Edebiyyat.az » Film » Nəzrin Mahu - Ağ-qara lentlərdə dolaşmış hisslər

Nəzrin Mahu - Ağ-qara lentlərdə dolaşmış hisslər

Nəzrin Mahu - Ağ-qara lentlərdə dolaşmış hisslər
Film
admin
Müəllif:
18:49, 27 sentyabr 2024
738
0
Nəzrin Mahu - Ağ-qara lentlərdə dolaşmış hisslər




Sən mənim yaralı sevgimsən... Bu həyatda mübarizə aparırsan… Amma sən artıq tək deyilsən. Mən yanındayam. Mənə ehtiyacın olanda adımı çağır. Və mən gələcəyəm.

- Nə baş verir? Hardasan?

- Mən sənin xəyallarında gizlənirəm, Fransua...

- Karol...

- Mən qayıdacağam, mən buradayam. Güzgünün arxasında.


Начало формы

Конец формы

Nədir bu hiss belə? Gah sevindirən, gah incidən, gah intizarda saxlayan, gah da ki hər şeyi qabaqcadan bəlli edən... Amma nə üçünsə tez-tez bu hiss kədər, əzab, faciə kimi məhfumlarda bulunur. Və özüylə insanları əbədi olaraq göylərə aparır...

Fransua və Karol. Görünür, bu, iki adi insanın adlarıdır. Lakin bu hekayədə adi olan yalnız onların adlarıdır. Bu cütlüyü birləşdirən sıx bağ yenə də əbədi, faciə dolu sevgidir...

Göz yaşlarından süzülmüş sevgi okeanında itib batmış qəhrəmanların qarşılaşması özü bir işarətlə başlayır.

Fotoqraf aktrisanın fotolarını çəkməyə gəlir və qəfildən aktrisanın halı dəyişir. Bu melanxolik motivi bədbin işarətdən başqa heç cür qələmə vermək olmur.


Начало формы

Конец формы

Fransua və Karolu gördükdə tamaşaçının şüurunda yenə də gözəl sevgi hekayəsi canlanır, lakin bu, təəssüf ki, onun təxəyyülünün bir məhsuludur.

Начало формы

Конец формы

Karol depressiyaya qərq olmuş, ərinin sevgisindən, diqqətindən məhrum qadındır. “Sevgidən məhrum qadın” ifadəsi Karolun həyatını oxumağa imkan verən kifayət qədər dolğun ifadədir zənnimcə. Hər gün evində keçirdiyi qonaqlıqlar, boş insanlar, boş söhbətlər reallıqdan qaçmağa yardım edən, eyni zamanda Karolun həyatını bir az da korlayan tədbirlərdir. Biz bunu filmi izləyəndə də hiss edə bilərik. Karol, özü bunu istəmədən edir və içində yaranan boşluğu öz beynində cızdığı süni “dost yığıncağı, mehribançılıq, problemlərdən uzaqlaşma” abu-havası ilə doldurur, ta ki fotoqrafı tanımayınca.

Karol ilə Fransua arasında qığılcımlar göz qırpımında yaranır. Bunu ənənəvi qəfil “fransız öpüşü” ilə təsəvvür etmək olar (filmdə də qəhrəmanlar arasında ilk ehtiras məhz öpüşərkən oyanır). Qəhrəmanlar arasında yaranan meylin təməlini Karolun daxilindəki boşluq təşkil etsə belə, onun vurğunluq hissini yaşamağı da daim soyuqqanlılıq ilə müşahidə olunur. Ərdə olan qadın bu əyləncənin müvəqqəti olduğunu bilə-bilə özünü hisslər qılafında boğur. Özünə daxilində həm sərhəd qoyur, eyni zamanda azadlıq verir. Hər dəfə Fransuaya bunun bir “əyləncə” olduğunu xatırladarkən özünü aldatmış olur və nəticədə ona qarşı dərin hissləri yaranır. Və tədricən bu hisslər daha ağır bir şeyə - asılılığa çevrilir. Hisslər çox qeyri-sağlam və dolaşıqdırlar. Karol bu hisslərindən də tam əmin ola bilmir. Fransuanın gözlərində ona qarşı bivecliyi, bəlkə də “saxta hissləri” ona daha da çox əzab verir. Fransua bu hisslərdə qətiyyən dominant üzv deyil. Və onun simasında oxunan biveclik tamaşaçını get-gedə bəd fikirlərə təslim edir. Karolun bihuş hallarından çəkinən Fransua yavaş-yavaş ondan uzaqlaşmağa başlayır. Karolu isə psixiatriya xəstəxanasında taqətdən düşmüş halda müşahidə edirik...

