Edebiyyat.az » Təqdimat » Firudin Cəlilov - Lemni yazısı

Firudin Cəlilov - Lemni yazısı

Firudin Cəlilov - Lemni yazısı
Təqdimat
admin
Müəllif:
07:15, 09 mart 2023
1 662
0
Firudin Cəlilov - Lemni yazısı

 




Lemni yazısı                                                   

Ege dənizində Türkiyə ilə Yunanıstan arasında olan Lemni (Lemnos) ada­sı vaxtilə Troya sınırına yaxın idi. Homerə görə, bu adada yaşayanlar Troya savaşında troyalılara yardım etmişlər. Antik çağ ya­zarları da geyd edir ki, burada yunanlardan öncə pelasg boyları yaşamışlar. Yunanıs­tan, Ana­do­lu­ ­və Balkanlardan vaxtaşırı gələn işğalçı ordula­rın basqısına, dəniz guldurlarının yağmasına uğra­sa da, Lemni adası gədim Aralıq dənizinin ət­rafına ya­yıl­­mış mədəniyət mü­­­hi­tində inkişaf etmişdir. Ada­dan ta­pı­lan kiçik yazı örnək­ləri göstərir ki, bu­rada m.ö. I minilin ortalarına gədər türk abecesilə eyni mənşəli olan etrusk yazısına yaxın özəl bir yazı türündən is­ti­fadə olunmuşdur, bunu lemni abecesi də adlandırmaq olar.

 


 


1885-də adanın güney-doğu Kamini bölgəsindəki kilisənin diva­rında hörgü daşı kimi istifadə olunmuş daşlar arasından üz və yan tərəfi yazılı bir «başdaşı» tapılmışdır, daha sonralar burada başqa kiçik yazıları olan saxsı qablar da bulunmuşdur. Bunların yazıl­ma çağı adanın yunanlaşma-sından öncəyə aid edilir, bu da adanın Afinaya birləşdirildiyi 510-cu ildən öncədir. Afina Milli muzeyində saxlanan bu yazılar da m.ö. VII-VI əsrlərə bağlanır: 


Üzərində yazısı olan bu başdaşının (bəngüdaşın) tapılmasından bir əsrdən artıq müddət keçsə də, onun şifrəsi açılmamışdır. Doğrudur, elmi ədəbi­yatda Lemni yazısında istifadə olunan əlifbanın etrusk əlif­bası ilə eyni olması algısı vardır. Bu, iki-üç işarə istisna olmaq­la, məsələyə düzgün yanaşmadır, ancaq bu yanaşmanın zəif yeri bundadır ki, etruskologiyada yazıların yanlış oxunma türü lemni abecesinə də tətbig olunur. Belə ki, etrusk orfografiyası, yazı qaydaları (imla qaydası) nəzərə alınmadığı üçün etrusk yazılarının oxu­nuşunda özünü göstərən güsurlar Lemni yazı­la­rının oxunmasında da təkrar olunmuş və hər kəs öz bilik dağarcığı ilə yazıları oxumağa çalışdığından bu kiçik yazının ortaya çıxan oxunuş və tərcümə variantları onu «oxuyanların» sayı gədərdir.[1] Lemni yazısını etrusk dili ilə mügayisədə araşdıran və bu sahədə ciddi uzman sayılan H.Scullard da bu sonuca varır: «Fikrimcə, bu tərcümə adlananların heç biri etibarlı deyil, belə tərcümələrin edilməməsinə yalnız örnək kimi xidmət edir».[2]

Lemni yazılarını oxuya bilmək üçün öncə başdaşı üzərində yazının yazıldığı çağda bu adada hansı xalqın yaşaması və onların hansı boylarla yaxın əlagəsi və ya qohumluq bağı müəyən olunmalıdır. Yazının hansı dildə yazılması ehtimalına ipucu verən bəlgələri mügayisə edəndən sonra yazının abece işarələrini və orfografik özəlliyini araşdırmaq gərəkir.   

Herodota görə, Lemnos adasında yunanlardan öncə pelasg boyları (Πελασγοι) yaşayırdı.[3] Fukidid isə o çağlarda adada tirsenlərin (Τυρσενοι) olduğunu deyir və bir neçə Egey sahili şəhərin adını sadalayandan sonra yazır: «Burada ikidilli barbar boyları yaşayırdı və onların çoxu tirsenlərin törəməsi olan pelasglar idi».[4] O dönəmin yunan ədəbiyatında tirrentirsen etnonimləri sinonim adlar kimi işlənirdi, etrusklar da tirsen soylu sayılırdı. Gədim Misir qaynağı olan «Dəniz xalqları» sırasında tirsen (trs) ilə pelasg (plst) adları ayrı-ayrı verilsə də, onların qohum boylar olması istisna deyil. Tir­sen ilə Tarxonu et­ruskların soybabası kimi verən Likofron onları «Herakl soyundan törəyən qızılı-boz qurd­lar» adlandırır.[5] İtaliyada 3 minil öncə ortaya çıxan etrusk toplumu içində Anadolunun batısından gedən bir-iki türk boyunun olması quşqu doğurmur, çünki etrusk dilində onlarla tük sözü və deyimləri vardır.[6] Pelasgların hər hansı bir türk boyu ilə əlagəsinə ipucu verən bəlgələrdən biri də onların dilində «təpə» sözü olmasıdır, latin yazarı Varrona görə, pelasgca tapae kiçik dağı bildirir. 

«Yerin təsviri (III)» adlı Skandinav qaynağında Trak (Trakiya) öl-kəsinin adı və tiras boyu gədim türklərlə bağlanır: «Trakiya həm də Grek ölkəsi adlanır, əvvəllər orada Yafəs oğlu Tiras yaşayırdı, Türk adlanan xalq ondan törəmişdir».[7] Bibliya da Tirası Yafəs oğulları sırasında verir. Təbəri tsə tiras boyu haqqında belə yazır: «Türk və xəzərlər Tireş (Tiras) oğul­larındandır».[8] Türk dastanları da türk boylarının soyağacını Yafəsə bağlayır, ola bilsin ki, KDQ-da adı keçən Dirsə xan da tiras soyundandır.

Deyilənlərdən birbaşa və dolayı yolla bəlli olur ki, Lemni adasında başdaşı yazısı yazıldığı çağda ikidilli (Fukidid) boylardan olan pelasg və tirsenlər yaşayırmış. Onların hansısa türk boyu ilə qohumluq bağı və ya sadəcə əlagəsi varmış. O çağlarda Lemnidən Xəzər dənizinə gədər olan bölgələrdə Lidiya, Frigiya, Asur, Urartu və Mada dövlətləri vardı, ancaq m.ö.VIII əsrin sonlarında guzeydən gələn saqa-qamər (skit-kimmer) türk alayları regionun siyasi durumunu dəyişdi, yalnız Lidiya ilə Mada ayaqda qala bildi, qamərlər Anadolunun guzey-doğusuna, saqalar Güney Qafqaza yerləşdi. Lemni başdaşı yazısı da xronoloji baxımdan yalnız bu dönəmin savaşlarına bağlana bilir.

Bu ilkin varsayımdan sonra yazının çözülməsinə başlamaq olar. İlk növbədə hər iki yazının əvvəli və sonunu bulandan sonra söz düzümü ilə sətirlərin sıralanma türünə baxmaq gərəkir. Bundan sonra lemni abecesi və lemni yazı quralları (orfografiyası) etrusk və türk yazıları ilə nügayisə edilərək, bu bəngüdaş (başdaşı) üzərindəki yazının özəlliklərini ortaya çıxarmaqla əsas mərhələyə, yazının transkripsiyası ilə oxunuşu üzərində dayanmaq olar. Ilk baxışda işarələri (hərfləri) aydın seçilən bu yazıların asan oxuna biləcəyi alqısı yaranır, ancaq arasdırma dərinə gedib uzandıqca çözümün şox mürəkkəb və çətin olduğu anlaşılır, mətni tam oxuya bilmək üçün onun üzərində vaxtaşırı nə az, nə çox düz 6 il çalışmalı oldum. Sonda aydın oldu ki, yan və ön (üz) tərəfdəki yazılar eyni adama, şəhid olan bir döyüşçüyə aiddir və eyni mövzu müəyən fərglərlə təkrar olunsa da, üslub baxımından və qramatologiya ölçü-biçiminə görə, iki sabçı onları ayrı-ayrı vaxtda yazmışdır. Epitafiya (ağıt) yönümlü bu yazılar öncə (A) başdaşının yan tərəfinə I şəxsin (ölənin) adından, daha sonra (B) üz tərəfinə III şəxsin (şəhidin silahdaşı) adından yazılmışdır.

