Edebiyyat.az » Proza » S.Moem - Muzdlu tərəfdaşlar

S.Moem - Muzdlu tərəfdaşlar

S.Moem - Muzdlu tərəfdaşlar
Proza
nemət
Müəllif:
18:45, 08 mart 2019
1 644
0
S.Moem - Muzdlu tərəfdaşlar
Uilyam Somerset Moem 1874 - cü il yanvarın 25 - də

Parisdə, Fransada yerləşən Britaniya səfirliyində hüquqşünas ailəsində anadan olmuşdur. On bir yaşına kimi Uilyam ancaq Fransız dilində danışmışdır. Onun valideynləri İngiltərənin Kent qraflığından, Kenterberidən altı mil uzaqlıqda, Uitstebl şəhərindən idilər. O, Kenterberidəki Kral məktəbində təhsilini davam etdirməyə başlayır. Sonra o, Heydelberq universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. U.S.Moem 1892-ci ildə Londonda müqəddəs Fom xəstəxanasının yaxınlığındakı tibb məktəbinə qəbul olur.
Tibb sahəsindəki təcrübəsi onun 1897-ci ildə yazdığı “Lambetalı Liza” romanında aydın görünür. Moemin ədəbiyyat sahəsindəki ilk uğuru 1907- ci ildə yazdığı “Xanım Fredrik” pyesi olmuşdur. O, Birinci Dünya müharibəsi zamanı Britaniyanın Mİ-5 kəşfiyyat idarəsi tərəfindən Rusiyanı müharibədən çıxartmaq məqsədilə Amerikadan gəmi vasitəsilə Vladivostoka göndərilir. Sonra o, 1917-ci ilin noyabrında Petroqrada gəlir. Burada o, Aleksandr Kerenski, Boris Savinkov və başqa siyasi xadimlərlə tez-tez görüşür. Bolşeviklər hakimiyyəti ələ
alandan sonra Uilyam Rusiyanı tərk edir. Onun kəşfiyyatla məşğul olması işi 1928-ci ildə yazdığı “Eşenden, və ya Britaniya agenti” əsərində öz əksini tapmışdır. U.S.Moem 1917-ci ilin mayında Amerikada Siri Velkomla evlənir. Müharibədən sonra Moem dramaturgiya sahəsində böyük uğurlar qazandı. Onun “Dairə” (1921), “Şeppi” (1933), “Ay və гара qəpik” (1919), “Pirojna və pivə” (1930), “Teatr” (1937), “İti ülgüc” (1944) kimi əsərləri bu qəbildəndir.
U.S.Moemin “Qəhrəman” (1901), “Missiz Kreddok” (1902), “Karusel” (1904), “Cadugər” (1908), “Yarpağın titrəməsi” (1921), “Kazuarina” (1926), “Məktub (Cinayət
hekayələri)” (1930), “Kitab çanta” (1932), “Dar künc” (1932), “Ah Kral” (1933), “Cinayət yeri” (1934), “Don Fernando” (1935), “Kosmopolitlər” (Qısa hekayələr) – (1936), “Milad bayramı” (1939), “Sentyabr şahzadəsi və bülbül” (1939), “Fransa müharibədə” (1940), “Taleyin oyuncaqları” (1947), “Katalina” (1948), “Kuartet” (1948), “Yazıçının qeyd dəftərçəsi” (1949), “Trio” (1950), “Yazıçının düşüncəsi” (1951) və s. nəsr əsərləri ona dünya şöhrəti
qazandırmışdı. U.S.Moem 1954-cü ildə Kavaler Ordeni mükafatına layiq görülmüşdü.
U.S.Moem 15 dekabr 1965-ci ildə Nitse xəstəxanasında sətəlcamdan vəfat etmişdir.



