NİGAR HAQVERDİ - U. FOLKNERİN TRİLOGİYASINDA (ÜÇLEMESİNDE) ZAMAN VE İNSAN KONSEPSİYASININ BƏDİİ-ESTETİK KONTRASTDA İFADƏSİ
Azərbaycan Dillər Universiteti hagverdi_nm@yahoo.com
Xülasə
Məqalədə XX əsr Amerikanın görkəmli yazıçısı U.Folknerin trilogiyasından və bu
trilogiyaya daxil olan romanlarda əsas bədii-estetik konsepsiya kimi zaman və insan
anlayışlarından bəhs edilir. Zaman, Folkner romanlarının başlıca bədii-estetik
xüsusiyyətlərindən biri olaraq qalır. U.Folknerə görə onun əsərlərindəki hadisələrin və
obrazların təkamülü və inkişafında məhz zaman və məkan anlayışları böyük rol oynayır.
Məqalədə, zaman məfhumu, həm də mürəkkəb üslubun yaranmasının əsas məqsədi kimi
çıxış edir və həmin anlayışın müəllifin yazdığı yalnız üçlüyə daxil olan romanlarının deyil,
eləcə də, əvvəlki əsərlərinin də xarakterik xüsusiyyətlərinin formalaşmasında funksional rol
oynadığı aşkar olur.
Məqalədə zaman anlayışı digər mühüm ədəbi-fəlsəfi konsepsiya olan insan anlayışıyla
əlaqəli şəkildə təhlil edilir. Məqalədə zaman və insan arasındakı ziddiyyət və bu iki
məfhumun insanlığa, bəşəriyyətə olan təsiri təhlil olunur.
Açar sözlər: Zaman, mif, xronotop, ekzistensial.
1. Giriş
Zaman anlayışı daim insan düşüncəsini təqib etmiş, ona müxtəlif fərqli perseptiv
yanaşmalar olmuşdur. Ancaq insanın bir daxilində, təfəkkür və yaddaşında onu təqib edən
zaman var, bir də insani doğuşdan bəri daim izləyən, yönəldən, onun həyatında qaçılmaz rolu
olan, ətrafımızı, sosial-ictimai dünyamızı əhatə edən gerçək xarici zaman. Məkan da dəyişir,
zaman da, maraqlıdır ki, hər iki amil insanın bir fərd kimi formalaşmasında, daxili və xarici
dünyasının qovuşuq, sintez halda daimi dəyişən proses kimi inkişafında müstəsna rol oynayır.
İstənilən incəsənət əsərini araşdırsaq bu faktor aydın şəkildə öz təsdiqini tapar. Elə uzun illərdən
bəri müxtəlif səs-küyə səbəb olmuş, ətrafında kifayət qədər həssas oxucu toplamış Folkner
yaradıcılığı da bu fikirləri təsdiq edən başlıca tədqiqat obyektidir. Zaman və insan anlayışları
bədii-fəlsəfi konsepsiya kimi XX əsr ədəbiyyat nümunələrininn eksperimental dəyişiklərlə
meydana çıxmasında əsas komponentler kimi çıxış etdiyindən və bu faktorun Folkner
yaradıcılığında öz kəskin təsirini göstərdiyindən tədqiq olunmaq üçün aktuallıq kəsb edir.
Məqalənin predmeti əsasən Uilyam Folkner trilogiyası timsalında keçən əsrin əvvəllərindəki
insan xarakterinin zamanın təsiri nəticəsində necə dəyişməsini və onun yaşam tərzinə təsirini
özündə ehtiva edən XX əsr Amerika ədəbiyyatıdır. Məqalənin məqsəd və vəzifəsi XX əsr
ədəbiyyatında formalaşmış modernist elementlərin təşəkkülü, realist və modernist baxışların,
təhkiyə üsullarının toqquşması və ədəbiyyatda təsiri və özünü büruzə verdiyi ifadə elementlərini
araşdırmaqdır. Məqalənin metodoloji əsasını isə, müqayisəli-tipoloji metod təşkil edir.
