Edebiyyat.az » Palitra » Günəbaxanlar - Van Qoq

Günəbaxanlar - Van Qoq

Günəbaxanlar - Van Qoq
Palitra
Necef Esgerzade
Müəllif:
12:39, 23 aprel 2019
1 953
0

Van Qoq bütün dünyanın tanıdığı məşhur holland rəssamıdır. O, incəsənət tarixi boyu çətinliklərlə dolu bir ömür yaşayan simalardandır. Ən azı, həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur.
Dahi rəssam 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. 1880-1881-ci illərdə Brüssel və 1885-1886-ci illərdə isə Antverpendə rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir.
1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, “qəmgin” mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. O, həyatı boyu 2000-dən artıq şəkil, eləcə də, 3000-ə yaxın rəsmin müəllifidir. Onun əsərlərinin təsviri üçün sözlər kifayət etmir, ən azı, ona görə ki, hər bir insanın bu əsərlərin seyrindən sonra keçirdiyi hisslər müxtəlifdir. O, hər bir insanın zövqünü oxşaya biləcək tərzdə yaradıb. Burada hər şey insanın qavrayışından, həssaslığından, emosionallığından asılıdır.    

Van Qoqun ən sevdiyi rəng sarı olduğu üçün o, öz ideyalarını, fantaziyalarını və fikirlərini çox rahat şəkildə məhz çiçəklərin üzərində əks etdirib. Onun dünya şöhrətli, ən məşhur əsərlərindən biri “Günəbaxan” adını qoyduğu çiçəklər portreti idi. Sözügedən rəsm çox parlaq, emosional, eləcə də, füsunkardır. Rəsm əsərinə diqqətlə baxdığınızda fikir verə bilərsiniz ki, çiçəklər rəsm əsərində çox qəmgin təsvir edilib. Rəssam bu şah əsərində solğun, cansız çiçəkləri təsvir edib. Sarı rəngin fonunda sarı, narıncı rənglərlə ifadə olunan çiçəklər sanki izləyiciyə hər hansı konkret bir mesajı ötürməyə çalışır.

Əsərə diqqətlə baxdığınızda görə bilərsiniz ki, güllər təbii bir parlaqlıqla işıq saçır. Onlar işıqlı olmaqla yanaşı, həm də sirli bir sehrə malikdir. Van Qoqun şəxsi imzası isə güldanda əks olunan naxışlar arasında nəzərə çarpır. Sözügedən əsər fevral ayının 26-da 1924-cu ildən etibarən London şəhərində yerləşən Milli Rəsm Qalereyasında saxlanılır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)