Edebiyyat.az » Ədəbi tənqid » İlahə Ümidli - “Sosial tədqiqat praktikası” kitabı haqqında

İlahə Ümidli - “Sosial tədqiqat praktikası” kitabı haqqında

İlahə Ümidli - “Sosial tədqiqat praktikası” kitabı haqqında
Ədəbi tənqid
admin
Müəllif:
21:14, 08 sentyabr 2023
719
0
İlahə Ümidli - “Sosial tədqiqat praktikası” kitabı haqqında


 



 Örl Babbinin “Sosial tədqiqat praktikası” əsərinin tərcüməsi Azərbaycan oxucusu üçün BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsi, eyni zamanda TEAS Press Nəşriyyat evinin böyük zəhmətinin nəticəsidir. Kitabın mükəmməl tərcüməsi İnqilab Şahbazova, redaktəsi Ayşəm Balayevaya, texniki redaktəsi isə Vüsalə Babayevaya aiddir. Kitabın hazırlanmasında əməyi keçən bütün şəxslərə təşəkkür edirik. Terminlərin və Azərbaycan dilinə tərcümə oluna bilməyən hissələrin əlavə izahları isə çox peşəkarcasınadır.

Kitab oxucular, xüsusilə də gənc tədqiqatçılar üçün möhtəşəm bir yol xəritəsidir. Ümumilikdə 17 fəsildən ibarət olan bu kitab Örl Babbinin tədqiqat təcrübələrini əhatə edir. Əgər Siz bir tədqiqatçısınızsa və ya hər hansı bir tədqiqata başlamaq istəyirsinizsə, bu kitabdan daha yaxşı mentor, daha yaxşı bir vasitə tapa bilməzsiniz. – düşünürəm. Təbii söhbət Azərbaycan dilində olan materiallardan gedir. Kitab sosial tədqiqat aparanlar, eləcə də istənilən tədqiqatı aparan bir gənc üçün əla elmi baza ola bilər

Örl Babbi 20 ildən çox Kaliforniyanın Çepmen Universitetinin professoru kimi fəaliyyət göstərib. Babbi düşünür ki, Sosiologiya sözlərdən ibarət olub, birgəyaşayışı təkmilləşdirmək və planetimizin əhalisini xilas etmək üçün son və ən yaxın imkan kimi qarşımıza çıxır.

“Sosial tədqiqat praktikası” Babbinin həyatında həm müəllif, həm müəllim, həm də tədqiqatçı kimi önəmli yer tutur, – düşünür o.

Əgər siz gənc bir tədqiqatçısınızsa və ya sosial tədqiqat aparmaq istəyirsinizə, lütfən bu kitabı oxumadan işə başlamayın, ya da ən azı tədqiqatınızla paralel olaraq oxuyun. Sosial tədqiqatlar təkcə elmi tədqiqatlar toplusu deyil, bu həm də sosial missiyadır. Əgər siz sosial tədqiqat aparmaq istəyirsinizsə, deməli, həyatda nəcib bir məqsəd üçün çalışırsınız.

Kitabın “Azərbaycan oxucusuna məktub” və “Bu kitabdan tələbəyə məktub” başlıqları elə ilk sətirlərlədən sizi kitaba bağlayacaq. Öyrənəcəksiniz ki, əslində, biz hamımız həyatımız boyu sosial tədqiqat aparırıq.

Kitabın birinci fəsli “Aradırmaya giriş və elm” haqqındadır. Oxucu bu fəsildə sosial elmlərin fundamental mahiyyətini və sosial elmlərdə tədqiqatlar aparmaqla bağlı baza variantları ilə tanış olacaq. “Sıravi insanın araşdırması”, “Sosial elmlərin əsasları”, “Fəlsəfə, inam yoxsa nəzəriyyə”, “İnduktiv və deduktiv nəzəriyyə”, “Tədqiqat planı”, “Asılı və müstəqil dəyişənlər” haqqında ən ali izahları bu fəsildə öyrənəcək. Əgər tədqiqatınız üçün əsas və asılı dəyişənləri müəyyən edə bilmirsinizsə, buradakı misallarla tanış olduqdan sonra bu məqamı aydın başa düşəcəksiniz.

Kitabın ikinci fəsli “Paradiqmalar, nəzəriyyə və tədqiqat” haqqındadır. Oxucu bu fəsildə “Sosial elmlərdəki bəzi paradiqmalar”, “Sosial nəzəriyyənin elementləri”, “Deduktiv və induktiv nəzəriyyənin yaradılması”, “Nəzəriyyə ilə tədqiqat arasındakı əlaqələr”lə tanış olacaq. Hipotez nədir və necə yaranır, əvvələcədən irəli sürülmüş hipotezlər və sonradan doğan hipotezlər barədə geniş bilgiləri də oxucu bu fəsildən əldə edəcək.