                                            Muzdlu tərəfdaşlar


Bar adamla dolu idi. Səndi Veskotun qarşısında iki kokteyli qoyulmuşdu. O, saatına baxdı, ac olduğunu hiss etdi.Şam yeməyini o, saat onun yarısında yeməyi tapşırmışdı. İndi isə saat ona qalırdı. Yeva Baret həmişəki kimi yenə gecikirdi. Və o, bunu da bilirdi ki, saat on birin yarısından əvvəl yemək üçün heç bir şey tapmaq olmayacaq. Bu vaxt başqa bir adam bara daxil oldu. Səndi onu salamladı.
- Salam, Kotman. Bir şey içəcəksinizmi?
- Məmnuniyyətlə, cənab.
Kotman təxminən otuz yaşlı, səmimi baxışlı bir adam idi. O, görkəmindən gənc bir oğlana bənzəyirdi. Onun dolu bədəni, qara saçı və iri qara gözləri vardı.
- Stella necədir? - Səndi soruşdu.
- Yaxşıdır. Səhnəyə çıxmazdan əvvəl dincəlməyi xoşlayır. Bu onun əsəbilərini sakitləşdirir.
- Mən bu təhlükəli işi min paunda edərdim.
- Bəli, belə bir yüksəklikdən iki metr dərinliyi olan suya tullanmağa heç kəs cəsarət edə bilməz.
- Bu mənim əvvəllər gördüyüm oyunlardan daha təhlükəlidir.
Kotman gülümsədi. O, Səndinin sonuncu sözlərini bir kompliment kimi qəbul etdi. Stella onun arvadı idi. Əlbəttə, o, həyatını təhlükəyə ataraq
bu qorxulu oyunu tamaşaçılar qarşısında icra edirdi. Hündür bir yerdən alovlu suya tullanmaq adamlara daha artıq zövq verirdi.
Stella iyirmi metr hündürlükdən iki metr dərinliyi olan suya tullanırdı.O, tullanmazdan əvvəl suyun üzərinə benzin tökürdülər və məşəl ilə suyun üzərindəki benzini alovlandırırdılar. Bu çox qorxulu oyun idi.
   Bu vaxt Yeva Baret başqa qonaqları ilə gəldilər. O, çox varlı bir Amerikan qadını idi. Onun stolunda həmişə çoxlu qonaqlar olurdu. Adətən, onlar yeməkdən sonra kart oynayırdılar.
- Pako, yaxşı bir stol hazırla, - deyə Yeva Baret baş xidmətçiyə tapşırıq verdi.
- Ən yaxşı stolu, - deyə baş xidmətçinin qara gözlərində ona qarşı məftunedici bir ifadə göründü.
- Siz heç Stellanı görmüsünüz?
- Əlbəttə, üç dəfə. Mən indiyə kimi belə qorxunc oyun görməmişdim. Mən onun ölümünü görmək istəyirəm. Əlbəttə, o, bu gecələrin birində öləcək və mən bunu öz gözlərimlə görəcəyəm.
Pako güldü
- İndi o, elə bir uğur qazanıb ki, gərək bunu gələn aya kimi qoruyub saxlayaq. Avqustun axırına kimi o özünü öldürməsəydi, bundan sonra nə edir, etsin.
   Orkestr çalır, keflənmiş ağalar və xanımlar rəqs edirdilər. Musiqi dayanan kimi baş xidmətçi nəzakətlə Yeva Baretin qonaqlarını onlar üçün ayrıca düzəldilmiş stola dəvət etdi.
- Biz Stellanı buradan daha yaxşı görəcəyik.
- Mən sututara yaxın oturmaq istəyirəm. Buradan onun üzünü daha aydın görə biləcəyəm.
- O, çox gözəldir?- stol arxasında oturmuş xanımlardan biri soruşdu.
- O qədər də yox. Gözləri cazibəlidir. Stella hər dəfə bu səhnəni göstərəndə öz ölümü üçün qorxur.
- Mən buna inanmıram. Bu sadəcə olaraq bir oyundur. Burada risk ediləsi heç bir şey yoxdur.
- Sən nə haqqında danışdığını bilmirsən. Belə bir hündürlükdən dayaz suya tullanmaq və ani olaraq suya çatanda cəld bir hərəkətlə dönüb suya baş vurmaq, bu sizin düşündüyünüz qədər də asan iş deyildir. Əgər o, bu hərəkətdə kiçicik bir səhvə yol versə, onda onun kürəyi və başı sututarın kənarına dəyib parçalana bilər.
- Əgər bu risk deyilsə, onda burada qorxulu heç bir şey yoxdur. Bu iş dəqiqədən asılıdır. Əgər o həyatına risk etmirsə, deməli bu müasir dövr üçün ən böyük möcüzədir.