2. U.Faulknerin əsərlərində Zaman anlayışı bədii-estetik konsepsiya kimi
Əvvəlki məqalələrdə Folkner dunyasına baş vuraraq onun əsərlərini müəyyən qədər
analiz etdiyimizdən həmin məqalələrdəki fikirlərin davamı kimi bildirmək istəyirik ki, anadan
olduğu, boya-başa çatdığı, ömür sürdüyü, yaşa dolduğu məkan və zaman mühiti Folkner
obrazlarının xarakterinə və yaşam tərzinə, dünyaya, həyata, insanlara münasibətlərinə, dolayı
yolla isə Folkner dünyagörşünün formalaşmasına nəzərəçarpacaq dərəcədə təsir etmiş və onun
yaradıcılığının yetişməsinə və inkişafına münbit şərait yaratmışdır.
Çox da böyük olmayan cənub əyaləti, cənub torpağı həqiqətən də sənətkara kifayət qədər
imkan yaratdı ki, onun əsasında həyatı və insanı öyrənsin və onu narahat edən problemləri,
cənub insanının, amerikan insanının, amerikan cəmiyyətinin (əslində isə Folknerin toxunduğu,
aşkara çıxara bildiyi insanla bağlı bütün problemlər, xüsusilə zaman və insan faktoru kiçik bir
cənubi amerikan əyalətinin insanına, amerikalıya aid deyil, butun insanlara aid olaraq bəşəri
məna, bəşəri xarakter kəsb edir, ümimilikdə bütünlüklə insan amilini ortaya qoyur. Məhz insan
amilinə bu cür yanaşma da sənətkarın böyüklüyünə dəlalət edir, belə ki, ustad sənətkar bir nəsil
şəcərəsindən çıxış etməklə əsərlərində toxunduğu problemlərdən dünyaya boylana bilib, dünya
insanına, bəşəriyyətə səslənə bilib) mənəvi deqradasiyasını, bədii-fəlsəfi yolla təsvir etsin.
Burada Folkner əsərlərinin daimi sakinləri olan Snoupslar ailəsinin nümayəndələrini, xüsusilə
Bayardın sujet boyu həyatına laqeyd münasibəti, məqsədsiz hərəkətləri, Kompsonları,
Satpenləri, Stivensləri, Benbouları, əyalət prokuroru Stivens və digər ağ və qaradərili
nümayəndələrin həyat və yaşam tərzini, qarşılaşdıqları münasibətləri misal göstərmək olar.
Çıxışlarının birində Folkner özü qeyd edir ki, “...Mən öz məxsusi kosmosumu yaratdım...
Mən özümün yaratdığım dünyaya kainatın təməl daşı, güşə daşı kimi baxmaqla nəzər salıram,
əgər o daş götürlsə, tərpədilsə kainat dağılaraq məhv olar,” (Костяков, 1969, s. 9). Müəllifin bu
dərin mənalı sözləri,onun yaratdığı öz uydurma dünyasıyla–məkanıyla, daxili zamanının real
xarici zamanla qarşılıqlı təması, təzahürü, toqquşması, çarpazlaşması, kontrast şəkildə ekzistensial inkişafının göstəricisidir. Con Qovard Louson qeyd edirdi ki, “sosial gerçəkliyi
zərif və kəskin və eyni zamanda parçalanmış, ziddiyyətli halda qavrayış” (Костяков, 1969, s.
9). Folknerə məxsus xüsusiyyətdir. Folknerin bu sayaq dünyanıdərk tərzi onun yaradıcılığı boyu
demək olar bütün əsərlərində qabarıq tərzdə əks olunur: üslub özünəməxsusluğu kimi xeyli
müəmma dolu, eyhamla danışmaq, üstüörtülü danışmaq və natamam nəqletmə, romanlarının
mürəkkəb, həmçinin dolaşıq, qarışıq kompozisiyası, eyni vaxtda həm komplekslilik, həm də
adilik. Bu da U.Folknerin daxili şüuraltı dünyasının təlqin etdiyi, dünya- insan qavrayışının
zamana münasibəti, ondakı mövcud zaman qarşıdurması, ziddiyyəti və zamanla bağlı qeyri
standart fikir və düşüncələrindən irəli gələn amildir. Məhz keçmiş və indinin qarşılıqlı təması,
eyni vaxtda eqzistanlığı, toqquşması və ziddiyyəti, lakin həm də bir-birinə ayrılmaz bağlılığı
səbəbindəndir ki, Folkner personajlarını oxucu qavrayışı üçün olduqca əziyyətli edir, asan başa
gəlməyən xronoloji ardıcıllığı qavramasına mane olur və bu baxımdandır ki, həm real gerçək
zaman, həm də personajların daim alt şüurunda yaşayan və oxucunu çıxılmaz labirintə salan
daxili, mənəvi zamanın Folkner yanaşmasında özünəməxsus təzahürünü tapır.
