Edebiyyat.az » Ədəbi tənqid » Bertran Rassel və “Hər kəs üçün fəlsəfə” fikri

Bertran Rassel və “Hər kəs üçün fəlsəfə” fikri

Bertran Rassel və “Hər kəs üçün fəlsəfə” fikri
Ədəbi tənqid
admin
Müəllif:
21:15, 13 avqust 2024
421
0
Bertran Rassel və “Hər kəs üçün fəlsəfə” fikri



 Düşüncə xadimləri olaraq qarşılaşdığımız qəribə problemlərdən biri, fəlsəfi fikirləri kimlərin ümumi kütlə üçün əlçatan hala gətirəcəyidir. Hər kəs fəlsəfə ilə məşğul ola bilərmi, ya da olmalıdırmı?

Bəzi filosoflar, fəlsəfənin akdemiya və ya universitet mühitində qalmasına tərəfdardır. Digərləri isə, müasir fəlsəfənin XIX əsrin sonlarında universitet araşdırma mühitində institutlaşması ilə birgə çöküşə keçdiyini iddia edirlər. Fəlsəfəni sadəcə ciddi araşdırma mövzusu olması gərəkdiyi ilə bağlı qınamaqla filosoflar, xalqdan aldıqları dəstəyi və fəlsəfənin öz dəyərindən qaynaqlanan ictimai tanınmanı itiriblər.

İctimai sferada fəaliyyət göstərən filosoflar, məsələn The Conversation və Cogito Philosophy Blog-a töhvə verənlər “hər kəs üçün fəlsəfə” arqumentini müdafiə edir.

Bertran Rasselin “Peşədən olmayanlar üçün fəlsəfə” adlı məqaləsi

Bertran Rassel 1946-cı ildə “Peşədən olmayanlar üçün fəlsəfə” adlı məqalə yazmışdı. Bu yazısında o, fəlsəfənin ümumi təhsilin bir parçası olmasını təklif edir və bunları yazırdı:

Texniki bacarıqların öyrənilməsi adı altında daha çox vaxt itirildiyi bu günlərdə belə, fəlsəfə tələbəyə bir insan və vətəndaş olaraq dəyərini böyük ölçüdə artıracaq bəzi şeylər qazandıra bilər.

Klare Karlisl isə yazılarında Rasseldən bəhs edərək:

Rassel bir həyat tərzi olaraq fəlsəfənin bu qədim anlayışını, bəşəri məna və dəyər sorğulamalarının mövcudiyyətçi, etik və mənəvi önəminin üzərində durmaqla təkrar gündəmə gətirmiş oldu. (Təbii ki, bu terminlərin nə mənaya gəldiyi düşüncə xadimlərinin üzərində yenidən düşünməli olduqları bir məsələdir).

Burada fələfi fikiri bir praksis olaraq görürük, yəni onsuz da etdiyimiz bir şey və ya rasional olan insan üçün faydalı olan düşüncə yolu. Rasselində dediyi kimi:

Qeyri-müəyyənliyə dözmək çətindir, ancaq digər fəzilətlərin çoxu üçün də bu keçərlidir. Hər fəziləti öyrənmək üçün uyğun biz təlim var. Təxirə salınmış hökmləri öyrənmək üçün də ən yaxşı təlim fəlsəfədir.

Rassel fəlsəfənin bu peşədən olmayan oxuculara öyrədilə biləcəyinə inanırdı və bu məqalənin onlara emosional problemlər haqqında daha obyektiv düşünmələri barədə köməklik göstərəcəyini düşünürdü. Karlisl isə bunun edilməsini stresli və əxlaqi bir dilemma ilə qarşı qarşıya gəlinmədiyi və ya emosional vəziyyətdə olan birinin təcili qərar vermək məcburiyyətində olmadığı zamanlarda daha asan olacağını qəbul edirdi.

Əslində isə ana fikir fəlsəfi düşüncə vərdişlərinin tətbiq olunduqca asanlaşacağı idi.

