Edebiyyat.az » Proza » Səyavuş Müslüm - Gerçək yalan

Səyavuş Müslüm - Gerçək yalan

Səyavuş Müslüm - Gerçək yalan
Proza
admin
Müəllif:
13:17, 01 sentyabr 2022
5 061
0
S əyavuş Müslüm - Gerçək yalan

                                                                 



 

 Telefon zənginin titrəyişi fikirli halını sillələyərək oyatdı .

—Haradasan? Gəlirsən? 

—Hə, gəlirəm. Amma bir az gec olacaq. 

—Necə yəni gec? Üç aydır bu günü gözləyirik. İndi də belə deyirsən? Yoxsa məni görmək istəmirsən?  Qayıdıb gedim evə? Evə qayıtsam bir daha məni görməyəcəksən. 

Bu nə sözdür? Əlbəttə görmək istəyirəm. Bir az gec olacaq, amma gələcəyəm.  

—Nə edirsən et, tez gəl. 

Yaxşı. Gəlirəm. 

 Telefonu söndürəndən sonra fikrə getdi. Nə etsin, necə etsin? Hansı yalanı danışsa inandırıcı olar görəsən?

—Anam da bu gün gəlməyə vaxt tapdı da. Bəlkə görüşə getməyim? Yoxsa anamı qarşılamağa getməyim? Amma üç aydır bu günün həsrəti ilə alışıb yanmırdım. İlk dəfə olacaqdı ki, onunla  görüşəcəkdim. Yox, anamı nə qədər görmüşəm. Onu isə ilk dəfə görəcəyəm. Görüşə gedərəm, gələndə də anamla görüşərəm. 

 Xəyalə ilə tanışlığı təsadüfən sosial şəbəkədə alınmışdı. Hər ikisi də ailəli idi. Əvvəlcədən adi söhbətlə başladıqları münasibətin sonunu dərin məhəbbətə bağlamışdılar. Xəyalə ikinci dəfə ailə qurmuşdu. Birinci ərindən ona Nərimanov metrosunun üzərində ikiotaqlı ev qalmışdı. Bu gün də onunla orada görüşməli idilər.

 Qardaşına zəng vurdu. İki dəfə çağırandan sonra qardaşının tələskən səsi gəldi. 

—Hə, tez ol de görüm nə istəyirsən? 

—Heç, anamız bu gün şəhərə gəlir. Mən qarşılaya bilməyəcəyəm, sən qarşılayarsan. 

Yox ,yox, yox... Mənim bu gün istirahət günümdür. Sevgilimə söz vermişəm. Onunla görüşəcəyəm. Axşam anamla görüşmək üçün sizə gələcəyəm. 

Oldu,oldu... Telefonu söndür mənə zəng gəlir. 

Fikrə getdi. Sevgilisini yığdı. 

—Haradasan?

—Çatmışam, səni gözləyirəm. Sən harada ölüb qalmısan?

15-20 dəqiqəyə çatıram. 

Tez gəl. Özün bilirsən ki, çox vaxtım yoxdur — deyib telefonu üzünə qapatdı. 

 Başqa vaxt olsaydıbu hərəkətinə görə sevgilisini danlayardı, amma indi bir söz demədi. Taksi şirkətinə zəng vurdu. Robot səs danışandan sonra operatorun səsi eşidildi.

Alo, buyurun.

Məhəmmədi dairəsi, Araz marketdən Nərimanov metrosuna gedəcəyəm.

Bir dəqiqə gözləyin zəhmət olmasa. Noutbukun klaviaturasının şaqqıltısı əsəblərinə toxunduğundan telefonu qulağından araladı. Operator xanımın səsi eşidiləndə yenidən telefonu qulağına yapışdırdı. 

Beş manat iyirmi qəpik. Qeydə alaq?

—Bəli, qeydə alın. Bir az tez olsun zəhmət olmasa. 

  Ürəyində deyinməyə başladı:

—Beş manat iyirmi qəpik. Onsuzda altı manat verəcəyəm. Bunu düşünmək zamanıdır? Anam şəhərə çatıre artıq. Telefonu da yoxdur ki, harada olduğunu zəng vurub öyrənim. Atam avtobus rayondan çıxanda bircə kəlmə zəng vurub dedi ki, saat ikidə avtovağzalda ol. Budure adını çək, qulağını burAtam zəng vurur. Bu nə misal idi, kişi üçün çəkdim? Başımı lap itirmişəm. Heç özümdə bilmirəm nə edirəm.

