Edebiyyat.az » Proza » Zakir Sadatlı- Salam , baça

Zakir Sadatlı- Salam , baça

Zakir Sadatlı- Salam , baça
Proza
Necef Esgerzade
Müəllif:
22:53, 23 mart 2019
2 828
0
Yazıçı-telejurnalist, şair, ssenarist publisist, 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü. Zakir Sadatlı 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlmişdir. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirmişdir. 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdir. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olmuşdur. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan

Yazıçı-telejurnalist, şair, ssenarist publisist, 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü. Zakir Sadatlı 1961-ci ildə qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlmişdir. 1978-ci ildə qonşuluqda olan Privolni kənd orta məktəbini bitirmişdir. 
1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirmişdir.  
1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır.  
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk  illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olmuşdur. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində işləmişdir. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışmışdır. 
20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, "Aydınlıq" lahiyələrinin rəhbəri olmuşdur. 
 Oxuyuculara yazıçının " Salam, baça " hekayəsini təqdim edirik.

SALAM, BAÇA!
"Sa­lam, ba­ça!.."
Bu sə­si eşi­dən­də, əv­vəl­cə elə bil­dim yu­xu gö­rü­rəm.
"…Sa­lam, ba­ça!"
Son­ra gör­düm yox. Uzaq­la­rın çöl­lü-bi­ya­ba­nı­nın yu­xu­la­rın­dan gə­lən ha­ra­yı­dı bu səs. Biz ha­mı­mız - or­du­muz, əs­gə­ri­miz, çö­rə­yi­miz, qum­qu­ma­mız o yu­xu­ya qərq olub. Biz bu­ra­lar­da yo­xuq, ora­lar­da qal­mı­şıq.
"Sa­lam, ba­ça!.."
…On il idi ki, on il uza­nan mü­ha­ri­bə çı­xıb get­miş­di. Da­va­nın ad gü­nü­nü - 10 ya­şı­nı, özü­nün iş­ti­ra­kı ol­ma­dan "ya­xın" və "doğ­ma­la­rı" qeyd edir­di. Hə­min mü­ha­ri­bə özü bu mən­zə­rə­ni gör­səy­di gül­mək­dən uğu­nub ge­dər­di. Bu məc­li­sin qo­naq­la­rı qor­xu­nun, hə­yə­ca­nın, ölüm-iti­min acı şər­bə­ti­ni şi­rin mey ki­mi baş­la­rı­na çə­kir­di elə bil.
Ha­mı qəh­rə­man­lıq­dan da­nı­şır­dı, igid­lik­dən dəm vu­rur­du.
Ha­mı sə­da­qət­liy­di.
O şey­lər ki, haq­qın­da sən­gər­də da­nış­maq ol­maz­dı - onun haq­qın­da səh­nə­də, te­le­vi­zi­ya ek­ra­nın­da da­nı­şır­dı­lar.
Ha­mı da­nı­şır­dı…
…Son­ra səh­nə­nin ya­rım­qa­ran­lıq kün­cün­də əs­gər ge­yim­li or­ta yaş­lı bir ki­şi gi­ta­ra­nı si­nə­si­nə sı­xıb rus di­lin­də oxu­ma­ğa baş­la­dı:
"Sa­lam, ba­ça!.."
E­lə bil­dim tır­tıl­lar ye­ri­di, gün kü­rə­yi­mi­zi yan­dır­dı, bur­nu­mu qan qo­xu­su deş­di. Bir si­qa­ret… bir qur­tum su… qu­la­ğı­mın di­bin­dən vı­yıl­da­yıb ke­çən gül­lə­lə­rin qaq­qıl­tı­sı…
Qə­dim tor­paq… mü­qəd­dəs tor­paq… cən­nət­dən qo­vu­lub cə­hən­nə­mə düş­müş tor­paq. Bur­da aləm bir-bi­ri­nə qa­rı­şıb.