Hər iki yazıda sətirlər sağdan, soldan və bustrofedon türdə yazıl-mışdır. Əksər uzmanlar belə sıralanmada ardıcıllığı pozsa da, son vaxtlar sıralanmanı düzgün verənlər də vardır. Birinci (A) yan yazının iki sətiri başayaq düşmüşdür. Türk runik yazılarında da belə başayaq yazılara rast gəlmək olur. Örnəyin, Talas çayının yaxınında bulunan başdaşı üzərində yazının bir hissəsindəki başyaq türü burada görünür: 

Runik yazılarda bustrofedon türü də çox yayğndır, elə Lemnidə son dönəmlərdə tapılan sunaq daşı (altar) üzərində bustrofedon türündə lemni abecesi ilə yazılmış iki sətir yazı vardır: ğktatntgs M ğepdke-sdrthm sM azpa s. (alpa  s).

Arxeologlar qurban sunulan bu altar daşını dağılmış bir tapınaq evinin və ya gədim məbədin qalıq-ları arasında bulmuşlar. Qurbangah sayılan bu sunaq daşının yan tərə-fində soldan başlanıb, sağdan ikinci sətirdə davam edən yazı belə oxuna bilərdi: Ağ kut atın thgs M ağ epde ke-

sdirthim sM azpa//Alpa s. Yazı çox aydın yazılsa da, thgs sözündə ikinci işarənin g, l, p hərflərindən hansının olması və son sözdəki ikinci işarənin də      z yaxud olması dəgigləşəndən sonra tam oxuna bilər. Hər halda bu yazının bustrofedon türdə olmasını inkar edən yoxdur. Başdaşı üzərindəki birinci yan yazıda (A) isə  


 


başayaq düşən sətirlər belə düzəlir:


Üzdəki ikinci yazıda (B) sətirlərin sıralan-ması qarışıq olduğundan bəzi uzmanlar sözləri yanlış sıralayırlar, ancaq son araşdırmalarda bu yanlışlar gismən düzəldilmişdir. Doğru sıralan-manı göstərən bu sxemdən göründüyü kimi, əksər sətirlər sağdan, 3-cü və 5-ci sətirlərsə soldan baş-lanır, ancaq 5-ci sətirdə olan sgas sözü 3-cü sətir-dəki ags sözündən əvvəl yazılmalı idi. Görünür, bunu yazan adam (sabçı) buraxdığı həmin sözü sonradan əlavə etdiyi üçün sözlərin sırası pozul-muşdur. Yan yazıda isə həmin sgas ags deyimi doğru verilmişdir. 

Epitafiya (ağıt) xarakterli bu yazılar sağdan sola başlansa da, sətir-lərdən bəzilərinin soldan sağa yazılması üzdəki (B) yazıda aydın görünür. Şəkil boyunca yuxarı uzanan üç ver­ti­­kal sıra sağdan sola, onların ara­sında yerləşən orta yazıda beş horizontal sətir isə hər iki istiqamətdə bustro­fedon üsulu ilə yazılmşdır. Belə sağdan başlayıb soldan davam edən bustrofedon türdə yazılmış yan yazıdakı (A) sıralanma həm də ilk sətirlə sonrakı iki sətirin başayaq düş­mə­sinə səbəb olmuşdur. Bunu da vurğulamaq gərəkir ki, yazılarda sıralanmanın düzgün tapılmasına A və B yazılarında bır sıra eyni söz və deyimlərin işlənməsi də imkan verir. Belə dolaşıq yazıların şifrəsinin açıla bilməsi sətirlərin sıralanmasının düzgün müəyən edilməsin-dən və sözlərin döğru düzümünün düzgün tapılmasından asılıdır. Bunun başqa yolu yoxdur, başqa yolla gedən uzmanın yolda azacağı quşqusuz-dur. Bu baxımdan, doğru sıralanmanın bulunması uğurlu yolun ilk bələd-çisidir. Deyilənləri nəzərə alanda hər iki yazıda sətirlərlə sözlərin gerçək sıralanması belə olur:

 


 


Sözlərin və sətirlərin gerçək sıralanmasını müəyən edəndən sonra sözlərin tərkibində dannışıq səslərinin sıralanma (fonotaktika) durumuna baxmaq gərəkir. Araşdırmanın bu aşaması dilin səs quruluşuna və fonetik qurallara uyğun yöndə aparılmalıdır, lemni abecesi türk və ertrusk abecesi ilə mügayisə edilərək, hər bir işarənin bildirdiyi səs müəyən olunmalıdır. Ancaq aşağıda verilən örnəklərdə görəcəyimiz kimi, yazıları «oxuyan» bəziləri ortaya tss, px, ssvai kimi əcaib sözlər çıxarmış, ayrıca a, o, e, i sait səsləri və hətta samit h, t, s, p səsləri ayrı-ayrı söz kimi vermişlər. Bəziləri də sözlərin tərkibində aa, au, ao, ai, ea, eo, ei, ia, iu kimi qoşa sait olduğunu yazmışlar, holaie, hulaieš kimi oxuduqları sözdə üç yanaşı sait (aie) görmüşlər. Əlbəttə, dilin fonotaktik qurallarına, səs düzümünə belə yanaşma ilə runik yazı oxuna bilməz. Dillə paralel abece də inkişaf edib dəyişir, təkmilləşir, bu baxımdan, Azaq >Azov adında, çuvaş dilində bagır > pĕver fonetik dəyişməsi g//ğ > v ilə sonuclandığı kimi etrusk-lemni abecesində [v] kimi oxunan v işarəsi də əski yazılarda [g] kimi oxunmalıdır.


Lemni yazılarını araşdıran uzmanlar bunun etrusk əlifbası ilə yazıl-dığını söyləyirlər, doğrudur, bir-iki işarə istisna olmaqla, lemni işarələri etrusk abecesində vardır, ancaq etrusk işarələrinin böyük bir gismi lemni yazılarında yoxdur. Bu da etrusk və lemni əlifbalarının eyni olması baxışı üçün quşqu yaradır, belə ki, lemni yazısında iki sait işarəsi çatışmır, orada bu etrusk işarələri (hərfləri) də yoxdur:


 

Eyni durum türk abecesi ilə mügayisədə də özünü göstərir, türk yazısında qovuşuq lt, ld, nt, nd, nc səsləri bildirən işarələr lemni yazılarında yoxdur, həm də türk yazısında qalın və incə hecalarla bağlı fərglənən samit işarələrinin çoxu lemni yazılarında görünmür. Ancaq et­rusk yazılarında [v], [i], [kh], [h], [x] səsləri kimi gös-tərilən vs,c,b,Əişarələri lemni yazısında türk işarələri kimi [g/k], [s/ş][ç], [ğ], [q] səslərini bildirir. Etrusk yazılarında O işarəsinin [o] səsi kimi yanlış oxunması lem­ni yazılarına da tətbig olunur, əslindəsə, bu işarə hər iki yazıda [th] səsini bildirir. Lemni yazılarını iki ayrı sabçı fərgli xətlə yazdığı üçün B yazısında [d׳] səsi də dairəvi j,Vişarələrilə, A yazısında isə [th] səsi Ə  işa-rəsilə, [d׳] səsi də ortasında xətt olan həmin kvadrat işarəsi ilə yazılmışdır.

Lemni yazısında sait (ünlü) səs-lərdən yalnız [a] və [e] səslərinin işa-rəsi yazılır, ancaq ən azından digər [i] və [u] ünlü səsləri yazılmasa da, türk yazısında olduğu kimi, uyğun hecalarda oxunur.[9] Etrusk yazılarındasa dörd sait səsin işarəsi vardıır, lakin [o] səsinin işarəsi olmasa da, bəzi sözlərdə onu oxumaq gərəkir. Örnəyin, klan yazılır, oklan oxunur. Çox güman ki, eyni durum lemni yazıları üçün də keçərlidir, ancaq bu yazılar az olduğu üçün sait səslərin dəgig sayını müəyən etmək hələlik çətindir. 

Etrusk yazılarının oxunmasında olduğu kimi, lemni yazılarının da oxunmasına mane olan runik yazıların orfografiya özəlliyidir və Z işarəsi ilə bağlı olan bu özəllik türk və etrusk yazılarına nisbətən lemni yazısında çox qabarıqdır. Nə gədər paradoksal olsa da, həmin orfografik qurala həssas yanaşan sabçıların onu çox qabarıq verməsi lemni yazılarının oxunmasına mane olmuşdur. Bu problemin aydın qavranılması üçün yazı tarixində həmin işarənin işlənmə dairəsinə baxmaq gərəkir, çünki runik yazıların oxunma-sında qarşıya çıxan çətinliklərdən biri, bəlkə də, birincisi orfografiya quralı olan «durğu işarəsi» problemidir.

