Edebiyyat.az » Təqdimat » Fidan İbadzadə - Sərhədsiz “canavar”

Fidan İbadzadə - Sərhədsiz “canavar”

Fidan İbadzadə - Sərhədsiz “canavar”
Təqdimat
nemət
Müəllif:
20:45, 06 may 2020
1 524
0
Fidan İbadzadə - Sərhədsiz “canavar”

                   


 

 

                     

İlk dəfə Çində özünü göstərn bu “canavar”getdikcə yüzdən çox ölkəyə yayıldı. İran, biz, Türkiyə, İtaliya, İspaniya deyərəkdən dünyanı öz pəncələrinə aldı. Marsa getməyə yol tapan adamlar, insanın kök hüceyrələrindən insan klonu hazırlayanlar, paralel dünya haqqında fikir yürüdənlər, dinlər, ibadət yerləri və alimlər  hamısı bu “canavarın”qabağında aciz idi. Hər kəs evlərinə qapandı, çölə belə icazə ilə çıxırdıq. Amma yenə də biz insanlar bir-birimizlə əlaqə yarada bilirdik. İndiki qədər texnologiyada irəliləməsək də  biz texnologiya əsrində yaşıyırdıq ( il:2040). Düzdü, biz hələ texnoloji əsrin  əvvəllərində idik amma yenə də edilən hər kəşf bizə möhtəşəm və inanılmaz göründü. Eləydi də...

Biz davamlı evdəydik, yadıma gəlir, evdə kiçik kitabxanam vardı. Orada olan bütün kitabları oxumuşdum. Bir kitabdan başqa. Sürətli oxuyub sürətli dərk edən mən kitabı 3-4 səhifə oxuyub qoyurdum yerinə ki, karantin müddətinin sonunacan çatsın. Hətta kitabın adını da xatırlayıram  Eyvind Yonson “Ulufun” romanı. (normalda kitabların müəlliflərni xatırlamıram) Ağzımızda maska, əlimizdə əlçək, avtobuslarda iki nəfərlik oturacaqda tək oturmaq qorxunc idi. 

 Bakı... dolub daşan şəhərim... bom-boş idi. Hamının gözündə qorxu görürdüm. Hamının beynində yanında duran adama qarşı “görəsən bu adam xəstə deyil?” düşüncəsi. Əmin olun ki, bu müharibədən də betər idi. Müharibədə güllənin haradan gələcəyini bilmək olurdu, indi isə heç onu da bilmirdin.

 Müharibə idi. Təbiətin insanlarla, insanların insanlıqla müharibəsi idi. Biri udsa da uduzmuş sayılırdı. Təbiətin insanlardan başqa heç nəyi yox idi.  İnsanların təbiətsiz heç nəyi ola bilməzdi. Əgər insanlıq uduzsaydı bu müharibədə insanlar udacaqdı, amma insanlığını itirmiş insanlar onsuz uduzmuş sayılırmı?!

 Xəstəxanalarda yer yox idi. Dövlət təzə klinikalar tikdirirdi. Hər saat yoluxanların sayı dünyada artırdı elə bizdə də....

65 yaşdan yuxarı insanlara bayıra çıxmaq ümumiyyətlə qadağan idi. Bu onların yaxşılığı üçün idi. Amma insanlar deyinirdilər....

TVdə çox adam bağırdı ki, çıxmayın çölə. İnsanlar isə deyinirdi....

Maska tax deyirdilər. İnsanlar deyinirdi...

Marketlərə girərkən aparatlarla qızdırmamızı ölçülərdi. Əgər 37dən çox idisə marketə buraxmırdılar. Digər insanların sağlamlığı üçün. İnsanlar yenə deyinirdilər....

Onlar hər zaman deyinirdilər (hamısı olmasa da). Hər kəs gərgin idi dünya, ölkəmizdəki adamlar, elə mən də.

Bir səhər TV-də Bakıda yoluxanların sayına gərgin halda baxarkən yaxaladım özümü. Sonra axşama doğru yenidən baxdım və o rəqəmləri müqayisə edərkən ayıldım ki bu “canavarın” bizə psixoloji zərəri də var imiş. Xərçəng xəstələrinə kimya terapiya edilmədi. Ona görə ki, bu onların immun sistemini aşağı salardı və “canavarın” daha da yaxınlaşıb pəncələrini onların yaxasına keçirməyi demək idi.

Hər şey onlar üçün idi ...

İnsanlar üçün ...