 —Alo, haradasan?

Avtovağzala gedirəm, yoldayam. Çatıram, az qalıb.

Tez ol bir az. Sürücü ilə danışdım, az qalır. Qaradağ postunu keçiblər, çatırlar Bakıya. 

 Sonuncu cümlə onun beyninə yeni fikir ötürdü. 

—Sürücünün nömrəsini mənə ver, hər ehtimala qarşı. Yaxşı, qeyd elə. 

 Yaddaşı yaxşı halda olan atası nömrəni  əzbərdən dedi.

—Yaxşı oldu. Ananı götürüb sağ-salamat evə çatandan sonra əlaqə saxlayarsan. 

 Telefonda atası ilə sağollaşandan sonra telefonu cibinə qoymaq istəyirdi ki, zəng gəldi. 

—Qardaş taksi sifariş etmisiz, telefonu da götürmürsüz. Bayaqdan sizə neçə dəfə zəng etmişəm. 

Haradasız?

—Məhəmmədi dairəsində, Araz marketin qabağındayam.

—Elə mən də oradayam. Ağ opeldir, nömrəsi 242. 

—Gördüm, gördüm — deyib telefonu söndürdü. 

 Taksiyə əyləşib sürücü ilə salamlaşdı. Sürücü bildiyi məlumatı bir daha dəqiqləşdirmək üçün soruşdu.

—Nərimanov metrosuna?

—Bəli.  

 Yenidən zəng gəldi. 

Hardasan axı sən?

Taksidəyəm. Çatıram on dəqiqəyə. Yolda tıxac var. 

 Taksi yerindən indi tərpənirdi. Gözlətmək üçün məcbur olub yalan danışdı. Rayon avtobus sürücüsünə zəng etdi. Bir-iki çağırışdan sonra fonda bayağı musiqi ilə qışqıraraq “alo” deyən kişi səsi cavab verdi.

—Alooo, eşidirəm.

—Salam, haradasınız?

—İki dəqiqəyə avtovağzala girirəm — yenidən kişi qışqıraraq cavab verdi.

—Sizdən bir xahişim var. Mən sizin sərnişininSüdabə xanımın oğluyam. Yolda maşınım xarab oldu. Qaldım yolun ortasında. Xahiş edirəm, anamı oradan taksiylə dediyim ünvana yola salardız. Mən çata bilməyəcəyəm. 

 Bayaqdan beynində hazırladığı yalanlar beşaçılan kimi dalbadal açıldı.

—Problem yoxdur, bacıoğlu. Həll edərik. Ünvan haradır? 

 Sabir ünvanı dedikcə, sürücü də ondan sonra eyni sözləri təkrar edirdi. Ya harasa qeyd edirdi, ya da kimlərinsə eşidib yadda saxlamağı üçün təkrar edirdi. 

Çatdıq, beş-on dəqiqəyə yola salacağam. Narahat olma. Yola salacağım taksinin nömrəsini də sənə verəcəyəmDi oldu — deyib yüksək səslə sağollaşdı. 

 Taksi Balaxanıya çatırdı. Adını telefonda “ev qeyd etdiyi arvadına zəng etmək istəyirdi ki, yenə zəng gəldi. Telefonu açdı. Bu dəfə sevgilisinin səsi əsəbdən əsirdi.

—Mən gedirəm, daha gəlmə. Üç aydır danışırdıq, amma bugün əsl sifətini göstərdin. Mən ayrılıram —Ay qız nə danışırsan? Çatıram artıq. Budure Nərimanovdayam saatın yanından dönürəm içəri. Getmə. Çatdım.

—Yaxşı gəl, ancaq bu mənə dərs oldu. Mən evdə ərimi qoyub səninlə görüşə gəlim, sən də belə elə. Həkimə getmək adı ilə çıxmışam. Elə et ki, qayıdıb çata bilim. Heç nədən şübhələnməsin.

