın ən böyük imperialisti Leninin də Azərbaycana qarşı münasibəti poziitiv deyildi:” Bizə Bakı və Xəzərətrafı rayonlar lazımdır” çox şeji aşakar edir.
     Bu mənada Milli Şuranın o cümlədən, Fətəli xanın rəhbərlik etdiyi ilk hökumətin böyük uğurları ilə yanaşı, onların iradəsinin zidd olan, ancaq məcburiyyət qarşısında «İrəvanın ermənilərə güzəştə gedilməsi» kimi bəzi uğursuzluqları da olmuşdur. Ancaq bu məsələ də o da nəzərə alınmalıdır ki, Milli Şura üzvləri müəyyən şərtlərlə - ermənilərin İrəvan, Naxçıvan və digər ərazilərmizdən iddialarını əl çəkməsi və müharibəni dayandırması halında belə bir güzəştə getmişdir.  Ermənilərin buna əməl etməyəcəyi təqdirdə isə Milli Şuranın həmin qərarı qüvvədən düşmüş hesab olunacaqdı. Təbii ki, Sovet Rusiyasının Azərbaycana təcavüzü və bolşevik hakimiyyətinin təzyiq və əmri ilə torpaqlarımız ermənilərə bəxş edilməsəydi məhz həmin müqaviləyə əsasən də Ermənistan hökuməti cavab verməli olacaqdı.
      Bunu, arxalarında bir sıra beynləxlaq qüvvələrlə yanaşı Sovet Rusiyasının dayandığı erməni milli şurası da yaxşı anlamış, məhz Azərbaycan üçün son dərəcə əlverişsiz bir şəraitdə İrəvanı onlardan istəmişdilər. Bunu, Fətəli xan parlamentdəki ilk çıxışında da dolayısıyla etiraf etmişdi: «Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, mali əmniyyətdə deyildi… İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi».
      Hər halda, Fətəli xan Xoyski və onun silahdaşları (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) həmin dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mümkün olan nə var idisə, onu da etdilər. Bununla da onlar müəyyən uğursuzluqlara baxmayaraq adlarını tarixin qızıl səhifəsinə yazdılar. Şübhəsiz, bunların arasında ən alisi Azərbaycan Cümhuriyyyətinin istiqlalı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli Xan Xoyski bununla bağlı çıxışında deyirdi: «Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi». Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası və sair olan müstəqil bir dövlətdir: «Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti».
       Xoyski parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayrı-seçkiliyin olmamasını yəni hələ o zaman xalqımızın multicultural dəyərlırin daşıyıcısı olduğunu dəfələrlə bəyan etmişdir. O deyirdi ki, Azərbaycandakı müsəlman türk milləti heç bir zaman bu Vətəndə özlərini tək övlad kimi görməyiblər. Yəni Azərbaycan Cümhuriyyəti bütün millətlər, etnoslar üçün Vətəndir və onların bütün hüquqları və azadlıqları qorunur. Ona görə də, Azərbaycan monoetnik dövlət deyil, bütün etnoslar Milli İstiqlalı daima qorumalı və müdafiə etməlidirlər: «Hökumətin qabağında mühüm bir məsələ var isə də, o da istiqlaliyyət məsələsidir.  Bizim birinci məsələmiz budur. Buna diqqət edəcəyiz. Sizlərdə  buraya hər bir yerdən gəlmiş olduğunuz onu göstərir ki, bu istiqlaliyyət tək adamların dediyi olmayıb, bütün millətin xahişidir. Bir yerdə millətin xahişi olsa və o yerdə çalışsa, o millət azad olsa öz məqsədinə çatacaqdır».
     Müstəqilliyə qovuşmuş Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri onun ilk parlamentinin çağırılması idi. Xan Xoyski 1918-ci il dekabrın 7-də çağırılan parlamentin ilk iclasında demişdi: “Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratımızı öz əlimizə almışıq. Hökumət məni vəkil etmişdir ki, bu bayram münasibətilə sizi təbrik edim”.
       1918-ci il dekabrın 22-də üçüncü hökumət kabinəsi təşkil edilir. F. Xoyski bu kabinədə baş nazir və xarici işlər naziri vəzifəsini tutur. O, parlament qarşısında dövlətin müdafiə gücünün artırılması ilə bağlı tez-tez tələblər qoyurdu. Məhz onun tələbi ilə 1919-cu il üçün hərbi nazirliyə ümumi büdcənin altıda biri qədər (400 milyon manat) vəsait ayrılmışdı.
      Lakin parlamentdə fraksiyalar arasında gedən çəkişmələr hökumətin işini iflic edirdi. 1919-cu ilin martında Fətəli xan Xoyski hökuməti istefa verir. Nəsib bəy Yusifbəyli aprelin 14-də dördüncü kabinəni təşkil edir. Bundan sonra parlament üzvü kimi F. Xoyski Cənubi Qafqaz respublikaları arasında münaqişələrin nizamlanması ilə məşğul olur. O, Tiflisdə və Bakıda keçirilən konfransların təşkilatçılarından biri olur. 1919-cu il dekabrın 22-də parlamentin iclasında beşinci və sonuncu hökumətin tərkibi təsdiq edilir. Nəsib bəy Yusifbəylinin sədri olduğu hökumətdə Fətəli xan Xoyski xarici işlər naziri vəzifəsini tutur. Bu dövr Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən gərgin anları idi. Rusiyanın xarici işlər naziri Çiçerin ardı-arası kəsilmədən təhdid dolu məktublar göndərirdi. Xan Xoyskinin cavab məktubları heç bir nəticə vermədi. Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Cümhuriyyət qurucularının əksəriyyəti ölkəni tərk etdtilər. Xan Xoyski Tiflisə getdi. Həmin il iyunun 19-da Xan Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisdə indiki Opera Teatrı binasının yanından keçərkən erməni terrorçuları Aram Yerkayan və Misaq Qriqoryan tərəfindən vuruldular. Fətəli xan həlak oldu, X. Xasməmmədov isə yaralandı. Xan Xoyski nəşi Tiflisdə M. F. Axundovun məzarının yanında uyuyur. Həmin terordan bir ay sonra parlament sədrinin müavini Həsən bəy Ağayev də Tiflisdə erməni terrorunun qurbanı olur. Onu dostu Fətəli xanın yanında dəfn edirlər.
     Uzun illər onların qəbirləri baxımsızlıq vəziyyətdə qalmışdı.Yalnız Prezident Heydər Əliyevin Gürcüstana etdiyi səfərdən sonra onların məzarlarının üstü götürülüb.
       Fətəli xan Xoyski həyatının son anına qədər xalqına sədaqətlə xidmət etmiş, dövlətçiliyimiz tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi xadimdir. Onun həyat yolu və siyasi-ictimai fəaliyyəti hər bir azərbaycanlı üçün örnəkdir.

Yazdı: Emin Sərdarov,
Azərbaycan Respublikası
Dövlət Arxivinin direktoru
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)