Edebiyyat.az » Proza » Ömər Faiq Nemanzadə - Mən Kiməm?!

Ömər Faiq Nemanzadə - Mən Kiməm?!

Ömər Faiq Nemanzadə - Mən Kiməm?!
Proza
Necef Esgerzade
Müəllif:
19:24, 18 aprel 2019
4 528
0

Za­ma­na­mız­da, yə­ni din və əbu­diy­yət­dən, cins və mil­lət­lə­rin hökm sür­dü­yü be­lə bir çağ­da in­san öz soy və mil­lə­ti­ni ta­nı­ma­maq, da­ha doğ­ru­su, özü­nü bil­mə­mək ən bö­yük gü­nah­lar­dan, si­lin­məz lə­kə­lər­dən bi­ri­dir. La­kin bu lə­kə tez­lik­lə ge­dən lə­kə­yə də bən­zə­mir. Bu lə­kə ya­man lə­kə­dir. Bu lə­kə su­rə­tin­də elə yı­lan­cıq (qan­qre­na) ya­ra­sı­dır ki, mil­lə­ti­mi­zin vü­cu­du­nu, tür­klük var­lı­ğı­nı ya­vaş-ya­vaş gə­mi­rir, yox edir.
Bu gün həm də ki­çik mil­lət­lə­rin, xü­su­si­lə məh­kum mil­lət­lə­rin öz var­lıq­la­rı­nı, öz hü­quq­la­rı­nı sax­la­maq id­di­a­sı ilə bu qə­dər qan tö­kü­lən bir vax­tda bi­zim özü­mü­zü ta­nı­ma­maz­lıq bə­la­sı,də­rin dü­şü­nü­lür­sə, qa­ra­ya­ra­dan da, ta­un çi­ba­nın­dan da da­ha acı­lı və da­ha zə­hər­li­dir. Hər kəs öz mil­lə­ti­ni ta­nı­yıb onun yo­lun­da ağ­la­dı­ğı, onun yo­lun­da gö­zü­nü kor et­di­yi böy­lə bir hən­ga­mə­də biz öz mil­lə­ti­mi­zi sev­mək de­yil, onun hət­ta qu­ru adı­nı da bil­mə­yib or­ta­da şa­şıb qal­mı­şız. Çox­dan çü­rü­müş əqi­də­lər, tə­ri­qət­lər tir­yə­ki­si­nin bey­ni­mi­zə ver­di­yi sər­səm­lik­lə hər­lə­nib du­ru­ru­ruz.
Bu hal ilə kim üçün və nə­dən öt­rü ça­lı­şa­ca­ğı­mı­zı da, tə­bii, itir­mi­şik. İtir­mə­sək də be­lə bi­lin­mə­yən və bi­lin­mə­di­yi üçün də se­vil­mə­yən bir mil­lət üçün kim də­li­dir ki, can yan­dır­sın?
Kim olur­sa ol­sun, in­san bir nə­fər, bir mil­lət və ya bir fik­ri-əməl uğ­run­da o vaxt can yan­dı­rır ki, ona o za­man aşiq olur ki, oxu ya­xın­dan ta­nı­yıb ürək­dən sev­sin, yox­sa qu­ru və ya­lan­çı gös­tə­riş­lər­lə ara­da mə­həb­bət, eşq de­yil, ba­ya­ğı dos­tluq be­lə ol­maz.
Mən id­di­a et­mək de­yil,uca səs­lə ba­ğı­rı­ram ki, biz özü­mü­zü ta­nı­mı­rız, biz öz mil­lə­ti­mi­zin boş adı­nı be­lə bil­mə­yi­riz.
Nə olub, ni­yə do­da­ğı­nı büz­dün? Gö­rü­nür,söy­lə­dik­lə­rim­də şək­lin var. Çox yax­şı, bu­yur bə­ra­bər so­ru­şa­lım, kim­dir o?
-Ma­ra­ğa­lı Mə­şə­di Əli­əs­gər.
– Bu kim?
– Şa­ma­xı­lı Əbdül­qa­far.
– O bi­ri?
– O da ər­zu­rum­lu Dur­sun ağa.
