Edebiyyat.az » Söhbət » Ələsgər Əhməd - ...Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm...

Ələsgər Əhməd - ...Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm...

Ələsgər Əhməd - ...Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm...
Söhbət
admin
Müəllif:
18:43, 08 avqust 2020
4 373
0
Ələsgər Əhməd - ...Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm...



-Ələsgər Əhməd xoş gördük. Şairin ən böyük arzusu nədir?

-Xoş gördük. Arzu deyəndəki, məqsədlərim var. Onlar da özüm üçün deyil. Adı olub, özü olmayan "oxucu" üçündür. O  düşünməlidir, həyacanlamalıdır, beynini yormalıdır. Bir sözlə ucuz eyforiyadan başqa, bütün fərqli hisslər.

-Sənin şeirlərində plagiat izləri varmı?

-Olmayıb, olmayacaqda. O qədər yoxdur ki, bunu həzm edə bilməyən "plagiat qurbanları" biri-birinə aidiyyatı olmayan misralarla ittiham edirlər. Üstəlik, çox çirkin şəkildə. Plagiat istedad məsələsidir. Hara qədər yaza bilirsən, odur. Düşündüyün  misradan böyük yazmaq istəyirsənsə, hardasa plagiat uğurları olacaq. Niyə uğurlu? Bizimkilər biri-birilərinə o qədər yaxşı təkrarlayırki, oxucu hamısına əla deyir. Yəni, eyni mövzular həddindən artıq çoxdur. Həm də ikinci dəfə işlədilən fikir, orijinal formatından da betər olur. İkisi də uğursuz. Bəli, bir kütlənin oxuması, uğurlu və istedadlı yazmağına dəlalət gətirmir. Səni illər, mətnlər, eqon, neocorteksin vicdanına təqdim edir. Onda bilirsən sən hardasan.

-Bəzən kəskin fikirlərinlə seçilirsən. Digər şairlərdən nə istəyirsən?

-Şeir istəyirəm, şeir. Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm. Action yaratmırlar. Zəiflikləri aşırı dərəcədə çoxdur, gücsüzləşdirirlər məni. Yaşlı və gənc nəsildən yaxşılar sözsüz ki, var. Onlarla döyüşməyim, dostluğu məğlub edər.


-Kitab oxumaq, sevişmək, yoxsa şeir yazmaq?

-Üçü də maraqlıdır, ehtiyacdır. Amma kitab oxumasan, nə şeir yaza bilərsən, nə də sevişməyin "ruhən" olar.

-Çox işlənmiş mövzulardan qaçmağının səbəbi nədir?

-Proyektinin birinci müsahibi olmazdım. Bilmirəm açığı, özümü məcbur etmirəm. Qeyri ixtiyarı yazılır. Beynim artıq özünü belə funksiyanallaşdırıb. Yazıram, bitirirəm. Bir aydan sonra oxuyuram, təəccüblənirəm. "Bu nədir", "bunu necə yazmaq olar"- təlaşımdır bir növ məni dərinləşdirən.

-Poeziyamızı necə dirçəltmək olar?

-Məni və mənim oxuduqlarımı oxuyaraq. Bu çox eqoist səslənə bilər, olsun. Amma mənim istedadımı vicdanıma qoyub, danışıram. Bəlkə də tək-tük adamlardanam ki, poeziya ilə tanınmaq yox, poeziyanı tanıtmaq istəyirəm. Sənə bir şey deyim, yaxınlarda gözəl işlər olacaq.

-Azərbaycan poeziyasında sənin şeirlərin hansı yeri tutur?

Bu suala oxucu fikirləri ilə cavab verəcəyəm. "Sizin fundamental istedadınız var,  şeirləriniz 10 il sonrakı beyinlər üçündür". "Şeirlərinizi yola vermək olmur. Başa düşmək üçün 2-3 dəfə oxumaq lazımdır." "Sizi oxuyanda, beyninizi sevir adam". "Sizin şeirlər xaotikdi, heç vaxt səliqəyə salmayın" və. s. Hardadır bilmirəm, arada öz əlim də çatmır, toxunmağa.

-Şair sevəndə qələmi yerə qoyur(obrazlı desək), yoxsa daha çox şeir yazır?

