Edebiyyat.az » Təqdimat » Könül Nuriyeva - Selincerin fleşbəkləri

Könül Nuriyeva - Selincerin fleşbəkləri

Könül Nuriyeva - Selincerin  fleşbəkləri
Təqdimat
nemət
Müəllif:
00:47, 06 avqust 2019
1 740
0
Könül Nuriyeva - Selincerin fleşbəkləri


Çox istəyirəm ki, imkan düşən kimi mənə bir cümlə   belə olsa, cavab yazasınız.

Selincerin Unaya yazdığı çoxsaylı məktublardan biri belə başlayırdı,o məkublar elə çox idi ki ...

Una iki yaşı olanda atası anasından ayrılır, bəlkə qiz atasına ürəkparçalayan məktublar yazib cavab almaması səbəbindən, sonralar “Çovdarlıqda uçurumdan qoruyan”ın müəllifini cavabsız qoyurdu.

1940-cı il. Una və Selincerin natamam eşq məcəraları yaşadığı dövrdü.Hələ onda Una deyirdi, bilirdim yazıçı olacaq, hiss edirdim. Nyu-Yorkun  “Stork Club”unda  Unanın rəfiqələri,lap qocalıb əldən düşəndə də onu tərk etməyən dostu Truman Kapote,birdə Cerri Selincer boş-boşuna məzəli söhbətlər edirdilər.


Beqbeder onların haqqinda əsərində yazırdı ki, çox   arzuladığınız qızı tovlamaq üçün  onu inandırmalısız ki, boş vaxtınız var. Başqaları kimi onun üstünə tullanmamalı, yalnız onunla maraqlandığınızı göstərməlisiz. Çox incə və ziddiyyətli məsələdir. Ona iki mesajı-vecimə deyilsən, amma veciməsən-ötürmək üçün cəmi iki dəqiqə vaxtınız olur. Qız iki dəqiqədən artıq dayanıbsa, deməli sizi seçib, odur ki, mumlayın.

Cerri özünü barda qəribə hiss edir, dırnaqlarını gəmirirdi. Onun Una ilə ilk söhbəti iki balığın dialoqu kimiydi.

Una dramaturq  Yucin Onilin qızı idi, onlar uzun illər görüşmürdülər, hamı məhşur adamdan danışanda qız daxilində atasızlıq yaşayırdı. Onun “Gecəyə çevrilən uzun gün “əsərində əynində  gəlinlik donu  ağlayaraq evi dolaşan narkoman anasının təsviri verilib.Bədbəxt ailə dramı silsilə şəklində davam etdi, təkcə Una ondan Ç.Çaplinə ərə getməklə azad ola bildi.Yucin doğulan günün səhərisi anası narkomniyaya aludə olmuşdu, onda qadınlara doğuşsonrası ağrıları kəsmək üçün belə dərmanlar yazırdılar. 24 yaşında Yucin intihara əl atdı,qardaşı  1923-cü ildə özünü öldürdü.

Yucin  1917–ci ildə Aqnes adlı qadına dəli kimi aşiq oldu, ta ki o vaxta qədər onların ilk övladı Una doğulan ilə kimi. Onun atalıq allergiyası vardı, bu uşaqlıq travmaları ilə sıx bağlıydı. O yazırdı;

-Bətndə uşaq daşımağın nə mənası var? Nə üçün ölümə həyat verəsən? Cəhənnəm olsun uşaqlar!.. Nifrət edirəm! Nəyə görə bu yeni varlığı həyatımıza saldın?  

Ulu Tanrı Braun və İlk insan əsrlərində

Onun iki oğlu da, Unanın qardaşları da sonralar intihar edəcəklər. Bəlkə depressiya keçirən yazıçılara  uşaq sahibi olmağı qadağan etmək lazımdır.

Ən dərin sevgilər həmişə cavabsız qalır, Selincer Unaya qədər heç kimi sevməmişdi.On altı yaş və iyirmi iki yaş arasındakı sevgi şübhəni, tərəddüdü yaxın buraxmirdı. Una ona deyirdi;

-Sən də mənim kimi ol,mənasız söhbətlər apar, mühüm şeyləri kitabların üçün saxla. Yazıçı üçün əsas olan  necə yaşamağı yox, nə haqqında yazmağıdır.

-Vaxtımı boş yerə sərf etmək istəmirəm, -Cerri cavabında demişdi.Sən böhrana göz yumub əylənmək istəyirsən?