Folkner əsərlərində reallıqla irreallıq tam bir vəhdət təşkil edir, özü də bu mifik təhkiyə
elementi həm yazıçı təxəyyülü olan, əslində isə, Folknerin adət-ənənələrinə yaxşı bələd olduğu,
böyüyüb boya-başa çatdığı Cənub əyalətindən bəhs edən, lakin uydurma bir adla, Yoknapatafa
kimi təqdim etdiyi məkan və orada baş verən hadisələrin, həm də əsərdəki mövcud personajların
təzahüründə açıq-aşkar biruzə olunur.
20-ci ərsrin mifi keçmişlə indinin, fantaziya və reallığın, subyektiv və obyektiv
yanaşmanın təmasından təzahür edən heç bir məhdudiyyət tanımayan və hadisələrə irrasioanl və
rasional yanaşma kimi ortaya çıxır. Yeni mifik yanaşma arxaik xalq icması sərhəddində,
çərçivəsində deyil, personajın cəmiyyətdən kənar, ondan ayrılma situasiyasında və çarəsizlikdə,
özünəqapanmş və özünəqapılmış tənhalığında, öz dəruni heç nədən asılı olmayan müstəqil
daxili dünyasında əxz olunur. Elə buradan da, mifologizmin psixologizmlə, daxili monoloqla,
ədəbiyyatda “şüur axını”yla vəhdəti ortaya çıxır. Bütün bu sadalanan mifik təhkiyə üsulları
Folkner yaradıcılığının əsas cəhətlərindəndir və yazıçının yaratdığı xarakterlərin əsas
xüsusiyyətlərini təşkil edir.
Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş əsərində müəllif haqlı olaraq
vurğulayır ki, “..........mif haqda nostalji, əslində, tarixə, deməli, zamana qarşı qiyamdır”
(Abdulla, 2017, s. 224).
Bu fikri əsərlərindən axıb gələn Folkner düşüncə ənənəsinə də aid etmək doğru olardı.
Belə ki, Bayardın, Benjinin, Kventinin, Miss Jenninin, eləcə də, Snoupsların, Kompsonların
cəmiyyətdəki davranış xüsusiyyətlərinin, mövcud xarakterlərinin yaranma səbəbi də yuxarıda
sadalanan mühüm amillərdən irəli gəldiyi müəyyən olur.
Buradan da, belə bir qənaətə gəlinir ki, doğrudan da, mif özlüyündə həm də, XX əsrdə
yaranmış müasir ədəbi əsərlərdə artıq öz əksini tapmış keçmişlə indinin ayrılmaz sintezi kimi
eqzistliyini təsdiq edən xronotop kimi çıxış edir.
Zaman ta başlanğıcdan dünyanı idarə edir, amma zaman həm də, Folknerin həyat verdiyi
süjetlərindəki personajlarının ortaya çıxan xüsusiyyətlərinə görə insanın daxili dünyasını,
fikrini, düşüncəsini, başqa sözlə taleyini idarə edir desək, heç də yanılmarıq. Bu baxımdan,
insanın daxilindəki zamanla onu xaricdən əhatə etmiş zaman arasında həm bir vəhdət, eyni
zamanda da, həm də köklü, tam əsaslı, təlatümlü bir fərq mövcuddur, başqa sözlə, bunlar ayrı-
ayrı faktorlardır. Zamanın insanın bir fərd kimi hansı istiqamətdə inkişaf etməsində rolu və
təsiri böyük və danılmazdır. Zaman həm dəyişir, həm də dəyişdirir. Özü də dəyişir, özündə
mövcud olan hər şeyi də dəyişdirir, istər mənəvi, istər də fiziki. Və bu axından çıxmaq,
ayrılmaq, qaçmaq, can qurtarmaq və ya imtina etmək heç vaxt mümkn olmamışdır və
olmayacaq da. Sadalanan danılmaz amillərə aid Bayardın, Benjinin, Kventinin, Stivensin,
Snoupsların və digər personajların psixoloji və mənəvi durumunu, zamanın açıq-aşkar onların
taleyində buraxdığı izlər, yaratdığı dəyişikliklər, onlara vurduğu zərbələr, dərin daxili –mənəvi
böhran və təsirləri aydın görmək mümkündür. Bu personajlar arasında Folkner trilogiyasına
daxil olan “Malikanə”, “Kənd” və “Şəhər” romanlarının əsas qəhrəmanı Flem Snoups müasir
Amerika cəmiyyətinin yetirdiyi tipik qəhrəmanı kimi təcəssüm olunur.