   Səhnənin sol tərəfində, stulların arxasında çox hündür bir nərdivan vardı. Bir azdan musiqi dayandı, işıqlar söndü. Projektor sututarı işıqlandırdı.
Bu vaxt Kotman göründü. O, stulların yanındakı nərdivana yaxınlaşdı.
- Ağalar və xanımlar, - o, yüksək səslə dedi. – Siz indi əsrin ən gözəl üzgüçüsünü görəcəksiniz. Madam Stella dünyada ən məhşur üzgüçüdür. O, iyirmi metr hündürlükdən iki metr dərinliyi olan, alovla şölənənən suya tullanır. Bu indiyə kimi görünməmiş möcüzədir. Madam Stella bunu edə biləcək hər hansı bir adama yüz paund verməyə hazırdır. Ağalar və xanımlar, indi mən sizə madam Stellanı təqdim edirəm. Bu zaman nərdivanın yanında kiçik bir fiqura göründü. O, sututara tərəf getdi və ona əl çalanlara baş əydi. Stella əyninə ipək kişi xalatı, başına isə üzgüçü papağı geymişdi. Hamı ona diqqətlə baxırdı.
- Gözəl deyil. - Yeva Baretin stolunda oturan xanımlardan biri dedi.
- Yaxşı bədən quruluşu var. Siz görəcəksiniz.- Yeva Baret xanımlara dedi.
Stella xalatını çıxarıb Kotmana verdi. Kotman aşağı düşdü. Stella bir anlığa dayandı və adamlara baxdı. Onlar qaranlıqda olduğundan Stella onların yalnız ağ sifətlərini görə bildi. Onun bədəninə görə uzun ayaqları görkəminə xüsusi gözəllik verirdi. Stella nərdivana çıxmağa başladı. Bu dəfə hündürlük çox idi. Onun köməkçisi suya benzin tökməyə başladı. Kotmana yanan məşəl verildi. O, nərdivanın qurtaracağındakı kiçik platformada dayanmış Stellaya baxdı.
- Hazırsanmı? - Kotman qışqırdı.
- Bəli.
- Tullan! - Kotman bu dəfə daha bərkdən qışqırdı.
O, qışqıran kimi əlindəki məşəl ilə suyu odladı. Dəhşətli alov göyə qalxdı. Bu vaxt Stella tullandı. O, göydən sanki parlaq bir ulduz kimi alovun içərisinə düşdü. Bir azdan Stella suyun üzündə göründü. Alqış səsləri ucaldı. Kotman xalatı dərhal onun çiyninə atdı. Stella tamaşaçılar qarşısında baş əydi. Sonra o, stolların arasından keçərək paltar geyilən otağa getdi. Yenidən musiqi başladı. İşıqlar yandı, xidmətçilər stollarda əyləşənlərə müxtəlif cürə yeməklər gətirməyə başladılar.
- Əla, - deyə bir İngilis həyəcanını gizlədə bilmədi.
- Bu inanılmazdır, - deyə qoca hərbçi heç bir şeyə inanmayanlara tərəf döndü.
Səhnədən sonra Stella öz əri ilə barda oturmuşdu. Bu vaxt baş xidmətçi Kotmana yaxınlaşdı:
- Cənab Kotman, müdir sizi axtarır. O sizi görmək istəyir.
- Hardadır?
- Buralarda olar.
- Əlimdəki pivəni içib gəlirəm.
Sonra Kotman Stellaya tərəf döndü.
- Stella, burada qalmaq istəyirsən, yoxsa otağa keçmək istəyirsən?