Mesopotamiyada logogramdan ilk yazıya keçən sumerlər dalbadal düzülən mixi işarələrdə sözlərin düzgün ayrılıb oxunması üçün əlavə yönəl-tici (determinativ) işarələrdən istifadə edirdilər, sözlərin əvvəlinə tanrı, ölkə, su, dağ, ağac kimi sözlərin işarəsini qoyur, yerlə bağlı sözlərin sonundasa yer anlamında «ki» işarəsini yazırdılar, beləliklə sözlərin sınırı oxucuya bəlli olurdu. Mixi yazını mənimsəyən qonşu xalqlar da bu imla yöntəmindən isti-fadə edirdilər. Eyni çağda Ön Asiyada yaranan runik abece üçün də sözlərin sınırını bəlirləyən s işarəsindən və nögtələrdən istifadə olunurdu, s işarəsi həm də runik türk yazısında [a, ə], başqa abecelərdə [z, s] səsini bildirir.[10]

Runik abecenin yayıldığı bölgə və ölkələrdə həmin gələnək uzun illər davam etsə də, bəzi çağlarda unudulmuş, yaxud gözardı edilmiş və s durğu işarəsi yalnız hərf kimi oxunmuşdur. Ona görə də, bir sıra sözlərin yanlış oxunuşu ortaya çıxmış, bu oxunuş sonra həmin sözün yazılışına çevrilmiş-dir. Örnəyin, Herodotun yazdığı və ya köçürdüyü smardonis adı Smerdis olmuşdur, gürcü yazısında Subar adı ssper>ssperi >Sasperi dəyişmələ-rinə uğramışdır. Hay uzmanları isə belə durumu düzəltmək üçün hərflərin böyük-kiçik ölçüsündən istifadə etmişlər, örnəyin, Alban elbəyinin bəlli Aran adı grabardan tərcümədə zAran (զԱռան) kimi «düzəlmişdir». Tarixi qaynaqların oxunuşunda yüzlərlə belə örnəklərə rast gəlmək olur.

Etrusk dilinin açılmaması səbəbi əsasən durğu işarəsi kimi işlənən Z//S işarələrinin sözün tərkibində oxunması ilə bağlıdır. Örnəyin, kiçik bir börü (qurd) figuru üzərində aralıqsız yazılan bu yazını M.Pollatino və A.Nemirovski kimi məşhur etruskologlar çözə bilməmişlər, çünki sözün sınırını bəlirləyən işarəni sözün tərkibində vermişlər, həmin kiçik figurun da aslan ola biləcəyini düşünmüşlər, halbuki burada araz sözü etnonim kimi işlənir və bu boyadı Lemni yazısında da keçir:[11]

arazsilgetenasspurianas

araz silgetenas spurianas   «aslan» «?» «?» (Pollatino)

araz silg etenas spurianas  «aslan» «zilx (+ titul)» «xalq» (Nemirovski)

araz s ilgeten as s puri ana s  - «Araz ilgeten as, Puri Ana» (Ağasıoğlu)

Eyni yanlışlıq gədim türk yazılarının oxunuşunda da özünü göstərir, belə ki, burada da a durğu işarəsi a səsi kimi oxunur. Örnəyin, türkoloqlar arasında «avtoritet» sayılan S.Klyaştornı «tanrım s öçük s yerim» söylə-mini belə oxuyur: mryakÇÜ a mrhT tanrım a öçük a yerim.[12]        

 


 


 Dağlıq Altayda bulunan Bar-Burqazı yazısını I (A-18) ondan artıq uzman oxumağa çalışmışdır. Onların hamısı «Öncə yazığım (heyfim), iki at boğazlanıb qızardıldı, qışıñayrıldım» anlamında olan bu yzıda dörd Z işarəsini ayrıca səs kimi oxumuşlar.[13] Halbuki, bu işarə yalnız «küydə» sözündə ə/e kimi oxuna bilər, digər üç Z isə burada ayırıcı durğu işarəsidir:


öñ s: szm s: ki t zdrtı : k... küydə kışñ s: drltm

öñ esizim  iki at azdırtı  k... küydə kışıñ adrıltım 

Türkologiyada belə yanlış oxunan yazılara çox rast gəlmək olur, örnəyin: MgitbaiçRuY (yorçi a bitigim); ArÇgbmTr (əratım begeç ər a); aNGYiKaiTiGY (yağı atı a kıyağan a). Yazılarda belə örnəklər çoxdur. 

Göründüyü kimi, gədim yazıların çözümündə gramatologiya, dilin səs quruluşu, səs düzümü (fonotaktika) və orfografiya qurallarını bilmək gərəkir. Türk və etrusk yazılarında olduğu kimi, lemni yazısında da durğu işarəsinin önəmli yeri var, belə ki, lemni yazı­sı etrusk və göy­türk yazıları ara­sında olan bir əlifba ilə, həm də etrusk-göytürk yazıların­da zəif görü-nən, lakin lemni yazılarında daha qa­ba­rıq olan orfografiya (imla) qay­da­sı ilə yazıl­­mışdır. Burada söz və söz birləşmə-ləri birdən üçə gədər nöqtə­lər­lə və s işarəsi ilə ayrılmış, çox vaxt bu işarə nögtələrlə qoşa verilmişdir, hətta durğu işarələrinin bu ayırıcı görəvi aydın görünsün deyə, bir-iki yer­də üç durğu işarəsi də MsM və sMs şəklində yanaşı yazılmışdır. Lakin lemni yazılarını oxumaq istəyən­lər bu s durğu işa­rəsini yanlış olaraq, sözün tərkibidə [z, s] səslərilə oxumaq istəyirlər. Ona görə də, etrus­ko­­logiyada hələ də davam edən həmin metod lemni ya­zı­larının da şifrəsini açmağa mane olur. Beləliklə, runik yazıların orfografik özəlliyilə tanış olandan sonra lemni yazısı üzərinə qayıtmaq olar. 

Lemni yazılarını oxumaq istəyənlərin tutduğu yanlış yolları təkrar etməmək üçün onların buraxdığı səhvlərə də baxmağın yararı vardır. Belə ki, son yüz ildə bu yzaıları araşdıran onlarla alim və həvəskar yazarların ortaya çıxartdığı çoxlu fərgli variantlar var, sanki onlar müx­­təlif mətnlər üzə­rində işləmişlər. Həmin variantlardan biri belə verilmişdir: 

A) hopa svss: f oks assa pe: sero nash: evss ho: tove roma ssvas: avss: ssa px vss: mara kn: avss: atmas rom: harapso: ssvas: ep tesso: aras tss: f oke  B) hopase : s : navthth : ssass : mara . s : mav : ssa px ves . s : avs : evssth: sero nas th: ssvas: aker: tavarssth: van: apa. ssap: sero nas morsnas p.

Doğrudur, bu­ variantda sıralanma düzəlmişdir və kursivlə verilən mara, atmas, aras, aker, apa sözl­ə­ri düzgün transkrip­si­ya edilmişdir, ancaq digər variant­lar­da ol­du­ğu kimi yazıların bura­dakı oxunuşu da ger­çək du-ru­mu əks etdirmir, çün­ki sözlərin sını­rı­nı bəlir­ləyən s durğu işarəsi [s] səsi kimi sözün tərkibin­də verilmşdir. Belə ki, burada ssvas, ssass, ssa, ssap, svss, avss, tss, s, assa kimi verilən 9 sözdə işlənən 33 işarənin 21-i yalnız [s] səsidir, qalan 12-sinin də çoxu [a][v] səsləridir. Belə əcayib səs düzümü sırasında sonu dörd samitlə bitən tavarssth sözü də vardır, əlbəttə, Lemni adasında mükəmməl yazı gələnəyi olan ikidilli sakinlərin nitgində belə yöntəmsiz fonotaktik səs düzümü ola bilməzdi.  

Lemni yazısını araşdıran yazarların çoxu onun transkripsiya­sı­nı fərgli verdikləri kimi, müx­təlif dillərdə də oxumağa cəhd etmişlər.[14] Burada belə oxu­malardan ətraflı söhbət açmağa ehtiyac yoxdur, ortada müxtəlif variantlar olsa da, yanlış sonuc eynidir, sadəcə bu yanlışları görmək üçün lemni yazılarının müxtəlif dillərdə «oxunmuş» bir-iki variantına baxmaq kifayətdir. Örnəyin, vaxtilə bu yazını pro­to­latınca oxumağa səy göstərən N.Densuşianunun, son­ra­lar alban dilin­də oxumağa ça­lışan N.V.Falaschinin və türkcə oxumaq is­tə­yən P.Kayanın variantlarına bax­maq olar:

(N.Den­su­şianu): (A) eolai fi focia siale zeronaith e fistho tof eromarom earalio zivai eptezio arai tan foce zivai afiz sialhviz maranm afiz aomaith: (B) eolai na foth ziazi maraz mav sialhveiz afiz e fistho zero­na-ith zi­vai famala sial zeronai morin ail a cer taf arzio 

(N.Vlora): (A) si fai a fes zi arkh fis marakhn a fis a o nai ron haran o si fai epi e zi o ar ai tikh hoke lot ai fsi hoki as i ape zero zai h e fis th h t h fer o na: (B) zi a zi maraz maf zi arkh feis a fis e fis th h zer o nai th si fai aker taf ar zi th fama pa zi ar zer o nai mori na ip hopaie zi math h th  

