Edebiyyat.az » Təqdimat » “Kitabi Dədə Qorqud”un itmiş nüsxəsi və onüçüncü boyu - Elvin Musayev

“Kitabi Dədə Qorqud”un itmiş nüsxəsi və onüçüncü boyu - Elvin Musayev

“Kitabi Dədə Qorqud”un itmiş nüsxəsi və onüçüncü boyu - Elvin Musayev
Təqdimat
nemət
Müəllif:
11:47, 26 may 2019
3 554
0
“Kitabi Dədə Qorqud”un itmiş nüsxəsi və onüçüncü boyu - Elvin Musayev



“Kitabi dədə Qorqud”un bu günə qədər bizə iki qədim nüsxəsi məlum idi. Bunlardan biri giriş və 12 boydan ibarət Drezden nüsxəsidir. Bu nüsxəni Drezden Kral Kitabxanasından ilk dəfə ondoqoqquzucu əsrdə H.O.Fleischeraşkarlamışdır. Ancaq əsəri ilk dəfə Fridrix von Diez tədqiq etmiş və 1815-ci ildə yazdığı bir məqaləylə elmə tanıtmışdır. Digər nüsxə isə iyirminci əsirdə Vatikanda tapılmış nüsxədir. Vatikan nüsxəsi isə giriş və yalnız 6 boydan ibarətdir. Hər iki əlyazmanın Ağqoyunlular dövründə onbeşinci əsrin ikinci yarısında qələmə alındığı düşünülür. Bəzi alimlər bu nüsxələrin hər ikisinin də hansısa başqa əlyazmadan köçürülüldüyünü, bəziləri isə hər iki əlyazmanın bir birindən əlaqəsiz toplanıldığını düşünür. Bu günə qədər elmə yalnız bu iki nüsxə məlum idi.


Amma Aprelin 25-də keçirilən DədəQorqudsimpoziumunda türkiyəli professor doktor Metin Ekici çıxışında “Kitabi dədə Qorqud”un bir başqa nüsxəsinin tapıldığını açıqladı. Professor açıqlamasında , bu nüsxənin onaltıncı-ondördüncü əsrlərdə qələm alındığını təxmin etdiklərini deyib . Təbii ki, bu nüsxə araşdırmalıdır. Əgər araşdırma nəticəsində ondördüncü əsrə aid olduğu təsdiq olunsa, ən qədim Dədə Qorqud kitabı olacaq.

Bu arada mütləq qeyd etmək lazımdır ki, kitabdakı əfsanələrin kağıza köçürülməsi öndördüncü-onbeşinci əsirlərdə baş tutsa da bu əfsanələr yüz illərlə şifahi olaraq xalqın dilində dolaşıb. Sözsüz ki, uzun illərlə dildən dilə dolaşan bu əfsanələr, bir çox dəyişikliklərə uğranmışdır. Oğuz tayfalarınının müxtəlif mədəniyyətlərlə qarışması, xüsuslə də, İslam mədəniyyətinin Orta Asiyaya gəlməsindən sonra Xızır peyğəmbər, Əzrail kimi obrazlar əfsanələrə daxil olmuşdur. Amma buna baxmayaraq, əfsanələrdə bir çox qədim oğuz inancları, oğuz tayfalarının həyat tərzi, paqanizm motivləri qabarıq şəkildə gözə çarpır.
 Məsələn, Təpəgöz kimi metafizik obrazın İslam mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Təpəgöz Orta Asiya türk xalqlarının bir çox nağılında da mövcuddur. Həmçinin dünya xalqlarının mifologiyalarında da bir çox xüsusiyyətlərinə görə Təpəgözə bənzəyən obrazlar mövcuddur. Xüsusilə yunan mifalogiyasında Polifem obrazı, təkcə görünüşünə görə yox həm də əfsanələrinə görə də Təpəgözə bənzəməkdərir. Polifem adındakı bu siklop dəniz tanrısıı Poseydonun oğlu olduğu söylənilir. Ümumiyyətlə sikloplar nimfetlərin, yəni su pərilərinin övladlarıdır. Bildiyimiz kimi “Kitabi Dədə Qorqud”dakı Təpəgöz də çay kənarında yaşayan bir pərinin övladıdır. Həmçinin Odisseyin Polifemin mağarasında yaşadığı hadisələr(Polifemin gözünü kor etməsi, qaçmaq üçün qoyunların dərisindən istifadə etməsi) eynən Basatın Təpəgözlə mağarada yaşadığı hadisələrə bənzəyir. Hələ 1815-ci ildə bu Von Diazın diqqətini cəlb eləmişdi və məqaləsində Homerin Polifemi ilə Dədə Qorqudun Təpəgözü arasında müqayisələr aparmışdı. Diaz hesab edirdi ki, Təpəgöz Polifemdən daha qədim obrazdır, çünki təpəgöz obrazı çox dolğun verilib. Təbbi ki, bu iki mifoloji əfsanə Anadoludan yunanlara ya da yunanlardan Anadoluya keçə bilərdi. Təkcə “Basatın Təpəgözü öldürməsi” boyunda yox qalan digər boylarda da dünya mifalogiyasındakı bir çox hadisəylə, əfsanələrlə oxşarlıqlar var. Və bu mövzularda bir çox araşdırmaçı yetərincə məqalə qələmə almışdır.

