Edebiyyat.az » Ədəbi tənqid » Elşən Məmmədli - Çovdarlıqda uçurumdan qorunmayan gəncliyimiz

Elşən Məmmədli - Çovdarlıqda uçurumdan qorunmayan gəncliyimiz

Elşən Məmmədli - Çovdarlıqda uçurumdan qorunmayan gəncliyimiz
Ədəbi tənqid
admin
Müəllif:
18:57, 04 fevral 2022
1 314
0
Elşən Məmmədli - Çovdarlıqda uçurumdan qorumayan gəncliyimiz




 

Azərbaycan Respublikasının Gənclər Siyasəti haqqında  9 aprel 2002-ci il № 297-IIQ nömrəli qərarına əsasən, gənclər – yaşı 14-dən 29-dək olan şəxslər hesab olunur. Bu isə o deməkdir ki, mən və doxsanların ilk illərində dünyaya gözlərini açan vətəndaşlar artıq ya gəncliklərinin son illərini yaşayırlar, ya da gəncliklə vidalaşıblar. Məhz bu səbəb elə itirilmiş gəncliyimizi xatırlamaq üçün çox əlverişlidir.  

Şəxsən mənim təfəkkürümə əsasən, gənclik yaş ilə deyil, daha çox ruh halı ilə bağlı bir məqamdır, bu düşüncəm isə, özümü daima gənc hiss etmək niyyətimin deyil, tam əksinə, mənimlə bir yolu keçən nəslin, artıq illər öncə gəncliklərinin məcburən əllərindən alındığının göstəricisidir. Gənclik isə ruh halının rutin həyat məsuliyyətindən azad olunduğu qısa bir dönəmin yadıgarıdır. Bu zamanı həmin vətəndaşlara xüsusi yaşatmaq isə birbaşa dövlətin məsuliyyətindədir. Bəs axı nədir bizim dilimizdən düşməyən, “gəncliyin inkişafı” epidemiyası? 

Bu epidemiyanın kökündə olan səhv, məhs gəncliyini tamamilə başqa mühit və başqa dəyərlərlə yaşamış, gənc olmadıqlarını qəbul etməkdən çəkinən yaşlı nəslin gənclər üçün ən yaxşı olanı verə biləcəyi düşüncəsidir. Məsələn elə gənclər ilə iş komitəsinin rəhbərinin 17 il ərzində, gənclik dövrünü təmamilə başqa bir ölkədə yaşayan birinin olması idi. Lakin nəticə üçün bu fakt belə kifayət deyil, belə ki, adında “gənc” sözünü daşıyan bir sıra təşkilatların rəhbərləri, otuzdan daha az “yeni il” qeyd etsələrdə, verdikləri qərarlarla və münasibətləri ilə, gəncliyimizin ilk qatillərinə çevirilirlər. 

Bu dediklərim yenə də, liberal illərini qeyd edən insanların qısıdlanması faktorunun nüvəsi deyil. Məsələnin qurumuş və çox dərinə getmiş kökündə, toksik və paxıl, buna da bir növ istedad desək, istedadlı insanlar durur. İnternetin dərinliklərində tapdığım bir məqalədə, bir yazıçının gənclərin yazıçılıq bacarığının tənqid edildiyini və alternativ çıxışın verilmədiyini oxudum. Mən hər zaman demişəm ki, tənqid o zaman dəyərlidir ki, sən ona əsaslandırılmış, alternativ çıxış yolu göstərirsən. Əks halda, tənqid yalnız içində saxlaya bilmədiyin zəhərin bir üzə çıxmasından başqa bir şey deyil. 

Son illərdə isə, yuxarıda qeyd etdiyim səhvlərin nəticəsində, böyük çəlləyin üstündə duran taxtanın künclərinə qapanmış iki tip gənclik görürəm. Biri özünü daima inkişaf etməklə, qarşısına qoyduğu tək məqsəd, gəncliyi ilə vidalaşmadan,ölkə hüdudlarını tərk etməkdir. Digəri isə, sosial şəbəkə zombisinin dişləməsi nəticəsində, freyd nəzəriyyəsinin qullarına çevrilmiş daima axtarışda olan primatlardı. Hər ikisinin də istədikləri ortalama olaraq eynidir. Onlar xoşbəxt olmaq istəyirlər. Lakin çənin fərqli tərəflərində olduqları üçün, ayaq üstündə bərk dayana bilmirlər. Məhs burada, böyük mexanizm onlara ayaq üstlərində möhkəm dayanmağı, və addımlamağı öyrətməlidi. Lakin aldıqları köməklər əsasən çəlləyin digəri ilə dəyişməsi olduğundan, onlar dözə bilməyib yıxılırlar. 

Ona görə də, bu xüsusi gündə, edə biləcəyim tək məsləhət, xırda-xırda addımlayaraq, taxtanın bir hissəsinə, mümkünsə inkişaf olan tərəfinə, yığışmaqdır. Bəlkə o zaman yerə möhkəm basa biləcəksiniz. 

Digər tərəfdən isə, əgər “qələm” götürüb, yazmağa başlamısınızsa, heç zaman, heç kimi dinləməyin. Sadəcə sevdiyiniz iş ilə məşqul olun. Hətta dahi rejissor Jim Jarmuş deyir ki: bu dünyada orginal heç bir şey qalmayıb. Əgər nəsə götürmək istəyirsinizsə, onu götürün. Lakin ona öz qəlbinizdən bir parça əlavə edin, və bu sizə rahatlıq verirsə, sadəcə həzz alın!


https://www.youtube.com/watch?v=VBEHCYRDZkk
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)