Kənan Hacı - Kitab və Kartof

Proza

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xeyli maraqlı, istedadlı imzalar var ki, adları kölgədə qalıb. İstedada xas olan təvazökarlıq, iddiasızlıq onların üzə çıxmasına, tanınmasına mane olub. Ədəbi tənqid həmişə bu cür istedadlı yazıçıları görməzliyə vurub. Səbəbləri də məlum. Onlar da gənclik yaşını ötüblər, amma gənclik entuziazmı onları tərk etməyib, yazıb-yaradırlar. Gənclər onları tanıtmaq üçün çaba göstərirlər, onların haqqında yazılar yazır, əsərlərini təbliğ edirlər. Ayaz İmranoğlunu uzun illərdir tanıyıram. Vicdanlı, ləyaqətli bir qələm sahibidir. Heç vaxt özü haqqında danışmaz, “mən yazıçıyam” deyib öyünməz. Amma gözəl yazıçıdır. Haqqında yazı da yazmışam. Onun özünəməxsus yazı manerası var. Bu yaxınlarda “Təzə gəlin” adlı povest və hekayələrdən ibarət kitabı nəşr olundu. Mən onun harda çalışdığını yazmayacağam. Ayaz İmranoğlu sərt həyat həqiqətlərini rəngsiz-boyasız şəkildə qələmə alır, bu acı gerçəkləri bədii mətnə çevirməyi bacarır. Doğrudan da ədəbiyyat tale məsələsidir, taleyi olmayan adam nə yazıçı, nə də şair ola bilməz. Ayaz taleyi olan adamdır. Bu da ona yazmaq üçün zəngin material verir. Dostumuz Elvin Rizvangil onun “Təzə gəlin” povestini oxuyandan sonra heyrətlə danışırdı ki, əsərdə bir məqam var, Joze Saramaqonun “İsanın İncili” romanındakı bir situasiya ilə səsləşir. Təbii ki, Ayaz “İsanın İncili”ni oxumayıb. Elvin demək istəyirdi ki, Ayazın süjetqurma məharəti, bədii təsvirləri heç də dünyaca ünlü yazıçılarıdan geri qalmır.


Yazıçı millətin dəyəridir və bir yazıçının yetişməsi üçün uzun bir zamana ehtiyac var. Bu gün iş tapa bilməyən yazıçıya “get, kartof sat” deyirlər. Elə bu cür düşünmüşük ki, kartof satan da kitab yazır.
Yazıçı kartof satmaz, kitab yazar, əfəndilər! Kartof satanın kitab yazması isə bir alayı dərddir.
Hardan hara gəldik. Bu xaotik düşüncələr içində səhəri açdım. Bu yazını oxuyanlardan artıq dərəcədə rica edirəm: Ayaz İmranoğlunun və Yaşar Bünyadın – bu iki gözəl yazıçının kitablarını oxuyun. Zövq alacaqsınız, mənən zənginləşəcəksiniz. Pal-paltar alırsınız, köhnəlir, atırsınız, siqaret alırsınız, çəkirsiniz, bitir, pivəni içirsiniz, qalmır. Kitaba xərclənən pul isə itmir, əksinə, qazanc gətirir. Dünya təkcə maddiyyatdan ibarət deyil, mənəviyyatınıza da azca sərmayə qoyun!
Mövzuya uyğun linklər:
Bugünkü həmsöhbətim Azərbaycan Respublikasının "Əməkdar Rəssamı", "Tərəqqi" medallı Rafael Həşimovdur.
İlahə Allahverdiyeva - Dağların Səssiz Nəğməsi və Yaddaşda Qalan Həsrət
AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”
Fərid Muradzadə - "Qorio ata" əsəri haqqında.
Marina Tsvetayevadan şeir
Həmçinin oxuyun:

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)

Vaqif Osmanov - “BU GÜN GƏLƏCƏYİN TARİXİDİR”, VƏ YAXUD SONUNCU DƏRVİŞ KİMDİR?

Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)