Elnur Osmanov - Marvel filmlərindəki şuüraltı mesajlar
Film
Adətən komikslər əsasında çəkilmiş filmləri ciddi qəbul etmirdim, həm psixoloji - fəlsəfi baxımdan , həm də süjet baxımından . Lakin son bir neçə filmlərdən sonra ( əsasən da Qalaktikanın qoruyucuları ) bu haqda fikrim dəyişdi. Əmin oldum ki, bu filmlər əksinə digər filmlərə nisbətən bütün detalları ilə müəyyən bir vahid məqsəd üçün işlənirlər. Yəni filmlərin kütləvi olması, daha geniş yaş kateqoriyasını əhatə etməsi, A sinif aktyorların cəlb olunması, bir saniyə belə darıxmağa qoymayan speseffektlər, dinamika, müasir sarkastik yumorla dolu atmacalar ilk anda bizə sadəcə cizgi filmi kimi gələn iki saatlıq bir filmin əslində elə dediklərimin hesabına baxış sayını çoxaltmaqla ( eyni anda kommersiya uğuru əldə etməklə ) , həm də kütləvi şüuraltı təsir üçün əlverişli silaha çevrilirlər. Filmlərdə masonik , satanik işarələr axtaran yüzlərcə yutub kanalları , saytlar var. Bu əksərən ucuz və mənasız bir məşğuliyyətdir. "Dünyanı illuminatilər, masonlar idarə edirlər və filmlərdə öz işarələrini buraxırlar" deməklə bu analizlər bitmiş olur. Yəni bu analizlər öz məntiqi əsasını tapmırlar və əksərən filmin yaradıcıları da filmdə bu işarələri üzdə buraxmaqla bir növ qəsdən "iz azdırmış" olurlar, gizli təsir isə daha başqa elementlərlə şüuraltına icra olunur . Ona görə Hollivud filmlərinə tək simvolik elementləri yox həmçinin süjet xəttinin analizləri ilə yanaşmaq lazımdır. İlk növbədə isə Hollivud filmləri demək olarki 90% hallarda qnostisizm fəlsəfəsi üzərində yaradılır. Amma paradoksal olsa da, qnostik miflərlə heç bir tanışlığı olmayan insan üçün bu filmlər əslində daha dərin bir şüuraltı silah rolu oynamış olur. Nə üçün ? birazdan izah edəcəm. Qnostiklərin fikirlərinə görə gizli biliklər hər kəsə açılmalı deyillər, gizli biliklər ancaq müəyyən qrup insanlar üçün açılmalıdırlər və bu biliyə çatma qnozis adlandırılır. Yəni digər dini-fəlsəfi cərəyanlardan fərqli olaraq qnostisizm kütləvi və açıq xarakter daşımır. Qnostisizm ümumi olaraq xristianlıqdan bir neçə əsr formalaşsa da fəlsəfi əsasları ilə yunan və daha qədim mifoloji təsəvvürlərdən qaynaqlanıb. Çünki monoteist ( ibrani ) dinlərin özündə kütləvi təqdim etdiyi tək və ədalətli Tanrı obrazı məntiqlə bir çox insanın şübhəsinə səbəb olur, məsələn biz bunu hal hazırda da , din-ateist mübahisələrində ateistlər tərəfindən əgər Allah varsa afrikada uşaqlar niyə ac qalırlar, niyə tanrı kiminsə öldürülməsinə, xəstələnməsinə göz yumur və s . kimi dünya haqsızlıqlarını misal çəkirlər. Əslində bu məntiqi suallar insanlarda hələ ibrani dinlər mövcud olmamışdan düşündürmüş və bu səbəbdən onlar tanrıları ya tam ədalətli olmayan ( məsələn Zevsin ziddiyətli xasiyyəti ) və ya həm müsbət , həm mənfi tanrıların olması ilə ( məsələn atəşpərəstlikdəki Əhriman və Ahuramazda kimi ) çözmüşlər. Hətta yəhudilərin belə ilk anlarda tanrıları tək və ideal ədalətli deyildi, yalnız xristianlıq və daha sonra İslamda tanrı tək və ədalətli olaraq təqdim edildi və bütün mənfi işlər isə şeytan, iblisin üzərinə qoyuldu. Amma hər şeyə qadir olan Tanrı daima hər şeyi idarə edirsə, niyə şeytan pisliklər edə bilir sualı qnostik düşüncənin və fəlsəfənin yaranmasına gətirib çıxartdı. Qnostiklərə görə dünyada ən ali Tanrı var amma o pleromadan ( dərk edə biləcəyimiz dünyanın ən son sərhədindən ) kənarda yerləşir , hazırki dünyamızı isə Demiurq adlı mənfi tanrı obrazı yaradıb və idarə edir. Qnostiklərə görə dünya bu zalım tanrının yaratdığı bir həbsxanadır, hər bir insanın içində Ali tanrı tərəfindən verilmiş, lakin Demiurq tərəfindən unutdurulmuş gizli biliyi , işıq ( qnozis ) vardır. Və bunu əldə etməklə bu dünyadan qurtulub Ali tanrıya qovuşmaq gərəkdir. Monoteist dinlərin nəzərdə tutduğu tanrı qnostiklərə görə Demiurqun özüdür.