Xaraktercə digər qəhrəmanlardan tamamilə fərqlənən Snoupslar daha çox müasir
Amerikanın timsalı olan tipajlardır. Flem əyalətdə yad, vəhşi və prinsipsiz Snoupslar arasında
qıddarlığı, hərisliyi, mənəviyyatsızlığı, nakişiliyi, öz qadınına münasibətdə laqeydliyi, ona sahib
çıxmaması, özünə sərf etdiyi üçün əməllərinə nəinki göz yumması, hətta şərait yaratması, işində
irəli getmək üçün mahiranə maxinasiyalara əl atması və bu kimi hərəkətləri onun xarakterini
açmağa kömək edir. Flem Snoupsun bu kimi qeyr-insani hərəkətləri “Şəhər” romanında da
davam edir. O, nəinki ətrafındakı insanlardan, eləcə də, ailəsindəki insanlardan da yaralanmağa,
mənfəət eldə etməyə çalışır. Bunun nəticəsindədir ki, o, Sartorislərə mənsub bankın prezidenti
olmağa nail olur. Bu hadisələr fonunda onun məkrli və ikiüzlü obrazı ortaya çıxır. Folknerin
ustalığı sayəsində oxucunun gözləri önündə tam bir mənəviyyatsız, cəmiyyətin əclaf
adlandırdığı bir tipaj vardır. Trilogiyanın digər “Malikanə” romanında isə Flem öldürülsə də, bu
əsərdə öz vəhşi, mənəviyyatdan kənar xarakterləri ilə seçilən Snoupsalrın digər üzvlərinin, hətta
bir neçə nəsillərinin qəddar, insanlıqdan kənar hərəkətləri davam edir. Ssadalanan bütün bu
faktorlar mövcud burjuaziya cəmiyyətinin diktəsi nəticəsində Snoupslar kimilərinin
sürükləndiyi və bu cəmiyyətin tələyə saldığı “insanlar”dır. Əsərlərini əhatə edən bütün
proseslərin diktəsindən aşkar aydın olur ki, bir müəllif kimi ustad sənətkarı insan-cəmiyyət,
insan-dünya münasibətləri, insanın cəmiyyətlə qarşılıqlı əlaqəsi ciddi narahat edirdi.Yarımçıq
insan, mənəvi dünyası olmayan, qeyri-şüuri yaşayan, ləyaqət tanımayan, zəhmətlə yaşamayan
adam həmişə cəmiyyətin qurbanına çevrilir, özünü və həyatını cəmiyyətə və zamana uduzur,
insna kimi həyatda, ona müvəqqəti verilmiş zamanda özünü təsdiq edə bilmir, bu imkanı itirmiş
olur.
Zaman insanı tanıyır, insan da zamanı. İnsan zamana məxsusdur, ancaq zaman insana ya
qismən məxsusdur, ya da yox. Zaman anlayışı olduqca geniş məfhum olaraq qalır, bu sual
dəfələrlə izah olunsa da, həmişə açıq olaraq qalır, aktuallığını və dəyərini, insan həyatında
rolunu heç zaman itirmir. Zamanın mövcudluğu onun da özünəməxsus tərzdə var olması,
yaşaması deməkdir, bu baxımdan zaman–həyat anlamı, məfhumu bərabərlik, bir-birini
tamamlayan mövcudat kimi, eqzistensial amil kimi ortaya çıxır, belə ki, zaman-elə həyat, başqa
sözlə mövcudat-ekzistlik, həyat isə elə zaman, bəlkə də, müvəqqəti ekzistanlıq deməkdir, iki
fərqli ad, anlayış olsalar da, iki eyni mövcud gerçəklik, reallıqdır.
Zamanda məhdudiyyət, limit yoxdur, onun heç başlanğıc və sonu da yoxdur əslində,
çünki zaman var olan lakin daim dəyişməkdə olan gözəgörünməz prosesdir, xüsusilə şüurda
mövcud olan zaman heç bir sərhəd, sədd tanımır, bu sədd olsa-olsa yalnız insanın (Bayardda,
Benjamində, Kventində, Snoupslarda, dolayısı ilə bu obrazların sahibi kimi Folknerdə olduğu
kimi) yaddaşının başlanğıc nöqtəsindən son qavrama nöqtəsinə qədər olan məsafə ola bilər.