Bun­la­rın bi­rin­ci­sin­dən so­ru­şa­lım:
– Mə­şə­di, siz nə cins və nə mil­lət­dən­si­niz?
– İran­lı və şi­ə məz­hə­bəm.
– Əbdül­qa­far ağa, sən?
– Mən də qaf­qaz­lı ba­bı­yam.
– Dur­sun ağa, sən bir az oxu­mu­şa bən­zə­yir­sən, gə­rək so­yu­nu, mil­lə­ti­ni ta­nı­ya­san.
– Mən də os­man­lı və sün­ni­yəm.
– Da­ha öz­gə?
– Özgə heç!
Siz çox da de­yi­niz ki, ”sün­ni­lik, şi­ə­lik, ba­bı­lıq bir məz­həb və əqi­də­dir”, cins və mil­lət isə baş­qa­dır.
Dün­ya­da ən ki­çik bir bö­cə­yin, ən ən ya­ra­maz bir otun so­yu cin­si bəl­li­dir, bəs bu qə­dər bö­yük bir in­san yı­ğın­ca­ğı­nın bir cin­si yox­mu?
İştə bə­la da bu­ra­sı­dır ki, həm var, həm də yox­dur? Var­dır: onun üçün ki, biz də öz­gə­lər ki­mi in­sa­nız. Bir də tə­bii, bir mil­lət so­yun­da­nız. Yox­dur: çün­ki, var­lı­ğı­mı­zı bil­mi­rik ki, so­yu­mu­zu da bi­lək.
Gə­lin bir də qon­şu­la­rı­mız­dan so­ru­şaq.
– Şak­ro Ça­pa­rid­ze,sən nə məz­həb­dən­sən?
– Pra­vos­lav.
– Nə mil­lət­dən­sən?
– Gür­cü
– De­mit­ri,sən?
– Mən də pra­vos­lav məz­hə­bin­də­nəm.
– Mil­lə­tin?
– Urun.
– İvan,məz­hə­bin?
– Pra­vos­lav.
– Mil­lə­tin?
– Rus!
Həd­din yox ki, bir oxu­muş gür­cü­yə gür­cü­lü­yün­dən sa­va­yı öz­gə bir ad ve­rə­sən, o sa­at özü­nü al­çaq­laş­dı­rıl­mış he­sab edər və sən­dən bərk də in­ci­yər.
Ya biz­də? Biz­də isə lap tər­si­nə­dir: sə­nin də həd­din yox ki, sal­mas­lı bir tür­kün oğ­lu tür­kə “türk” de­yə­sən, o sa­at sən­dən üz çe­vi­rər­və bəl­kə də sə­ni düş­mən he­sab edər. Bir də axal­sıx­lı bir ağa­ya so­ru­şu­nuz: o gə­lən kim­dir?
– Əcə­mə bən­zə­yir.
– Eyi,dəh­duş diq­qət et!
– Elə özü­dür, əcəm­dir, qı­zıl­baş­dır.
– Qoy ol­sun, bi­raz söy­lə­tə­lim.
– İşin yox, bu­rax dəf ol­sun. Qı­zıl­baş­dan nə eşi­də­cək­sən ki?
Bi­ça­rə­nin xə­bə­ri yox ki, qı­zıl­baş de­yə məs­xə­rə­yə al­dı­ğı ki­mi öz so­yun­dan­dır, öz mil­lət qar­da­şı­dır.
Ame­ri­ka­lı­lar Təb­ri­zə gə­lib mək­təb­lər, xəs­tə­xa­na­lar açır­lar və be­lə­lik­lə şi­ə tür­klə­ri­nə mə­həb­bət gös­tə­rir­lər,yar­dım edir­lər və ya edən ki­mi gör­sə­nir­lər ki, gə­lə­cək­lər­də məs­lək­lə­ri­nə, ti­ca­rət­lə­ri­nə xid­mət elə­sin­lər.