Kitabın üçüncü fəsli “Sosial tədqiqatların etik və siyasi məsələləri” haqqındadır. Oxucu bu fəsildə “Tədqiqatda könüllü iştirak”, “Anonimlik və məxfilik”, “Peşəkar etik kodeks”, “Sosial tədqiqatda siyasi məsələlər” barədə əsas bilgilərlə tanış olacaq.

Kitabın dördüncü fəsli “Tədqiqatın dizaynı” haqqındadır. Oxucu bu fəsildə tədqiqatın üç məqsədi: “Kəşfiyyat, təsvir, izah” haqqında, eyni zamanda “Təhlil vahidləri”, “Vaxt komponenti” və tədqiqat layihəsinin dizaynı haqqında qiymətli bilgilər öyrənəcək. Bu fəsli oxumamışdan öncə elə bilirdim ki, tədqiqatın dizaynı deyərkən vərəqləri naxışlamaq nəzərdə tutulur.

Kitabın beşinci fəsli “Konseptualizasiya, işlək hala gətirmə və ölçmə” haqqındadır. Oxucu bu fəsildə “Konsepsiyalar, konseptlər və sosial reallıqlar” haqqında, “İşlək hala gətirmə barədə bəzi nümunələr”, “Etibarlılıq və doğruluq” haqqıda müfəssəl məlumatlar əldə edəcək.

Kitabın altıncı fəsli “İndeks, şkalalar və tipologiyalar” haqqındadır. Oxucu bu fəsildə “İndeks və şkalaların qarşılıqlı müqayisəsi”, “İndeksin hazırlanması”, “Şkalanın hazırlanması” və “Tipologiyalar” haqqında dəyərli məlumatlar əldə edəcək.

Kitabın yeddinci fəsli “Seçmənin məntiqi” haqqındadır. Oxucu bu fəsildə “Seçmə prosesinin qısa tarixçəsi”, “Qeyri-təsadüfi seçmə yanaşması”, “Qartopu seçməsi” və “Çoxpilləli klaster” haqqında öyrənəcək.

Kitabın səkkizinci fəsli “Eksperimentlər” haqqındadır. Oxucu bu fəsildə “Klassik eksperiment”, “Pre-test və posttesin aparılması”, “Təcrübə və nəzarət qrupları”, “Təbii eksperimentlər” və tədqiqat üçün çox vacib olan doğruluq və etibarlılıq məsələlərini öyrənəcək.

Kitabın doqquzuncu fəsli sosial tədqiqat üçün çox möhtəşəm dəyərə sahib olan “Sorğu tədqiqatı” haqqındadır. Oxucu bu fəsildə “Sorğular üçün münasib mövzular”, “Sual formalarının seçilməsi”, “Respondentlərin seçilməsi”, “Anketin tərtibatı”, “Üzbəüz sorğu”, “Telefon sorğuları”, “Onlayn sorğular” və sorğu tədqiqatlarında xüsusilə önəm verilməli olan etk məsələlər haqqında hərtərəfli məlumatlar əldə edəcək.

Kitabın onuncu fəsli “Keyfiyyət sahə tədqiqatı” haqqındadır. Oxucu bu fəsildə sahə tədqiqatlarında müşahidəçinin rolları, keyfiyyət sahə tədqiqatlarındakı naturalizm, etnometodologiya, fokus-qruplar, keys-stadilər və genişləndirilmiş keys metodu haqqında öyrənəcək.

Kitabın onbirinci fəsli “Müdaxiləsiz tədqiqat” haqqındadır. Oxucu bu fəsildə “Kontent analiz”, “Mövcud statistik məlumatların təhlili” haqqında öyrənəcək.

Kitabın on ikinci fəsli mənimçün çox maraqlı olan, eyni zamanda yeni tədqiqat ideyaları verən “Qiymətləndirici tədqiqat” haqqındadır. Oxucu bu fəsildə “Qiymətləndirici tədqiqat üçün münasib mövzular”, “Qiymətləndirici tədqiqat dizaynının növləri”, “Sosial indikatorlara əsaslanan tədqiqat”, eyni zamanda indiyə kimi aparılmış qiymətləndirici tədqiqatlar haqqında çox maraqlı bilgilərlə tanış olacaq.