Qeyd etmək yerinə düşər ki, Folkner əsərlərinin xronologiyası ilə onun personajlarının həyatını
və şüurunu zəbt etmiş daxili zamanla bir six əlaqəsi vardır. Müəllifin bacarıqla yaradaraq ərsəyə
gətirdiyi və oxucuya təqdim etdiyi insanların dünyaduyumunda, şüurunda baş verən proseslərə
görə insan üçün zamanın ən unudulamaz mərhələsi olan keçmiş, olub bitmiş demək deyil,
tükənmiş zaman və dolayısıyla tükənmiş, qurtarmış insan yoxdur, keçmiş insanı heç zaman tərk
etmədiyi üçün, həmişə onun şüurunda ilişib qalaraq yaşadığı üçün o, daim mövcuddur və real
olaraq sona qədər insanla qalır, eləcə də insan öz daxilində onu əbədi olaraq, son
dayanacağınadək yaşadır. Folkner əsərlərindəki sujetlərdə və bu sujetləri boyu izlədiyimiz
surətlərin həyatında olduğu kimi nəsil ya şəcərə amili, zamandan axıb gələn nəsnələrin daim
ailənin mövcüd olmasında əsas rol oynaması, nəsildən-nəslə ötürülməsində rolu, və sairə amillər
buna ən yaxşı misaldır.
Zaman konsepsiyasına fərqli yanaşmanın ən gözəl nümunəsi kimi Folkner dünyasını,
onun zamana xüsusi yanaşmasını və özəl münasibətini və bunun praktik nəticəsi kimi əsərlərini
nümunə göstərmək olar. Folknerin nəinki məhz trilogiyasında, eləcə də bütün əsərlərndə-roman,
povest və hekayələrində xronotop məfhumu qirmizi xəttlə keçir və əminliklə qeyd etmək olar ki,
“zaman” anlayışı Folkner dünyası ilə birgə onun əsərlərinin bütün obraz və personajlarının,
eləcə də, süjet xəttinin doğulmasında və real ya irreal eqzistliyi prosesində mühüm əhəmiyyət
daşıyır. Konkret olaraq sənətkarın yaradıcılığında xüsusi mərhələ olan trilogiyanın – “Şəhər”,
“Kənd” və “Malikanə” romanlarının artıq yuxarıda toxunduğumuz, aydınlıq gətirməyə
çalışdığımız bəzi məqamları, üçlükdə olan obraszların qarşılaşdığı hadisələri, real situasiyaların
yaratdığı gərginlikləri, insan-cəmiyyət münasibətlərinin ortaya çıxardığı eybəcər, xoşagəlməz
məqamları yuxarida söylənilən fikirlərə misal göstərmək olar.
3. U.Faulknerin trilogiyasında Zaman və İnsan anlayışı bədii-estetik kontrastda
Zamanı idarə etmək olmaz, ancaq zaman bizi idarə etmək iqtidarında olaraq qalır, onun
təsirindən hələ heç kim yaxasını qurtara bilməyib, bu baxımdan zaman özünəməxsus
harmoniyaya malik olan axın olaraq qalmaqdadır, nə qədər dəyişkən xassəyə malik olsa da...və
elə bu axın da, Folknerə görə, insanı (Bayardın, Kvintenin,Stivensin, Flemlərin, Snoupsların və
digər obrazların timsalında) istəsə də, istəməsə də, öz ağuşuna alaraq onun tanımadığı,
bilmədiyi, anlamadığı, ya anlayamacağı sonsuzluğa aparır.
İnsanın zamana təslim olmayacağına, hətta ona qalib gələcəyinə inamı Folknerin nəinki
tək əsərlərindəki xarakterik situasiyalardan, dəyişkən obrazların anbaan diktəsindən, həm də
bunun daha qabarıq şəkildə Folknerin əsərlərindən də çox məhşur olan Nobel mükafatı aldığı
zamanı etdiyi məlum insana, insanlığa olan dəyərli, humanist, möhtəşəm, dərin məna dolu
nitqində aydın sezilir, “...Çağımızın faciəsi uzun müddətdir mübtəla olduğumuz və öyrəşdiyimiz
ümumi heyvani qorxudur. İnsanın sora biləcəyi ruhi suallarından yalnız biri qalıb: bizi nə vaxt
məhv edəcəklər?... Our tragedy today is a general and universal physical fear, so long sustained
by now that we can even bear it. There are no longer problems of the spirit. There is only one
question: When will I be blown up?... Mən insanlığın sonunu qəbul etməkdən imtina edirəm.
Təkcə sağ qaldığı üçün insanın əbədi olduğunu; qırmızı, ölüm ayağında olan son axşam,
sonuncu, gərəksiz istehkamdan ölümün son təbilinin göylərə ucaldığı, daha bir səsin onun zəif,
bitib-tükənmək bilməyən səsinin eşidiləcəyini demək çox asandır. Mən bunu qəbul etməkdən
imtina edirəm. İnanıram ki, insan yalnız sağ qalmayacaq, həm də qələbə çalacaq. İnsan
ölümsüzdür, ona görə yox ki, bitib-tükənməz səsə sahib olan yeganə məxluq odur, ona görə ki,
onun fədakarlığa, mərhəmətə və dözümə qadir ruhu var.” ... “I decline to accept the end of man.
It is easy enough to say that man is immortal simply because he will still endure: that when the
last ding-dong of doom has clanged and faded from the last worthless rock hanging tideless in
the last red and dying evening, that even then there will still be one more sound: that of his puny
inexhaustible voice, still talking” (s. 632-633). Bu sözlər adi sözlər deyil, əslində böyük Folkner
ruhunun, təfəkkürünün insan anlayışına olan təqdirəlayiq bəşəri baxışı, xarakteri, bədii-estetik,
mənəvi-psixoloji duyumu, qiymətidir.
Folkner epopeyası, onun Yoknapatafa saqası demək olar ki, yarım əsri əhatə edən zaman
kəsiyində mövcud olan Cənub əyalətidir. Amma burda baş verən proseslərin gedişatında nə bir
sistemlilik, nə də bir ardıcıllıq müşahidə etmək mümkün deyil. Aydın olur ki, cənub həyat
tərzinin inkişaf prosesi, evolyusiyası Folknerə bir müəllif kimi çox da maraqlı olmamışdır.
Onun yaratdıqları- istər hadisələrin inkişaf xətti, süjeti, əgər buna sujet demək olarsa, istərsə də,
obrazların yaşadıqları taleləri canlı hadisələrdən çox freskaları xatırladır. İnsanların yaşam
anlarını, məqamlarını fərqli eksperimental üslubda təsvir edən yazıçı sanki ayrı-ayrı
fraqmentlər, təsvirlərdən ibarət lövhə yaratmışdır. Maraqlıdır ki, bəzən bu lövhələr arasında
əlaqə, bəzən isə tamamilə əlaqənin olmamasının şahidi oluruq. Ancaq hətta bu lövhələr arasında
hansısa əlaqə, uzlaşma görünürsə belə, bu heç bir adi gündəlik, xronoloji əlaqə deyil. Folknerin
istər hekayələrinin, istərsə də, romanlarının iştirakçısı olan personajlarının cavanlıq, yaşlılıq və
qocalıq dövrlərini əhatə edən əsərləri bir-birinin ardınca yaranmayib, bir-birini izləmir,
baxmayaraq ki, eyniadlı xarakterlərin tez-tez bir neçə əsərlərində müşahidə edirik, onlar heç
hansısa bir ardıcıllıqla ya nizamla da ard-arda oxunuş üçün nəzərdə tutulmayıb. Buna görə də,
əsərlərdə hansısa bir xronologiyanı izləmək olduqca mürəkkəblik, çətinlik və müşküllük
yaradır. Bu da özünəməxsus tərzdə mifik illuziya doğurur, hər şeyin eyni zamanda baş verməsi
illuziyası. Başqa sözlə, bəlkə də, Folkner üçün vaxtın gedişatından çox, zaman arasındakı əlaqə,
insanı daim izləyən keçmişlə indinin vəhdəti daha çox vacib idi və demək olar ki, o, zamana
münasibətdə, öz yanaşmasında, zamanın mifik təzahüründə heç yanılmırdı da. Folknerə görə,
həyat, nə qədər ki, bu əlaqə qırılmayıb, ümid yaradaraq, bəli, məhz ümid, öz axarında davam
edir.
Nəticə
Zaman estetik fikrin aktual problemi kimi Folkner əsərlərində əxz etdiyi funksional
roluna görə yazıçının əsərlərinin mərkəzi xətti kimi çıxış edir. Xronotop bu əsərlərdə insana
münasibət amilinə görə əsas səbəb kimi təzahür etdiyindən cansız məfhum deyil.
Xronotop bir bədii-estetik element kimi keçən əsrin əvvəllərinədək ərsəyə gəlmiş bədii
sənət əsərlərndən fərqli olan o dövr üçün tam yeni formada təzahür edir, bu dövrdə xronotop
münasibətləri artıq insanın canlı bir hissəsinə çevrildiyi ortaya çıxır. Nəticədə insan zaman və
məkan amilindən, əhatəsindən, eləcə də, zaman və məkan insandan kənarda təsəvvür
ediləməyəcək prinsip kimi mühüm əhəmiyyət daşıyır.
Ədəbiyyat
Abdulla, K. (2017). “Kitabi-Dədə Qorqud” poetikasına giriş. “RS Poliqraf”. Bakı.
Glencoe. American Literature. (2000.) Midcentury Voices. 1930-1960. William Faulkner. A
Rose for Emily. The Time and Place. 802-815. by McGraw-HillCompany.
Highlights of American Literature. (1988). Based upon a core manuscript by Dr. Carl Bode,
University of Maryland. Modern Voices in Prose and Poetry. Chapter XXIX, William
Faulkner. 207-213.
Landor, M. (1976). XX century American Literature. A Soviet View. Faulkner’s Сreative
Method in The Making. Progress Publishers Moscow. 306-330.
Literature in America. The Modern Age. (1971). Edited by Charles Kaplan.The Sense of the
Past. William Faulkner “Red Leaves”. 3-23, “Nobel Prize Award Speech”. 632-633. The
Free Press, New York.
Stories of the Modern South. (1977, 1981, 1986). Itroduction, xi-xxvi. William Faulkner.
Pantaloon in Black. Penguin Books. 114-133, 522.
The Penguin Collected Stories of William Faulkner. (1985). Penguin Books.
Бахтин, М. (1975). Вопросы Литературы и Эстетики. Формы Времени и Хронотопа в
Романе. Очерки по исторической поэтике. «Художественная литература». 234-407.
Бергсон, А. (1992) Собрание сочинений. Том первый. Материя и память. «Московский
Клуб». 160-301.
Затонский, Д. (1979). В Hаше Время. Книга о зарубежных литературах XX века. Уильям
Фолкнер- Новеллист. Издательство «Советский писаткель». 283-303.
Костяков, В. (1969). Трилогия У.Фолкнера. Издательство Саратовского университета. 3-
101
Литературный Энциклопедический Словарь (1987). Издательство «Советская
Энциклопедия». 225-226.
ПостМодернизм. Энциклопедия. (2001). Издательство «Интерпрессервис». Книжный
Дом. 136-143, 333-336, 478-479,553, 566-569, 936.
Ритм пространство и время в литературе и искусстве. (1974). Издательство «Наука»
Ленинградское отделение. 186-200.
Савуренок, А.К. (1979). Романы У.Фолкнера 1920-1930-х годов. Издательство
Ленинградского университета. 3-139.
Уильям, Ф. (1985). Собрание сочинений. Том первый. Сарторис. Шум и ярость.
«Художественная литература». 5-590.
Уильям, Ф. (1985). Статьи, Речи, Интервью, Писма. «Радуга». 436-449.
Уильям, Ф. (1987). Собрание сочинений. Том четвертый. Поселок. Город.
«Художественная литература». 7-684.
Уильям, Ф. (1987). Собрание сочинений.Том пятый. Особняк. «Художественная
литература». 7-390, 634-647.
https://www.turkedebiyati.org/william-faulkner/
https://www.turkyurdu.com.tr/yazar-yazi.php?id=1599
https://kulturevreni.com/wp-content/uploads/2020/05/Kultur-Evreni-4.pdf 85-90
https://kayzen.az/blog/yazar/16850/yaz%C4%B1%C3%A7%C4%B1lar%C4%B1n-nobel
nitqi.html http://www.enotes.com/topics/william-faulkner/critical-essays
http://www.themodernnovel.org/americas/other-americas/usa/faulkner/mansion/
Extended Abstract
The concept of time has always followed human thoughts in literature, art and
philosophy. There have been different perceptual approaches to it for a long time. However,
there is a time inside a person that haunts him in his mind and memory throughout his life, and a
real external time that constantly follows and directs him from birth, that plays an inevitable
role in his life, and in social world. Space and time change, and both factors play an exceptional
role in the formation of man as an individual, in the development of his inner and outer worlds
as a constantly changing process in a state of fusion and synthesis. Faulkner's writing style,
which has caused a great deal of controversy over the years is also the main object of research
that confirms these ideas. The concepts of time and man are relevant for research because they
act as a key component in the emergence of twentieth-century literature as an artistic and
philosophical concept with experimental changes, and this factor has had a profound effect on
Faulkner's works. The subject of the article is the twentieth-century American literature, which
describes how the character of man at the beginning of the last century changed over time and
its impact on lifestyle, based on the trilogy of William Faulkner. The purpose and task of the
article is to study the formation of modernist elements in the literature of the twentieth century,
the clash of realist and modernist views, methods of interpretation, and the influence of the
elements of expression in literature. The comparative-typological method is the methodological
basis of the article.