Bu dini baxışda Həvvanı yoldan çıxardaraq almanın dadına baxdıran ilan Ali tanrı tərəfindən göndərilmiş Lusiferdir. Lusifer əslində yunan mifologiyasının obrazı olub “işıq gətirən” deməkdir. Yəni bilik öyrədən, qnozisi, sirri açan. Qnostiklərə görə İsa Peyğəmbər də Ali Tanrının bir hissəciyini insanlara gətirmək ( əslində onların içində olan ali tanrı hissəciyini oyatmaq ) üçün enmişdir. Qnostiklərin xilaskarı Lusifer xristianlıqdakı İsa obrazına uyğun gəlir ( Lusiferin enmiş mələk adlandırılması da onun əslində cənnətdən qovulması yox, pleromadan enərək kömək üçün gəlməsi anlamında təqdim olunur , ona görə də Hollivud filmlərində superqəhramanlar həmişə göydən enmə şəklində xilaskar rolunda çıxış edirlər ) və bütün mənfi işlər və zülmlər isə Demiurq və onun mələkləri tərəfindən edilir ki, insan həqiqəti dərk etməsin və daim bir növ yuxu içində olsun ( Matrisa filmini xatırlatmadı? Bəli Matrisa da tam qnostik süjetə malikdir ). Standart monoteist düşüncəni belə tərsinə çevirdiyinə görə də rəsmi olaraq din konfessiyaları qnostikləri bütün əsrlər boyu sıxışdırıb kafirlikdə ittiham ediblər.
İndi isə keçək filmə. Bəli film ilk anda heç bir dini təsir bağışlamır. Amma mən yerləşdirdiyim posterə fikir verək, Vers ( Kerol ) işığın tərsinə kimi çevrilmiş xaç formasının üzərində durub. Bu şüuraltına ilk anda olan siqnaldır ki, film standart dini görüşü tərsinə çevirəcək. Filmin başlanğıcında hər şey adi xristianın ( tamaşaçı ateist ya deist də ola bilər, amma bu onun ümumi dini-mifoloji təsəvvürünün monoteist düşüncə əsasında formalaşmasına mane olmur ) düşüncəsinə uyğun cərəyan edir. Yəni yaxşı məxluqlar , pis məxluqlara mübarizə aparırlar, bu işdə onlara ali şüur kömək edir. Pis məxluqlar biz onları şeytan kimi qəbul edək deyə elə şeytan, cin formasında təsvir olunurlar. Filmin ilk yarısı qnostikadan xəbəri olmayan standart dini görüşə malik olan insanın ürəyinə yağ kimi yayılır, yəni parolu deyərək şüuraltımıza daxil olur. Amma Vers nəyinsə düz getmədiyini şübhələnir həmişə, keçmişdən xatirələr oyanır ( qnozis elementləri ) , Versin komandiri isə onun hisslərinə , emosiyalarına tabe olmamağa və soyuq başla düşünməyə çağırır, çox hallaqda isə gizli gücündən istifadəyə icazə vermir. Bu halı gündəlik həyatımıza köcürsək standart dini düşüncənin və cəmiyyətin bizi çərçivələrə salaraq öz şəxsi fikrimizlə, daxili hissələrimizlə yox bizə deyilənləri mütləq həqiqət kimi qəbul edərək yaşatdırmaq istədiyimizin anologiyasıdır. Tamaşaçının da dünyaya, avtoriterlərə, çərçivələrə olan bunt hissləri bu hisslərlə uzlaşdığı üçün biz özümüzü Vers ilə artıq tam sinxronlaşdırmış oluruq. Yəni filmin yaradıcıları bir qapını da parolu deyib açaraq daha dərin şuüraltımıza daxil olurlar. İndi keçək Vers obrazının özünə və simvolikasına. Versin ilk anlardan əlində alov , işıq olduğunu görürük. Lusiferin bəs adının mənası nədir ? “İşıq