Stella cavab vermədi. O, ağlayırdı. Onun solğun yanaqlarından göz yaşı axırdı.

- Sənə nə olub, əzizim?
- Sid, bu gecə mən bunu təkrar etməyəcəyəm, - deyə Stella hönkürdü.
- Axı, niyə?
- Qorxuram.
Sid Kotman onu ovundurmaq üçün əlini öz əlinə aldı.
- Bilirəm, sən bu dəfə əvvəlkindən daha yaxşı tullanacaqsan. Sən dünyada ən cəsur qadınsan. Bir az iç, bu səninçün yaxşı olar.
- Xeyr, bu mənim əhvalımı daha da pisləşdirir.
- Sən öz tamaşaçılarını intizarda qoya bilməzsən, bunu özün yaxşı bilirsən.
- Sən bunlarımı deyirsən, bu donuz əti yeyənləri. Onlar nə qədər istəyir yeyir, içir, daha başa düşmürlər ki, mən hər dəfə öz həyatımı təhlükəyə atıram.
- Əlbəttə, onlar səni görmək üçün xeyli pul xərcləyirlər. –Kotman yavaşca dedi. – Əgər bu gecə qorxub bunu yenidən təkrar etməsən, sabah bizim üçün yaxşı olmayacaq.
- Xeyr, bu olmayacaq. Əsas məsələ budur ki, ikinci dəfə tullanmaq mənimçün ölüm deməkdir. Çox ləngidin, əzizim. Cənab Espinelə de ki, bu axşam tamaşa ikinci dəfə göstərilməyəcək, çünki nədənsə bu gün əsəbilərimi cilovlaya bilmirəm.
- O bununla heç vaxt razılaşmayacaq, çünki adamların əksəriyyəti səni görmək üçün şam yeməyinə gəlirlər.
- Axı, bacarmaram!
Kotman bir anlığa susdu. Stellanın sifətində yenidən göz yaşları göründü. O, başa düşürdü ki, Stella onu necə sevir.
- İndi mən getməliyəm, əzizim. Espinel məni görmək istəyir.
- Nə barədə?
- Bilmirəm. Mən ona deyəcəyəm ki, sən hər gecə yalnız bir dəfə bu səhnəni göstərə bilərsən. Görək, o buna nə deyəcək. Məni burada gözləyirsən?
- Xeyr, öz otağıma gedirəm.
On dəqiqədən sonra Stella otaqda tənha dayanmışdı. O, indi şən görünürdü.
- Əzizim, sənin üçün bir şad xəbər gətirmişəm. Onlar gələn aydan bizim pulumuzu ikiqat artıracaqlar, - deyə Kotman sevincək halda otağa daxil oldu. O, Stellaya yaxınlaşıb öpmək istədi, amma Stella onu kənara itələdi.
- Bu axşam yenə də tullanmalıyam?
- Mən də qorxuram, amma sən tullanmalısan. Bunun üçün onlar bizə ikiqat pul verəcəklər.
Stella yenidən ağlamağa başladı.
- Bacarmaram, Sid, bacarmaram! Mən özümü öldürəcəyəm.
Bu vaxt Kotmanın da gözləri yaşla doldu. Bu göz yaşları onun Stellaya qarşı olan hədsiz məhəbbətinin rəmzi idi.
- Əzizim, bilirsən ki, bu nə deməkdir, yenə də köhnə həyat! -Kotman Stellaya toxtaqlıq verdi.
- Hər şey bundan yaxşıdır. Köhnə həyat! Hər ikisi bunu xatırladı.
 Sid on səkkiz yaşından başlayaraq rəqslə məşğul olurdu. Onun xarici görkəmi gözəl göründüyündən, hətta orta və yaşlı qadınlar da pul verib onunla rəqs edirdilər. O öz işindən razı idi. O zaman bu pis həyat deyildi, yaxşı da gəliri olurdu. Mehmanxanada iki və ya üç adam bir otaqda yaşayırdılar, çünki o zamanlar mehmanxanalarda kirayə haqqı çox ucuz idi. Onlar istədikləri vaxt yerdən dururdular. Günorta yeməyini