(P.Kaya): (A) hatapasaqss:apatakas ançasape:serata sasata:eqesenç tata: tataqer atana eratam: harapasata: ssaqas: epetesste: aras: tas 50?: apatake : ssaqas: aqass: ançasap sçekess: apam kam: aqass: atamas: (B) hatapase :s: anaapatata aker: takarsste qam. apa. ança­sap: serata anasamata eresenasap ançasass: qam :s. apam: ançasap sçekess.s: aqas: seqssençtata serata anasata ssaqas 

Göründüyü kimi, bu oxunuş variantında transkripsiya ilə yanaşı, söz-lərin sırası və sətirlərin ardıcıllığı da fərglidir. Son vaxt­lar daha çox qəbul edilib yayılan və etrusk dilinə aid dərsliklərdə yer alan transkripsiya belə verilir. Bu variant irəliyə doğru atılmış bir addım sayılsa da, oxunma türü əvvəlki yanaşma yöntəmlərindən fərglənmir, A variantında yanlış sıra-lanma və öncəki yanlışların bir çoxu yenə də qalmaqdadır: 

A) hulaieši : φukiasiale : šerunaiθ : evisθu : tuveruna rum : haraliu : šivai : eptešiu : arai : tiš : φuke šivai : aviš : sialχviš : marašm : aviš : aumai. B) hulaieš : naφuθ : šiaši maraš : mav sialχveiš : aviš evisθu :šerunaiθ šivai aker : tavaršiu vanalasial : šerunai : murinail; 

Beləliklə, yuxarıda de­yi­lənləri nəzərə alıb, lemni yazıla­rında qabarıq verilən durğu işarələrini sözün əvvəlindən və sonundan azacıq aralı yazsaq, A və B yazılarında ortada qalan sözlərin gerçək tərkibi aydən görünəcək. Belə ki, artıq bəlli işarələrlə (hərflərlə) fonetik tərkibi aydın seçilə bilən sözlərin doğru tranckripsiyasını da vermək olar: 


 


 


Göründüyü kimi, tərkibindəki işarələrin bildirdiyi səslərlə (hərflərlə) verilən transkripsiya A və B yazılarında bir sıra eyni sözlərin və söz bir-ləşmələrinin olmasını ortaya çıxardır, bu da hər iki yazının mügayisə ilə oxuna bilməsinə imkan yaradır. Yuxarıda türk-etrusk abecelərilə mügayi-sədə işarə-səs özəllikləri göstərilən lemni abecesi ilə yazı türü burada türk yazılarında olduğu kimi oxunur. Hecalarda yazılmayan saitləri (i, u, a) oxuyanda, artıq sözlərin fonotaktik özəlliyi də düzənlənir.[15] Bu durumda səslənən (oxunan) sözlərin anlamlı olması açıq göstərir ki, sözlər doğru transkripsiya olunmuşdur və bunu s durğu işarəsindən arınmış ayrı-ayrı sözlərin, deyimlərin oxunmasında bir daha aydın görmək olur: 

Mətndəki söz, söz birləşməsi və deyimlərin oxunuşu bəlli olandan sonra artıq leksikoloji və tekstoloji yorumlarla bu A, B yazılarının hansı dildə, hansı amacla yazıldığını söyləmək olar. Sonucda yazının məzmunu ilə o çağın tarixi-siyasi durumu arasında mümkün bağlantı haqqında uyğun varsayım da irəli sürülə bilər.

Adətən dili bəlli olmayan yazıların şifrəsini açmaq üçün kombinator və etimo­loji metoddan istifadə olunur. Lem­ni yazılarının oxuna bilməsi üçün hər iki metodu sınaqdan ke­çirməyin yararı vardır. Belə ki, etimo­loji yorum öncəsi kombinator üsulla bir neçə sözün anlamını (semantikasını) müəyən edəndən sonra onların etimoloji yozumuna keçmək olar.   

Hər iki yazı eyni sözlə (ğthpase) başlanır, ancaq 1-ci A yazısında bu sözün son [e] səsini bildirən Eişarəsi ilə Ma: durğu işarələri bir az pozul-muşdur, daş üzərində yazılan işa­rələrdə belə hallar çox olur. Sözün tam bərpa olunmasına 2-ci B yazısındakı sözün uyğun işarələri yardımçı olur, belə ki, bu sözün hər iki yazıda eyni transkripsiya ilə verilməsi gərəkir:      

A və B yazılarında ğthpase şəklində yazılan bu ilk sözü eolai, hopa, hopase, holaiez, hολαιεζ, hulaieš, ha­tapase, xolayi və başqa tür­lərdə oxu-muşlar. Hər iki yazının ilk başlanğıc sözü olan ğthpase deyimi «xətbaşı» kimi alqılana bilər, ancaq başdaşı üzərinə türkcə yazılmış bu türk ağıtının (epitafiyanın) elə «ağıt» sözü ilə başlanması daha gerçək görünür.[16]     

 


 


Hər iki yazıda sgas, aras, qam-apa, aker, tagar kimi sözlər boy və şəxs adları (onomastik söz­lər) kimi diggəti çəkir. Kombinator yöntəmlə bu sözlərin hansı sözlərlə yanaşı işlənməsinə baxanda onların bildirdiyi anlamı müəyən etmək olur. Örnəyin, sgas sözü hər iki yazıda sgas ağzı deyimilə işənir və A yazısında sgas eldə deyimində keçir: 


Göründüyü kimi, bu deyimlərdə işlənən sugas sözünün yurd, el-oba, bölgə, ölkə anlamında toponim və yaxud boyadı bildirən etnonim olması ehtimalı ortaya çıxır. Burada ags sözünün semantikası da aydınlaşır, belə ki, bu yazılarda dil, nitq, danışıq mənasına uyğun gələn agıs (ağız) sözü bugün də Anadoluda «dialekt» anlamında işlənir. Hər iki yazıda bir neçə dəfə işlənən ags sözü­nü avs, aviš, afiz, aqas, αFιζ şəklində oxuyub, ona müxtəlif mənalar ver­mişlər. Kombinator me­todla bu sözün «dil» an­la­­mı­na uyğun gəldiyini görmək olur: sugas ags «sugas dili», ags atmas «dildən düşməz». Etimoloji metod da ags şək­lində yazılan leksemin ağız sözü olduğunu ortaya qoyur. 

Yazılarda bir neçə yerdə təkrar olunan erthna//erthma sözləri «e» işarəsilə yazıldığı halda, A yazısında ağızatmaz deyimindən sonra gələn rthm sözündə həmin işarə yazılmamışdır, bu da onu göstərir ki, bu söz gədim türk yazılarında işlənən «idi» köməkçi feilinin irtim formasıdır: ağızatmaz irtim «dildən düşməz idim». Bu deyimin ardıca «xarapsth sgas elte şd aras» sözləri yazılmışdır və bütöv cümlə belə oxunur: Ağızatmaz idim qarapuslu Sugas eldə şad aras. Artıq bu deyimlərdən bəlli olur ki, Sugas eli bir el-obanın, bölgənin çənli-çiskinli, qara-dumanlı yaylasının adıdır. 

Öncə Çənlibel kimi bir yaylanın, həm də sisli-dumanlı yaylanın çox da uzaqda deyil, Lemni adasına yaxın bir çevrədə olması alqısı vardı, çünki bu adanın özünü də Homer «dumanlı ada» kimi vermişdi.[17] Ancaq bu yöndə bir neçə il davam edən araşdırmanın sonucu olmadı, yalnız axtarışın yönünü Anado-lunun döğu yörələrinə çevirəndən sonra Sugas (Sukas) elinin Marbudam dağları ətəyində daima sisli-dumanlı yaylada olması bəlli oldu.[18] «Dədə Qorqut» das-tanında qara pusarıq deyiminin «qara bulut» anlamında işlənməsi də bu yönə ipucu verdi.[19] Lemni yazıları yazıldığı çağlarda (m.ö.VII-VI) Rizenin güney-doğusunda olan Marbudam (Sukas) yaylası Qamər bəyliyinin tərkibində idi, bu bəylikdən doğuda iç oğuzlarla (boylarla) dışarıdan gələn dış oğuzların birlikdə qurduğu «Qalın Oğuz Eli» (dövləti) vardı. Yazılı başdaşının nə üçün Sugas elində deyil, uzaq Lemni adasında qalmasının səbəbi məhz bu konteksdə aydınlaşır, aydın olur ki, Qamər bəyliyi ərazisindəki Sugas elindən savaşa gedən döyüşçü Lemnidə şəhid olmuşdur. 

Birinci A yazısında keçən «Sugas eldə şad aras» deyimində aras sözünün boyadı (etnonim) olması quşqu yaratmır. Yuxarıda ayırıcı s işa-rəsindən danışanda etrusk dilindən verilən örnəkdə də araz sözü vardı. Bu söz etrusk yazılarında araz//aras variantları ilə işlənir və çox vaxt aras-ena deyimində ilk [a] səsi yazılmır, etrusk dilində rasena kimi yazılan bu söz etruskların boyadı sayılır. Görünür, Anadoludan İtaliyaya gedib orada yeni yaranan etrusk xalqının formalaşmasında iştirak edən türk boyunun adı aras imiş. O dönəmlərdə Anadolunun doğu bölgələrində və Sugas elində araz//aras adlı boylarn olması doğaldır, bugün də doğudakı Taşlıçay ilçə-sində Aras köyü vardır. Ümumiyətlə, batı türklərin onomastikasında bu ad hidronim, antroponim, etnonim və daha gədim çağlarda qutsal iyəadı kimi də işlənmişdir. 

