Gənc yazardan maraqlı aksiya
Təqdimat
Gənc yazar Nicat Həşimzadə həbsxanalara kitab toplama aksiyasına başlayıb. Həmin aksiya haqqında öz facebook statusunda açıqlama yazıb. Düşünürəm ki, həbsxanalarda bilərəkdən və ya bilməyərəkdən cinayət törətmiş məhbusları islah etmək üçün ən təsirli vasitə məhz kitablardır. Ümumiyyətlə, həbsxanalarda ciddi əhəmiyyət daşıyan, dövlət maraqlarını qoruyan filmlər nümayiş olunsa çox gözəl olar. Axı, biz həmin insanlara hiss etdirməliyik ki, həyat bitməyib, qarşıda xoş günlər var. İnamınızı itirməyin. Son günlər bu məsələlər haqqında düşünürdüm. Yazıçı, jurnalist Azər Qismətlə bir çay süfrəsində söhbət edirdik. Qəfildən ağlıma bir fikir gəldi ki, məhbuslar üçün kitab toplayaq. Nəcəf Əsgərzadə də bu fikrə qoşuldu. Facebookda elan verdik, ardıcıl statuslar paylaşdıq və kitablar toplandı. İnsanların reaksiyası məni sevindirdi. Bizim
Düşünürəm ki, həbsxanalarda bilərəkdən və ya bilməyərəkdən cinayət törətmiş məhbusları islah etmək üçün ən təsirli vasitə məhz kitablardır. Ümumiyyətlə, həbsxanalarda ciddi əhəmiyyət daşıyan, dövlət maraqlarını qoruyan filmlər nümayiş olunsa çox gözəl olar. Axı, biz həmin insanlara hiss etdirməliyik ki, həyat bitməyib, qarşıda xoş günlər var. İnamınızı itirməyin. Son günlər bu məsələlər haqqında düşünürdüm. Yazıçı- jurnalist Azər Qismətlə bir çay süfrəsində söhbət edirdik. Qəfildən ağlıma bir fikir gəldi ki, məhbuslar üçün kitab toplayaq. Dostum Nəcəf Əsgərzadə də bu fikrə qoşuldu. Facebookda elan verdik, ardıcıl statuslar paylaşdıq və kitablar toplandı. İnsanların reaksiyası məni sevindirdi. Bizim insanlarımız xeyirxahdırlar. Onlar həmişə ehtiyacı olana yardım etməyə çalışırlar. Azər Qismət Penitensiar xidmətlə əlaqə yaradıb, ideyamız haqqında məlumat verdi. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Polkovnik Mehman Sadıqov məhbuslar üçün kitab toplama fikrimizi müsbət qarşıladı. Kitablar toplandıqdan sonra Penitensiar Xidmətlə birlikdə həbsxanalara təhvil veriləcək. 4 gün ərzində 300-dən çox kitab toplanılıb. Kitabların toplanmasında Azərbaycan Yazıçılar Birliyinin və şəxsən şair Dayandur Sevginin böyük zəhməti oldu. kitabların daşınmasında şair Ələsgər Əhmədin və yazıçı Nemət Mətinin böyük zəhməti oldu. Dəstək olan hər kəsə təşəkkür edirik. Biz insanları kitab oxumağa səsləyirik. Kitab oxuyan insanlar cəmiyyətdə çoxluq təşkil etsə ölkəmiz adına daha böyük uğurlar əldə edə bilərik.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Vladimir Nabokov Dostoyevski haqqında
Nəcəf Əsgərzadə - Taleyin əsiri və Tarixin savaşçısı olan insanların ölkəsində
Uilyam Folkner: “Yaxşı romançı amoral birisidir”