La­kin bə­la­ya ba­xın ki, biz Qaf­qaz tür­klə­ri öz ayaq­la­rı ilə ya­nı­mı­za gə­lən iran­lı şi­ə türk qar­da­şı­mı­za yüz çe­şid ad qo­şub uzaq­la­şı­rıq. Üzdən də ol­ma­sa, ar­xa­dan min dür­lü ya­man de­yi­rik. Söz ba­şın­da “ac tat” de­yə də təh­qir edi­riz.
Tif­lis gu­şə­lə­rin­də ac­lıq­dan, azar­dan can ve­rən iran­lı türk əmə­lə­lə­ri­nə – yır­qat­la­rı­na “per­si­yan” gö­zü ilə ba­xıb ke­çi­rik, fə­la­kət­lə­ri­nə so­yuq­qan­lı ta­ma­şa edi­rik.
Ya Qaf­qaz­da ya­şa­yan iran­lı şi­ə tür­klə­ri? Onlar da­ha qa­fil! Bun­lar biz­dən da­ha ar­tıq uzaq­laş­maq is­tə­yir­lər: mək­təb­lə­ri­ni, məc­lis­lə­ri­ni, hət­ta bə­zi yer­lər­də məs­cid­lə­ri­ni də ayı­rıb öz­lə­ri­nə “şiə-fars” rən­gi ve­rir­lər, ba­la­ca­la­rı­na, yə­ni öz türk oğul­la­rı­na tür­kcə­ni də əsir­gə­yir­lər, oxut­mur­lar. Şi­ə­lik­lə far­slı­ğı heç mü­na­si­bə­ti ol­ma­ya­raq ca­hi­la­nə bir­ləş­dir­mək öz tür­klə­ri­nə bal­ta vur­maq, öz söz­lə­ri­ni, öz ata-ba­ba­la­rı­nı dan­maq is­tə­yir­lər. Ya İra­nın içi ilə çö­lü? Ora­la­rı­nı da­ha so­ruş­ma,keç!
Çox yax­şı ke­çək Ba­kı­ya. Bö­yük “İsla­miy­yə” meh­man­xa­na­sı­na ge­dək. Göy­çək və pak bir ma­sa­nın (mi­zin) ət­ra­fın­da otu­ran oxu­muş və dün­ya­dan xə­bər­dar, hət­ta sö­zün­də mil­lət­pər­vər gö­rü­nən qar­daş­la­rı­mız­dan so­ru­şa­lım. So­ru­şa­lım ki:
– Soy və mil­lə­ti­niz nə­dir?
– Əlhəm­dü­lil­lah mü­səl­ma­nıq.
– Şi­ə­si­niz, yox­sa sün­ni?
– Heç bi­ri de­yi­liz, tək­cə mü­səl­ma­nıq.
– Özgə, da­ha bir adı­nız-za­dı­nız yox­mu?
– Xeyr,xeyr,xeyr!
Bi­rin­ci­lər­lə ikin­ci­lə­rin ca­vab­la­rın­dan an­la­şı­lır ki, ara­la­rın­da xey­li tə­fa­vüt var. Bi­rin­ci­lər məz­həb və əqi­də çev­rə­sin­dən çıx­ma­mış, ikin­ci­lər isə bir az irə­li ge­dib din da­i­rə­sin­də qal­mış. Əgər mən­dən so­ru­şul­sa, ara­la­rın­da heç bir tə­fa­vüt yox. Hər iki­si də bir­dir. Hət­ta de­yə bi­lə­rəm ki, bi­rin­ci­lər da­ha hə­qi­qi, ikin­ci­lər isə da­ha xə­ya­li­dir.
Xə­ya­li­dir, çün­ki əqi­də və məs­lək­lə­ri yox et­mək müm­kün de­yil, əqi­də tə­rəq­qi­nin yol­da­şı­dır, bun­la­rı ayır­maq isə də­li­lik­dir. Hə­nə­fi ilə şə­fa­i­li­yin bir­ləş­mə­di­yi bir yer­də sün­ni­lik ilə şi­ə­li­yi bir­ləş­dir­mək xam xə­yal­la­rın ən xa­mı­dır. Nə zə­rə­ri var? Qoy hər kəs öz əqi­də­si­nə,öz ic­ti­ha­dın­da,öz ima­nın­da ol­sun.
