Edebiyyat.az » Təqdimat » Camaatın uşağını necə öldürdük - Nicat Həşimzadə

Camaatın uşağını necə öldürdük - Nicat Həşimzadə

Camaatın uşağını necə öldürdük  - Nicat Həşimzadə
Təqdimat
Nicat Heşimzade
Müəllif:
00:44, 07 aprel 2019
2 088
0
14 yaşlı qız intihar etdi. Hər kəs özünü təmizə çıxarmağa çalışır. Heç kəs yaxasını kənara çəkməsin. Şagirdlərin intiharının səbəbkarı elə bizik. Biz – yəni hamımız. Axı, biz uşaqlara həmişə başqa uşaqları nümunə göstəririk. Filankəsin qızı kimyadan 5 alır, sənsə 3 alırsan, ay fərsiz, bacarıqsız. Axı uşaqlarımıza öz istədikləri fənləri oxumağa, istədikləri ixtisası seçməyə mane olanlar elə biz özümüzük. Axı uşaqlarımıza öz potensialını, öz istedadını göstərmək üçün bütün vasitələrlə mane olan biz özümüzük. Axı ölkənin əsas gəlir mənbəyi neft sektoru olduğuna görə uşaqlarımızı Neft və Sənaye universitetinə qəbul olmağa məcbur edənlər biz özümüzük.



14 yaşlı qız intihar etdi. Hər kəs özünü təmizə çıxarmağa çalışır. Heç kəs yaxasını kənara çəkməsin. Şagirdlərin intiharının səbəbkarı elə bizik. Biz – yəni hamımız. Axı, biz uşaqlara həmişə başqa uşaqları nümunə göstəririk. Filankəsin qızı kimyadan 5 alır, sənsə 3 alırsan, ay fərsiz, bacarıqsız. Axı uşaqlarımıza öz istədikləri fənləri oxumağa, istədikləri ixtisası seçməyə mane olanlar elə biz özümüzük. Axı uşaqlarımıza öz potensialını, öz istedadını göstərmək üçün bütün vasitələrlə mane olan biz özümüzük. Axı ölkənin əsas gəlir mənbəyi neft sektoru olduğuna görə  uşaqlarımızı Neft və Sənaye universitetinə qəbul olmağa məcbur edənlər biz özümüzük. 

Potensialı, istedadı yüksək olan uşaqların yeni kəşflərini, yeni düşüncələrini diqqətdən kənarda saxlayıb ancaq soyunanları reklam edən mətbuat orqanlarında çalışanlardır günahkar. Təqribən bir ay öncə Parlamentimizdə belə bir fikir səslənib ki, orta məktəblərdə psixoloqlara ehtiyac yoxdur. Əgər orta məktəblərdə intihar varsa demək ki, mütləq mənada psixoloqa ehtiyac var. Məktəblərdə də psixoloqların adları var, özləri yox. Hansısa özəl klinikalarda çalışıb pul qazanmağı uşaqları xilas etməkdən üstün sayırlar. Sonra da reytinqli qəzetlərə uşaq intiharı haqqında odlu-alovlu müsahibələr verirlər. Bu saxtakarlıq kimə lazımdır? Başa düşürəm, məktəb psixoloqlarının maaşı azdır. Ancaq sizin maaşınızın azlığına görə uşaqlar günahkar deyil. 

Camaatın anası, bacısı, uşağı, atası, qardaşı mövzusu ictimai qınağın bir formasıdır, amma yanlış formasıdır. Bizdə çox şey tərsdən anlaşıldığı kimi, ictimai qınağımız da tərsinədir. Məsələn, bizdə deyirlər. Camaatın uşağı xeyli pul qazanıb, yaşamağın yolunu tapıb. Əslindəsə belə deyilməlidir: Camaatın uşağı min cür şərəfsizlik edərək rüşvət yığıb. Bizdə hər şeyi kəmiyyətlə hesablayırlar. Hətta analar da  pul qazanan övladı daha çox sevirlər 

Məhbuslar üçün kitab toplama aksiyası etdim. Etatist.com və xəbərdar.az saytlarından başqa heç bir sayt bu haqda informasiya paylaşmadı. Heç bir jurnalist məndən bu mövzu haqqında heç nə soruşmadı. Jurnalistlərdən mənə ən çox dəstək olan dostum Azər Qismət oldu. Ancaq soyunan üç qız haqqında demək olar ki, ən ciddi saytlar belə xəbər paylaşdılar. Belə görünür ki,  əksər jurnalistlər üçün reytinq mənim məhbuslar üçün kitab toplamağımdan daha faydalıdır. 

Bu ölkədə kimi dindirsən deyəcək ki, balam üçün edirəm, balamın xoşbəxtliyi üçün çalışıram. Hətta rüşvət alan, camaatın haqqını yeyənlər də deyirlər ki, balam üçün edirəm, başqa əlacım yoxdur. Hamının balası üçün yaşadığı, balası üçün işlədiyi, zəhmət çəkdiyi bir ölkədə balalar xoşbəxt ola bilmirlər. Əksinə aclıqsan, evsizlikdən, işsizlikdən, əsəbdən, xəstəlikdən əziyyət çəkirlər. Balaları bədbəxt edənlər, intiharına səbəb olanlar həm də onların ölümünə üzülürlər. Görəsən, hansı halda daha səmimidirlər. Onların bütün seçimlərinə qarışanda, yoxsa ölümlərinə ağlayanda?

Orta məktəbdə oxuduğum illərdə mən də belə hadisələrə şahid olmuşam. Hansısa qız hansısa oğlanla dost olurdusa adına min bir şəbədə qoşurdular. “Quş”, “Gəzəyən”, “Natəmiz” və s. Qızlardan birinə o qədər natəmiz demişdilər ki, stressdən ağlamışdı, saçlarını yolmuşdu. Qız bircə dəfə evinə tərəf başqa sinfin şagirdi- bir oğlanla getdiyinə görə qızı hamının gözündə qəhbə eləmişdilər. Belə adamlarla bir toplumda necə yaşayasan, belə adamlarla bir cəmiyyətdə necə nəfəs alasan, necə sevinəsən, necə güləsən? Həmin oğlan da qızın qonşusu idi. Yolda rastlaşıb, yaşadıqları məhəlləyə birlikdə getmişdilər. 

İntihar edən 14 yaşlı qızın anası bildirib ki, onun qızına yuxarı sinfin şagirdləri daim təzyiq göstərirlərmiş. Bu haqda bir neçə dəfə məktəb rəhbərliyinə müraciət ediblər. Belə görünür ki, məktəbin müəlliləri və rəhbəri bu təzyiqləri, alçaldığı sözləri görməyiblər, ya da görmək istəməyiblər. Daha neçə məktəbli intihar etməlidir ki, uşaqlarımızı dinləməyi, onlarla səmimi davranmağı, dost olmağı bacaraq? 

İndi biz nə edək? 14 yaşlı qızın intiharına kədərlənək, yoxsa 10 milyonuncu vətəndaşın doğumuna sevinək? 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)