Onomastik sözlər sırasında birinin əradı Aker Tagar şəklində yazılıb və hər iki ağıtı yazan sabçılardan tələb olunur ki, onun əradına mütləq şad sanı qoşsunlar. Buradan bəlli olur ki, ağıt bu adada şəhid olmuş Aker Tagar şada aiddir və başdaşı üzərindəki bədiz də onun şəklidir. [20] 

İkinci B yazısının sonluğu da şəxs adıyla bitir, ancaq yazıda bu son sözlərin oxunması kimi, trans­krip­si­yası da problemlidir. Belə ki, yazını oxuyan uzmanların çoxu (s)erthna sözündən sonra qoyulan nögtələri düz xəttə (I) bənzədib, onu [i] səsi, bəziləri də [s] səsi kimi oxumuşlar. Halbuki bütöv deyim bu «eradına» sözü ilə bitir (:aker : tagar s şd : qam-apa  s sap M s erthna M) və ondan sonra bu yzını yazdıranın adı «eradım» tanıtımı ilə davam edir. Bu vəziyət [i, s] səsləri ilə yanlış oxunan sondan ikinci işarədə də özünü gös-tərir, əli­miz­də olan bir neçə foto­ko­pilərə görə isə thmthrsnalp ki­mi transkrip­siya olunması gərəkən yazının sonluğu şəkillərdə aydın seçi-lir və bəlli olur ki, B yazısını yazdıran sonda özünü «Eradım Tu­r­sun Alp» kimi tanıdır. Ancaq yanlış transkripsiya ilə yanlış oxunan işarələr, üstəlik ayırıcı s işarəsinin də durğu işarəsi deyil, [z, s] səsləri ilə oxunması belə bir utançverici görüntü ortaya çıxarmışdır:

 


 


Appian keltlərlə romalıla­rın m.ö.V əsrdən sonrakı savaş­la­­rın­dan bəhs edərkən Romada tanınmış Fabiy so­y­lu bir kahinin (qamın) adını QayFabiy Dorson, Tit Li­viy isə onun adını Qay FabiyDorsuon kimi verir.[21] Dursun, Tursun adı türk xalqlarında geniş işlənir. Lemni yazısında adı keçən Tursun Alp bu adadakı savaşda şəhid olan soydaşı Aker Tagar bəyin başdaşına ikinci B yazısını yazdıranda onun əradına şad sanının əlavə edilməsini özəlliklə «Qam-Apanın sabı (sözü)» kimi yazdırmışdır.


Gədim türklərin El (dövlət) törəsində şad sanı (titulu) ancaq elbaşı tərəfindən verilə bilərdi və adətən elbaşı-xaqan oğulları (teginlər) orduya, bir bölgəyə və ya başqa bir ölkəyə göndərilən elçi heyətinə başçı təyin olunanda onlara bu san verilirdi. Görünür, Sugas elindən Lemni adasına gedən alayın başçısı kimi Aker Tagar bəyə də bu «şad» sanını Qam-Apa vermişdi, onun özəl adı bilinməsə də, Sugas eli və ya Qamər bəyliyində elbaşı olması daşıdığı tituldan bəlli olur.[22] Belə ki, türk törəsinə görə, o dönəmlərdə dini törəni qoruyan elbaşı qam soyundan seçilirdi. Qalın Oğuz Elində elbaşı Bayındır xan Qam-xan soyundan olduğu kimi, Mada elbaşı Qam-Ata (m.ö. 552), Atillanın yaxın adamı Ata-Kam da qamsoylu idi. Bir «türk elbəyi» haqqında bilgi verən M.Xorenatsi onun Baş-Kam (Pas-kam) soyundan olmasını da vurğulayır.[23]  

Türk toplumunda qamlara böyük sayqı vardı, çünki qamlar türk törə gələnəklərini qoruyub saxlayan və yaşadan kimsələrdi. Mada elinin son çağlarında qamları maqlar əvəz etdi, hakimiyət perslərin əlinə keçəndən sonra, özəlliklə, zərdüştiliyi yaymaq üçün yeni maq qrupları yarandı.[24] Lemni A yazısında mara qam, B yazısında isə mara maq deyimi vardır, hər iki deyimdə işlənən arameycə mara (mar) sözü də qoşulduğu sözlərə mənaca yaxın idi, belə ki, Ön Asiyada o dönəmlərdə bilikli, yazıb-oxumağı bacaran adamlar (kahinlər) türkcə qam//maq və arameycə mar adlanırdı. 

Dədə Qor­qut hekayələrində 140 dəfədən çox işlənən mərə sözü daha çox mərə kafir deyimində görünür. Qaqauz dilində mərə sözü indi də geniş işlənir.[25] Lemni başdaşındakı kimi, Suçi bəngüdaşı (başdaşı) üzərində də «xoca, ustad» anlamında mar sözünün yazılması göstərir ki, vaxtilə bu sözü Mani dininə tapınanlar Mongolustanacan aparmışlar.[26]

Görünür, lemni yazılarını daşa yazan sabçılar daş üzərində epitafiya yaza bilən kahinlər idi, çünki yazılan ağıtlarda birinci sabçıya «mara qam», ikincisinə «mara maq» deyə, xitab olunur. Gədim «Irk Bitik» əsərində söz, dua anlamında sab, xəbər gəti­rən, sözçü anlamındasa sabçı sözləri işlənir, azər türkcəsində də sinonim qoşa söz kimi söz-sav deyimi var. M.Kaşğari türk dillərində «söz sırası» anlamında sap sözü olduğunu da yazmışdır.[27] Lemni yazılarında sap «sab-söz» və sap//sape «sıra» sözləri bu deyimlərdə görünür: 

pitiksa sape  (yaz sıraya)            ona pitid sap  (ona yazdır sıra ilə)

sapçı ­ges   (sözçü kişi)               qam-apa sap  (Qam-Apa sözü)    

Buradakı pitikse, pitid sözlərindən başqa, bir də A yazsında bitke sözü vardır. Gədimdə «yazı» anlamında işlənən biti//piti sözü azər türkcə-sində qullanılan «cadu-piti» deyimində qalmışdır. Gədim türk yazılarında «kitab» və «yazı» anlamında olan bitik sözünün kökündə duran bit- (bitmək) feili epi­ta­fiya­larda geniş işlənir, bəngüdaş yazıları çox vaxt bitdi, bitidim (bitirdim) sözlərilə yekunlaşır, örnəyin, «bunça bitig bitidim».[28] Lemni A yazısı da «bitdi» anlamlı bitke sözü ilə bitir.[29] 

Aker Tagar bəyin başdaşı üzərində yazılmış hər iki epitafiyada əsas amac onun adından yazılan «ekiz dut tetig er adıma şad» istəyinin gerçək-ləşməsi, bu istəyin yazıda yer almasıdır. Ona görə də, eyni məzmunlu hər iki ağıtın ana xətti bu deyimdəki tetig, ərad, ekiz, şad sözlərinin daşıdığı mənalarla bağlıdır. Yazılı qaynaqlarda tetik «bəlli», «anlayışlı», tetik bilgə «müdrik bilici» kimi deyimlərə rast gəlmək olur.[30] Epitafiyadan bəlli olur ki, Sugas elində xalqın dilindən düşməyən və «tetik» Aker Tagar əradı olan 41 yaşlı bu ərdəmli bəy sıradan bir döyüşçü deyildi və yazıda bu tetik əra-dına şad sanını qoşub ekiz (qoşa) tutulması istəyi də doğal idi.

Gədim türk yazılarında Mtr  mTr [əratımtüründə yazılan «ərad» deyimi çox işlənir. Ada böyük önəm verən türklər ərdəmli igidlərilə fəxr edir, yetgin gənclər də şanlı-şöhrətli ad qazanmaq üçün savaşlarda inadla vuruşur, aldığı «ər adı» ilə qürur duyurdu. Bu ovqat Lemni yazısında da aydın görünür. Barık (Yenisey) yazısında ke­­çən «er erdəmi atım tabtım» (ərdəmli ər adımı aldım) de­yi­mi Lemni yazısında bir neçə dəfə təkrar olunan «eratım»«tetig eratım» (bəlli, şöhrətli ər adım) ilə eyni ovqatı sərgiləyir. 