Sonra bilirsən nə oldu? Biz öyrəşdik, hər hadisəyə öyrəşdiyimiz kimi. Distant təhsilə keçdik. Bunu birinci deyirəm, çünki o dövrlər tələbə idim. Düzdü darıxırdım kollecim üçün, uşaqlar üçün, müəllimlər üçün. Bunların kökündə isə öyrənmək dururdu. Mən öyrənmək üçün darıxırdım. Yorulmaq və az yatmaq üçün hətta imtahan vaxtlarına yaxın gələn təlaş hissi  üçün də. Çünki bilirdim ki, oxusam keçəcəyəm. Dərs materialları əlimdə, internet əlimdə, müəllimlər yanımda. İstədiyim vaxt istədiyim suallı soruşa bilərdim, amma bu imtahanın axırı necə olacaqdı? Kimsə bilmirdi... Deyilənlər sadəcə təxminlər idi... O hissi hələdə hiss edirəm bədənimdə. Unutmamışam, əminəm ki, dünya da unutmayıb. Elə bəlkə də təbiət də unutmağımızı istəmir. İllərdi etdiyimiz diqqətsizliklərin cəzasıdır çəkirik. Bu günlərdə məsələyə digər tərəfdən baxmağı da öyrənmişəm. Kim "təkcə məktəbdə öyrənirsən" deyirsə,yalandır. Təkcə müəllim öyrədir. Bəlkə də bu yaxşı bir hadisədir, bəlkə də biz bunun yaxşı hadisə olduğunu 50il sonra biləcəyik...


                                                                       2020-ci il


Bir yerdə oxumuşdum: ”bəlkə də bəzilərinin yaşaması üçün bəziləri ölməlidir”. Bu cümləni bu aralar tez-tez xatırlayıram. Bəlkə də doğrudur. Atmosfer sonsuz bir həcmə və ölçüyə malik ola bilər, amma yer kürəsinin bir həcmi və müəyyən bir ölçüsü var. İnsanlar durmadan artır. Yeni uşaqlar gəlir həyata. Bəlkə 50 il sonra onlara yer olmayacaq, qida çatmayacaq, su çatmayacaq. Bəs, onlara haqsızlıq olmazmı? Yer kürəsi təmizlənməlidir, təbiət də bunu edir. Əslində ədalətlidir. Tək pis tərəfi ölümün uşaq, qoca, yaxşı, pis ayırd etmədən gəlməsidir. Bu təəssüf hissi doğurur məndə. Amma necə deyərlər, hər şeyin pisi və yaxşısı var.

(Uşaqlar maraqla gözlərini ona zilləmişdilər. Onun isə gözlərində acı və kədər vardı. Üzüntüsünü səsindən də duymaq olurdu)

Azadlıq sərbəst gəzmək imiş. İstədiyin yerdə istədiyin vaxt dostlarla yığışmaq imiş. İnsanlarla dolub-daşan küçələrdə səmimi şəkillər çəkmək, gülüb əylənmək, bunlar çox dəyərli imiş. Bilməmişik, təzə öyrəndik. Gec oldu bir az, amma oldu. Ölmədən öncə öyrəndik, axı öyrənməyin zamanı və məkanı yoxdu. Bu sıralar dünya əhalisi olaraq bunu dərk elədik.

 

                                                                  2040-cu il


 İnsanlarla məsafəmiz vardı (3-4 addım), dostlarımızla belə. Qəribə həsrət idi. Ayaqqabı geyinməyə həsrət, dərslərə, müəllimlərə, dostlara, sərbəst gəzib, əylənməyə, qaynayıb-qarışan küçələrə. Ən böyük həsrət Bakıya idi... Sevimli şəhərimə.

 Evdə saatlar keçmirdi, sanki ölkə olaraq, daha doğrusu, tez yatıb tez oyanırdıq. Həm də yuxuyla bağlı heç bir şikayət etmədən. Sıxıntıdan yatırdıq. Tez yatdığımız üçün də tez dururduq. Dediyim kimi bizim texnologiyamız sizin kimi irəliləməsə də bizdə(2020) sosial şəbəkə var idi. İnsanlar orda davamlı nəsə paylaşırdı evdə qaldığımız müddətdə paylaşımların sıxlığı artdı, tək fərqlə bu səfər paylaşılanlar şəkil deyil, video idi. Ona görə ki, insanlar evdəydi. Bir-birindən maraqlı yerlərə gedib təzə paltarlarıyla şəkil çəkə bilmirdi, onları göstərə bilmirdi. Evdə nə qədər şəkil çəkmək olardı ki? Məcburi olaraq onlar video çəkirdi. Həm bizdə daha sadə idi. Sadə kameralarda sadə video formatlar. Sizdəki kimi. 3D formatında çəkilmirdi. Amma yenə də maraqlı, müxtəlif  “chaneler” edirdilər. İnsanların insanlara aşılamaq istədikləri fikir şəxsi gigiyena olurdu. Axı bu “canavarı” əlindən yox etmək üçün sabunla 20 dəqiqə yumaq lazım idi. Hətta yadıma gəlir anam hər iki dəqiqədən bir əlimizi yumağa yollayırdı bizi (acı gülüş).