-Bu sevmək üçün şeir yazan, şairlərə aiddir. Sevgi şeirdən üstün deyil. Ola bilər, hansısa xanım (və ya bir çox xanımı) cəlb edəsən deyə yazasan. Sadəcə o deyil. Yaradıcılıq qadından asılı olacaqsa, onu yaratma.

-Şeirin hansı üslubu daha çox sevilir?

-Dünya ədəbiyyatında "yazılabilən", Azərbaycanda isə "ənənəvi" üslubu. Ölçünün, vəzinin, formanın fərqi yoxdur. Mən şeirdə həm əruz, həm heca vəznindən istifadə edib, sərbəst mətn ərsəyə gətirmişəm. Sözümün canı-sərhədləri zədələnmədən aş.

-Poema yazmağı düşünürsən?

-Heç vaxt düşünməmişəm. Köhnəlmiş şeylər məni cəlb etmir. Mənim öz üslubum, öz yolum var. Buraxın digər işləri "satılmışlar" görsün.

-Suallara dolğun cavab verdiyin üçün sənə təşəkkürümüzü bildiririk. Yaradıcılığında yeni zirvələr aşmağına ümid edirik.

-Təşəkkürümü bir şeirimlə bildirirəm:

Texniki qüsurlar


Sənə,

ürəyin boyda təşəkkür edirəm

Dostlarımı mənimlə tanış etdiyin üçün

Ənazından üçünün,

ağlından səni sevmək keçirdi

Dostlarımı səhv seçməkdən başladı

Ucuz kafelərdəki

-bahalı borclarım-

-divardakı yazıları təmizləməyim-

-cizgi filmləri izləməyim 

Anamın qarğışı, atamın nifrəti

 Bütün müvəffəqiyyətləri yaşadım, 

müvəqqəti.

Körpülər qorxudan yıxılırdı

Ordan ayaqsızlar demək, keçirdi. 

Sənə də yazığım gəlir, 

ayaqlarını burda qoyub, getdiyin üçün

Bu gün də,

romantikadan başqa hər şey bacarıram

Hamıdan fərqli "unutmuram" 

Görüşlərdə təkcə, 

gözümün içinə baxmağın yox,

Büstlərin göyərçinlərə daş atmağı da,

İki addım o tərəfdə, 

kostyumlu kişinin, 

manatını dilənçiyə xırdalatmağı da, 

gözümü döyəcləyir 

Səmimi müzakirələrdən

çəkilirəm, adgünüşəkilləri kimi 

Hislərim bir aydan bir gicləyir 

Diktaturanın hökm sürdüyü ölkələrin, 

piyada millət vəkilləri kimi

Çox yaxşı bilirsənki, 

adıma görə, siqnal səsindən zəhləm gedir 

Tərslikdən də, 

hər günümüz tıxacdı 

Məni həzm edə bilməyənlər, 

səni dada bilməyənlər acdı 

Bizi bir süfrədə görənlər, 

iftar açmasalar da toxdu

 Dekart deyir,

"düşünürəmsə, deməli varam"

Mənsə belə düşünürəm,

"məni düşünməyənlər, yoxdu"

Məni düşündüyün üçün, minnətdaram!

Və bunu da bilirsən

İzlədiyimiz sevgi filmlərinin, 

ayrılıq hissələri:

Qısqanc sponsor reklamlarıdı

 Gözümün işığı da, sönür axırda 

Hal-hazırda, 

bundan duyğusal nəsə tapa bilmirəm

"

Rast ki, xərçəng xəstələri həyatın, 

ən unutqan sağlamlarıdı, 

xəstələnməyə başlayım 

Həkim ol

adın da, Pol Raski"

Bir də ki,

"kukla kimi qızdır"dediklərimiz 

böyüyüb, qadın kimi - kukla oldular 

Adım kimi əminəm.

Başqa gecələrdə unuduldular 

Bir gecəlik, 

geyindikləri gecəliyin sayəsində sevildikcə

Ağ rəngli parçalar 

qırmızı rənglə şərəfə, 

Qollarının biri bir tərəfdən, 

ayaqlarının biri o biri tərəfə çevrildikcə 

yoruldular, Lia

Bugündən etibarən, 

şəkillərimizi çəkən, 

bütün fotoqrafların sənəti: 

foto-xoreoqrafiya

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)