Ərada böyük önəm verilən türk toplumunda Buğac, Bamsı, Alpamış kimi əradı almış bahadırlara sayqı vardı, yaxınları da «inim Kültigin er at boldı» kimi deyimlərlə bundan gürur duyduqlarını bildirirdi. Gənclikdə əradı ala bilməyənlər isə yaşamında bunun altını çəkirdi. Örnəyin, Yenisey yazılarının birində deyilir ki, əradı olmadığı üçün dış (taşru) boydan bir qızla evlənəsi olub. Ümumiyətlə, türklərdə maraqlı advermə gələnəyi və ad-san kulturu vardı.[31]  

Lemni yazısında hər iki epitafiyanın əsas amacı Sugas elində tetik Aker Tagar əradı ilə tanınan bu ərdəmli döyüşçüyə Qam-Apanın verdiyi şad sanının başdaşı yazısında əradı ilə qoşa (ekiz) tutulmasıdır və bu istək hər iki yazıda iki dəfə vurğulanır. Bu baxımdan, ağıtdakı ovqatın doğru alqılanması üçün şad sanı üzərində dayanmaq gərəkir.

Çin qaynağında verilən türklərin soykökü mifində ilk Türk adını alan Nadulu-şad və Aşina (bozqurd) soyundan Asiyan-şad adları keçir.[32] Tövratda Nuhun torunu Arpakşad tanrı elçisi İbrahim Azər oğlunun 8-ci babası sayılır.[33] Göründüyü kimi, san bildirən bəy, xan sözləri Elbəy, El-xan kimi şəxs adlarında işləndiyi kimi, şad sanı da Elşad, Ərbəkşad kimi şəxs adlarının tərkibində işlənə bilir. Gədim Azərbaycanda şad sözü ilə m.ö. IX-V əsrlərdə elbəyi Pirişad, Purişad kimi adlar yazıya alınmışdır.[34] Türk el (dövlət) gələnəyində digər san bildirən sözlər kimi, şad sözü də hələ gədim çağlardan onomastik söz (çəxsadı, boyadı) kimi işlənmişdir. Örnəyin, 626-da Urmu gölünəcən əraziləri Xəzər elinə bağlayan xəzər ordusu komutanının adı Şad idi, Orta Asiyadakı bir epitafiyada şadı sözü şəxsadı kimi keçir: «Kut-Tegin bəg oğlu Şadı bəg yitmiş səgiz yaşınta kırıltı, yat bolsun».[35] Bugün də Azərbaycanın müxtəlif bölgələrində şad, şadılı türk boyadları vardır. 

Verilən örnəklərdən bəlli olur ki, şad sanına türk sosial toplumunda özəl sayqı vardı və bu san onomastik sözlərə də transfer olunmuşdur. Bu baxımdan, Aker Tagar bəyin başdaşına yazılan ağıtlarda şad sanına belə önəm verilməsi nədəni də aydınlaşır. Birinci (A) yazı Aker Tagar bəyin adından yazılmışdır, ikinci (B) yazını isə Qam-Apanın sözü (ismarışı) kimi Tursun Alp yazdırmışdır. Aker Tagar bəy Lemni adasındakı döyüşdə şəhid olanda onun adın­dan birinci ya­zı­ başdaşın yan tərəfinə, bir müddət sonra isə ikinci yazı həmin daşın üz tərəfinə yazılmışdır. Görünür, «mara qam» və «mara maq» deyə, müraciət etdikləri yerli pelasg və ya tirsen kahinləri olan sabçılara bu epitafiyaları lemni abecesilə türkcə yazdıranlar Sugas elindən gələn döyüşçülər olmuşlar. Birinci lemni yazısında (A) qam, ikincisində (B) maq yazılması baxımından düşünmək olar ki, B yazısı A yazısından bir neçə il sonra yazılmışdır, çünki bu epitafiyaların yazıldığı dönəmlərdə qam//maq transferi Madada artıq başlanmışdı. Yazıların mügayisəsi aydın göstərir ki, onları eyni sabçı yazmamışdır, çün­ki az da olsa, eyni sözün yazılışında və eyni sözlərin sıralanmasında fərglər görünür. Örnəyin, 

A) ... sapçı gs, mara qam                A) ... er adıma şad egiz dut

B) ... mara maq, sapçı ges                B) ... egiz dut er adına şad          

Lemni yazılarının dili güney-batı türk (oğuz) boylarının dilinə, üslubu gədim türk epitafiyalarına, əlifbası türk və etrusk runuk abecesinə yaxınlığı ilə seçilir. Yazıda mar sözündən başqa, sözlərin hamısı türkcədir və bu yazı hələlik mənə (və elmə) bəlli olan ən gədim türk yazısıdır:

A)    ğthpase: pthksa sape, erthma şd egs dth, tthg erthma sgas ags, sapçgs, mara-qam, ags athmas rthm ğarapsth sgas elte, şd aras, l  Ih, pthke. 

«Ağıtbaşı: Bitiksə sape, əradıma şad ekiz tut, tetik əradıma sugas ağzı (ilə), sabçıkəs. Mara-qam, ağızatmaz idim qarapuslu Sugas eldə. Şad aras, il 41. Bitdi». 

B)     ğthpase: na pthd sape, mara-mag, sapçges, sugas ags egs dth er thna şd, aker tagar şth qam-apa sap ertna, thm thrsn alp. 

«Ağıtbaşı: ona pitit sape, mara-mag. Sabçıkəs, sugas ağzı (ilə) ekiz tut əradına şad. Aker Tagar şad, Qam-Apa sabı ər adına. Adım Tursun Alp».

Beləliklə, lemni yazılarının «dili açıldı», ancaq dili açılan bu yazılar ortaya bir sıra suallar çıxardır: belə ki, «Aker Tagar şadın hansı tarixdə baş verən savaşda şəhid olması, onun kimliyi, yazının hansı türk bo­yun­a aid olması, nədən Sugas elindən bu ərənin Anadolunun bu başından obiri başına olan uzaq yolu keçib, Lemni adasında yaşayan tirsen-pelask boyuna yardım üçün savaşa qatılması» kimi bir sıra soruların aydınlaşması gərəkir. Həm də başdaşı üzərindəki yazıların yazılma tarixi Anadoluda və yaxın qonşu bölgələrdə o dönəmin tarixi olayları ilə uzlaşmalıdır. Yaxın Doğu tarixin-dən bəllidir ki, m.ö. XII əsrdə regionun Troya, Het, Hurri-Mitan, Kassi kimi bir sıra dövlətləri dağılmışdı və X-VIII əsrlərdə doğuda Urartu, Mana (sonra Mada), Babil, batıda Frigiya, Lidiya dövlətləri ortaya çıxmışdı, bu çağda Asur dövləti də yenidən toparlanıb güclü dövlətə çevrilmişdi.     

 


 


Ancaq m.ö.VIII əsrin sonlarında quzeydən gələn saqa-qamər boyları Yaxın Doğuda yaranmış bu siyasi durumu VII əsrdə tamam dəyişdi, artıq 670-də Frigiya dövləti dağıdıldı, 650-də Lidiya kralı Giges (asur yazısında Quqqu) öldürüldü, ölkə yağmalandı, Urartu 635-dən sonra yıpranıb zəiflədi və 590-da Mada dövlətinin tərkibinə qatıldı. Ön Asiyanın əksər xalqların-dan və dövlətlərindən 620-ci illərə qədər vergi alan Saqa eli (Qalın Oğuz eli) də daxili işoğuz-dışoğuz çəkişmələri və Alpər Tonganın ölümü ilə əvvəlki təpərini itirdi və bir neçə il sonra Mana və Urartu ilə birlikdə artıq güclən-məkdə olan Mada elindən asılı duruma düşdü.


Hakimi­yətdə olduğu illərdə (625-585) Mada elini Ön Asiyada qüdrətli bir imperiya­ya çevirə bilən elbaşı Kiaksar (Ərbək) hakimiyətinin ilk illərində (625-620) Alpər Tongaya qarşı iranlı cəsuslardan istifadə edib, onu Urmu gölü yaxınlığında öldürtmüşdü.[36] Təxminən eyni çağlarda (620-610) Sugas elindən tirsen-pelasg boylarına yardıma gedən Aker Tagar şad da Lemni adasında həlak olmuşdur. 