Gənclərlə fəlsəfə

Yaxın zamanlarda Yeni Zellandiyanın Vellinqton şəhərində “Məktəb Assossiasiyalarında Avstraliya Fəlsəfə Federasiyası 2016” (FAPSA) konfransına qatıldım və nə cür bir fəlsəfənin hər kəsə, xüsusilə də gənc insanlara öyrədilməsi gərəkdiyi fikrini çərçivələyən müzakirə məni çox təəccübləndirdi. Bu konfransdakı təqdimat və iştirakçıların hamısı 3-17 yaş arası olan hər uşağa məktəbdə fəlsəfə dərsinin tədris olunmasını müzakirə edirdi. Daha əvvəl də “Uşaqlar üçün fəlsəfə” və gənc insanlara fəlsəfə öyrətmənin yararları haqqında yazmışdım.

Uşaqlar üçün fəlsəfə” şagirdlərə sadəcə tənqidi düşünmə bacarıqlarını öyrənmək və tətbiq etmə şansını deyil, eyni zamanda köməkçi, birgə və yaradıcı düşüncə bacarıqları təqdim edir. Bunu reallaşdırmaq üçün “Uşaqlar üçün fəlsəfə” layihəsinin təşkilatçıları tərəfindən müraciət edilən “Araşdırma icması” metodu istifadə edilir. Bu metod tələbələrin əhatələyici və demokratik bir şəkildə bir-biri ilə dialoqa girməsini təmin edir. Bu cür bir dialoq siniflərdə müəyyən yaşa uyğun fəlsəfi mətnləri və stimulverici amilləri istifadə edən müəllimlər tərəfindən verilir.

Lakin hər tələbə “bütün fəlsəfə”-ni öyrənməlidirmi?

Birmingem Universitetindən Maykl Handın FAPSA konfransındalı çıxışına nəzərə salsaq, bəlkə də yox. Hand belə deyir:

Sadəcə fəlsəfədə deyil, akademik tədqiqatların bütün sahələrində nəyin mədəni dəyərə malik olması və nəyin sadəcə profesional bir maraq olması arasında bir fərq vardır.

Handın gənc insanlara fəlsəfə öyrədilməsi gərəkdiyini və fəlsəfənin məktəb yaşındakı uşaqlar üçün də bir seçim olmasını müdafiə etdiyini qeyd etməliyik. Fəlsəfə məzmunun tədris poqramına daxil edilməsinin çox asan bir şəkildə müdafiə oluna biləcəyini qeyd edir. Çünki:

• Fəlsəfə, digər akademik mövzular kimi təbiəti etibarilə yararlı bir fəaliyyətdir.
• Digər akademik sahələrdə olduğu kimi, intellektual fəzilətlərin inkişafında və düşüncə keyfiyyətinin artırılmasında ciddi təsirə malikdir.

Yenə də fəlsəfənin məcburi fənn olaraq tədris proqramına daxil edilməsi məsələsini sorğuladığımızda, hər tələbəyə fərqli yollarla əldə edə bilməyəcəyi şübhəsiz bir fayda təmin etdiyini sübut etməyimiz lazımdır.

Fəlsəfə ilə məşğul olmanın təmin etdiyi şübhəsiz fayda

Kerri Uinstenlinin bu cür bir iddianı müdafiıə etdiyini unutmayın. Hand ilə birgə nizamladığı kitabda bunları qeyd edir: digər dərslər tənqidi düşünmək bacarıqlarını öyrətmiş olsa belə, fəlsəfə şagirdlərə tənqidi düşüncə vərdişlərini təmin edən ən yaxşı dərsdir, çünki tənqidi düşüncə fəlsəfənin mahiyyətidir.

Fəlsəfə şagirdlərin tənqidi düşünə bilməsinə kömək edə biləcək ən yaxşı dərsdir. Onlara səbəbləri dəyərləndirməyi, fikirlərini müdafiə etməyi, bilik mənbələrini dəyərləndirməyi və arqumentlərin və dəlillərin dəyərini müəyyən etməyi digər dərslərdən daha yaxşı öyrədir.