Aprelin 25-də keçirilən Dədə Qorqud simpoziumunda Kitabi Dədə Qorqudun üçüncü nüsxəsini aşkara çıxarmış professor doktor Metin Ekici daha bir maraqlı açıqlama verib. Onun sözlərinə görə tapılmış bu üçüncü nüsxədə “Salurun Əjdərhanı öldürməsi” adlı onüçüncü boy da mövcuddur.
 Əslində, Dədə Qorqudun 13cü boyunun olmasıyla bağlı dünya qorqudşünasları arasında fikir dolaşmaqdaydı. Bu fikri ilk dəfə ortaya azərbaycanlı alim, filologiya elmləri doktoru Bəkir Çobanzadə atmışdı. Dünya mətbuatına isə bu məlumatı Məmməd Əmin Rəsulzadə çıxarmışdır. Belə ki, Məmməd Əmin Rəsulzadə Berlində nəşr edilən “Ana dili” jurnalının bir sayında bu tapıntı haqqında məlumat dərc etdirmişdir. Daha sonra türkiyəli qorqudşünaslar bu məlumatı gündəmə gətirmiş, ordan da yenidən azərbaycan alimləri bu haqda yazmışdır. Amma Bəkir Çobanzadənin bu məlumatı hardan aldığı, onüçüncü boyun əlyazmasının əslinin harda olmasıyla bağlı heç kəsdə məlumat yox idi. Çünki, Bəkir Çobanzadə SSRİ tərəfindən repressiyaya məruz qalaraq güllələnmiş, əlində olan bütün sənədlər də müsadirə olunmuşdu. Buna görə də Dədə Qorqudun onçüncü boyunun mövcüd olmasıyla bağlı ortaya atdığı iddianı təsdiq etmək mümkün deyildi. Bəkir Çobanzadənin ilk dəfə bu məlumatı harda dərc etdirməsini filologiya elmləri üzrə fəlsəfə doktoru İsmixan Osmanlı aşkarlamışdır. İsmixan Osmanlının 2017ci ildə Milli Elmlər akademiyasının bir jurnalının ( Transactions of the national academy of science of Azerbaijan) ikinci sayında yazdığı “Kitabi dede Qorqud abidəsinin onüçüncü boyu olmuşdurmu?” adlı məqaləsində Bəkir Çobanzədinin bu tapıntısıyla bağlı ilk dəfə “Bakinskiy Raboçiy” qəzetinin 1936-ci ilin 4 avqustunda çap olunmuş sayında məlumat verildiyini yazır. Daha doğrusu bu haqda qəzetdə redaksiya yazısı getmişdir. Yuxarıda da dediyim kimi Bəkir Çobanzadənin repressiyaya məruz qalması, sənədlərinin müsadirə olunması onun hansı əlyazmanın əsasında bu qənaətə gəldiyini bilməyəcəciyik. Düzdü İsmixan Osmanlı məqaləsinin sonunda həmin qəzetdəki yazıya əsaslanaraq Bəkir Çobanzadənin tapdığı əlyazmanın əslində Əbdülqazi Bahadır xanın yazdığı “Şəcəreyi Tərakimə” yəni “Türklərin soy kitabı” olduğunu deyir və haqlı olaraq Bəkir Çobanzadənin səhvə yol verdiyi qənaətinə gəlir.
 Amma Metin Ekincinin tapdığı 3cü nüsxədə 13cü boyun olması, bu məsələnin yenidən araşdırmalı olduğunun göstəricisidir. Metin Ekici 3cü nüsxəni “Türküstan nüsxəsi” adlandırmağı qərara aldıqlarını söyləyib. Qazaxıstanın Manqışlaq bölgəsində türk mədəniyyətiylə əlaqəli araşdırma aparanda bu əlyazmanı onlara bir nəfər verib. Bu günə qədər bu əlyazmanın niyə ortaya çıxardılmaması da maraqlı məsələdir. Kitabi Dədə Qorqudun bu üçüncü nüsxəsinin tapılması təkcə türk dünyası üçün yox, bütün dünya üçün əlamətdar hadisədir. Ümid edirəm ki, həmin nüsxə yaxın zamanda latın qrafikası ilə nəşr olunar. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)