Mə­lək ki­mi adam­lar… şey­tan ki­mi adam­lar…
Əş­şi, bir də sə­nin­çün nə fər­qi. Bur­da heç kəs sə­nin di­lin­də da­nış­maq is­tə­mir, am­ma si­lah­la­rın söz­lü­yü­nü ha­mı əz­bər­dən bi­lir, ən in­cə mət­ləb­lə­ri də ye­ri gəl­di-gəl­mə­di ölü­mün di­li­nə tər­cü­mə et­mək is­tə­yir…
"Sa­lam, ba­ça!.."
Bəs bu nə mö­cü­zə­di? On il son­ra sə­nin sə­sin di­ri­lib­mi, sə­nin di­lin baş­qa bir mil­lə­tin do­da­ğın­da ayı­lıb­mı? Ni­yə bu "əf­qan əs­gər­"in ru­hu yor­ğun kə­pə­nək ki­mi sə­nin or­du­lar aşa bil­mə­yən dağ­la­rın­dan ke­çib, va­di­lə­ri­ni ad­la­yıb ba­la­ca bir oğ­lan uşa­ğı­nın - "ba­ça"­nın, ca­dar-ca­dar ol­muş əl­lə­ri­nin üs­tü­nə qon­maq is­tə­yir: "Sa­lam, ba­ça! Ti­kan­lı əl­lə­ri­ni ver mə­nə, qo­yum ürə­yi­min üs­tü­nə, kök­sü­mə sı­xım!.."
"Əf­qan əs­gər" səh­nə­də na­lə çə­kir: "Ey xa­ra­ba qoy­du­ğum oy­laq­lar, vi­ran elə­di­yim şə­hər­lər, ke­fi­niz ne­cə­dir? Ey ölü­mün şə­lə­si­ni ba­la­ca çi­yin­lə­ri­nə qal­dı­ra bil­mə­yən ba­ça! Sən in­di ne­cə ya­şa­yır­san?!"
Ha­yıf ki, o uzaq pay­tax­tın te­le­vi­zi­ya­sı­nın ya­rım­qa­ran­lıq səh­nə­sin­də ürə­yi­nin qa­bı­ğı­nı so­yan "əf­qan əs­gər­"ə əlim çat­mır. Çat­say­dı de­yər­dim ki, o ölü­mün ün­va­nı­na gön­dər­di­yin sev­gi mək­tu­bun­da mə­nim də is­ma­rı­cı­mı yol­la. De ki:

Sa­lam, Fə­rah!
Sa­lam, Şin­dand!
Sa­lam, Qən­da­har!
Sa­lam, He­rat!..
Sa­lam, Əs­gər Məm­mə­dəs­gə­ri!..

***

Hə­mi­şə Əf­qa­nıs­tan adı­nı eşi­dən­də gö­zü­mün qa­ba­ğı­na bi­rin­ci He­rat gə­lir. Son­ra o qə­dim və sehr­li şə­hə­rin gö­zü­mə çək­di­yim do­nuq şə­kil­lə­ri ara­sın­dan tə­ləm-tə­lə­sik ca­van bir adam mə­zar­dan di­kə­lir­miş ki­mi boy ve­rib qal­xır. Xey­li mad­dım-mad­dım üzü­mə ba­xıb gü­lüm­sə­yir. Nur­lu si­fə­tin­də - ba­xıb ağ­la­ma­lı kə­fən işı­ğı; məz­lum ba­xış­la­rın­da - yon­ca yar­pa­ğın­da bar­daş qu­ran şeh yal­va­rı­şı…

A­dı - Əs­gər
 So­ya­dı - Məm­mə­dəs­gə­ri.

