Edebiyyat.az » Musiqi » Leninqrad simfoniyası

Leninqrad simfoniyası

Leninqrad simfoniyası
Musiqi
Necef Esgerzade
Müəllif:
19:19, 03 oktyabr 2019
1 644
0
II Dünya müharibəsinin ən ağır blokadalardan biriolan Leninqrad mühasirəsi, 8 sentyabr 1941-ci ildə şəhərə gedən sonuncu yolunda kəsilməsi ilə başlamışdı.

İndiki adı St. Peterburq olan Leninqradın ələ keçirilməsi Hitlerin SSRİ-ni istila etmə planında üç strateji hədəfindən biri idi. Şəhərin siyasi,hərbi və sənaye baxımdan çox əhəmiyyətli olması, nasistlərin buranı hədəf seçməsinə səbəb olmuşdu. Nasist ordusu şəhərə gedən bütün qida kanallarını kəssə də, bu çətinlik qarşısında heç cür təslim olmayan sovet xalqı ilə qarşılaşmışdılar.

Qızıl Ordu üçün həyati əhəmiyyəti olan şəhərin tək qida kanalı Ladoqa gölü vasitəsilə çatdırılırdı. Şəhərə yardım soyuq aylarda donan Ladoqa gölünün üzərindən yük maşınları ilə gəlirdi. Qış aylarında -35 dərəcəyə qədər şaxta olan şəhərdə insanlar aclıqdan at, it, pişik və hətta insan əti belə yeməyə məcbur olurdu.  

9 avqust 1942-ci ildə Leninqrad şəhərinin cəbhə xətlərinə yerləşdirilmiş səsyüksəldicilərdən musiqi səsi eşidildi.

Şəhəri fasiləsiz olaraq ağır toplarla bombalayan alman ordusu sovet əsgərləri tərəfindən müvəqqəti olaraq susdurulmuşdu. Yaranan müvəqqəti sükut zamanı bütün əsgərlərdən səslənəcək konserti dinləmələri tövsiyə edildi. Konsert Şostakoviçə aid 7-ci simfoniya əsərinin Leninqrad premyerası idi və aclıqdan ayaq üstə güclə tab gətirən orkestr tərəfindən səsləndirilirdi.


    ƏTRAFLI  Orbit Office  
Konsert orkestranın rəhbəri Karl Eliasberg’in səs yazısı ilə başlayırdı:
“Yoldaşlar! Şəhərimizin mədəniyyət tarixində iz qoyacaq bir hadisə reallaşmaq üzrədir. Bir neçə dəqiqə sonra yoldaş Dmitri Şostakoviç’in “Yeddinci Simfoniyası”nı eşidəcəkəsiniz. Özü bu bəstəni düşmənin Leninqrada dəhşətli hücumu əsnasında yazıb. Faşistlərin bütün Avropanı bombaladığı və hər kəsin Leninqradın sonunun gəldiyini düşündüyü həmin o ağır günlərdə. Ancaq bu musiqi ruhumuzun, cəsarətimizin və müharibəyə hazır olduğumuzun sübutudur. Dinləyin,Yoldaşlar!”

Dünya tarixinin ən fərqli konsertinin həmin gün səsləndirilməsinin səbəbi isə təsadufi deyildi. Adolf Hitler həmin gün Leninqradı işğal edəcəklərini açıqlamışdı.

Konsertdən əvvəl orkestrın iki üzvü aclıqdan ölmüşdü. Eliasberg evbəev gəzərək musiqiçiləri toplamağa çalışırdı. Həmin hadisələrin canlı şahidlərindən bir nəfər aclıqdan bir dəri, bir sümük qalan və cırıq paltarlarla səhnəyə çıxan orkestrı görəndə hər kəsin ağladığını deyirdi.

Bu konsert bütün Leninqrad xalqında faşist ordularına qarşı mübarizə üçün yeni güc vermişdi. Bu günə qədər tarixdə heç bir musiqi müharibəyə psixoloji olaraq bu qədər təsir etməmişdi. Konserti eşidən bəzi alman əsgərlər Leninqrad mühasirəsindən qalib gələ bilməyəcəklərinə inandıqlarını etiraf etmişdi.

872 gün davam edən mühasirə 27 yanvar 1944-cü ildə bitmişdi. Təəsüf ki, konsertə aid heç bir görüntü və ya səs yazısı günümüzə gəlib çıxmayıb.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)