Kitabın on üçüncü fəsli bir tədqiqat üçün çox vacib olan “Məlumatların keyfiyyət analizi” haqqındadır. Oxucu bu fəsildə “Nəzəriyyə və tədqiqatı əlaqələndirmək”, sosial tədqiqat üçün xüsusi məqam olan “Əsaslandırılmış nəzəriyyə”, “Semiotika”, “Kodlaşdırma”, “Kəmiyyət məlumatlarının keyfiyyət analizi”, “Keyfiyyət araşdırmasının keyfiyyət qiymətləndirilməsi” haqqında əvəzsiz məlumatlar əldə edəcək.

Kitabın on dördüncü fəsli tədqiqat üçün daha bir vacib məqam “Məlumatların kəmiyyət analizi” haqqındadır. Oxucu bu fəsildə “Məlumatların kəmiyyət formatına çevrilməsi”, “Kod kateqoriyalarının hazırlanması”, “Təkdəyişənli, İkidəyişənli və Çoxdəyişənli təhlillər” haqqında öyrənəcək.

Kitabın on beşinci fəsli isə “Çoxdəyişənli analizin məntiqi” haqqındadır. Oxucu bu fəsildə “Elaborasiya modelinin yaradılması”, “Elaborasiya və eks post fakto hipotezi” haqqındadır.

Kitabın on altıncı fəsli “Sosial statistika” haqqındadır. Oxucu bu fəsildə “Təsviri statistika”, “Reqressiya analizi” və “Digər çoxdəyişənli texnikalar” haqqında öyrənəcək.

Kitabın on yeddinci fəsli kitabın kulminasiyası deyə biləcəyim “Sosial tədqiqatları oxumaq və nəticələrini yazmaq” haqqındadır. Oxucu bu fəsildə “Ədəbiyyat icmalının təşkili”, “Jurnallarla kitabları oxumağın fərqləri”, “İnternetdən faydalı istifadə”, “Tədqiqat hesabatlarının dəyərləndirilməsi” haqqında, eyni zamanda hesabat sualları haqqında zaman qədər dəyərli biliklər öyrənəcək.

Ümumiyyətlə kitabın hər fəsli oxucu üçün çox aydın və özəl dizayn edilib, sillabus xarakterli icmal məlumatlar yer alıb. Hər fəslin sonunda “Əsas məqamlar” bölməsi ümumi fəsli mənimsəməkdə oxucuya çox yardımçı olur. Eyni zamanda hər fəslin sonunda sosial tədqiqat apararkən etik kodekslərə əməl etməyin nə qədər çətin, eyni zamanda önəmi haqqında geniş məlumatlar verilib.

Sözün əsl mənasında beş ay ərzində bu kitabla xoş bir səyahət etdim, zamanla yenidən müraciət edəcəyimə əminəm. Az qala, hər sətri karandaşlanan kitabı oxumağıma həm də ona görə çox xoşbəxtəm ki, ARTİ-nin doktorant və gənc tədqiqatçılar üçün təşkil etdiyi təlimləri mənimsəməkdə əla vasitə oldu.

Umberto Ekonun "Qızılgülün adı" əsərində belə bir fikir var: “Əlamətlərin düzgünlüyünə heç vaxt şübhə etmədim. Onlar düzgün istiqamətlənmək üçün yeganə vasitədir. Mənim anlaya bilmədiyim əlamətlər arasındakı əlaqədir.”

Mənim də anlaya bilmədiyim əlamətlər arasındakı əlaqədir. Bəzən düşünürəm ki, görəsən, əlamətlərə inanmaq lazımdırmı? Onlar arasındakı əlaqə doğrudanmı istiqamətlənməyimizə kömək edir? Bu kitabı şiddətlə əldə etmək və oxumaq istəyim də əlamət idimi?

Xulio Kortasarın “Xana-xana” oyunu əsəri kimi, bu kitabı da iki variantda oxuya bilərsiniz. Əgər istəsəniz ki, böyük zövq alaraq, öyrənərək, ən əsası isə tətbiq edərək oxuyasınız, o zaman tədqiqat işinizə başlayanda bu kitabı oxumağa başlayın. Yox əgər sadəcə oxucu kimi oxuyub öyrənmək istəyirsinizsə, sadəcə oxuyub məlumatlana bilərsiniz. İstənilən halda bu vəsait zaman qədər dəyərlidir.

Elə o karandaşlanmış sətirlərdə deyildiyi kimi: Ağacları öyrənəndən sonra meşəni daha yaxşı tanıyacaqsınız.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)