Mən soy­da­şı­mız Əs­gər­lə əs­gər olan­da He­rat­da rast­laş­dım. O gün­dən bu gü­nə ki­mi ha­ra­da bir qə­rib soy­da­şı­mız­la ta­pı­şı­rıq­sa, müt­ləq Əs­gər Məm­mə­dəs­gə­ri­ni onun böy­rün­də gö­rü­rəm…
Lə­nət şey­ta­na. Biz onun­la gö­rü­şən­də ba­har idi. Am­ma o vaxt­dan so­yuq qış gün­lə­ri qar­lı bu­daq­lar­da bü­zü­şüb ci­vil­də­şən an­dı­ra qal­mış sər­çə­lə­rə ba­xan­da da elə bi­li­rəm o in­sa­nın ru­hu­dur - qa­nad­la­nıb gə­lib bu tə­rəf­lə­rə…
… 80-ci il­lə­rin ya­zın­da Əf­qa­nıs­ta­nın si­lah­lı qüv­və­lə­ri He­rat­da dö­yüş əmə­liy­yat­la­rı ke­çir­mə­li idi. 5-ci di­vi­zi­ya­nın ay­rı-ay­rı hər­bi his­sə­lə­rin­dən çox­lu can­lı qüv­və, avia­si­ya, ar­til­le­ri­ya, ze­nit və tank alay­la­rı ilə bir­lik­də bi­zim kəş­fiy­yat ta­bo­ru­nun "Saq­qal­lı­lar" və "Mü­səl­man" dö­yüş qrup­la­rı da əmə­liy­ya­ta cəlb olun­muş­du. Əs­lin­də, zə­if və ba­şı­po­zuq əf­qan or­du­su­nun özün­dən qat-qat güc­lü, hər­tə­rəf­li si­lah­lan­mış, təc­rü­bə­li və ce­vik mü­ca­hid dəs­tə­lə­ri ilə vu­ruş­da nə­yə­sə na­il ola­ca­ğı "hər­bi za­ra­fat"­dan baş­qa bir şey de­yil­di. Tə­bii ki, ağır­lı­ğı so­vet dö­yüş­çü­lə­ri ye­nə də öz üzə­ri­nə gö­tür­mə­liy­di.
O gün "Xalq or­du­su" ad­la­nan əf­qan kö­nül­lü­lə­ri də bi­zə qo­şul­muş­du.
Ə­mə­liy­ya­tın baş­la­na­ca­ğı vaxt məx­fi sax­la­nı­lır­dı.
Hə­lə qüv­və­lər He­rat şə­hə­ri­nin cə­nub tə­rə­fin­də səh­ra­ya to­par­la­nır­dı. Adam­lar bir-bi­ri­nə qa­rış­mış­dı. Mül­ki ge­yim­li əf­qan kö­nül­lü­lə­ri bi­zim hər­bi tex­ni­ka­ya bö­yük ma­raq­la ba­xır, əs­gər və za­bit­lə­rə xü­su­si bir doğ­ma­lıq gös­tə­rir­di­lər. Bu meh­ri­ban­lı­ğın da­va­mı ki­mi, az son­ra so­vet əs­gər­lə­ri ilə əf­qan kö­nül­lü­lə­ri ara­sın­da əməl­li-baş­lı xəl­və­ti ba­zar söv­də­ləş­mə­lə­ri baş­lan­dı.
On­lar bi­zə dır­naq­tu­tan, saq­qız, kiş­miş və təs­beh "bəx­şiş" ve­rir­di­lər. Əvə­zin­də biz­dən sı­rıq­lı, də­mir qab-qa­şıq, is­ti ayaq­qa­bı, pri­mus və pa­paq ki­mi "hə­diy­yə­lər" alır­dı­lar.
Tər­cü­mə­çi­lə­rin ya­xa­sı əl­lər­də qal­mış­dı. Hə­rə on­la­rı bir tə­rə­fə dar­tış­dı­rır­dı. Ət­raf­da ağız de­yə­ni qu­laq eşit­mir­di. Müx­tə­lif dil­lər­də da­nı­şan adam­lar bir-bi­ri­ni ba­şa düş­mə­yə can atır­dı­lar. Bu "vur­çat­la­sın"­da tər­cü­mə­çi qıt­lı­ğı ya­ran­mış­dı.