Nə var,ey oxu­cu! Ni­yə ba­şı­nı qa­şı­dın,ni­yə üzü­nü tur­şut­dun? Sul­tan Sə­lim­lə­rin, Na­dir şah­la­rın və bir çox is­lam re­cal və ülə­ma­sı­nın ça­lış­dıq­la­rı,hət­ta o uğur­da can fə­da et­dik­lə­ri bir məs­lə­kə to­xun­du­ğum­dan öt­rü­mü mən­dən in­ci­yir­sən?
Yox, yox,in­ci­mə. Əgər on­lar din və əqi­də­nin xa­siy­yət­lə­ri­ni, və­zi­fə­lə­ri­ni, möv­qe­lə­ri­ni həq­qi ilə bil­səy­di­lər boş-bo­şu­na o qə­dər ça­lış­maz və na­haq ye­rə də o qə­dər qan tö­kül­mə­yə sə­bəb ol­maz­lar­dı. Əgər on­lar “di­ni-is­lam”ın bir ağac, əqi­də­lə­ri­nin də o ağa­cın bi­rər bu­daq­la­rı ol­du­ğu­nu və o ağa­cın bö­yü­mə­si üçün bu­daq­la­rın müt­ləq ay­rıl­maq, ge­niş­lən­mək eh­ti­ya­cın­da bu­lun­du­ğu­nu qa­nıb on­la­ra yol və hür­riy­yət ver­səy­di­lər, is­la­miy­yət heç vaxt bu qə­dər cı­ğı­rın­dan çıx­maz və o qə­dər bo­­ğu­şub əzil­mə­yə, ke­çil­mə­yə də mə­həl qal­maz­dı.
Ey qaf­qaz­lı türk, sən çox­dan is­lam qey­rə­ti­ni çə­kir­sən və bu qey­rət­lə, hət­ta öz var­lı­ğı­nı, öz adı­nı da itir­miş­din.
Sən is­lam uğ­run­da o qə­dər ça­lış­mış, əqi­də qov­ğa­la­rın­da o qə­dər zə­rər çək­miş, o mər­tə­bə yo­rul­muş­san ki, axır­da bu gün on­la­rın ad­la­rı­nı çək­mək is­tə­mə­yib tək­cə mü­səl­man ol­maq xə­ya­lı­na düş­mü­sən.
La­kin əzi­zim, o qə­dər qor­xma! Ye­nə al­dan­ma ki, mə­ri­fət olan yer­də əqi­də ix­ti­la­fi zəh­mət de­yil, rəh­mət­dir. Ey türk, di­ni əqi­də­lər qov­ğa­sın­dan da­ha çox qorxma! Qor­xma ki,on­la­rın hök­mü keç­mə­yə, on­la­rın yer­lə­ri­ni in­di si­ya­sə­ti-mə­i­şət və si­ya­sə­ti-bə­şə­riy­yə əqi­də və məs­lək­lə­ri tut­ma­ğa baş­la­yır.
Ey türk, sən çox da ra­hat­sız ol­ma və şək­kə də düş­mə: di­ni ol­sun, dün­yə­vi ol­sun, əqi­də­ni giz­lət­mə.
Ey türk, sə­nin ba­şı­na çox iş­lər gəl­miş­dir, çox əqi­də­lər dol­muş­dur. Çox şey­lər bil­miş­sən və bu gün də çox ca­hil de­yil­sən! Bir çox ədib­lə­rin, mü­əl­lim­lə­rin,mü­hən­dis­lə­rin, hə­kim­lə­rin, mək­təb­lər­də yüz­lər­cə tə­lə­bə­lə­rin var!
Ey türk, ol­duq­ca çox şey bi­lir­sən. Sən da­ha sırf ca­hil xe­yir və  şə­rin qan­ma­yan de­mək ol­maz.
Sən ey türk! Za­ma­nın bir çox icad­la­rı­nı, tə­zə fi­kir­lə­ri­ni, hət­ta mo­da­la­rı­nı da öy­rə­nir­sən, hət­ta di­ni əqi­də­lə­rin çü­rü­mə­yə üz tut­du­ğu­nu se­zib dün­yə­vi əqi­də­lə­rə iman et­mə­yə də baş­la­yır­san.
