Tural Turan - Dondurma
Proza
Kənddəyəm. İki gündür ki, gəlmişəm. Göydən od ələnir. Evdə durmaq olmur. Yaman boğanaqdı. Bayırda da bürkü kölgədə meh döyür. Özümə yer tapa bilmirəm. Canımdakı enerjini isə əlimdəki yelpik alır. Onu da atlamadan, doğramadan yığıram...
Darıxıram. "Gir-çıxdan" bir şey çıxmır. Evlə-doqqaz arası vurnuxuram. Canımı dişimə sıxıb gün başıma döyə-döyə "pivnoy"a gedirəm. Söhbətləşməyə, dərdləşməyə adam axtarıram. İçəridə beş-altı nəfər adam var. Cavanlardı. Ot tayası yığmaqdan gəliblər. Canlarının ayışığını pivədən çıxmaq istəyirlər. Qabaqlarında altı bakal pivə və iki balaca boşqabda noxud var. Birnəfəsə 6-7 qurtum vururlar. Danışmırlar. Üz-gözlərindən yorğunluq tökülür. Boyunları qızarıb. Elə gözlərinin ağı da. Sanki qan sağılıb...
-Bir pivə də mənə! Pendir varsa verin, yoxdursa, "semişka"! - sifarişimlə sükutu pozuram. Səsim özümə qayıdır. Sifarişimin eşidilmədiyini fikirləşdiyim anda bir bokal pivə və noxudu qarşımda görürəm. -Axı, mən noxud deməmişdim?- etirazıma cavab qısa gəlir: "Olanımız budu, qağa".
Pivəni içdikdən, noxudları hövsələsiz şəkildə təpişdirdikdən sonra "pivnoy"yun cırıltılı taxta qapısını təpiklə vurub buradan uzaqlaşmaq istəyirəm.
Yadıma düşür ki, hesabı ödəməmişəm. Uzaqlasdığım 60-70 addımlıq yolu təzədən sağ çiyni üstə geri qayıdıram. İki manatı oturduğum stoldakı boş bakalın altına qoyub çıxıram. Yenə də cırıltılı qapıya bir təpik və üzüaşağı yorğalanmağa başlayıram. Birdən arxamdan bir uşağın adımı çağırdığını eşidirəm. Məni səsləyir:
- Tural əmiii! Dayan!
Duruxuram. Hövləng qaçışını yanıma çatanda yavaşıdır. Boğazında puçurlanan təri cəld silib əlindəki 30 qəpiyi uzadır:
- Atam verdi. Dedi 30 qəpik artıqdır, apar Tural əmiyə ver. Al (onun qəpikləri necə uzatmasını siz də təsvir edə bilməzsiniz. Yaxın formada izahı isə budur: "alma, götürmərəm"):
- Qoy civinə. "Marojna" alarsan.
- Yoox, götür.
-Niyə axı?
- Olmaz, atam öldürər.
- Öldürər ki?
- Hə. Çünki bunlar sənindi.
- Mənim idi, verdim sənə? Get, nə istəsən al. Atana de ki, Tural əmi verdi.
Birdən qarşımdakı üzü pörtmüş, sarışın, qəhvəyi saçlı uşaq şalvarının cibindən bir salfet parçası çıxardı. Sol qulağının dibindəki qələmi götürdü. Hər ikisini bir-birinə yapışdırıb mənə sarı uzatdı:
- Yaz ki, pulu götürmədim. Uşağına hədiyyə edirəm.
Gülmək məni tutdu. Yazdım:
-Al. Bura bax, atan sənə inanmır?
-İnanıre, amma amma qorxur ki, birdən dayım kimi fırıldaq və yalançı olub onu aldadaram. Ona görə evdə heç kimdən beli bərk döylü.
Yaxşı get- dedim. Gülümsünüb arxamı uşağa sarı çevirdim. İki üç addım aralaşmışdım ki, arxadan dilləndi:
-Üstünə 70 qəpik də qoyub kontur alajam. Anamla danışajam. İndi iki bacımla soğan alasındadı. Gündəliyə gedif. Axşam gələjəh. Deyjəm ki, gələndə ma "marojna" alıb gətirsin...
"Gündəlik" bizim kənddə zənan tayfasının günəmuzd fəhləliyinə deyilir. İmkansız ailələrin xanımları, 8-18 yaş arası qızları soğan, sarımsaq alasına gedər, fermerlərin qabağında qarabaşlıq edərlər. Ona görə qarabaşlıq deyirəm ki, 14-15 saatlıq ağır işin qarşılığında adambaşına 7-8 manat alırlar. Fermer pul verməyəndə isə naçar qalıb əvəzinə həmin pula düşən qədər soğan, sarımsaq, pomidor götürürlər...
...Dayanıb günəşin gözünün içinə baxdım. Taqətdən düşmüşdüm. İndi Alpının bu sözündən sonra özünü evə çatdır görüm nətəhər çatdırırsan. Yıxıldım çəkil ağacının altına. Ayağımı "pivnoy"un içindən keçib gələn sərin sulu qara arxa uzadıb ağacın dibindəki sarı torpağın üstünə sərildim... Gün batana kimi elə oradaca yuxulamışam... Ayılanda bu istinin günündə yolla-yolaqla bir olub mənim toyumun hazırlıqlarına qurşanmış anam gözünün qabağına gəldi. İçimdən çox qısa bir sual keçdi:
- Görəsən anama dondurma alımmı?
Tural Turan
17 qızmar (iyun) 2019
Alabaşlı, Şəmkir

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
TURAL İLYAS - KARANTİN
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)