Начало формы

Конец формы

Karolun xəstəxanadan çıxışı yaşanacaq növbəti faciənin cücərtisidir. Əslində yaranan vəziyyəti təxmin etmək olar. Fransua özünə yeni məşuqə, bəlkə də yeni, “əsl sevgisini” tapıb. Bu xəbəri bildikdən sonra isə Karol əzab-əziyyətlər içərisində qıvrılaraq ruhunu daha əmanətli qucaqlara - göylərə və oradakı yeganə sadiq qüvvəyə  tapşırır.

Начало формы

Конец формы

Fransuanın həyatında “yeni bir səhifə” açılsa da, Karolun kölgəsi hər zaman o səhifələrdə gəzişib dolaşırdı. Yalnız çarpayıda yaranan ehtiras, həzz və ani hisslər Fransuaya Karolu unutdurmağa kömək edirdi. Bəzən isə əksinə, Karolun ruhu bu prosesə də müdaxilə etmiş olurdu və sevgililər arasındakı hisslər sanki soyuyurdu. Növbəti qeyri-sağlam münasibətlərin məsuliyyətini və yükünü yenə zərif məxluq öz incə çiyinlərində daşımağa məruz qalmışdır. Bu dəfə isə bu yük Evanın üzərində idi.

Eva Fransuaya vurulmuşdur. Fransua isə öz ampluasında qalaraq növbəti dəfə xəyali aləmində özü üçün yeni həvəs kəşf etmişdir. Fransuanın qadınlara olan müvəqqəti həvəsi onun əxlaqi düşüncələrində olan boşluqlardan irəli gəlirdi. Özünü dərk etməyən Fransua sanki kiçik, dünyadan xəbəri olmayan oğlandır. Olduğu münasibətlərdə nə qədər özünün var olduğunu bildirməyə çalışsa belə, yenə də qadınların kölgəsində qalırdı. Fransua üçün sevgi hissi ötəri külək kimi idi. Beynində yaranan xaosa son qoymaq üçün ən təhlükəli (onun üçün təhlükəli) üsula- qadının hisslərini çalmağa əl atmışdır. Və ən qorxulu hadisənin səbəbkarına çevrildi sonda...

Eva da ürkək xasiyyəti ilə balaca qız uşağını xatırladır. Fransuanın bivecliyinə dözməyib öz hisslərinə azadlıq verərək başqa ölkədə bir kişiyə vurulur. Bu xəbər Fransuanın çiynindən bir dağı aşırmış oldu. Onun özünün etmək istədiyini Eva birinci etdi. Amma Fransua daxili rahatlığa yenə də nail ola bilmir, çünki artıq qarabasmalarda belə Karolu görür. Hər dəfə onu güzgüdə görərək söhbətləşir, peşmançılıq çəkir. Karol vaxtilə öz çəkdiyi əzabları sanki Fransuaya ötürərək onun təmizlənməsini istəyir. Fransua bütün bunlara tab gətirmir və intihar edir...

