Tısbağalar da Uçar” Kinosu haqqında
Film
Tanışlıq: (Orijinal adı:”Lakposhtha parvaz mikonand”) Kinonun adını ilk dəfə bir facebook statusunda gördüm. İzlədiyim biri “bu kino məni məhv etdi” yazmışdı, şərhdə başqa bir istifadəçi həmin rejissorun başqa bir filmini məsləhət görmüşdü. Amma status sahibi “yox, daha birini istəmirəm” yazmışdı.
Kinonu adı ilə bağlı: Məktəb vaxtı ədəbiyyat müəllimi kitab haqqında ilk rəyi onun adı verir demişdi və vacibliyindən bəhs etmişdi. Bu kinonun adı həmin nitqi xatırlatdı. Rejissor “Turtles can fly”, “Kaplumbağalar da uçar”- maraqlı ad seçmişdi və atalar sözüdür önfikrini yaradan adı işdə işdən sıxılanda araşdırdım bir az. Ən çox irəli sürülən fikir bir kürd əfsanəsi ilə bağlılıq idi. İki quş bir budağın uclarından tutur və orta tərəfdən tısbağa. Quşlar qarşı tərəfə keçməyə kömək edəcəklər. Amma bir müddət sonra tısbağa qorxudan qışqırır və suya, gəldiyi yerə geri qayıdır. Öz imkansızlıq içində olan, yüksəklərə əli çatmadığı həyatına… Həyata və ya dünyaya uduzarkən daha güvənli olan yuvaya qaçmaq istəyinə paralellik də var sanki kenquru balasının instinktində və “Requiem for a Dream”dən gördüyümüz…
Kinonun adı ilə bağlı başqa bir maraqlı fikir isə mina üzərində gəzərkən minanın partlaması və “tısbağanı ətrafa tullaması” metaforası.
Üçüncü bir fərziyyə isə tısbağanın suda üzməsindən yaranan uçmaq metaforası və s.
Kinonun sujet xətti: Kinoda optimist səhnə yoxdu, amma didaktik səhnələr həm insanlar, həm də insanlıq üçün kifayət qədərdir. Bu vaxta qədər Ernest Hemingway müharəbəyə qarşı çox yazmışdı, amma hamısının təsiri tək bu kinonun təsiri qədər olmamışdı çox güman (“Əlvida Silah”, “Əcəl Zəngi” və bir neçə yazı və məktubunu oxumuş şəkildə fikir bildirirəm). Müharibənin gətirdiyi bədbəxtliklər insanların xüsusilə uşaqların gözündən göstərilir. İraq-Türkiyə sərhədi ərazisi bir kənddə ABŞ-İraq müharibəsindən bir neçə həftə əvvəl kino başlayır. Bir uşaq uçuruma yaxınlaşır, geriyə/keçmişə baxır. suda “xəyal”ını (əsl mənada yəni əksini) görür, daş atır suya və uçurumdan atır özünü…
Uşaqların çoxu əlildir və minalar basdırılmış ərazilərdən minaları yığıb çox ucuz qiymətə satmaqla cüzi qazanc əldə edirlər. Dünyanı necə gördüklərini rejissor hər dialoqda bir az daha ətraflı göstərir. İstər çanaq anten söhbətində, istər silah alarkən, istərsə də bir-birləri ilə dostcanlı saf söhbətlərində…
Hadisələrin episentrində Uydu/Satellite/Peyk adında digərlərindən liderlik qabiliyyəti sayəsində seçılən bir uşaq, Aqrin adında uşaq ikən zorlanmış və “ana” olmuş başqa bir prototip və həmçinin qardaşı qollarını itirmiş və eyni zamanda qeyri-adi bacarığı (gələcəyi görmə) olan oğlan var. Peykin Aqrindən xoşu gəlir, hər addımda ona kömək etmək istəyir, Aqrin isə mövcud mühitdə əks-reaksiya göstərmir/göstərməkdən çəkinir/göstərə bilmir(mühitdən dolayı). Aqrin uşağını qəbul edə bilmir, əslində ən böyük “yük” onun çiyinlərinə düşüb, hər addımda keçmişindən uzaqlaşmaq istəyir…
