Volterin fikirləri...
Ədəbi tənqid
Volterin fikirləri...
1779-cu ildə Volter İsveçrədən Parisə gedir. Şəhər zastavasında onu saxlayıb rüsum qoyulan malın olub - olmadığını soruşurlar. “Cənablar, mənim ekipajımda özümdən başqa heç bir qaçaqmal yoxdur”- deyə Volter cavab verir.
***
Hansısa bir müəllif yazdığı faciəni Volterə təqdim edib ona faciə barədə fikrini bildirməyi xahiş edir. Volter əlyazmanı oxuyub belə cavab verir: “Belə bir faciə yazmaq çətin deyil. Çətinlik, müəllifə nə cavab verilməsindədir”.
***
Qəribədir, amma fransızlar yazmağı öyrənəndən bəri, ta 1656-cı ilə qədər, yəni “Lettres provinciales” (Blez Paskalın əsəri) yaranana qədər bir dənə də fərli kitab ortaya çıxarmayıblar.
***
Russonun “İnsanlar arasında bərabərsizliyin mənşəyi haqqında mülahizə” traktaktı haqqında: sizin kitabınızı oxuyanda iki əli və iki ayağı üstdə qaçmaq həvəsinə düşürsən.
***
“Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın!
***
Ölüm ayağında olan Volterə şeytandan üz döndərməyi təklif edirlər. Volter deyir: “İndi yeni düşmənlər qazanmağın vaxtı deyil”.
***
Kasıblıq yox, nifrətdir dözülməz olan. Mən heç nəsiz yaşaya bilərəm, amma bunun kiminsə bilməsini istəmərəm.
***
Əgər İngiltərədə bir din olsaydı, o zaman onun zülmündən ehtiyat etmək lazım olardı. Əgər din iki olsaydı, o halda hər iki dinin nümayəndələri bir-birinin boğazını kəsərdi. Amma orada otuz din var və ona görə də onlar bərəkətli dünyada yaşayırlar.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