Edebiyyat.az » Qəndab Əliyeva - Son ümid

Qəndab Əliyeva - Son ümid

Qəndab Əliyeva - Son ümid
---
admin
Müəllif:
01:22, 17 oktyabr 2026
0
0
Qəndab Əliyeva - Son ümid



Son ümid,

Elpis,

Boyamayacaq səhərləri 

günahlardan təmizlənsin deyə

isti göz yaşlarına.

Son bu.

Alnından öpməyəcək

yuxulu adamların səsi

Divarlardan keçməyəcək

Ümidin bircə tikəsi.

Elpis,

Pandoranın ilahi gözəlliyinə

and verirəm Tərk et bizi və ümidlərimizi.

Gözlərindəki nifrət,

Dişlərindəki ac qurd ehtirası ilə

Boyadılar insanları.

Ölümə deyil,

ölümsüzlüyə susadılar.

Sonsuzsunuz dedilər.

Buyurun, Alın həqiqət payınızı.

Elpis,

Hazırla dar ağacını

Mükafat cəzaymış

Onsuz da.

Ctrl
Enter
Səohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)