27 aprel,1942-ci ildə “Əzizim Una “başlığı ilə məktublar seriyası müharibədən gəlməyə başladı. Selincerin bu məktublarının çoxu bu gün belə oxunulmayıb. Cerri müharibəyə  Unanın dərdindən əzab çəkməmək üçün yollandı, yaxud qızın gözündə qəhrəman olub, daha çox sevilməyi üçün.Müharibə ona agır fiziki, psixoloji zərbələr vurdu,ömrünün sonuna kimi  təkliyə qapılmasına,çox insan olan açıq sahələrdən  qorxmasına səbəb oldu.O sevgilisini itirdi, qız özündən dəfələrlə böyük olan   Çaplinə ilk dəfədən aşiq oldu. Çaplin əlli yaşına kimi  2000 qadınla   yatdığı ilə lovğalanmışdı,iki evliliyində isə azyaşlı qızlarla evlənmişdi.Una – kimsəsiz qız öz himayədarını tapmışdı.1942- ci ildə, Selincerin müharibənin ən qizğın döyüşü günündə Çaplin  ilə evləndi .

Uzağım Una,bu ayrılıq  amputasiya kimidir, Çaplin iki müharibənin ikisindən də yayınıb, çünki o qorxaqdır-məktublar yenə davam edirdi.

Onların 36 yaş fərqi vardı.Bunun iki səbəbi vardı; dəri və dirçəlmə. Bu səbəbdən yaşlı kişilər cavan qızlara meyl edirlər. Selincer də Unadan sonra özündən xeyli azyaşlılara vurulurdu. Tapmacanın cavabı sadədir, qoca kişi ona görə özündən balacanı sevir ki, qəbrə girən gününə qədər hər dəfə onu hamamdan çıxan görüb nəfəsi kəsilsin, qız isə-ələxsus ata sevgisi görməyənlər- sonsuz heyranlıq obyektinə  çevrildiyinə görə özünü xoşbəxt hiss etsin.

Selincer 1944-cü il cəbhədən yazırdı; Una sənin çöhrən mənim dinimdir,sən mənə kömək edirsən,sən özün yox, sənin haqqında düşünmək.Qəlbimi elə dərindən yaralamısan,heç sənə acığım da tutmur.

1944-cü ildə Heminquey və Selincerin xoş görüşü baş tutur.Diqqətli gənc yazıçı  yaradıcılıq metodunuza aid dediyiniz tərifi eyniylə özünüzə qaytarır,belə anomaliya az hallarda olur. Onlar iki saat söhbət edirlər;

-Heç olmasa burda nə axtardığınızı bilirsiz ?

-Xeyir! Amma nəyi itirdiyimi bilirəm demişdi Selincer. Elə bu dövrdə Selincerin “Sonuncu məzuniyyətin sonuncu günü “ novellası işıq üzü görmüşdü.

Mən muharibə haqqında kəlmə belə kəsmək istımirəm deyirdi  Selincer.Nə qədər sağam,yanmış insan cəsədinin iyi heç vaxt burnumdan çəkilməyəcək ,o qızına belə söyləmişdi.

1945-ci il Nürenberq  hospitalının psixiatriya şöbəsində yatan Selincer Unaya müharibənin dəhşətli nəticələrindən yazır. Selincer fləşbəq halları yaşayır-bu tutma şəklində  keçən travmatik  hadisənin yenidən  yaşanmasından yaranan intensiv duyğular,təsəvvürlərdi. O oxumağı bacarmır,beyni ona tabe olmur.Səhərə qədər ağlayır,heçnə yemirdi,heç vaxt gülməyəcəyinə əmin idi, dərmanları qarışdırırdı.

O “Banan balığının asan ovlanan günü”hekayəsində deyirdi,veteran sindromuna yoluxan əsgərlər haqqında deyirlər,o ölməyib,amma dirilərin dünyasından da hesab olunmur.1940-cı ildə yəhudi Selincer romantik, 1943 –cü ildə casus, 1945- ci ildə bipolyar pozuntulu xəstə,ömrünün axırına kimi isə aqorafob /açıq sahə,insan kütləsindən qorxan/ olub.

1944 –cü ildə intihara cəhd edib.

O,1946-cı ildə Nyu-Yorka qayıtdı,yaşadığı binanın gombul qapıçısını müharibədən  əvvəl necə,indi də elə, hər gün itini gəzməyə çıxardığını görəndə dəli oldu. Deməli, insanlar öz həyatlarını yaşamış, bazarlıq etmiş,küçüklərini gəzməyə şixarmışdılar.Uyğunsuzluq-döyüşçüləri depressiyaya salan  əsas səbəb, bax budur.Selincer aramını pozmayan qapıçını görəndən sonra uzun müddət avtodayanacaqda başını əlləri arasına alıb , hıçqırtılarını boğa bilmədi,o sarsılmışdı.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)