Əgər digər dərslər şagirdlərə tənqidi düşüncə bacarıqları öyrədirsə, nə üçün bu qədər geniş tədris proqramı içərisində fəlsəfəyə də yer vermirik? Hand bu nöqtəni dəyərləndirməyi təklif edir və şagirdlərin əxlaq fəlsəfəsi və siyasi fəlsəfə ilə məşğul olmasını bənzərsiz bir şəkildə yararlı olacağını təklif edir. O, belə deyir:

Əxlaq fəlsəfəsi və ya siyasi fəlsəfə təbii ki, bizə yaşamağın ən yaxşı yolunu götıərməyəcək. Lakin etdiyimiz seçimlər və qoyduğumuz hədəflər daha dərin və daha ciddi düşünməyimizi təmin edə bilər. Müəyyən əxlaqi və siyasi qadağalar daxilində öz seçimlərimizi etməyimizi və qarşımıza qoyduğumuz hədəfləri izləməyimizi müdafiə edir.

Hand isə bu nəticəyə gəlir:

Əxlaq fəlsəfəsi və siyasi fəlsəfə bu məsələlər üzərində çalışanlara necə yaşayacaqları haqqında daha ağıllı şəkildə düşünə bilmənin müəyyən faydaları və davranışlarındakı əxlaqi və siyasi qadağalarla necə yaşayacaqları haqqında təkliflər verir… və hər kəs bu faydaya qarşı güclü istək bəsləyir, çünki hər kəs necə yaşamaları gərəkdiyi problemi, əxlaqi və siaysi qadağalara əməl etmək məsuliyyəti ilə üz üzədir.

Fəlsəfənin digər sahələri (estetika, formal məntiq, epistemologiya və ontologiya) əlavə və istəyə bağlı qazanclar olsa da, bu əxlaqi və siyasi fəlsəfənin məktəblərdə məcburi dərs olaraq tədris olunmasının faydalarını müzakirə etməklə nəticələnir.

Hər kəs üçün fəlsəfə

Kimin fəlsəfə ilə məşğul olmasına gəldikdə isə, öz həyatlarından çıxardıqları mənalar üzərində baş sındıran sadə vətəndaşlar olaraq hər kəsin sınamaq haqqı olduğuna inanıram. Bəli, fəlsəfə üçün peşəkarların təhsil aldığı universitet ən uyğun yerdir. Bəli, fəlsəfə siniflərdə şagirdlərlə öyrənilə bilər və fəlsəfə əlbəttə ki, hər kəs üçündür və fərqli səviyyələrdə də olsa məşğul olunmalıdır.

Lakin Handın xüsusilə əxlaq fəlsəfəsi və etika üzərində yönəlməsini anlaya bilirəm. Filosoflar etika haqqında danışarkən, diqqətli düşünmənin çətin və qarışıq ssenarilərlə yararlı şəkildə tətbiq oluna biləcəyini göstərdikləri ictimai sferadakı söz sahibi mövqelərini yenidən qazanırlar.

Təbii ki, bu əxlaqi dilemmaların tək mükəmməl cavabı yoxdur, lakin tənqidi, köməkçi, yaradıcı və birgə düşünmə bacarıqları ən pis cavabları sıradan çıxarmaq adına dəyərlidir. Bu fəlsəfi düşünmək bacarıqları qərar verici mövqedəki insanlara ictimai anlayışı və insanların həyat tərzlərinə təsir edən mövzularda yaxşı siyasi gedişlər etmək mövzusunda köməklik göstərir.

Fəlsəfi dialoqu məktəblərə və ictimai sahələrə qədər genişləndirmək, insan düşüncələrini hər zaman məşğul edən təməldə önəmli “böyük” sualların diqqətlə düşünülməsini təşviq edir. Xüsusilə bu günlərdə bu suallar bizim fərdi muxtarlığımıza və kollektiv insanlığımıza təsir etdiyi üçün əxlaqi və siyasidir.

Mənbə: The Conversation
Tərcümə: Araz Əliyev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)