Edebiyyat.az » Proza » Avesta. Avestanın əsas ideyası - hüququ

Avesta. Avestanın əsas ideyası - hüququ

Avesta. Avestanın əsas ideyası - hüququ
Proza
Necef Esgerzade
Müəllif:
13:44, 10 iyun 2019
3 437
0
Avesta (awastāg, apastāk, upastākəm) – Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edir ki, Avestanın tərkib hissələri, əsasən e.ə. 1-ci minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir. Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini  məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin zərdüşt kahininin "k i t a b ı avazla oxudugunu " yad etməsi, habelə qədim yazıçıların hələ Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın – "Avesta"nın bir qisminin yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin ki, təsir edə bilərdi. Beləliklə, yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış "Avesta"nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur. Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi. Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu. İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225-240-cı illər) "Avesta"nı çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs məkanına çevrilmiş Atropatenada ali kahin Äturpät Mahrspandan tərəfindən kanonlaşdırılmışdı. "Avesta" sonralar da redaktələrə məruz qalmışdır. Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan (kitabdan) ibarət idi. Lakin "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib çatmamışdır. Artıq ərəblərin hakimiyyəti dövründə zərdüştiliyin müqəddəs kitabları yenidən təqiblərə məruz qaldı. Bizə məlumdur ki, ərəb işğalı dövründə digər qeyri islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı.
Bu barədə Biruni məlumat vermişdir. Belə ki, Parfiya dövründən Sasanilərin hakimiyyəti zamanınadək olan ən azı 6-7 əsr ərzində bir çox ilahiyyətçi alimlər, kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta" kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu.
Kiçik Avesta əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş, zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.
Sasanilər dövründə bərpa olunmuş 20 kitabın (21 kitabdan) adları və qısa məzmunu bizə IX əsrin zərdüştilik əsəri Denkartdan məlumdur. Özü də qeyd etmək lazımdır ki, bu kitabların qısa icmalı "Avesta"nın öz mətni üzrə deyil, "Avesta"nın pəhləvi dilinə tərcüməsi əsasında hazırlanmışdır. Müxtəlif "Avesta" nasklarının məzmunu başqa pəhləvi kitablarında da izah edilmişdir. Göstərmək lazımdır ki, pəhləvi kitabları mahiyyətcə bizə "Avesta"nın itirilmiş hissələri haqqında bəzi təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir.
Hindistan parsları, onlarda zərdüştilik dininin müqəddəs kitablarının mövcudluğu haqqında erkən məlumatlar Avropaya yalnız XVII əsrdə çatmışdır. Tezliklə Oksford kollecinin kitabxanasında (İngiltərə) "Avesta"nın Hindistandan gətirilmiş ilk əlyazmaları meydana çıxmış və tədqiqatlara başlanmışdır.
Avesta (Qanun) Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Bunlar Vendidad (Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf  edilməsinə yönəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etmə") ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı qanunl və Vispered (və ya Visprat-"hakimlərin hakimi", "Allahların hamısı") dua xarakterli mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks stdirən mətnlər (yaştlar) Avestanın ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı iyirmi bir hissədən ibarətdir. Yasnanın əsas məzmununu Zərdüştün lirikası (qatlar) təş-kil edir.Vispered Yasnanın ayrı-ayrı hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında daimi mübarizə gedir. Dünyada mövçud olan bütün şeylər bu mübarizənin nətiçəsində yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdütiliyə görə xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və monoteist müddəalardan da xali deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o çümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövləq dini elan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatın yeganə yaradıcısı, vahid Allah sayılmışdır. Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (hörmüzə) həsr olunmuşdur. Burada Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fikirlə, xeyirxah sözlə və xeyirxah əməllə xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tərif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm".
                                    
                                                                  Xülasə

Zərdüştlük dini e.ə VII esrin ikinci yarısı-VI əsrin əvvəllərində yaşamış Zərdüştün adı ilə bağlı olmuşdur. Zərdüştlük dini insanları təkallahlığa çağırırdı. Bu dini Zərdüşt yaratmışdı. Bu dinin müqəddəs kitabı``Avestadır``. Zərdüştlük dininə İranda və Orta Asiyada sitayiş edilirdi. Bu dində oda pərəstiş olduğunda bu dinə Atəşpərəstlik də deyilir. Rəvayətə gorə `Avesta`nın ilkin variantı Makedoniyalı İsgəndər Persopolda Əhəmənilərin sarayını yandırarkən tələf olmuşdu. Bu müqəddəs kitabın dövrümüzə qədər gəlib çatmış hissələri İranda Sasanilər sülaləsi dövründə yenidən toplanmışdır. Fransız alimi Anketil Düperron Hindistanda yaşayarkən görür ki, burada insanlar hamısı əllərində Avestanın nüsxələrini oxuyur. O, buradan kitabın bir neçə hissələrini alıb Avropada çap etdirmişdi.Avropanı bu kitabla elə bu alim tanış etmişdi. Zərdüştlük dinində od,su,torpaq müqeddes sayılır.Bu dinə görə Xeyir(hörmüz)və Şər(Əhriman)bir birilə mübarizə aparır lakin Xeyir qalib gəlir. Hazırda bu dinə inananların sayı 130 minə çatır.Hindistanda(parslar) və İranda(gəbrlər) bu dinə daha çox inanırlar. Zərdüştlük dininin mərkəzi, müqəddəs şəhəri Cənubi Azərbaycanda yerləşən, Atropatena dövlətinin paytaxtı Qazaka şəhəri olmuşdur. Buradakı baş məbədi Bizanslılar məhv etmişdir.
                               
                                                                    Summary

Zoroastrianism was associated with the name of Zoroaster, which lived in the second half of the 7th and the beginning of the 6th century. Zoroastrianism called religious people to monotheism. This religion was created by Zoroastrianism. The holy book of this religion is `Avesta`. Zoroastrianism was worshiped in Iran and Central Asia. This religion is also called Atheism when it is adored in the religion. According to the legend, the original version of Avesta was lost when Alexander the Great in Alexandria burned the palace of Ahamenians in Persopol. Parts of this sacred book have been re-collected during the Sassanid dynasty in Iran. A French scholar, Antelope Douperron, sees when he lives in India, where all the people read Avesta's copies. He had taken a few parts of the book from here and published in Europe. He was introduced to this book by the scientist in Europe. In the religion of Zoroastrianism, fire, water, and land are considered sacred. According to this religion, the good and evil (Ahriman) fight each other, but no one is victorious. At present, the number of believers in this religion reaches 130,000. In India (pars) and in Iran, they believe in religion more. The central, sacred city of Zoroastrianism was the city of Gazaka, the capital of Atropatena, located in South Azerbaijan. The chief temple here was destroyed by the Byzantines
 
                                Ədəbiyyat
  1. İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011.
  2. Zeynəddin Hacıyev Bakı 2012
  3. "Avesta" düşüncələri -E.Əlibəyzadə /Əlibəyzadə, Elməddin Məmməd oğlu. filol. e. d-ru, prof.
  4. “Avesta” Azərbaycan dilində [Mətn] /V.YusifliYusifli, Vaqif Əziz oğlu. filol. e. d-ru, tənqidçi 
Yazanlar: Əzəmmədov Zaur İsmayıl Elşən (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası İnzibati İdarəetmə fakültəsi)
Mənbə: dejure.az
                          
                                                                                                                                                             
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)