Əvət, çox şey­lər, fənn­lər bil­mə­yə ça­lı­şır­san. Bir çox hü­nər­lər də öy­rən­miş­sən. Ha­va­la­ra çı­xıb və yıl­dız­la­rın nə ol­duq­la­rı­nı ya­xın­dan bil­mək, ye­rin içə­ri­lə­ri­nə gi­rib ma­hiy­yə­ti­ni an­la­maq is­tə­yir­sən. Ancaq, bir­cə xü­sus­da ca­hil­sən. O ba­rə­də heç bir zad bil­mə­yir­sən. Hər şe­yi öy­rən­mək is­tə­di­yin sə­nə ən la­zım­lı,sə­nə ən bi­rin­ci fərz olan və­zi­fə­dən xə­bə­rin yox…
Nə var, ni­yə da­rıx­dın? Ni­yə ye­nə can sı­xın­tı­sı­nın acı­sı­nı bığ­la­rın­dan, do­daq­la­rın­dan al­ma­ğa baş­la­yır­san?
Doğ­ru­su,tü­tün çə­kən­lər­dən ol­say­dım, bur­da mol­la­la­rın sa­la­va­tı ki­mi, bir pa­pi­ros çək­mə­yi töv­si­yə edər­dim.
Hə, ey türk! İstər da­rıx, is­tər­sə qa­rıx, ya­xan­dan əl çə­kən de­yi­ləm. Sən hər şe­yi öy­rən­mək is­tə­di­yin hal­da ni­yə bir­cə za­dı – yə­ni özü­nü bil­mək is­tə­mir­sən, ni­yə öz var­lı­ğın­dan, öz vü­cu­dun­dan, öz soy və nəs­lin­dən xə­bə­rin yox? Ni­yə sə­nə “Kim­sən?” de­dik­lə­ri vaxt hə­qi­qi ca­va­bın­da aciz qa­lır­san? Ni­yə sa­də­cə de­yə bil­mir­sən ki,mən tür­kəm. Ni­yə de­yə bil­mir­sən ki, şi­ə­lik­dən, sün­ni­lik­dən, ba­bı­lıq­dan əv­vəl sən türk idin. İndi də türk-sən və bun­dan son­ra da türk qa­la­caq­san?
Sə­nin bu tür­klü­yü­nə nə şi­ə­lik, nə ba­bı­lıq, nə də din­siz­lik ma­ne ola bil­məz.
Sən ey türk! Nə əqi­də­də, nə məs­lək­də olur­san ol, hə­mi­şə tür­ksən. Sən gə­rək bi­lə­sən ki, dün­ya­da hə­lə şiə, sün­ni, ba­bı, şey­xi ad­la­rı yox ikən sən var idin. İsla­miy­yət Ərə­bis­tan qum­luq­la­rın­da doğ­ma­dan əv­vəl be­lə sən Alta­yın ətək­lə­rin­də ət­ra­fın gö­zəl­li­yi­nə ta­ma­şa edib zövq alır­dın. Ora­da uzun seyr və sə­ya­hət­lə­rə ha­zır­la­nır­dın.
Ey özün­dən xə­bər­siz türk! Mə­də­niy­yət əs­rlə­ri, ni­zam, ida­rə və asa­yiş üsu­lu “ya­saq” qa­nun­la­rı hə­nüz Bağ­dad, Şam, Pa­ris və Lon­don­da yox ikən, sə­nin yur­dun­da var idi.
Sən öz dad­lı di­li­ni cı­ğı­rın­dan çı­xa­rıb bu­gün­kü acı­na­caq ha­la sa­lan ərəb əlif­ba və ya­zı­sın­dan əv­vəl sə­nin göy­çək əlif­ba və ya­zın var idi.
Ey özü­nü iti­rir, unu­dur də­rə­cə­də qo­naq­pər­vər­lik, öz­gə­lə­rə hör­mət gös­tə­rən türk, yax­şı ya­dı­na sal ki, sə­nin ru­hun, sə­nin dü­şün­cən, sə­nin var­lı­ğın hə­nüz sə­nin özün­də ikən sən bu­gün­kü ki­mi dil­siz, ya­zı­sız yə­ni mil­li ni­şa­nə­siz de­yil­din.