Dos­tum Ba­kir Qəm­bə­rov­la iki­miz PDM-in köl­gə­sin­də otu­rub öz di­li­miz­də söh­bət elə­yə-elə­yə çö­rək ye­yir­dik… za­ra­fat­la­şır­dıq…
Ba­ki­rin at­ma­ca­la­rı, ba­mə­zə söh­bət­lə­ri xey­li uzan­dı. O, adə­ti üz­rə "Vağ­za­lı" ha­va­sı üs­tə bir az fit çal­dı. Ya­dı­na dü­şən mah­nı­lar­dan do­da­qal­tı züm­zü­mə elə­di.
Ət­raf­da heç kəs bir-bi­ri­nə fi­kir ver­mir­di. Elə bil ha­mı öz da­xi­li hüc­rə­si­nə çə­kil­miş­di. Sə­hər­dən ora-bu­ra vur­nu­xan kö­nül­lü­lə­rin də hay-kü­yü sən­gi­miş­di. Bir də gör­düm böy­rü­müz­də­ki mül­ki ge­yim­li əf­qan­lar­dan bi­ri ye­rin­dən sıç­ra­yıb tər­cü­mə­çi­miz Şə­ri­fo­va tə­rəf şı­ğı­dı. Ba­kir­lə mə­nə ba­xa-ba­xa ona nə­sə de­di. Qey­ri-ix­ti­ya­ri ola­raq ya­dı­ma düş­dü ki, 30-35 yaş­lı bu ca­van oğ­lan ba­yaq­dan bi­zim yan-yö­rə­miz­dən əl çək­mir. Böy­rü­müz­də otu­rub lal-din­məz bi­zə qu­laq asır.
Tə­bii ki, bü­tün qar­ma­qa­rı­şıq­lıq­lar­da ol­du­ğu ki­mi bun­la­rı tə­sa­dü­fün si­fa­ri­şi bi­lib, biz də ona əhə­miy­yət ver­mə­miş­dik.
… O, tər­cü­mə­çi­nin qo­lun­dan tu­tub as­ta-as­ta bi­zə ya­xın­la­şır­dı. Ba­kir­lə mən təəc­cüb­lə bir-bi­ri­mi­zin üzü­nə bax­dıq: "Gö­rən nə olub?"
Qa­baq-qən­şər da­yan­mış­dıq.
O, puş­tu­ca Şə­ri­fo­va ye­nə də nə­sə de­yib sus­du. Tər­cü­mə­çi bo­ğa­zı­nı arıt­la­yıb "xub…­xub…" de­yib ba­şı ilə təs­diq­lə­di. Və gü­lə-gü­lə rus di­lin­də biz­dən so­ruş­du:
- Ba­şa dü­şür­süz o, nə de­yir?
- Əl­bət­tə, yox, - mən dil­lən­dim.
- Ba­yaq­dan si­zin söh­bə­ti­ni­zə qu­laq asır­mış. De­yir, mən də azər­bay­can­lı­yam. Azər­bay­can di­li­ni bil­mə­di­yi­nə gö­rə siz­dən heç nə so­ru­şa bil­mə­yib. İn­di is­tə­yir ki, si­zin­lə ya­xın­dan ta­nış ol­sun.
- Bəs o, har­dan bi­lib ki, biz azər­bay­can­lı­yıq?