gətirən” . Kerol pilotdur və yalnız göydən yerə düşəndən sonra xüsusi güc əldə edir. Bu da “enmiş mələk” obrazına anologiya yaradır. Lusiferin digər adı isə “səhər ulduzu” olub. Aşağıda yerləşdirdiyim posterdən isə Versin “səhər ulduzu” şəklində obrazı verilir. Amma Vers burda Lusiferi yalnız hissəvi simvolizə edir. Yəni psixoloji olaraq hər bir insanın içində olan Lusiferi, işıq gətirəni, dünya həbsxanasına qarşı buntarı. Buntu , etirazı isə sinəsində olan 8 güşəli ulduz – xaos simvolu göstərir. Xaos simvolu – ancaq şüuraltı səviyyədə idarə oluna bilən təbiətin fövqəl güclərini göstərir. Ona görə də, sistem Versdən şüurla idarə olunmağı tələb etsə də, Vers hər dəfəsində hisslərinə qapılaraq gizli möcüzəli gücündən istifadə edir. Demək biz filmin ilk yarısında bizə heç də yad olmayan bir yaşam tərzinə uyğun qəhramanı şüuraltımıza buraxmaqla eyni zamanda onun bütün simvolikası ilə əsl obrazını , yəni Lusifer tərəfini də şüuraltımıza keçirmiş oluruq ( filmdə də bu haqqda səhnə var ki, parolu bilmirsə bəs necə bizim içimizə keçə bildilər ) . Ondan sonra isə baş verənlər isə artıq agent Fyurinin köməkliyi ilə tesseraktın, yəni gizli məlumatın, qnozisin axtarılması və onun tapılması olur. Bir növ oyanma, özünüdərk. Vers əslində başa düşür ki, indiyə kimi onun müsbət saydığı obrazlar əslində mənfi, mənfi obrazlar isə müsbət imişlər. Tesserakt fəlsəfə daşını, qnozisi simvolizə edir, Vers xatırlayır ki, onda xüsusi güc ancaq Tesseraktlar kontaktdan sonra əldə olunub. İlk anda müsbət qəhraman sayılan Ronan – Demiurqa işarədir. Beləliklə bizim şüuraltımızda indiyə kimi hərşeyə qadir olan Tanrı obrazının inversiyası, tərsinə çevrilməsi baş verir. Çünki Vers elə düşünməyə başlayırsa, biz də onunla sinxronlaşırıqsa biz də artıq içimizdəki indiyə qədər bizə yeridilmiş ədalətli Tanrı obrazını avtoritetdən salırıq, ona qarşı fikrimiz dəyişmiş olur. Bir də digər maraqlı məqam şeytanabənzər məxluqların əslində gizli orqanlarda uzun müddət insan obrazlarında işləməsi haqqındadır. Konspirologiya fanatları gizli təşkilatların həmişə öz maraqları naminə dünyada müharibə və s. yaratdıqlarını deyirlər. Amma filmdə həmin məxluqların əslində xoşniyyətli olması və əslində zalım tanrı – Demiurqa qarşı mübarizə apardıqları göstərilir. Beləliklə film standart dini dünyagörüşü olan insanın şüuraltında öz kodlaşmasını edir, ordakı təsəvvürləri şübhəyə salaraq , tərsinə çevirir. Bu yaxşıdır , və ya pis deyə bilmərəm. Çünki mən nə standart dini dünyagörüşünün, nə də qnostik dini dünyagörüşünün düz , hansının yaxşı hansının isə pis olmasını söyləyə bilmərəm. Bu hər kəsin şəxsi işidir. Amma fakt odur ki, əksər qərb filmləri qnostik ssenarilər üzərində qurulurlar. Yazını yazmaq isə məqsədim özüm başa düşdüyüm qədər bu tip filmləri açmaqda bir açar kimi qnostik bilikləri çatdırmağım idi

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)