kafedə edirdilər. Sonra saat beşə kimi sərbəst vaxtları olurdu.Axşam onlar restorana gedir, yaxşıca şam edirdilər. Yenidən rəqs başlayırdı. Hər gün əlli və ya yüz frank qazanmaq olurdu. O günlərə gün çatmazdı, çünki onda hamıda pul vardı. Sonra iqtisadi böhran başladı. Hər şey dəyişdi. Mehmanxanalar boşaldımüştərilər daha rəqs edənlərə pul vermək istəmədilər. Sidin
qazandığı pullar günü-gündən azalır və nəhayət tükəndi.Paltarların, ayaqqabıların qiymətləri artdı.Belə bir zamanda Sid Kotman Stella ilə Fransada, dənizsahilində rastlaşdı. O, çox gözəl üzürdü. Stella avstraliyalı idi.O, gözəl üzgüçü idi. Kotman hər səhər onu dəniz kənarında
görürdü.
Bir axşam Stella mehmanxanada rəqs edirdi. Onların ilk məhəbbət macərası da buradan başladı. Fəslin sonunda onlar evləndilər.
Bu vaxtlar onlar üçün ağır keçirdi. Onların hər ikisinin mehmanxanadayaşamaları onlar üçün asan olmadı.Bütün
şeylərini satdılar. Nəhayət, Nircaya gəlib marafon rəqsinədaxil olmağa məcbur oldular. Onlar iyirmi dörd saat rəqs
edirdilər. Hər saatdan bir on beş dəqiqəlik istirahət olurdu. Bu dəhşət idi. On birinci gün Stellanın ürəyi getdi. Sonra Sid başqa bir tərəf müqabili ilə rəqsi davam etdirirdi. Ancaq sonra Sidin xəyalına bir fikir gəldi. Stella ona həmişə deyirdi ki, o, kiçik suya hündür yerdən tullana bilir. Bu əsl möcüzə idi.
Bir dəfə Sid yolda benzinin alovlandığını gördü. Bu zaman o, əvvəlki fikrini tamamladı. Alovlu suya tullanmaq - bu adamların xoşuna gələcək yeganə möcüzədir.
O bu barədə Stellaya danışdı və Stella da bu fikri bəyəndi.
Kotman dostuna ləvazimat almaq üçün pul lazım olduğunu
yazdı.
Sidin dostu Parisdə sirkdə bir nömrə göstərmək üçün sirkin
müdiri ilə onlar arasında bir müqavilə bağlayır. Bu nömrə çox
böyük uğur qazanır. Sonra onlar dəniz kənarındakı bir barla
müqavilə bağladılar. Onlar burada yaxşı pul qazanırdılar.
Əlbəttə, qara gün üçün.
Belə bir vaxtda, şöhrətin yüksək zirvəsində olarkən Stella
bunu birdən dayandırmaq istəyirdi. Kotman ona daha heç bir
söz demək istəmirdi, çünki onu çox sevirdi. O, Stellanı heç
vaxt qəmgin görmək istəmirdi.
- Əzizim, bilirsən bu nə deməkdir. Bir az yığdığımız o pulu
da xərcləsək, acından ölə bilərik. Özün bilirsən ki, burada
başqa iş tapmaq mümkün deyil.
Stella gözlərinin yaşını sildi və Sidə baxdı.
- Bu nədir, əzizim?
O, ayağa qalxdı və paltar şkafına tərəf getdi.
- İndi mənim üçün hazırlaşmaq vaxtıdır. Bəli, tamaşaçılarımı
intizarda qoymamalıyam!
Stella bu sözləri çox astadan dedi.

Alar kəndi, 1982 - ci il.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)