 Müxtəlif “chanel” videolardan sonra insanların bir-birinə dəstək videoları yayılmağa başladı. Problem beynəlxalq idi. Sərhədlər, dinlər, irqlər, millətlər. Fərq qoymadan dəstək dururdular bir-birinə. Həkimlər ağlayaraq video çəkib insanlara yalvarırdı ki, “çıxmayın evdən, biz əlimizdən gələni edirik”. Elə də olurdu. Virusla təmasda olub xəstələri sağaltmaq istəyən həkimlərin ölümünü də gördük. Yollarda hər rayon arasında postlar qurulub hərbidə, polisdə çalışan gənc, orta yaşlı. Qoca demədən hər işçi çalışırdı. Həkimlərdən sonra onlara da təhlükə çox idi. Ardınca marketdə çalışan adamlar onlarda bu ölkəni o çətin günlərdə çiyinlərində daşıyan qəhrəmanlar idi. Toylar, yaslar, kütləvi  tədbirlər ləğv olundu. Niyə? Bizlərə görə. Bizim üçün özünü təhlükəyə atan insanlar varkən, şikayətlənirdik. Hər zaman etdiyimiz kimi. Dövlətə maneə törədən insanlar olsa da dəstək olanlar da az deyildi. Maddi və mənəvi. Fonda pul köçürdən insanlardanmı, pulsuz maska tikib insanlara verənlərmi. Hansından danışım? İndi xatırladıqca qürur duyuram. Bu bizə bir olmağı öyrətdi, sağlamlığımızın nə qədər dəyərli olduğunu.”Azadlıq yoxdu” deyəndə utanırdıq. Küçələrdə qorxusuz, təlaşsız gəzməyi heç bir bahalı evə, maşına dəyişmərəm. Azadlığım, rahatlığım, təlaşsız başım hər şeydən daha dəyərlidir.

 Yoluxanların sayı sabit qalmağa başladı. Sonra sağalanların sayı artmağa başladı. Xəbər gəldi ki, bitdi...”Canavarı” məhv etdik. Küçələrə çıxmaq olar, maskaya, əlcəyə ehtiyac yoxdu, avtobuslarda artıq iki nəfərlik yerlərdə bir nəfər oturmağa məcbur deyilsiz, təhsilinizə canlı olaraq davam edə bilərsiniz. Bu cümlələri eşidəndə gözlərim dolmuşdu. Nəhayət bitdi. Biz yenə həyatımıza qaldığımız yerdən davam edirik. Siz bilməzsiniz o hissi, yaşayanlar bilər. Əlinizdəkilərin qədrini bilin, davamlı nəyisə düzəltməyə çalışın, qırağa oturub şikayətlənməyin. Əmin olun ki, pisin də pisi var. Etdiyiniz nankorluqdan başqa bir şey deyil. 65 yaşdan yuxarı insanlara kömək edirdik, ərzaqlarını alırdıq, çöldə yaşayanların ehtiyaclarını qarşılıyırdıq. Bizə özümüzdən başqa digərlərində düşünməyi öyrətdi.TV-də, internetdə xəstə olan insanları gördükdə ən səmimi hisslərlə dua edirdi valideynlərimiz. Bunlar mənə insan insandır, heç bir sərhədi olmadığını öyrətdi. Evdə qaldıqca balaca qardaşımla daha çox vaxt keçirirdim. Fərqinə vardım ki dərs, kollec, iş, könüllü fəaliyyəti, seminar dedikcə onun necə böyüdüyünü görməmişəm. Eyni ilə valideyinlərinin də, anamın ağ saçlarını karantində fərqinə varmışam. Özümü həmişə darıxmayan biri kimi soyuqqanlı bilirdim. Elə deyilmişəm.

  Dünya olaraq, insan olaraq əslində xoşbəxtliyin nə olduğunu, yaxşı və pis həyatın necə olduğunu gördük. Ana təbiət sağ olsun, ya da...

 

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)