Lemni yazısından bəlli olur ki, Sugas elinin döyüşçüləri Qamər bəy-liyinə bağlı olmuşlar. Belə ki, m.ö. VIII əsrin sonlarında saqalardan öncə Azov yaxalarından Qafqaza və Anadoluya gələn qamərlər burada bir neçə bölgəni ələ keçirib, urartuları Van gölü yaxalarına sıxışdırmışdılar. Saqa elindən batıda, Anadolunun quzey doğusunda oturan qamərlər Frigiyanın başkəndi Qordionu 670-də dağıtmış, 650-də Lidiya kralını öldürmüşdülər. Həmin çağlarda qamərlər asurlarla da savaşmışlar, belə ki, 654-də Asur elbaşı Aşşurbanipala aid yazıda qamər elbəyi Tuğdamenin oğlu Sandak şad-ər haqqında belə deyilir: «Mən Tuğdamminin qüvvəsini dağıdaca-ğam, meydanda onu əvəz edən, onun be­lin­dən gələn oğlu Sandakşatru əzəcəyəm». [37]  

Uzmanlar 641-də ölən Tuğdamminin asur yazısında mTug-dam-mi-i kimi yazılan adını yunan yazısında keçən Duqdamis forması ilə bərpa edirlər.[38] Bu yozum Toxtamış adını xatırlatsa da, bu adın sancaqlı, bayraqlı damın yiyəsi anlamlnda «tuğ-dam-lı» deyimi daha gerçək görünür. Belə ki, 739-da ölən Tuğ-şad adlı bəyin Buxara bölgəsini idarə etməsi bəllidir.[39] Qamər elbəyi Tuğdamlının oğlu Sandak şad-ərin adındakı Sandak sözünü Alp Arslanın atlı alay komutanı Sandak bəy kimi tarixi şəxslərin adında da görmək olur, şad sözü də Börüşad, Elşad, Türk­şad, Tuğşad, Ərbəkşad kimi türk adlarında vardır. Bu baxımdan, Qam-Apa tərəfindən Aker Tagar bəyə türk törəsinə uyğun «şad» sanı verilməsi, bunun başdaşı üzərindəki ağıt yazısında özəlliklə vurğulanması o dönəm üçün doğal idi. Sandakşad ərdən təxminən 25-30 yaş kiçik olan Aker Tagar şad ya onun kiçik qardaşı ya da başqa bir qamər (aras) elbəyi olan Qam-Apanın oğlu idi.

Göründüyü kimi, m.ö. VII əsrdə Yaxın Doğuda baş verən siyasi-tarixi olaylarda Qamər bəyliyinin böyük rolu olmuşdur. Güdrətli Asur dövləti kimi bir imperiyanın çökməsində mana-mada boylarına yardım edən qamər akınları da mühüm önəm daşımışdır. Yalnız əsrin sonunda Lidiya kralı Ali­attla döyüşdə yenilib Anadolunun doğu bölgələ­rinə (Qamər bəyliyinə) geri çəkiləndən sonra qamərlər daha savaşlarda az görünür. Aker Tagar şad üçün son döyüş olan bu savaşlardan biri də Lemni ada­sında olmuşdur, hər halda, bu savaş qamər hegemonluğunun ilkin çağlarında de­yil, zəiflədiyi son çağlarında baş vermişdir. Aker Tagar şadın son savaş tarixi təxminən 620-610 illəri arasında olmuşdur və lemni yazısının yazılma tarixi də o çağa aiddir.

Qamər bəyliyindəki Sugas elindən bir alay komutanı kimi 41 yaşlı Aker Tagar şadın uzaqda olan Lemni adasına yardıma getməsi səbəbi isə orada yaşayan tirsen-pelasg boyları ilə olan bağlantı ilə bağlıdır. Belə ki, yuxarıda «ikidilli» tirsen-pelasg boylarının türklərlə və dolayısı ilə qamər-lərlə bağlantısı haqqında müxtəlif qaynaqlardan bilgi və bəlgə verilmişdi. Skandinav qaynaqlarına görə, Türk xalqı Yafəs oğlu Tirasdan törəmişdir, Təbəri türk-xəzər boylarının tiras soyundan törədiyini yazırdı, Tövratda da Yafəsoğulları sırasında qamər (kimmer) və trs (tiras) qardaş sayılır.[40]  

Beləliklə, Lemni adasında m.ö. VII əsrin sonlarına aid bir başdaşında türkcə yazılan ağıt Anadoluda gədim türk tarixinə yeni bəlgə kimi önəmli ipucu ve­rir. Yazının mətnindən və yazılma tarixindən həm də bəlli olur ki, Lemni adasında Aker Tagarın şəhid olduğu savaş yunanlıların bu adaya m.ö. 510-da gəlməsi tarixindən yüzil öncə olmuşdur. Lemni yazısının ən ilginc bəlgələrindən biri də bugün Rizədə yaşayan sukas soyunun 2700 il öncə eyni bölgədə Qamər bəyliyinin tərkibində olması və minillər boyunca davamlı olaraq burada yaşamasıdır. Lemni yazısından alınan bir sıra önəmli sonuclar belə sıralana bilər:  

Sonuc: Lemni ya­zı­sı gədim türk dili və tarixi üçün önəmli yazılı qaynaqdır. Belə ki,­ bu yazıda keçən Aker Tagar, Qam-Apa, Tursun, Aras, Sukas adları tarixi onomastika üçün dəyərlidir; Anadoludan gedib etrusk xalqının yaranmasına təpər verən aras boyunun Sukas elində də olması Anadolu türklərinin tarixi baxımından önəm daşıyır; Anadoluya qayıdan qamərlərin sukas bağı, onların da tirsen-pelasg boyları ilə əlagəsi Aralıq, Ege və Qaradəniz qıyılarının etnik durumuna işıq tutur; Türk toplumunda törəyə uyğun dövlətçilik gələnəyində şad sanına verilən önəmli dəyərin ilk qabarıq görüntüsü bu yazıda yer almışdır; Runik abecenin orfografiya quralı ilə seçilən bu yazının dili arı-duru türkcədir; Türklərin tarixboyu Ön Asiyada olması baxımdan lemni yazısı Urmu teoriyası üçün də önəmli bir yazılı bəlgədir.



Ədəbiyat

Agasioglu F., Bagirzada Y .  Lydia`s king Croesus in Azerbaidjan. Baku, 2012

Ağasıoğlu F. Azər xalqı. I-II basqı, 2000; III basqı, Bakı, 2005

Ağasıoğlu F. Etrusk-Türk bağı. Bakı, 2011; İstanbul, 2013

Ağasıoğlu F. Tanrı elçisi İbrahim Azər oğlu. IV Basqı, Bakı, 2020 

Alinei M.  Etrusco. Una forma arcaica di ungherese. Bologna, 2003

Alont G. L. Renderings of Four Etruskan İnscriptions. 2003

Ayda A. Les Etrusques étaient des Turcs. Preuves. Ankara, 1985

Ayda A. Türklerin ilk ataları.Ankara, 1987

Bonfante G. and Bonfante L. The Etruscan language. N.Y., London, 1983. 

Bonfante L. Etruskan. London, British Museum Publication. 1990

Brandenstein W. Die Herkunft der Etrusker. Lpz. 1937

Eberhard W Çinin şımal komşuları. Ankara, 1942

Herodot.  Doqquz kitabda tarix. Leningrad, 1972 (rus dilində)

İnan A. Tarihte ve bugün şamanizm. Materialler ve araştırmalar. (II basqı), Ankara, 1972 

Güllü K. Qaqauz dilinin birkaç eski elementi. «Atilla Jorma armağanı», İstanbul, 2017

«Kazakların soy, damğa ve uranları. Kazak genel tarihi. Urumçi, 1987» (TDA, №118. 1999)

Carlo De Simone. Tirreni a Lemnos. Evidenza linguistica e tradizioni storiche, Firenze 1996 

Orkun H.N. Eski türk yazıtlarıAnkara, 1994

Scullard H.H. The Etruscan Cities and Rome. Thames & Hudson, 1967

TəbəriMilletler ve hükümdarlar tarihiI-IIIİstanbul, 1991

Togan A.Z.V.  Umumi Türk Tarihine giriş. I c. (III baskı), İstanbul,1981

Facchetti G. M. L'enigma svelato della Lingua Etrusca. Roma, 2000

Аманжолов А.С. К генезису тюркских рун. ВЯ, №2, 1978

Аппиан. Римская история. Первые книги. Санкт-Петербург, 2004

Бичурин Н.Я. (Иакинф). Собрание сведе­ний о народах обитавших в Сред­ней Азии в древние времена. М.-Л. (I-II том) 1950, (III том) 1953 

Галонифонтибус И. Сведения о народах Кавказа (1404 г.). Баку. 1980

Гельб И. Е.  Опыт изучения письма. Москва, 1982  

Дьяконов И.М.  История Мидии. Москва-Ленинград, 1956

Кляшторный С. Г. Руническая эпиграфика Южной Сибири. «СТ», №4, 1976

Малов С.Е. Памятники древнетюркской письменности Монголии и Киргизии. Москва-Ленинград, 1959

Мельникова Е.А. Древнескандинавские географические сочинение. Москва, 1986

Младшая Эдда Ленинград, 1970

Немировский А.И.  Этруски: от мифа к истории. Москва, 1983 

Симокатта Ф.   История. Москва, 1957

Страбон. География в 17 книгах. Москва, 1994

Фукидид.  История. Москва, 1999

Хоренаци М. Исторiа Арменiи Mоисея Хоренскаго. Москва, 1858

 

CC       - Codex Cumanicus. Edited by G.Kuun. Budapest, 1981

CIE     - Corpus İnscriptionum  Etruscarum. Leipzig, etc. 1893

KDQ    - Kitabi Dədə Qorqut. Bakı, 1988

QTAS  - Qədim türk abidələrinin sözlüyü (N.M.Xudiyev, Ə.A.Quliyev). Bakı, 1992

ДА       - Древняя Анатолия. Москва, 1985.

