Nəcəf Əsgərzadə - Kitablar fərdləri dəyişir?
Film
Həyatı boks kimi təsəvvür etsək, fikrimizdə heç də yanılmarıq. Gözlənilməz, anidən endirilən zərbələr nəticəsində müdafiəsiz qalıb tezliklə yerə sərilirik. Başımız dönür. Harada olduğumuzu bir anlıq unuduruq. Ayağa qalxmaqda tərəddüd edirik. Ayaqlarımız sözümüzə baxmır. Və biz yavaş-yavaş döyüşün elə ilk əvvəllərindən məğlubiyyəti qəbullanmış şəkildə ringdən kənara çəkilirik. Cəsarətimizin çatmaması, mübarizə prosesinin ağırlığı, zəifliyimiz bizi gündən-günə meydandan silir. Bizdən isə geriyə heç kim qalır. Heç kim olmaq isə ruhun bədəndən daha tez yox olmasına gətirib çıxarır. Ruhumuz ölməməlidir. Bədənimiz gücdən düşsə də.
Rubin Carter həyatının 30 ilə yaxın dönəmini həbsxanalar keçirib. Uşaqlıqda törətdiyi kiçik bir iş üstündə həbsə düşən Carter orada rastlaşdığı ağdərili müdirin irqçi davranışından dolayı illər boyu böyük əzablara tab gətirməli olur. İlk əvvəllər həbsə ard-arda ədalətsizlik ucbatından salınandan sonra Carter hücrəsində oturub buradan necə qurtulmağın yolları düşünür və qərara alır ki, hamıdan güclü olacaq. Həm pul, həm də nüfuz cəhətdən. Elə həmin dönəmlərdən intensiv məşqlərə başlayır. Get-gedə bədənini formalaşdırır. Fiziki güc cəhətdən digər insanlardan seçilməyə başlayır. Həbsdən çıxdıqdan sonra boks yarışlarına qatılan Carter rəqiblərinə heç bir şans tanımır. Qələbəyə ac olan Carter içində illərdi gəzdirdiyi bütün kin-küdurəti rəqiblərin üzərinə tökür. Bununla bərabər şan-şöhrət və nüfuzu da artır. Özü üçün restoran açır. Amma həyat onun üzərinə heç cürə gülmür. Cinayət üstündə şərlənən Carter yenidən həbsə atılır. Həyatı alt-üst olan Qasırğa ( Hurricane) ləqəbi qazanmış Carter yenidən ömür boyu qaçdığı hücrəyə salınır. İnancını gündən-günə itirən boksçu ədalətsizliklə necə mübarizə aparacağı bilmir. Artıq məşq belə etmək istəmir.
Bədən inkişafından beyin inkişafına doğru
Yeniyetmə və gənclik dönəmlərin də Carter daha çox bədəni üstündə işləyirdi. Ona görə həmin dövrü məcazi mənada desək bədən dövrü adlandıra bilərik. Boksçu kimi nüfuz qazanandan sonra həbs edildiyi dövrdə isə Carter artıq çıxış yolunu bədəninin tərbiyəsində deyil, ağlın tərbiyəsində görür. Əlinə düşən kitabları oxuduqca həyata baxış bucağı dəyişir. Sözlərin fiziki gücdən təsirli olduğu anlayır. Və beləliklə öz həyatı haqqında kitab yazmağa qərar verir. Yazdığı kitabı nəşr etdirir. Amma demək olar satılmayan bu kitab Carterə heç bir uğur gətirmir.
Bir gün isə bir uşaq evlərində qaldığı adam vasitəsilə ikinci əl kitablar satılan yarmarkada Carterin kitabı ilə rastlaşır. Ömür boyu heç bir kitab oxumayan bu uşaq Carterin kitabını alır və evə gətirir. Axşam isə kitabı oxumağa başlayır. Kitabdakı olan hadisələri evdəkilərə danışır. Onlar da kitabla maraqlanır. Sonradan ilk növbədə kitabı oxuyan uşaq sonra isə evdəkilər Rubin Carter ilə görüşürlər. Carter həmin vaxtlar azadlığa çıxma ümidini demək olar ki, itirmiş vəziyyətdə olur. Amma bu görüşlər zamanı inancı yenidən cücərən Carterin mübarizə əzmi artır. Artıq o başa düşür ki, tək deyil. Amma bir tərəfdən də inanıb məyus olmaqdan da qorxur. Çünki bir çox qaradərili boksçuların, aktyorların, müğənnilərin onu azadlığa çıxarma cəhdləri boşa çıxmışdısa, onun kitabını oxuyan uşaqdan mədət umması nə qədər düzgün, inandırıcı olardı? Amma elə həmin uşağın təşəbbüsüylə Carter uzun illərdən sonra həbsdən qurtulmağı bacarır. Sözün gücü ədalətsizliyə qalib gəlir.
Bir kitab cəmiyyəti dəyişməsə də, bir fərdin düzgün yol tutmasına böyük ölçüdə təsir edir. Rubin Carter əgər özü haqqında kitab yazmasa idi, onun həbsdən çıxma şansı olmayacaqdı. Əgər o bu kitabı yazmasaydı həmin uşaq vəkil ola bilməyəcəkdi. Əgər o bu kitabı yazması idi həbsxanada öləcəkdi və heç kim onu tanımayacaqdı. Əgər o bu kitabı yazmasaydı ədalətsizliklə barışacaqdı. Əgər o bu kitabı yazmasaydı onun haqqında film çəkilməyəcəkdi. Əgər o bu kitabı yazmasaydı heç kim onu xatırlamayacaqdı. Əgər o bu kitabı yazmasaydı heç kim olacaqdı. Amma o bu kitabı yazdı və tarixdə öz xüsusi yerini tutdu. İndi Rubin Carteri bir çoxları xatırlayır, amma onu illərdi həbsə atdırmağa çalışan komissarı isə xatırlayan bircə nəfər belə yoxdur.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Vladimir Nabokov Dostoyevski haqqında
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