Dil­manc tər­cü­mə elə­di. Və on­dan ağ­la­gəl­məz bir ca­vab al­dıq:
- Elə şi­rin da­nı­şır­dı­lar ki… Ürə­yim ye­rin­dən oy­na­dı… Öm­rüm­də bir də­fə uşaq olan­da bu di­li eşit­miş­dim…
Biz hey­rət­lə bir-bi­ri­mi­zə bax­dıq. Onun üzün­dən - mü­ha­ri­bə­nin qar­sı­dıb qo­par­dı­ğı rəng­lə­rin için­dən, bir uşaq saf­lı­ğı boy­la­nır­dı. An­la­ya bil­mir­dik - bu ya­za, bu He­rat çöl­lə­ri­nə, bu mü­ha­ri­bə­nin içi­nə bu za­val­lı uşaq ha­ra­dan gə­lib çıx­dı…
- Bir­cə də­fə ba­bam da­nı­şıb bu dil­də. Ölü­mün­dən bir gün qa­baq…­Və­siy­yət elə­di, ha­mı­mız­la vi­da­laş­dı. Son­ra de­di ki, atı­mı gə­ti­rin. Gə­tir­dik. O, atın boy­nu­nu qu­caq­la­yıb ağ­la­dı. Ha­mı­mız mat-məət­təl qal­mış­dıq. Heç vaxt eşit­mə­di­yi­miz bir dil­də o atıy­la ha­lal­la­şır­dı­…On­da mə­nim uşaq ağ­lım elə kəs­di ki, ba­bam ölüm olan ye­rə yox, baş­qa bir di­lin ol­du­ğu ye­rə sə­fə­rə ge­dir…
…Mən ya­vaş-ya­vaş sar­sı­lır­dım. Bur­da - bu bom­boz He­rat çö­lün­də, PDM-in köl­gə­sin­də Ba­ki­rə bax­dım və özü­mü gör­düm. Hər gün za­ra­fat elə­yib, de­yib-gül­dü­yü­müz bu dil­də bi­zi hifz elə­yən nə­sə var­mış. O dil bu­ra­da de­yil - uzaq­lar­da­dı. Bu­ra­lar­da qa­lan isə atı­nın boy­nu­nu qu­caq­la­yıb ha­lal­la­şan ki­şi­nin ana di­lin­də­ki qə­rib dua­sı­dır…
- Ba­ba­mın son nə­fə­siy­di. Mən isə uşaq hə­və­si­mi sax­la­ya bil­mir­dim. Elə fi­kir­lə­şir­dim ki, onun bü­tün öm­rü uzu­nu giz­lə­dib sax­la­dı­ğı sehr­li bir müc­rü əli­miz­dən çı­xa­caq. Heç ol­ma­sa ora­da nə giz­lət­di­yi­ni so­ru­şum. O, ağır-ağır nə­fəs ala-ala bir ne­çə söz pı­çıl­da­dı: "Təb­riz…­Ba­di-ku­bə… Gən­cə­…Ər­də­bil…"
…Al­lah da­dı­na çat­sın ta­cik Şə­ri­fo­vun, bi­zi naü­mid qoy­mur­du. Düz­dü, onun əsas və­zi­fə­si mü­ha­ri­bə­nin di­li­ni bi­zə tər­cü­mə elə­mək­di. Am­ma… Bu va­di­lə­rin, çöl­lə­rin, dağ­la­rın için­də ya­tan bam­baş­qa bir hik­mət­lə ara­mız­da ara­çı­lıq elə­yir­di.
Hey­rət­lə üzü­mü­zə ba­xır­dı Əs­gər Məm­mə­dəs­gə­ri. Tap­dı­ğı­nı itir­mək­dən qor­xan uşaq ki­mi təş­viş və hə­yə­can için­də bi­zi bağ­rı­na ba­sıb qoy­nun­da giz­lət­mək is­tə­yir­di elə bil…
Və bir­dən o, göy üzü ki­mi hön­kür­dü. Qol­la­rı­nı açıb Ba­kir­lə mə­nim boy­nu­ma sa­rıl­dı.
Am­ma bu mən­zə­rə­də tər­cü­mə­yə və tər­cü­mə­çi­yə yer yox idi.
