M. Ə. Rəsulzadə - Şəhriyarın “Heydər Babaya salam” və "Dədə Qorqud" haqqında yazısı

Proza

“Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 4-5 (40-41), iyulavqust 1955-ci il. “Azərbaycan” jurnalı. Ankara, yıl:4, sayı: 6-7 (42-43), sentyabr oktyabr 1955-ci il.
“Dədə Qorqud dastanları” “Türk xalq ədəbiyyatının şah əsəri olan bu dastanlar, son illərin siyasi günlük bir mövzusunu təşkil edir. Azğınlaşan Bolşevik Ruslaşdırma siyasəti gərəyincə, bunlar, azərbaycanlı aydınları yenidən ələyib qızıl xəlbirdən keçirməyə vəsilə oldular. “Kitabi-Dədə Qorqud ela lisani taifey-i Oğuran” adını daşıyan XVI yüzildə yazılmış bir nüsxəyə ilk dəfə Almaniya krallıq kitablığının fihristini (içindəkiləri) tənzim edən Fleischer rastladı. Daha sonra Bartold, Diz, Moldke və s. kimi bilgin müsteşriklər (şərqşünaslar) tərəfindən incələnən bu dastanlardan bir qismi müxtəlif Avropa dillərinə çevrildi. 12 dastanı əhatə edən bu kitab haqqında mütaliələr yazıldı və mübahisələr aparıldı. Nəticədə Dədə Qorqud və ya Qorqud Atanın, tarixi deyil, Xızır kimi əfsanəvi bir şəxsiyyət olduğu üzərində duruldu: Dastanların Azərbaycan sahəsində və Azərbaycan xalqı tərəfindən yaradılan bir əsər olduğu qənaətinə varıldı. X-XI yüzillərdə Orta Asiyadan Azərbaycana külliyyətli Türkmən tayfaları gəldi. Bunlar özləri ilə bərabər Oğuz qəhrəmanlıq xatirələrini də gətirmişlərdi. Yerli Azərbaycan şərtlərinə uyan bu xatirələr bədii ədəbiyyat və dastanlar şəklini aldılar. Dədə Qorqud dastanları bax bu dastanlardandır”. “Azərbaycan” jurnalı, Ankara, il:1, sayı: 6, 1 sentyabr 1952-ci il. Ədəbiyyat haqqında “Ədəbiyyat rəhbərdir. Rəhbərin nöqsanı həqiqət yolunu tutanların nöqsanına mövcib (lazımınca) olur. Buna görə də mütəməddin (mədəniləşmiş) millətlərdə ədəbiyyat həyatın bütün vəqəələrini(əhvalat, hadisə) tənqid etdiyi kimi özünü də tənqid edir. Çünki, özü də həyatın bir vəqəəsidir. İnsanlara tənqidi-nəfs öyrədən ədəbiyyat özünü tənqid etməsə idi alimi-biəməl məqamında qalan idi”.
“İqbal” qəzeti, 10 oktyabr 1913-cü il, N476. Ana dilini bilmək “Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm (danışmaq, söyləmək) edənlər, bir dərəcəyədək gülünc olurlar. Mənsub olduqları mühitə mərbutiyyətləri(bağlılıq) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq (birləşmə) edəmiyorlar”.
“ İqbal” qəzeti, 4 iyul 1913-cü il, N402.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Seyid Hüseyn - Həzin bir xatirə

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ

Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)