Ey sa­də ürək­li türk, dü­nən,bu gün öz var­lı­ğı­nı, öz mə­də­niy­yə­ti­ni gös­tə­rə bi­lib, in­di sə­nə “köh­nə bar­bar” gö­zü ilə ba­xıb bu­gün­kü mə­də­niy­yət­lə­rin haq­sız­lıq­la­rı­na ba­xıb in­cin­mə. Sə­ni la­zı­m i­lə ta­nı­ma­dıq­la­rı­nı bi­lib mə­yus ol­ma.
Yox, yox sən də çox in­saf­sız bu­lun­ma, öz-özü­nü hə­lə ta­nı­ma­dı­ğın bir vax­tda çox da öz­gələr­dən in­cin­mə!
Ümid ki, tez vaxt olur, yüz­də doq­qu­zu hə­lə yer alt­la­rın­da qa­lıb giz­lə­nən əs­ki mə­də­ni ni­şa­nə­lə­rin, əs­ki əsər­lə­rin ya­vaş-ya­vaş dün­ya üzü­nə çı­xar. Sən də ol vaxt ar­tıq­lı­ğı ilə üzə çı­xar­san, gə­lə­cək­də da­ha güc­lü ­ya­şa­maq is­te­da­dı­nı gös­tə­rər­sən.
Bəs­dir, bəs­dir, ey türk, bir az ayıl. Ayıl da ­bir çox toz-tor­paq­lar­la do­lan, ağır­la­şan di­ni əqi­də pər­də­si­ni göz­lə­ri­nin üs­tün­dən qal­dır. Əl-aya­ğı­nı bi­raz tər­pət. Vü­cu­du­nu,var­lıq ağa­cı­nı sa­ran, kor­la­yan ti­kan­la­rı,sar­ma­şıq­la­rı, yad ağac­la­rın yar­paq­la­rı­nı, dal­la­rı­nı qır, at, qur­tul. Vü­cu­du­na Alla­hın gü­nə­şi, ha­va­sı dəy­sin. Ba­şı­nı bir az yu­xa­rı qal­dır. Öz var­lı­ğı­nı, öz vü­cu­du­nun qiy­mə­ti­ni bil.İndi­yə qə­dər yad­lar üçün, öz­gə var­lıq­lar və vü­cud­lar üçün özü­nü hə­lak et­mi­sən, ba­rı bun­dan son­ra ayıl, bir özü­nə gəl, öz gü­nü­nə ça­lış.
Ey türk, za­ma­nı­mız öz­gə za­man­dır. Əgər bun­dan son­ra özü­mü­zü ta­nı­ma­yıb qa­lır­saq, qo­ru­ram ki, gec ayıl­dı­ğı­mız vaxt sa­ğa­lıb yi­git­cə ya­şa­ma­ya vü­cu­du­muz­da qüv­vət və tə­qət qal­ma­mış ola.
Ey türk, yax­şı bil ki, bu­gün­kü məh­şə­rin su­ri-is­ra­fi­li el­mə, mil­li it­ti­ha­da də­vət edi­yor! İndi­nin si­ya­si fəl­sə­fə­si tə­rəq­qi­yi mil­lət­çi­lik­də gö­rür. Za­ma­nın söv­kət və sa­xə­vət bi­na­sı mil­lət­çi­lik bü­növ­rə­si və tə­mə­li üs­tün­də qu­ru­lur. Əsrin ru­hu azad mil­lət­çi­lik­lə bəs­lə­nir, bö­yü­yür. Keç­miş əs­rlə­rin, keç­miş si­ya­si əqi­də­lə­rin cız­dı­ğı coğ­ra­fi­ya sər­həd­lə­ri­ni in­di­ki et­noq­ra­fi­ya ya­vaş-ya­vaş po­zur. Keç­miş əs­rlər­də da­şıb ət­ra­fa ya­yı­lan mil­lət sel­lə­ri ya­vaş-ya­vaş ki­çi­lib öz qay­na­ğı­na və ya çox­dan ya­taq elə­di­yi yer­lə­rə çə­ki­lir. Vax­ti­lə öz­gə­lə­rin sı­xış­dı­rıl­ma­sı ilə və ya ca­han­gir­lik də­li­li­yi ilə yer­lə­rin­dən fır­la­yıb alə­mi ra­hat­sız edən mil­lət ər­do­la­rı­na in­di: “Hər kəs öz mil­lə­ti ye­rin­də” ko­man­da­sı ve­ri­lir.