—Yolda başıma iş gəldi, gələndə danışacağam.

—Sabir, bəlkə mən gedim? Bu dəfə qorxu qarışıq yumşaq səslə danışdı.

—Yox,  getmə xahiş edirəm. Heç olmasa, sənə aldığım hədiyyəni verim. 

Yalan yalan üstünə gəlirdi. Hələ “Koroğlu” metrosuna indi çatacaqdı. Heç bir hədiyyə də almamışdı. Bəlkə də ala bilərdi. Pulu da var idi. Amma bu barədə düşünməmişdi heç. “Ev”ə zəng vurdu.

—Haradasan?

EvdəNə üçün soruşdun?

Anam gəlir. Araz marketin qabağına çıxıb qarşılayarsan. Dostumun atası qəzaya düşübMən oraya gedirəm, yoldayam. 

 Yenə yalanları ard-arda muncuqvari düzürdü.

Hansı dostunun atasıdır?

Sonra deyərəm. Yaxşı, oldu. Telefon üzərində olsun. Sənə xəbər eləyəndə evdən çıxarsan.   

 Telefonu söndürdü. Bir az nəfəs dərmək istəyirdi ki, tanımadığı nömrə telefonun ekranında göründü. 

—Alo, buyurun.

—Salam qardaş, taksi sürücüsüdür. Mən yoldayam gəlirəm. Məhəmmədi dairəsinə yarım saata çataram. 

—Hə, gəlin anamı düz Araz marketin qarşısında düşürəcəksiz. Zəhmət olmasa telefonu anama verərdiz.

—Hə, Sabir — anasının haldan-heydən düşmüş sözləri ürəyinə köz saldı. 

—Ana, dostumun atası qəzaya düşüb, ora gedirəm. Nigar səni qarşılayacaq. Axşam görüşərik. 

Ay Sabir, mən heçyeri tanımıram, bala. Birdən tapa bilmərəme.

—Narahat olma, ay ana. Sürücü səni düz binamızın qabağına aparacaq. Nigara da zəng vurmuşam. O da səni orada  gözləyəcək.

 Artıq telefonun ikinci xəttində atasının adı göründü. Yaşıl düyməni ekranda sağa sürüşdürüb cavab verdi.

—Ata, mən dostumun atası qəzaya düşüb. Ora gedirəm — deyərək atasını qabaqladı. 

Anan haradadır bəs?

Anam bizə çatıb, narahat olma. Nigar qarşıladı elə indi mənə zəng vurmuşdu. 

—Hə, şükür. Salamat çatıb.

—Oldu, danışarıq. 

 Ekranda adını “Xəyal” yazdığı sevgilisindən dörd cavabsız zəng göründü. Nərimanovdakı saatın yanını dönmüşdü. Metroya çatırdı artıq. “Ev”ə zəng vurdu.

Düş aşağı, tez olçatırlar.

 Həyat yoldaşı dağ çayı sürətiylə “yaxşı, yaxşı” dedi və telefonda yoxa çıxdı. Metronun başında maşın dayandı. Altı manat sürücüyə pul uzadıb taksidən tələsik düşdü. Park tərəfdə görüşməli idi. Düz parkın qabağında düşmüşdü. Əvvəlcədən şəklini gördüyü sevgilisini gözləri “Google” dan da sürətli axtarırdı və tapdı. Tələsik addımlarla ona yaxınlaşıb qaş-qabağını tökərək həyacanlı görkəmiylə salam” verib, bayaqdan yazdığı ssenarini birnəfəsə danışdı.

Sənə aldığım gülləri və hədiyyəni tələsgənliyimdən taksidə unutdum. Taksi də şirkət taksisi deyildi. Yoldan ötən biri idi. Neyləyək, gözləyək onu?   Əvvəlcədən cavabını bildiyi sualı sevgilisinə ünvanladı.

Yox, sən dəlisən? İki saat vaxtımız qalıb. Tez olevimə gedək

“Ev”dən zəng gəldi.

—Anan yanımdadır, indi dükana girib çörək alım evə çıxırıq.

—Çörək gətirmişəm. Zənbildə var, qızım.

—Hə, yaxşı onda. Dostunun atası necə oldu?

