Rəşid Mustafazadə - Vətən çağırır
---
Rəşid Mustafazadə - Vətən çağırır
Ana vətən çağırır getməliyəm mən,
Bu yoldan döndərə bilməzsən məni.
Bu yol haqq yoludur, zəfər yoludur,
Gərəksə, bu yolda olmalıyam mən.
Xocavənd dağına yollanan zaman,
Nə boran tanıdıq, nə də ki tufan.
Topxana meşəsi, ölüm dərəsi,
Sanki yaxınlaşırdı, zəfərin səsi.
Atılan güllələr, atılan toplar,
Göy üzünü aldı qara buludlar.
Hər kəsin dilində bircə dua var,
Bizləri sən qoru, ey uca ALLAH!
Elə ki, verildi zəfər müjdəsi,
Hər yana yayıldı əsgərin səsi.
Bu vətən bizimdi, bizim olacaq,
Tarixi yaddaşa əsgər yazacaq.
(Veteran)
Mövzuya uyğun linklər:
