Edebiyyat.az » Ədəbi tənqid » Maral Yaqubova - Bədii ədəbiyyatda məkan anlayışı (interdisiplinar yanaşma)

Maral Yaqubova - Bədii ədəbiyyatda məkan anlayışı (interdisiplinar yanaşma)

Maral Yaqubova - Bədii ədəbiyyatda məkan anlayışı (interdisiplinar yanaşma)
Ədəbi tənqid
nemət
Müəllif:
17:35, 11 noyabr 2019
3 933
0
Maral Yaqubova - Bədii ədəbiyyatda məkan anlayışı (interdisiplinar yanaşma)
 



  Bədii mətnin estetikliyini, özünəməxsusluğunu təmin edən, onu başqa təhkiyə tiplərindən fərqləndirən məzmunu, nədən bəhs etməsi deyil, həmin məzmunun, mahiyyətin təqdimat şəklidir. İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn tədqiqi nöqteyi-nəzərdən özünə ikili yanaşmanı labüd edir: birincisi, əsərin “nə”dən bəhs etməsi, ikincisi həmin “nə”nin necə təqdim olunması ilə bağlıdır. Eyni bir mövzu – insan - həm elmin, həm fəlsəfənin həm də ədəbiyyatın mövzusudur. Elm və fəlsəfədə ağıl və məntiq normaları, qanunauyğunluqları ilə çərçivələnən insan mövzusu ədəbiyyatın təxəyyül sərhədsizliyində kəskin dərəcədə fərqli məzmun qazana bilir. Elm və fəlsəfə öz mövzusunu təqdim edərkən, öz mətn təhkiyəsini qurarkən obyektiv olmağa, gerçəkliklə əlaqəni itirməməyə səy göstərir, eyni zamanda mövzuya şərhedici, izahedici, öyrədici yanaşma nümayiş etdirir. Tarixin dialektik inkişafında bəşəriyyət yaşadığı dünya haqqında bilik və görüşlərini Ptolemeyin dünya mərkəzli görüşündən, Qaliley və Kopernikim günəş mərkəzli astrofiziki dünya baxış sisteminə gətirə bilmişdir. Kosmoloji dünyagörüşü dəyişən insanın dünyayabaxış və onu dərk sistemləri də dəyişmiş olur. Maaarifçiliyin elmə böyük inamı, 19-cu əsr dünya realizmində Nyuton fizikasının izləri, harada, nə vaxt və nə zaman kimi suallara veriləcək cavabları da dəqiqləşdirmişdir. Bədii mətn müəllifi də öz mətnində hadisələrin gedişini 2 zamanın bu ardıcıllıq prinsipini pozmadan, dünən-bugün-sabah zəncirində təqdim edirdi. Istənilən məkan en, uzunluq, hündürlük ölçülərinin bütövlüyündə təsvir olunurdu. Realist romanda müəlllifin həyat və təbiət hadisələrinə güzgü tutaraq yazma prinsipi, XX əsrin əvvəllərində yeni elmi kəşflərin, xüsusilə Nyuton fizikasının əsas prinsip və meyarlarını şübhə altına alan Eynşteynin nisbilik nəzəriyyəsinin ortaya çıxması ilə tədricən itməyə başlayır. Z.Freyd və K.Yunqun fərdi və kütləvi şüur altını hədəf göstərən psixoloji nəzəriyyələri ilə insanın özünə münasibəti tamamilə dəyişmiş olur. Artıq insan real və irreal dünya arasındakı sərhədləri müəyyənləşdirmək və onların bir-birinə keçidini məhdudlaşdırmaq kimi bir funksiya ilə yüklənmək istəmir. Keşmiş əsrlərin Tanrıya mərkəzləşmiş dünyaduyumu “Tanrının ölümünün” elan olunması ilə əvəzlənir. Dəyişən və birbirini əvəzləyən elmi-nəzəri, fəlsəfi konsepsiyalarla paralel şəkildə bədii təxəyyüldə eyni proses gedir. Mətnin sadə, anlaşılan, səbəb-nəticə əlaqəli strukturu çoxqatlı, öz metaforik mürəkkəblliliyi ilə seçilən, işarələrin kombinasiyasında hörülən mətn strukturları ilə əvəz olunmağa başlanır. Sənətin bu dəyişimə reaksiyası əvvəlcə çox sərt şəkildə baş verir. Sənət öz estetik sələfindən imtina edir. Öz bütövlüyünü və vəhdətini, özünə inamı itirmiş, parçalanmış dünya indi ədəbiyyatın mövzusuna çevrilir. Bu parçaları, hissələri birləşdirməyin yeganə yolu montaj-kollaj, bir qədər sonra pastiş kimi bədii textonik vasitələrə müraciətdən ibarətdir. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim insanlar məkanı daha çox mücərrədliklə əlaqələndirmişlər. Məkanın ayrı-ayrı bölgələr üzrə əlamətlərinin ibtidai şüurda həllində əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, maddi ünsürlərin çatışmazlığı deyil, kənar mücərrəd, qeyri-real qüvvələrin mövcudluğu, təsiri götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü. Məkanı maddi predmetlərdən asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən 3 baxış fizikada subsansional konsepsiya adlanır. Bu konsepsiya sistematik olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona görə, məkan – zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir. Bu konsepsiyanın əksinə olaraq Leybnits məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq, müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı xüsusi tip münasibətlərdə görür. Bu konsepsiya öz başlanğıcını Aristotelin məkan və zaman təlimindən götürür. Baxtinin «Xronotoplar nəzəriyyəsi»ndə zamanla məkan vəhdətdə götürülür [3,10]. İlk dəfə Eynşteynin işlətdiyi termini (yunan mənşəli sözünün hərfi mənası «zaman-məkan» deməkdir) bədii yaradıcılığa tətbiq edən M.M.Baxtin zamanla məkan arasındakı qarşılıqlı əlaqənin fikrin obrazlı əksində oynadığı rolu göstərmişdir. Onun təlimində zamanın məkandan ayrılmazlığı bədii mətnlərin şərti-məzmun kateqoriyası hesab edilir. Fizikanın, riyaziyyatın, fəlsəfənin, psixologiyanın, gerçəklik adlandırdığı qavrayış bədii mətndə ifadəsini tapa bilmir, ən azından ən kəskin realist şərtlərdə belə zaman və məkan koordinatlarını itirir. Real məkan gerçəklikdə mövcud olan obyekt və proseslərin yanaşı və növbəli düzümünü xarakterizə edirsə, konseptual məkan anlayışı özündə məkanın idealizə olunmuş hadisələrin sıralanmasına xidmət edən, bir qədər mücərrəd xronoqeometrik modelini ifadə edir. Bu faktiki olaraq real məkan və zamanın bütün insanlar üçün eyni məna daşıyan anlayışlarla – konseptlərlə əks olunmasıdır. Perseptual (lat. Perceptio – obyektiv gerçəkliyin hiss orqanları vasitəsilə birbaşa inikası və qavranılması) zaman və məkan anlayışına gəlincə, ... bu subyektin insani duyğularının və digər psixi fəaliyyətlərinin bir yerdə və növbəli mövcudluğunu şərtləndirir.. Eyni zamanda real fiziki məkan və zamanda mümkünsüz olan məkan münasibətlərinin deformasiyası, zaman məsafələrinin sıxılması və genşləndirilməsi kimi effektlər perseptual zamana xasdır. Perseptual zaman və məkanın mövcudluğu 4 psixologiyada dəqiq təsbit edilmis iki səviyyə ilə məhdudlaşır: yuxu vəziyyəti və dərin hipnoz zamanı. Perseptiv surətdə qavranılan zaman və məkanın mühüm xüsusiyyətlərindən biri də elementlərə qarşı transpozitiv (dəyişkən) münasibətində özünü göstərir. Burada real gerçəkliyin obrazları, fərdin yaddaş mexanizmində bir qədər təhrif olunmuş şəkildə ifadə olunan keçmiş təcrübəsi ilə müxtəlif fantastik ünsürlər bir arada bərabərhüquqlu mövcud ola bilir. Nəticədə real məkan və zamanda olması mümkün olmayan element və əlaqələr formalaşır. Mostepanenko və Zobov perseptual zaman və məkanda yerləşən bədii obrazın intiutiv qavranılması ilə obyektin konseptual məkan və zaman modelinə müvafiq inikası arasındakı qarşılıqlı şəkildə biri digərini inkar edərək tamamlamasını Nils Borun tamamlama mexanizminə, subyektin psixoloji vəziyyəti ilə daxili məntiqinin biri digərini tamamlamasına bənzədirlər [6,11-15] Bədii məkan haqqında hələ sovet dönəmində ortaya çıxan maraqlı mühakimələrdən biri belə səslənir. “İncəsənətdə hadisədən mahiyyətə keçid orijinalın və onun real zaman və məkanda təsvirinin izomorfluğunun (eyni tərkibliliyinin) pozulması ilə müşayiət olunur” [6,14-19]. Mahiyyətin açılmasına bağlansa da, sənətkarın məkan nisbətlərinin ciddi deformasiyasına, rənglərin ilkin münasibətlərinin qarışdırılmasına, musiqidə dissonaons elementlərin verilməsinə müraciət edə bilməsi etiraf edilir. Ardınca verilən izahata görə gerçəkliyin fotoqrafik birbaşa surətinin verilməsi qeyri-bədii üsul hesab olunur. Modifikasiyalara uğramaq, unikal, bənzərsiz ifadə incəsənətin spesifikliyi kimi qəbul edilir. M. Kaqan estetikanın problemi kimi incəsənətdə zaman və məkan münasibətlərini müəyyən aspektlərdən təhlil etmənin tərəfdarı kimi çıxış edir. Birincisi, ontoloji nöqteyi-nəzərdən hər hansı bir məzmunu materiala çevirən incəsənət əsəri özü məkan və zaman kontiniumuna düşür və maddi şəkildə mövcud olur [4,27]. Bədii-qnoseoloji nöqteyi-nəzərdən yanaşdıqda isə, burada bir tərəfdən real aləmin və onun zaman və məkan münasibətlərinin xüsusi dərk üsulu kimi incəsəntin inikasından, digər tərəfdən bu münasibətlərin 5 inikasının dünyanın bədii cəhətdəm mənisəmənin spesifikası ilə uyğunluğundan söhbət gedir ki, bədii zaman və məkanı formalaşmasını şərtləndirir. Məkan və zaman yalnız incəsənət əsəri ilə xaraxterizə olunmur, eyni zamanda onun tamaşaçı, oxucu, dinləyici tərəfindən qəbul edilməsi ilə də xarakterizə olunur. Bu zaman və məkan probleminin həllinin psixoloji aspektidir. İncəsənətdə zaman və məkanın psixoloji aspektdən təhlili eyni zamanda onun ontoloji və qnoseoloji aspektləri ilə birləşir (məs, əsəri ontoloji varlıq kimi oxuyan oxucu eyni zamanda əsərdə təsvir olunan bədii zaman və məkanın qnoseolji dərkini yaşayır) [4,34-35]. Mətnin struktur təhlilində ilk məqam mətn seqmentlərinin (formalistlərə görə süjet elementlərinin) müəyyənləşdirməkdir. Istənilən sistem təkcələrin kombinativ yığımıdır. “Mətnin çeşidlənməsi reallaşmış mətnin xronotop differensiyası ilə əlaqəli deyil və ya başqa sözlə, mətn müstəvisində tarixi inkişaf real mətni çeşidləyən dominant faktor deyil...Mətni çeşidləyən başlıca faktor şüurun gerçəkliyə münasibətinin differensialllaşmasıdır...hər bir dünyagörüş və dünyaduyum sistemi ona uyğun mətnlər törədir”[1,76]. Fərqli dünyaduyum və dünyagörüş sistemləridən mətnə ötürülən informasiyanın işarələnməsi, mənalanması və funksionallıq əldə etməsi prosesinin fərqli təzahür tipləri vardır. Bu həm də heç bir şəkildə “ölməyən” müəllifin özünün seçdiyi materiala-məzmuna yanaşma tərzi ilə xarakterizə olunur. Bədii təhkiyələrin yaranmasını, onun bitkin şəkildə ortaya çıxmasını, ərsəyə gəlməsini şərtləndirən müəyyən prinsiplər, qanunauyğunluqlar, vasitə və üsullar mövcuddur. Istənilən təhkiyə, növünün realist, modernist, postmodernist və s. olmasından asılı olmayaraq, müəyyən bir hadisə və ya hadisələrdən bəhs edir. Bəzən bu hadisələrin varlığı oxucu tərəfindən sezilməyəcək dərəcədə məhdudlaşdırıla bilər, lakin tamamilə aradan qaldırıla bilməz. Məsələn, realist roman yazarı ilə çağdaş postmodern roman yazarı arasında fərq ilk olaraq, onların öz mətnlərinə və oxucusuna olan münasibətdə seçilir. Realist öz realizminə daim sadiqdir, o, hadisələrin bədii şərhini verərkən kənarda 6 durmağı bacarır, “öz yerini” bilir, oxucu və personaj arasındakı vasitəçilik funksiyasını qoruyur. Postmodern yazar isə, ən azı öz oxucusu qədər azaddır və bu azadlıq sayəsində nəqletmə prosesində “cilddən-cildə girməyi” bacarır, daha doğrusu bu aktı gerçəkləşdirməkdən çəkinmir. Modern və postmodern roman mətnlərinin bədii arxitektonikasının elə ideya-məzmun planı qədər qarma-qarışıq təsir bağışlaması da bundan irəli gəlir. Müəllif-təhkiyəçinin fərqli nəqletmə şəkillərindən istifadə etməsi nəticəsində oxucunun qarşısında müxtəlifliklərin, fərqliliklərin, təzadların harmoniyasından və ya bu harmoniyanın yaratmaq cəhdlərindən ibarət mətnlər dayanır. Rolan Bartın 1977-ci ildə «müəllifin ölümü»nü (mətnin individual subyektivliyin ifadəsi və xarici sosiallığın sadə reprezentasiyası yox, məktubyazma aktı, işarələrələ maddi manipulyasiya, diskursiv struktur, tekstual element kimi şərhini) elan etdikdən sonra, ümumiyyətlə, müəllif autentliyindən danışmaq gərəksiz görünür. Rolan Bartın şərhlərində ölüm metoforik anlamda istifadə olunur, o müəllifin ölümü deyərkən onun aradan çəkilməsini, mətnə veriləcək şərhlərə müdaxilə etməməsini nəzərdə tuturdu. İstənilən mətn oxunduğu zaman var olur. Oxucuda mərkəzləşən bu konsepsiyada mətnin öz oxucu sayı qədər potensial oxuma enerjisinin olduğuna inanır. Yəni mətn yazıldığı andan etibarən öz müəllifindən ayrılır, müstəqilləşir, oxucu şərhi ilə yenidən qurulur. Önəmli olan müəllifin demək istədiyi deyil, əksinə, oxucunun mövqeyində canlanan anlayışlardır. Postmodernizm kimi düşüncə sistemlərində tək bir həqiqət anlayışı yoxdur. Müəllifin ölümü bir əsərin yaşamaq vəsiqəsidir. Bu anlamda müəllif və oxucunun mövqeyi o zaman üst-üstə düşər ki, hər ikisinin yaddaş özülündə oxşar mahiyyətli hadisələrə yer olsun. Bu eyni gerçək dünyanın paylaşılmasından daha ziyadə eyni kontekstdən gələn informativ kodların, tarixi-mənəvi proseslərin doğurduğu eyni məzmunlu abhavadan qidalanmaya bağlıdır. Bu zaman deyimin müəllifdə başlayan mahiyyəti oxucuda öz izahını tapır. Belə müəyyənləşmələr isə eyni milli dəyərlər sistemində 7 daha qabarıq görsənir. Mətnin stukturunda əksini tapan gerçəkliyin özü deyil, onun virtualllığıdır, diskursudur. İntertekstual münasibətlərdə fəal oxucu amili əsasdır, Çünki, bu zaman oxucu nəinki oxuduğu mətndə intermətn münasibətlərin olduğunu dərk edəndir, hətta onun identifikasiya və şərh etmə hüququna malikdir. Mətn fərqli mədəniyyətlərdən gələn, biri digəriylə dialoji, parodik, mübahisəvi münasibətlərə girən çeşidli yazı növlərindən qurulur, ancaq bu çoxluq müəyyən nöqtədə fokuslanır ki, bu nöqtə artıq müəllif deyil, oxucudur. Oxucu artıq mətnin aşkara çıxdığı məkandır. Bədii mətnin fərqli interpretasiyalara açıq olması da çağdaş bədii təfəkkürün əsas göstəricisi sayılır. Oxucunu şəxsi “baza”sı, bu cür mətnlərinin kodlarının sökülməsində, şifrələrin aşkarlanmasında mühüm rol oynayır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)