ИДВ    - История Древнего Востока. Москва

ИДВ II   - История Древнего Востока. Часть II. (Передняя Азия). М.1988

ИДМ   - История Древнего мира. I-III т. Москва, 1982-1983 

СТ       - Советская тюркология

TDA    - Türk Dünyası Araştırmaları. İstanmul

ThLE - Thesaurus Linguae Etruscae, I Indice lessicale. Roma,1978; I Sup­ple­men­to, 1984; Ordinamento inverso dei lemmi, 1985; II Supplemento, 1991

TLE     - Pallottino M. Testimonia Linguae Etruscae. Firenze. 1954; (II basqı) 1968

 

 

 

 


[1] Bréal (1886), Bugge (1886), Deek (1886), Pauli (1886 & 1894), Lattes (1894), Torp (1903), Corsten (1930), Friedrich (1932), Nachmanson (1908), Hammarström (1926 & 1928), Kretschmer (1929), Pallottino (1947), Scullard (1967) və başqaları. Bu yazının üzərində çalışanların sayı son dönəmlərdə də xeyli artıb.

[2] «In my opinion, none of these so-called translations are credible and serve only as examples of how not to translate» (Scullard, 1967).

[3] Herodot, I. 57-58; IV. 145; V. 26.

[4] Фукидид, IV.109, 3-4.

[5] Немировский, 1983, 23;  Börüyə borz deyən çeçenlər də özünü börüsoylu sayır. 

[6] Ağasıoğlu, 2011-2013.

[7] Мельникова, 1986, 93-95; SRD, t. II. 34-37.

[8] Təbəri, I. 272.

[9] Ön Asiyada geniş yayılan bu yazı türü daha çox sami dilləri üçün xarakterikdir. İkidilli Lemnidə pelasg (tirsen) boylarına sami tacirlərin yazı türünün təsiri ola bilərdi. 

[10] Son zamanlara qədər gələnəksəl olaraq, əllə yazılan yazıda, əlyazma redaktə ediləndə sözlərin, sətirlərin ayrılması, yeni abzasa keçmək və yazının sonunu bəlirləmək üçün bu ayırıcı s işarəsindən istifadə olunurdu.  

[11] Немировский, 1983, 95-96; Ağasıoğlu, 2005, 190-191.

[12] Кляшторный, 1976, 68-69; Bu məşhur alimin bir neçə il öncə Xəzər universitetində məruzəsi vardı. Mən ona deyəndə ki, türk dilində belə deyim ola bilməz, cavab vermədi, sakitcə gözünü döyə-döyə baxdı. Halbuki, belə yanlış oxunmaların qarşısı alınsın deyə, vaxtilə üç türkolog s işarəsinin orfografik özəlliyini açıqlamışdılar (Аманжолов, 1978, 79; Orkun, 1994, 199; Ağasıoğlu, 2005, 190). 

[13] K.Konkobayev, İ.A.Nevskaya, M.Erdal; L.N Tibikova, N.Useyev, V.M.Nadelyayev; D.D.Vasilyev; N.Şabdanaliyev; C.Saltaoğlu; İ.K.Kızlasov və b. 

[14] Friedrich J. Kleinasiatische Sprachdenkmäler. Berlin,1932; Pallottino N. L'origine degli Etruschi. Rome, 1947; Kaya P. www.compmore.net/~tntr/lemstelechtml; Scul­lard H.H. The Etruscan Cities and Rome. Thames & Hudson. 1967; Falaschi N.V. L'Etrusco Lingua Viva. - Antichite Civi­lità Medi­terranee, II. Rome, 1989;  Bon­fante L. Etrus­can. Ber­keley and Los Angeles, 1990. (Univ. of California Press). ISBN 0-520-07118-2; Steinbauer, D.H. Neues Handbuch des Etruskischen. St. Katharinen: Scripta Merca­turae Verlag, 1999.

[15] Təkcə «ona» əvəzliyndə [o] səsi oxunur, dialektdən (ağızdan) asılı olaraq, burada [u, a] səsləri də ola bilər.

[16] Burada sami dilindən alınma xətt sözü olacağı da istisna deyil, xətbaşı deyimi yazının başlanğıcı anlamında işlənə bilər, çünki xətt sözündə «yazı» anlamı da vardır. Fir­­dofsinin «Şah­namə» əsərinin Bombey əlyazmasında yab­qu (türk) boyu­nun əlifbası anlamında xətte yabğu deyimi keçir. Etrusk yazı­ların­da çu­vaş dili­nin qabarıq görüntüləri xth­pa­se sözünün çuvaşca xăt (qut) və puç (baş) sözlərilə «qutlu başlıq» anlamında işlən­diyini düşünməyə əsas versə də, bu deyim ağıt yazısında qullanıla bilməz.  

[17] İl. XXIV, 753.

[18] Rizedən olan Sukas soyadlı dostlar Sugas elinin yerini bulmaqda yardımçı oldular və qaradumanlı (qarapuslu) Marbudam yaylasının özəlliyi haqqında bilgi verdilər. Onlara, özəlliklə bu yöndə əlagələr yaradan rizeli dostum Yusuf Ziya Demir bəyə təşəkkür edirəm.

[19] KDQ,1988, 44.

[20] Varro. Lingua Latina. V, IX; Qazaxların soykökü mifində bir sıra boyların soybabası sayılan Akares Kazak oğlu bu adla uyuşan bir ad daşıyır (TDA, №118, 1999, 229); Aker adının «güvəncli kişi» anlamı vardır, Tagar adına isə Yenisydə toponim (ada adı) kimi də rast gəlmək olur. Etrusk (Toskana) elin­­dən danışan antik çağ yazarı Ager adını çəkir. Çanaqqala savaşında məşhur 27-ci alay komutanı Yarbay Şefik də Aker adı ilə tanınırdı. Akar adı türk toplumunda bugün də yayğındır.

[21] Аппиан, 2004, 237; Sukaslı dostlardan soruşdum ki, sizin eldə Tursun adı işlənirmi? Dedilər, orada hər 8-10 adamdan birinin adı Tursundur.

[22] Qam//Kam sözü kimi, ata, dədə, baba anlamları olan Apa adı (sanı) da «böyük» anlamı ilə sayqılı adamlara verilirdi. Bu ad göytürk yazılarında da keçir: Öz Apa Tutuk, İnancu Apa, Qul Apa Uruñu, Təñlig Apa, Apa Tarxan. 

[23] ХоренациIXXIII; II. VIII.

[24] Qam və maqlara aid V Bitikdə «Tanrıçılıqda qam, maq, baxşı və başqa din adamları» başlıqlı bölmədə geniş bilgi verilmişdır (Ağasıoğlu, V Bitik, 2021, 318-329).

[25] Güllü, 2017, 277-278.

[26] Orkun1994, 156-157.

[27] MK, III, 145: «Ol sözge sap bermes» (o, sözə sıra verməz).

[28] Малов, 1959, 28.

[29] Burada feil düzəldən arxaik -a//-qa eki etrusk dilində III şəxsin təkini bildirən -ke for-mantı kimi qalmışdır, etrusk yazılarında piti sözülə yanaşı petke sözü də işlənir. Örnəyin, (TC 260): RC LART PETCE . VSI NAL. «(Tanrı) Tinin Latınaya yazısı» anla­mında belə bir epi­tafiya da var­dır: (TC 338): LATINA : PITI  TINAL (Latın-a biti Tin-al); Vaxtilə aramey dilinə keçən petqa sözü o dildə «abidə» anlamında işlənirdi. 

[30] QTAS, 1992, 103; «Kodeks Kumanikus» kitabında da tetik sözü Salomonun epiteti kimi verilir: Tetic Salomô alay aytir (CC, 1981,165). 

[31] Türklərdə ad vermə gələnəyi və motivləri üçün bax: «9 Bitik» (VI Bitik, 45-48).

[32] Бичурин, I. 202-203; Saqa (skit) elbəyi sülaləsində Perisad adı da geniş yayılmışdı.

[33] Ağasıoğlu, 2020, 133.

[34] Ağasıoğlu, «Doqquz Bitik», III Bitik, Kiçik bəyliklər bölməsi, Qızılbut bəyliyi.

[35] Малов, 1959, 83.

[36] Z.V.Toğan bu olayın m.ö. 612-də baş verdiyini qeyd edir. Kiaksarın (Κυαξάρης) adı bəzi qaynaqlarda Umakiştar şəklində keçir. Ktesi Kiaksarı Arbak adlandırır. Görünür, saqa mifologiyasında Targitayın ikinci oğlu Arbak kimi, bu da şəxsadı deyil, Kiaksarın tituludur. M. Xorenatsi də onu Varbak (Ərbəg) kimi verir. 

[37] Дьяконов, 1956, 285.

[38] Yunan yazısında Δ hərfi oxşar Λ ilə dolaşıq salınmışdır (Дьяконов, 1956, 240). 

[39] İnan, 1972, 181.

[40] Təkvin, 10-11


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)