Bu gün eyi­dən-eyi­yə qa­nı­ram ki, di­ni əqi­də­dən son­ra in­san­da do­ğan dün­yə­vi əqi­də­lə­rin bi­rin­ci­si mil­lət­pər­vər­lik əqi­də­si­dir, ic­ti­ma­i fəl­sə­fə­nin baş, özü­nü ta­nı­maq fəl­sə­fə­si­dir, mil­lə­ti­ni bil­mək el­mi­dir.
Mil­lət­pə­rəs­tlik əqi­də­si öz­gə əqi­də­lə­rin mər­hə­lə­si, ke­çi­di­dir.Vax­ta ki, in­san ba­til və xu­ra­fat əsir­li­yin­dən qur­tu­lub özü­nü, özü­nün hü­qu­qu­nu bil­mə­yə baş­la­dı, on­dan mü­hit və eh­ti­ya­cın tə­si­ri­lə hər nə qay­da­ya gi­rər­sə gir­sin. Bu hal­da ki, möv­qe­yi­mi­zə, mü­hi­ti­mi­zə, el­mi­mi­zə, eh­ti­ya­cı­mı­za bi­zim ən bi­rin­ci əqi­də­miz isə azad mil­lət­pə­rəs­tlik əqi­də­si ol­ma­lı­dır.
İndi gə­lək əsil məq­sə­də .Ey şiə, ey ba­bı, sün­ni türk qar­daş­la­rım, di­ri­li­yi­mi­zin mil­li it­ti­had­da ol­du­ğu­nu bi­lən­dən son­ra da­ha rə­va gör­mə­mə­li­yiz ki, mil­lə­ti­miz küt­lə­si­ni mey­da­na gə­ti­rən aza­nın bir qis­mi Ana­do­lu­nun iz­siz, da­ğı­dıl­mış, qor­xunc bu­caq­la­rın­da yal­nız baş­la­rı­na ac, çıl­paq bu­ra­xı­lıb tə­ləf ola­lar.
Ey pak ürək­li türk, bu mil­lət­çi­lik za­ma­nın­da hər mil­lət öz nü­fu­zu­nu ar­tır­maq, o nü­fuz­la öz nü­fuz və qüd­rə­ti­ni bö­yüt­mək üçün yüz dür­lü təd­bir­lər, fə­da­kar­lıq­lar edər. İnsaf de­yil ki, biz ha­zır əli­miz­də olan min­lər­cə nü­fu­zu­mu­zun – həm də ən gənc və qə­vi bir qüv­və­tin – yar­dım­sız­lı­ğın­dan, bir loğ­ma əkmək bu­la­ma­maz­lıq­la­rın­dan tə­ləf ol­ma­la­rı­na özü­müz bi­lə-bi­lə sə­bəb ola­lım.
Ey uca mər­hə­mət­li türk, sə­nin köh­nə  mər­hə­mə­tin, eh­sa­nın, ni­şa­nə­lə­rin – o bö­yük ca­me­lər, məd­rə­sə­lər, kör­pü­lər, xəs­tə­xa­na­lar, çeş­mə­lər hə­lə sə­nin əc­da­dı­nı hör­mət­lə yad et­di­rir­lər. İndi sə­nə nə ol­du ki, mil­yon­lar­la vü­cu­da gə­lən əs­rlər­dən de­yil, ac­lıq­dan, çıl­paq­lıq­dan, “ölüm­dən be­tər” bir ha­la dü­şən  öz qar­da­şı­nı qur­tar­maq mər­hə­mə­tin­dən aciz gö­rü­nür­sən. Ya­zıq, ya­zıq!                                            
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)