Bilmirəm, indi çatıram hələ. 

 Danışa-danışa binaya daxil olub ikinci mərtəbəyə qalxdılar. Bu müddətdə Sabir dözməyib yolda Xəyalənin dodaqlarından da öpmüşdü. Evin qapısının qarşısında qız əlini çantaya atıb açarı çıxarmaq istədi amma, tapa bilmədi. Həyacanla bir daha əlini çantaya salıb eşələdi. Çantanın hər iki qulpunu aralayıb çantanın içinə yenidən baxdı. Pilləkəndə oturub çantanın içini boşaltmağa başladı. Çantasında elə əşyalar var idi ki, bəlkə də onu heç kim görməli deyildi. Amma bu dəqiqə onun heç vecinə də deyildi. Bütün fikrini açarın axtarışına vermişdi. Çantadan bir şey çıxmadıqda əlini ciblərinə suya baş vurar kimi saldı. Açar yoxa çıxmışdı. Yer yarılıb dibinə girmişdi. Quş olub göyə uçmuşdu. Qeybə çəkilmişdi. Uzun müddət sakit-sakit bir-birinə baxdılar. Xəyalə bu sakitliyi hirs-hikkəsindən makiyajını yuyan göz yaşları ilə pozdu. Sabir onun göz yaşlarının süzülməsinə diqqətlə fikir verdi. Sanki yağış damlaları pəncərədən süzülürdü. Dünyanın axırı olmadığını xatırlatdı ona. Ağlamasını istəmirdi. Xəyaləni bir neçə dəfə telefonla danışarkən ağlatmışdı da. Astma xəstəliyindən əziyyət çəkən sevgilisi ağlayanda nəfəs daralmasından əziyyət çəkirdi. Sabir də yaman dilxor olmuşdu, amma özünü o yerə qoymurdu. Siqaret çəkə-çəkə blokdakı “+” işarəsi ilə bir-birinə calanan hərfləri oxuyurdu. Başını bu yolla qatmağa çalışırdı. Sonra nədənsə divarda “S üstəgəl X” hərflərini axtardı. Bir neçə saniyə divara alışqanın qapağı ilə hərfləri cızdı. Lap uşaqlaşmışam — özüylə danışdı. Bura nə üçün gəlmişdim. İindi nə edirəm? Qəfil Xəyalə ayağa qalxdı. Pilləkənləri iki-iki, üç-üç çəxaraq üçüncü mərtəbədəki sağ qapının zəngini basdı. Sabir iki mərtəbənin arasında qalmış, qaldığı yerdən üzüyuxarı baxaraq Xəyalənin nə etdiyini maraqla izləyirdi. Qapını saniyələr sonra bir yaşlı qadın açdı. Xəyalə qadınla görüşüb keçən dəfə onlara verdiyi açarı götürüb-götürmədiyini dəqiqləşdirdi. Xəyalə bir dəqiqə sonra əlində açar aşağı düşürdü. Qapını açıb içəri keçdilər...

 Sabir Xəyalədən üç-dörd saat olardı ayrılmışdı. Divanda oturub televizorun pultu ilə kanalları çevirərək baxmaq üçün maraqlı nəsə axtarırdı. Xəyalə ilə ara-sıra gizlin-gizlin mesajlaşır, bu günkü görüşün təəsüratlarını bölüşürdü. Anası divanda əyləşib o biri oğlu ilə söhbətləşirdi. Sabirin həyat yoldaşı qaynanasının, qaynının gözlərinə girmək üçün canfəşanlıq edirdi. Sabir evə gələndə özünü elə halsız, yorğun, qanıqara aparmışdı ki, dostunun atası haqqında dediyi yalanlara zərrə qədər də şübhə etməmişdilər. Anası oğlunun dostlarına qarşı belə diqqətli olmasına görə oğlu ilə qürur da duymuşdu. Evdə hamı Sabirin başına pərvanə kimi dolanırdı. Hər kəs öz halından məmnun idi. Sabir bu gün olmuşları yenidən ağlından keçirməyə başladı. Düşündü ki, yalanlarla hər şey bu qədər gözəl olursa, dürüst olmaq kimə və nəyə lazımdır?

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)