Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva ŞvartsManın romanı haqqında yazır.

Könül Nuriyeva ŞvartsManın romanı haqqında yazır.

Könül Nuriyeva ŞvartsManın romanı haqqında yazır.
Ədəbi tənqid
admin
Müəllif:
21:10, 08 aprel 2021
1 306
0
Könül Nuriyeva Ş vartsManın romanı haqqında yazır.




 

Həqiqəşərabdadır…

 

"İnsan özü haqqında tanımadığı birinə niyə danışsın ki?!"

Bu fikri təzəcə çapdan çıxmış  “Məhəbbət üçün ürəkbulanma" kitabından oxumuşam. Kitab müəllifin oxucularla ikinci görüşüdür. 

əllif fikirləri qısa ifadə etmək bacarığı, intellektual qabiliyyəti ilə romanda addımbaşı diqqəti cəlb edir.

Bəzi cümlələr , istər- istəməz aqressiya yaradır. Çünki çox sərt yazılıb.

Birxətli, şaxəsiz  romandır. Amma məşübhəliyəm, düzü filoloq deyiləm, tənqidçilər onu roman hesab edəcəklərmi? Roman standartlarına cavab verirmi? Xüsüsi özəlliyi nədir?   İdeyası hansıdır? Ötürdüyü ismarıc varmı və bu olmalıdırmı? 

Ənənəvi roman qaydalarını mənim kimi, siz də görməyəcəksiniz. Xırda başlıqlara ayrılmış kitabın bir "dərdi" var; fikirləri qısa ifadə etmək və mentalitet qaydalarını yerlə bir etmək…

Kitabın maraqlı cəhəti isə onu  oxuduqca, davamlı oxumaq istəyinin olmasıdır. 

Romandakı  qadın obrazı az danışır. Hətta mənə elə gəlir ki, bütün kitab boyu o susur.  Onun sakit davranışını susmuş qadınların ümumi səsi kimi qəbul edirəm. Çünki Fiona əziyyət çəkir, hətta sevdiyi, sevildiyi günlərdə də.

Kişi obrazı isə bir cəhəti ilə önə çıxır: onun qəlbi yoxdur ! 

O özü ilə  təzada belə imkan vermir. İkiləşir, amma yenə də tək qalır. Məncə, o həyatın ciddi olmadığını anlayıb. Bu səbəbdən dərinə getməməyi, gülümsəməyi üstün tutur. O sevgidən sonrakı  ayrılıqların faciə olmadığını həm demək istəyir,həm də  istəmir. İncə bir nüansı vurğulayır ki, sevgilindən ayrılan kimi sosial, iqtisadi , mənəvi problemlər səni sıxıb - sıxışdıracaq. 

Kitabda valideynlərin münasibətinin uşaqlara təsiri, atasızlıq, antimentallıq,  evliliyə münasibət məsələləri də işıqlandırılıb.

"Çoxlu bədbəxt bəndələri olan xoşbəxt tanrı olmaq istəməzdim" - cümləsi ilə sizi və kitabı baş- başa qoyuram. Əminəm ki, oxuyub hələ haqqında düşünəcəyiniz, bir dəfə yox, bir neçə dəfə oxuyacağınız, bəzi yerlərində müəllifə  qarşı olduğunuz  üçün gərginləşəcəyiniz, etiraz etdiyiniz üçün özünüzdən çıxacağınız hallar da olacaq. Ədəbiyyat bu deyilmi?... 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)