Faulkner's different worldview is vividly appeared in his style which is characterized by a
lot of ambiguity, hint, covert and incomplete, complicated, intricate narration, as well as
complex, mixed composition, complexity and simplicity in parallel. It is inspired by Faulkner's
inner subconscious world, the world-human perception against time, the existing time
confrontation, contradictions and non-standard thoughts realted time. It is because of the
interconnectedness of the past and the present, and at the same time their exclusivity, collision,
and contradiction, but also their inseparable connection, that makes Faulkner’s characters and
plot very difficult for the reader to perceive. Depicting of existing real time, as well as the inner,
spiritual time that lives in the subconscious of the Faulkner's characters confuses the reader.
Reality and unreality are inextricably linked in Faulkner's works, and this element of
mythic narration reveals itself as Yoknapatafa, as a writer's imagination, but in fact, it is the
Southern province in which Faulkner grew up and well acquainted with it.The myth of the 20th
century emerges as an irrational and rational approach to events, recognizing no limits,
manifested in the contact of the past with the present, fantasy and reality, a subjective and
objective approach. The new mythical approach is embraced not within the boundaries of the
archaic people's community, but in the character's isolation from society, hopelessness, in his
isolated and self-absorbed mood and in his closed and self-contained loneliness, in his
independent inner world. Hence the unity of mythology with psychologism, internal
monologue, and the "stream of consciousness" in literature appears. All these mythical methods
of narration are one of the main features of Faulkner's works and are the main features of the
characters created by the writer.
Not only for the trilogy, but also from the author's other novels, it is concluded that the
myth itself acts as a chronotope, confirming its existence as an inseparable synthesis of the past
and the present, reflected in modern literary works of the twentieth century.
Faulkner's epic, the saga of Yoknapatafa is a southern province that has existed for almost
half a century. But in the processes taking place here, it is impossible to observe any system or
sequence. It is clear that the evolution of the southern way of life was not very interesting to
Faulkner as an author. His creations - whether the course of events, the plot, if it can be called a
subject, or the fate of the characters - are more reminiscent of frescoes than living events.
Describing the processes and moments of people's lives in a different experimental style, the
writer created a board consisting of separate fragments and images. Interestingly, sometimes we
see a connection between these boards, and sometimes a complete lack of connection. But even
if there is a connection between these boards, it is not an ordinary diary, a chronological
connection. Faulkner's characters, both in his stories and in his novels, covering the periods of
youth, old age, and advanced years, do not follow one another, although we often see the same
characters in several works, they are not intended for sequence, consecutive or any particular
order reading. Therefore, following a chronology in the works creates a lot of complexity and
hardness. This creates a mythical illusion, the illusion that everything happens at the same time.
In other words, perhaps for Faulkner, the connection between time, the unity of the past and the
present, which constantly traces man, was more important than the passage of time, and he was
almost infallible in his attitude to time, in his approach, in the mythical manifestation of time.
According to Faulkner, life goes on as long as this connection is not broken, creating hope, and
yes, it is hope.
Time as the actual problem of aesthetic thought is the central problem of pFaulkner's
work due to its functional role in his works. The chronotope is not an inanimate concept, as it is
the main reason for the attitude to man in these works.
The chronotope, as an artistic and aesthetic element, manifests itself in a completely new
form for that period, which is different from the works of art created before the beginning of the
last century, during which chronotope relations become a living part of man. As a result, man is
important as a principle unimaginable beyond time and space, as well as time and space
unimaginable beyond man.
BUGU Dil ve Eğitim Dergisi, 2(2), 2021, 208-216, TÜRKİYE