Mən elə or­da - bu mən­zə­rə­nin için­də an­la­dım ki, bu da­va­nın bi­zim­lə heç bir bağ­lı­lı­ğı yox­du. Bur­da an­caq fə­lə­yin oyu­nu var. Bəs on­da bi­zi ni­yə bu oyu­nun içi­nə atıb. Öz-özü­mə de­yi­rəm ki, heç bir su­al ver­mə. Bəl­kə elə bü­tün bu ba­şı­mı­za gə­lən­lər də, elə bu mü­ha­ri­bə də, mə­ni ni­şan­ga­ha gö­tü­rən, mə­nim gül­lə­mə tuş gə­lən­lər də, He­rat çö­lü­nün özü də qə­za­vü-qə­də­rin bə­ha­nə­si­dir. Bəs məq­səd nəy­di?..
Bəl­kə el­dən qı­rı­lıb düş­müş və bu di­yar­da yi­yə­siz ruh­lar ki­mi sər­gər­dan gə­zən qə­rib soy­da­şı­mı­zın dua­sı­na sa­hib çıx­maq?
Bəl­kə Keç­miş və Gə­lə­cə­yin za­man ad­lı ila­hi kod­la­rı­nın iza­hı­nı rə­qəm­lər de­yil, ha­di­sə­lər giz­lə­dir...
Və bir­dən ya­dı­ma düş­dü ki, mən beş ay əv­vəl sübh ça­ğı He­ra­tı ilk də­fə gö­rən­də hey­rə­tim­dən dil-do­da­ğım tə­pi­miş­di, ov­sun­lan­mış­dım. Nə vaxt­sa bur­da do­ğul­du­ğu­mu, ha­çan­sa bur­da öl­dü­yü­mü xa­tır­la­maq niy­yə­tim ha­sil ol­ma­mış­dı.
…O­nun­la bir­lik­də şə­kil çək­dir­dik. Çö­rək ye­dik. Əs­gər o gün öz "kö­nül­lü­lər­"i­nin hən­də­və­ri­nə be­lə hər­lən­mə­di, on­la­ra gö­zü­nün ucuy­la be­lə bax­ma­dı.
Ax­şa­ma ya­xın biz ona de­dik ki, çı­xıb evi­nə get­sin. O, əv­vəl­cə ra­zı­laş­ma­dı.
Son­ra:
- Bir­cə şərt­lə ge­də­rəm, - de­di - si­zi də özüm­lə apa­rım, heç ol­ma­sa, bir ge­cə­lik qo­na­ğım olun.
Biz hərb­çi ki­mi əm­rə ta­be ol­du­ğu­mu­zu, ix­ti­ya­rı­mı­zın öz əli­miz­də ol­ma­dı­ğı­nı ona ba­şa sal­dıq…
Əs­gər Məm­mə­dəs­gə­ri­yə xey­li tə­kid elə­dik, yal­var­dıq ki, für­sət var­kən evi­nə qa­yıt­sın. O xey­li dü­şün­dü və:
- Yax­şı, ge­də­rəm, - de­di - Sa­bah tez­dən müt­ləq si­zə çay-çö­rək gə­ti­rib gə­lə­cə­yəm…
Gö­rü­şüb ay­rıl­dıq.
…Biz sə­hə­rə qal­ma­dıq. Ge­cə­ya­rı­sı bi­zi yu­xu­dan qal­dır­dı­lar. Üzü Bə­dəx­şan dağ­la­rı­na tə­rəf dö­yü­şə get­dik…
Gör e, gör ne­çə il­di Əs­gə­rin Ba­kir­lə mə­nə gə­tir­di­yi çö­rək - hey­bə­sin­də, qar­daş ha­ra­yı - di­lin­də, He­rat çöl­lə­rin­də di­va­nə ruh­lar ki­mi bi­zi ax­ta­rır.
Yə­qin in­di­yə ki­mi saç-saq­qa­lı ağar­mış olar
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)