Kinoda keçən bir neçə cümlə:
“Helikopter gəlir, bizə yemək verəcək” (Aqrinin gözləri görməyən uşağı helikopter səsini eşidəndə)
“Bu ölkəni cənnətə çevirəcəyik” (“amerikalı”ların mesajı)
“Əl bombası istəyirsiz?” (bazarda satıcı)
“Bax! Amerikalıları görmək istəyirdin.” (Peykin dostu Peykə)
Süjet xətti deyərkən kinonu hekayə etmək istəmirəm. Həmçinin, istənilən danışılan hekayənin kifayət edəcəyini düşünmürəm, öz fikirləri filmin qayəsi sayıla bilər yenə də:
Rejissor Bahman Ghobadi fikirləri:
“Səddamın devrilməsindən üç gün sonra filmim “Songs Of My Motherland”in ( Vətənimin Mahnıları(hərfi tərcüməm)) təqdimatı üçün Bağdada getmişdim. Məqsədim güclü güclərin ağır silahlarını İraqa göndərməsinə simvolik, eyni zamanda incəsənət adına bir cavab vermək idi. Daşıdığım balaca DVD kamera ilə, bir neçə həftə Bağdadda və digər şəhərlərdə gördüklərimi lentə yazdım. İrana qayıtdıqdan sonra məni İraqda əhvalımı pozan hər şeyi kinoya tökməyə qərar verdim: mina tarlaları, əlil uşaqlar, yaxınlarını itirmiş insanlar, get-gedə artan problemlər… Müharibə sanki təzəcə başlamışdı. İraqda kino çəkmək üçün icazəni almağım üç ay çəkdi. Az insanı özündə cəmləşdirən bir komanda ilə çəkilişləri həyata keçirdik. Dünya televiziyaları müharibənin sona çatdığını anons edirdi, mən isə baş rollarda Buş (Bush), Səddam ya da başqa bir diktatorun olmadığı bir film çəkməyə başlamışdım. Müharibənin axrında bu liderlər dünya miqyasında media qəhrəmanları idilər. İraq xalqı yaddan çıxmışdı. Xalqı canlandıran bir şəkil belə yox idi. Sadəcə bir sürü lazımsız görüntü təkrar-təkrar göstərilirdi. Bu filmdə Səddam və Buş ikinci dərəcəli insanlar. Əslində İraq xalqı və kənd uşaqları baş rolu canlandırmaqdadır. Kinonu diktatorların və faşistlərin siyasətlərinə qurban edilən bütün günahsız dünya uşaqlarına ithaf etmək istəyirəm.”
Mənim fikirlərim:
Bildiyim qədəri ilə, dünyada hazırda ən gəlirli sahələr insan və silah alveri imiş. Məktəb vaxtı qədim dünya tarixində də, orta əsrlər tarixində də, yeni tarixdə də, ən yeni tarixdə də müharibələr əsas mövzu idi. İnsanlar ölür, insanlar aclıq dövrü yaşayır, əsir düşür və beləcə tarix kitabları yazılır. Hegelin sözü yada düşür: “İnsanların tarixdən aldıqları başlıca ibrət dərsi ondan ibarətdir ki, onlar tarixdən heç bir ibrət dərsi götürmürlər.” Aqrin bir müharibənin eyni zamanda İraqın simvolik proyeksiyasıdır, keçmişi ilə, bugünü ilə, düşüncələri ilə, yaşadıqları ilə…
“Əcəl Zəngi”ndə Robert Jordan deyirdi, dünya gözəl yerdir və uğrunda mübarizə aparmağa dəyər.
Dipnot: Kinoda Aqrinin uşağı rolunu canlandıran uşaq həqiqətən görmürmüş və kino çəkilişlərindən sonra əməliyyatla normal həyata dönmüş.
Xoş günlərə…
Yazının müəllifi: Coenni

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)