“Sübh sərhədi” (“La frontiere de l’aube”) filmində asılı, qeyri-sağlam insanların münasibətlərini seyr edirik. Bütün bunların səbəbi qəhrəmanların daxilində yaranan boşluqlar, hisslər haqqında olan təhrif olunmuş düşüncələr, iradəsizlikdir. Bu sözlər xüsusilə Karol və Fransuaya şamil olunur. Eva o dərəcədə zəif bir məxluqdur ki, onun müdaxiləsi belə gözə görünmür. Eva sadəcə Fransuanın şəxsiyyətinə aydınlıq gətirməyə yardım edən qüvvədir.

Qəhrəmanların bədbəxtiliyi onların asılılığındadır. Bu keyfiyyət fransız qəhrəmanlarında özünü tez-tez büruzə verir. Ələlxüsus da söhbət sevgi hekayəsindən gedirsə. Bu an daha güclü insana söykənmək əvəzinə onlar əksinə, özü kimi eyni vəziyyətdə olan insanlarla qarşılaşırlar. Hər şeyi dramatikləşdirərək, daha da qəliz dərəcəyə gətirib çıxarırlar.

Bəzən isə baş verənlər faciə ilə sonlanır...

Fransua və Karol hekayəsini özünəxas “21-ci əsrin Romeo və Culyettası” adlandırmaq olar. Bu dünyada dinclik tapa bilməyən iki insan bəlkə də o biri dünyada rahatlığa nail ola biləcəklər. Amma bu fikrə də şübhə ilə yanaşırsan... Yalnız ümid etmək qalır...

Rejissor Filip Qarrelin yaratdığı film yaradılmalı ədəbi əsərin ekran verisyasıdır. Filmdə hər addım, hər göz yaşı, hər hiss, hər keçirilən həyəcan hissi dramaya söykənir. Eyni zamanda  «La frontière de l'aube» filmi hisslərin çox dərin bir məhfum olduğunu xatırladır. İnsanların ilk növbədə öz hisslərinə qarşı, sonra isə digərlərinin hisslərinə qarşı məsuliyyətli olması üçün bir çağırışdır.

Baş rolda çəkilən Lui Qarrelin aktyor oyununda novatorluğu hiss etmirik. Fransua onun amplua dəftərində yaratdığı növbəti cazibədar, öz aləmində olan, göylərdə uçan xarakterdir. Aktyora yaraşan obraz da məhz elə bu obrazdır. Romantiklik Qarrelin qanındadır. Laura Smet həmçinin qəmgin qadın obrazını məharətlə yaradıb. Zənnimcə hətta o yaratmayıb, sadəcə real qəmgin fransız xanımını ekranda nümayiş etdirib. Eyni sözlər Evanı canlandıran Klementin Poydaza da şamil olunur.

Filmin estetikası çox incədir. Ağ-qara lentə çəkilməsi əbəs yerə deyildir. Filmdə hər bir detal qəhrəmanların dərdli dünyalarında, daxili durumlarına xidmət edir. Bir neçə saniyəlik sükut dolu kadrlar qəhrəmanların daxilində yaranan boşluğu ifadə edir. Ətrafda hər şey qaydasında olarkən, hər şey sakit yolunda gedərkən, yalnız Fransua və Karolun daxilində fırtına qopur.

Karol daima güzgüdə canlanır. Güzgü ruhun bu dünyanın qüdrətindən azad olduğu, başqa bir dünyaya daxil olduğu qapıdır. Və Fransua güzgüdə Karol ilə danışarkən Karol onu həmin qapıdan keçib yanına gəlməyə çağırır.

Sevgi hissi çox şirin hissdir. Lakin bəzən bu hiss insanların əlində oyuncağa çevrilərək xoşagəlməz hadisələrin səbəbinə çevrilir. Filmin qəhrəmanları daşürəkli deyillər. Sadəcə iki zəif insan özünü bu sarıdan sınamağa qərar verərək əzəldən əzab çəkdiyi ruhlarını qurtarmış oldular.Начало формыКонец формы

- Sən mənim sevgimsən. Gəl yanıma. Tez elə. İndi gəl…



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)